• Ana səhifə
  • Haqqımızda
  • Reklam
  • Əlaqə
  • Ölkə futbolu
    • Premyer-liqa
    • I divizion
    • Yığma
    • Kubok
    • Liqalar
  • Dünya futbolu
    • AÇ
    • DÇ 2026
  • Avrokuboklar
    • Çempionlar Liqası
    • Avropa Liqası
    • Konfrans Liqası
  • Aktual
  • İdman
  • Layihə
  • Yazarlar
  • Reportaj
  • Müsahibə
  • Maqazin
  • Foto
  • Video
  • Ölkə futbolu
    • Premyer-liqa
    • I divizion
    • Yığma
    • Kubok
    • Liqalar
  • Dünya futbolu
    • AÇ
    • AÇ
  • Avrokuboklar
    • Çempionlar Liqası
    • Avropa Liqası
    • Konfrans Liqası
  • Aktual
  • İdman
  • Layihə
  • Yazarlar
  • Reportaj
  • Müsahibə
  • Maqazin
  • Foto
  • Video

Rekordlar yenilənir, amansız mübarizə davam edir – TURUN ŞƏRHİ

Dünya futbolu

13-03-2024, 20:0

Turun açılış oyununda “Çaykur Riəzspor”u qəbul edən “Qalatasaray” şou göstərərək parlaq qələbə qazandı.

"Football-plus.az" xəbər verir ki, qonaqların hər qoluna meydan sahibləri 3 qolla cavab verdi! Kön 5-ci, Torreyra isə 71-ci rəsmi oyunda “Qalatasaray”da qol hesabını açdı. Muslera Türkiyə çempionatında yubiley – 400-cü oyununda qapısını toxunulmaz saxlaya bilmədi. Uruqvaylı turnirin tarixində 400 oyun həddinə çatan ilk əcnəbi futbolçu oldu! Bundan başqa? Okan Buruk “Cim-Bom”un başında superliqada ardıcıl 18-ci ev qələbəsini qazanmaqla klub tarixində bu göstəricidə Mirça Luçeskuya məxsus olan rekordu təkrarladı. Luçeskunun “Qalatasaray”ı 2001-in mayından 2002-nin mayına qədər olan müddətdə bu rekordu müəyyənləşdirmişdi.

Ötən tur “Trabzonspor”u məğlub etməklə diqqəti çəkən “Alanyaspor” bu dəfə çətin Sivas səfərindən qələbə ilə qayıtdı. Şahruddinin penaltidən iki qol buraxdığı qarşılaşmada “Adana Dəmirspor” Konyadan xalsız qayıtmağa yaxın olsa da, Balotelli xilaskar rolunu üzərinə götürdü. “Antalyaspor”u minimal hesabla yenərək ardıcıl 3-cü “quru” qələbəsini qazanan “İstanbul BŞ”nin yüksəlişi davam edir. Şota Arveladze üçün isə ona çox gözəl tanış olan Trabzon səfəri fiasko ilə yekunlaşdı. Bu mütəxəssisin çalışdırdığı “Fatih Karagümrük” “Trabzonspor”la səfər oyununda 63-cü dəqiqəyə 1:1-lə daxil olsa da, qalan vaxtda “töküldü”. 1:5 hesablı məğlubiyyəti qəbul edə bilməyən Arveladze matçın ardından sürpriz şəkildə istefa verdi. Halbuki “Fatih Karagümrük” fevralın 29-da səfərdə “Qalatasaray”ı məğlub edərək ölkə kubokunda yarımfinala yüksəlmişdi! Trabzondakı darmadağından sonra düşmə zonasına geriləyən bu kollektivi mövsümün qalan hissəsində Tolunay Kafkas çalışdıracaq.

Turun daha 4 oyunu bazar gününə təsadüf etdi. “Hatayspor” Kayseridən xalla dönməyi bacardısa, autsayder “İstanbulspor”un “Kasımpaşa”nı büdrətməyə gücü çatmadı. Ölkə kubokunun daha bir yarımfinalçısı – “Ankaragücü”nün də işləri qaydasında getmir. Əmrə Belözoğlunun komandası Samsunda uduzmaqla ardıcıl 4-cü səfər matçından xalsız ayrıldı. Anakaralıların superliqada qələbəsiz seriyası 7 oyuna yüksəldi. Günün son matçında “Fənərbaxça” düşmə zonasında qərarlaşan “Pendikspor”u qəbul etdi. Debütant son 4 turda məğlub olmuşdu və ilk baxışdan İstanbul nəhənginin işi asan görünürdü. Amma heç də belə olmadı. Son dönəmlərdə öz meydanında debütantlarla matçlarda tez-tez xal itirən “Fənər” bu oyunda da büdrəməyə yaxın oldu. İsmayıl Kartalın komandası sanki hər ev matçında ilk qolu buraxaraq özünü çətinə salmağa söz verib. “Sarı-lacivərdlilər”in əvvəlki 3 ev oyununda hesabı rəqiblər açmışdı. Bu dəfə də belə oldu. İlk yarıda sanki rəqibdən belə inamlı oyun gözləməyən meydan sahibləri özlərini itirdilər. Yarım saaatın tamamında təcrübəli Xəlil Akbunar cinah asmasını dəqiq baş zərbəsiylə tamamlayaraq yerli fanatları şoka saldı. İlk yarıda oyunun tez-tez dayanması və qaşı açılan Cekoya uzun müddət yardım göstərilməsi üzündən hakim 59-cu dəqiqədə birinci hissəni bitirdi! Nəticə ilə barışmaq istəməyən “Fənər” 2-ci hissədə bütün komanda ilə irəli atıldı. Əvvəlki ev oyununda olduğu kimi, bərabərlik qolu yenə Mərt Hakan Yandaşdan gəldi. Təcrübəli futbolçu əla zərbə ilə topu uzaq küncə göndərdi. 71-ci dəqiqədə qonaqlar azlıqda qaldılar. Sabiq “Beşiktaş”lı Velinton Cekoya qarşı kobudluğa görə ikinci sarı vərəqəni aldı. Uzun müddət rəqib müdafiəsini yara bilməyən “Fənər” matçın sonlarına yaxın penalti qazandı. Hakim İrfan Cana qarşı kobudluğa görə əvvəlcə cərimə zərbəsi təyin etsə də, epizodu monitordan izləyərək İrfanın cərimə meydançası daxilində olduğuna qərar verdi və “nöqtə”ni göstərdi. Batşuayi penaltini dəqiq yerinə yetirərək komandasını hesabda önə keçirdi. Əlavə olunmuş dəqiqələr qonaqlar üçün kabus kimi keçdi. Əvvəlcə Lusamba bir epizodda iki sarı vərəqə görərək komandasını meydanda 9 nəfərlə qalmasına səbəbkar oldu. Çox keçmədən hücuma əla qoşulan Fərdi bu mövsüm superliqada ilk qolunu vurdu. Az sonra əsəbləri dözməyən qonaqların yeni baş məşqçisi İbrahim Üzülməz tribunaya göndərildi. Yekun nəticəni isə mükəmməl zərbə ilə İrfan Can müəyyənləşdirdi. Beləliklə, “Fənər” son 4 ev oyununun hamısında hesabda geri düşməsinə rəğmən, bu matçlarda 12 mümkün xaldan 10-nu qazana bilib. Maraqlıdı ki, “Fənərbaxça” 29-cu turlar üçün öz tarixinin həm xal (76), həm də qələbə (24) rekordunu yeniləsə də, hələ də liderliyə yüksəlməyib!

29-cu tur
Qalatasaray – Çaykur Rizəspor 6:2
Kön, 9. Torreyra, 31. Kərəm Dəmirbay, 40; 45; 64-p. İkardi, 85 – Höyer, 38. Olavoyin, 61.
Qalatasaray: Muslera, Kaan Ayhan (Zaha, 23), Nelsson, Berkan Kutlu, Kön, Kərəm Dəmirbay, Torreyra (Ndombele, 78), Barış Alpər Yılmaz, Mertens (Ziyeş, 77), Kərəm Aktürkoğlu (Tete, 78), İkardi (Vinisius, 86).
Fənərbaxça – Pendikspor 4:1
Mərt Hakan Yandaş, 59. Batşuayi, 87-p. Fərdi Kadıoğlu, 90+4. İrfan Can Kahveci, 90+9 – Xəlil Akbunar, 30.
Fənərbaxça: Livakoviç, Mərt Müldür (Osayi-Samuel, 46), Oostervolde (Ciku, 46), Sərdar Əziz, Fərdi Kadıoğlu, Fred, Kruniç, Mərt Hakan Yandaş (Batşuayi, 74), Cengiz Ündər (İrfan Can Kahveci, 61), Tadiç, Ceko (Şimanski, 90+2).
Qaziantep – Beşiktaş 2:0
Soresku, 9. Draquş, 85.
Trabzonspor – Fatih Karagümrük 5:1
Bardi, 32. Biraski, 64-öz qapısına. Trezeqe, 70. Pepe, 76. Umut Bozok, 90+3 – Markao, 14.
Trabzonspor: Muhammet Taha Tepe, Menye (Mehmet Can Aydın, 86), Mendi, Densvil, Ərən Elmalı, Berat Özdəmir, Umut Günəş (Enis Destan, 65), Visça (Funtas, 86), Bardi (Fernandes, 79), Trezeqe, Pepe (Umut Bozok, 80).
Konyaspor – Adana Dəmirspor 2:2
Çikalleşi, 9-p.; 45-p. – Yusuf Ərdoğan, 32. Balotelli, 87.
Adana Dəmirspor: Şahruddin Məhəmmədəliyev, Atal, Qravilyon, Sisse (Nani, 62), Məhəmmədi, Maestro, Rodriges (Balotelli, 46), Yusuf Ərdoğan, Mişu (Yusuf Barasi, 84), Mendosa (Yusuf Sarı, 62), Əmrə Akbaba.
Sivasspor – Alanyaspor 1:2
Manay, 64 – Ahmed Hassan, 49. Oğuz Aydın, 79.
İstanbulspor – Kasımpaşa 1:2
Loşay, 25 – Da Kosta, 53. Ben Uannes, 71.
İstanbul BŞ – Antalyaspor 1:0
Opoku, 90+1.
Samsunspor – Ankaragücü 2:1
Holse, 12. Ntçam, 82 – Alim Öztürk, 14-öz qapısına.
Kayserispor – Hatayspor 1:1
Burabia, 23 – Doğukan Sinik, 2.
1. Qalatasaray 29 25 3 1 64-17 78
2. Fənərbaxça 29 24 4 1 76-23 76
3. Trabzonspor 29 15 4 10 49-37 49
4. Beşiktaş 28 14 4 10 39-32 46
5. Kasımpaşa 29 12 7 10 50-51 43
6. İstanbul BŞ 29 12 6 11 37-33 42
7. Çaykur Rizəspor 29 11 6 12 33-46 39
8. Antalyaspor 29 9 11 9 33-32 38
9. Sivasspor 29 9 11 9 35-39 38
10. Adana Dəmirspor 29 8 12 9 42-38 36
11. Samsunspor 29 10 6 13 35-38 36
12. Alanyaspor 29 8 12 9 37-42 36
13. Kayserispor (-3) 29 10 9 10 36-42 36
14. Konyaspor 29 7 11 11 30-41 32
15. Ankaragücü 29 6 12 11 34-38 30
16. Hatayspor 29 6 12 11 33-40 30
17. Fatih Karagümrük 29 7 8 14 33-37 29
18. Qaziantep 28 7 7 14 31-41 28
19. Pendikspor 29 6 8 15 33-61 26
20. İstanbulspor (-3) 29 3 7 19 22-54 13
Bombardirlər: Ceko (Fənərbaxça) – 18, İkardi (Qalatasaray), Manay (Sivasspor) – 15, Tiam (Kayserispor/Pendikspor) – 14, Pyontek (İstanbul BŞ) – 13.
Növbəti turun oyunları martın 15-17-si aralığında keçiriləcək: Alanyaspor – Kayserispor, Pendikspor – İstanbulspor, Kasımpaşa – Qalatasaray, Hatayspor – Samsunspor, Ankaragücü – İstanbul BŞ, Beşiktaş – Antalyaspor, Trabzonspor – Fənərbaxça, Adana Dəmirspor – Sivasspor, Fatih Karagümrük – Konyaspor, Çaykur Rizəspor – Qaziantep.

Turun rəqəmi
10 – Okan Buruk və “Qalatasaray” az qala hər tur bir rekord yeniləyir. Komanda hesabına daha bir 3 xal yazmaqla Türkiyə çempionatı çərçivəsində qələbə seriyasını 10, evdəki qələbə seriyasını 18, evdəki məğlubiyyətsiz seriyanı isə 33 oyuna yüksəltdi. Yeri gəlmişkən, “Cim-Bom” turnirin tarixində bir mövsümün gedişində iki dəfə 10 oyunluq qələbə seriyası yaxalayan ilk komandadı! “Cim-Bom” daha əvvəl 2-11-ci turlarda da ardıcıl 10 qələbə qazanmışdı.

Turun ulduzu
Kərəm Dəmirbay (Qalatasaray) – İstanbul nəhəngi ötən yay “dayı” ləqəbli bu futbolçunu transfer edərkən ondan bu qədər fayda götürəcəyini, yəqin ki, heç özü də gözləmirdi. Uyğunlaşma dönəmini başa vurandan sonra komandanın aparıcı futbolçularından birinə çevrilən Dəmirbay bu turu benefisinə çevirdi. İkardi komanda yoldaşına jest edərək penalti vurmaq hüququnu ona verdi və Dəmirbay peşəkar karyerasında ilk dəfə het-trik etdi! İlk iki qolu isə o, cərimə meydançası xaricindən vurdu. “Cim-Bom”un heyətində superliqada bu şəkildə iki qol vuran sonuncu futbolçu 2014-ün oktyabrında “Fənərbaxça” ilə derbidə Uesli Sneyder olmuşdu.

Turun sitatı
İbrahim Üzülməz, “Pendikspor”un baş məşqçisi:

“Mən də uzun illər böyük komandada oynamışam və buraların atmosferini gözəl bilirəm. Fanatlara şirin görünmək üçün belə hərəkətlərə yol vermək düzgün deyil. Mərt Hakan Yandaş gözəl bir qol vurdu və onu təbrik edirəm. Amma böyük komandanın oyunçusuna yaraşan hərəkət o qoldan sonra topu tez götürüb mərkəzə qoyaraq oyunun başlamasına şərait yaratmaq olardı. Gəlib mənim ehtiyat zonamın önündə bəzi hərəkətlərə yol verməsi etikaya və əxlaqi dəyərlərə ziddi. Belə ürəklidisə, həftəsonu Trabzonda həmin hərəkəti rəqibin ehtiyat skamyasına etsin və ya Trabzonda hakimə “sən bu gün burdan çıxa bilməyəcəksən” desin. Bunları desin, mən də onu təbrik edim”.

Oyundan sonra
Okan Buruk, “Qalatasaray”ın baş məşqçisi:

“Yolumuz bəllidi. Yolun sonu çempionluq olmalıdı. Ona görə də hər oyunda qalib gəlməliyik. Bu qədər qələbələr qazanılınca, istər-istəməz yeni rekordlar ortaya çıxır. Amma biz meydana rekord yox, sadəcə, qələbə üçün çıxırıq. Bu rekordları hamımız birlikdə, camiə olaraq qırırıq. Ötən həftə “Beşiktaş”a qarşı çox mühüm qələbə qazandıq. Bu dəfə də işimiz asan olmadı. Hər tur bizi daha çətin oyunlar gözləyəcək. Bu gün ilk yarıda əla təsir bağışladıq. Fasiləyə 4:1 öndə yollanmağımız da bunu sübut edir. Qol fürsətlərindən gözəl faydalandıq. Rəqib də qollar vurdu. 6:2 əla nəticədi. Amma əsas odu ki, 3 xal qazandıq. Müdafiənin mərkəzində problemlərimiz var idi. Berkan Kutluya etimad göstərdim, o da ümidlərimi doğrultdu. Hücumda yaxşı təsir bağışlayaraq müdafiədəki problemləri ört-basdır etdik. Eyni konsentrasiya və istəklə davam etməliyik. Hədəfimiz qalan bütün oyunlarda qalib gəlməkdi. “Qalatasaray”ın başqa hədəfi ola bilməz”.


İsmayıl Kartal, “Fənərbaxça”nın baş məşqçisi:

“İlk yarıda istədiyimiz kimi oynaya bilmədik. Amma bunun səbəbləri var. Son vaxtlar Kadıköyə gələn bütün rəqiblər yerdən qalxmaq bilmir! Sanki bir-birinə baxaraq bunu alışqanlıq halına gətiriblər. Hər fürsətdəcə yerə yıxılmağa, tibbi personalı çağıraraq tempimizi aşağı salmağa çalışırlar. Rəqibin bir oyunçusu var. Ad söyləməyəcəm, amma ilk yarıda 4 qayda pozuntusuna yol versə də, cəzalanmadı. Bizim iki futbolçumuz isə ilk yarıda birinci qayda pozuntusuna yol verən kimi dərhal sarı vərəqə aldı. 4-cü hakimə bununla bağlı etirazımı bildirdikdə “hələ oyunun əvvəlidi” dedi. Oyunun əvvəli, sonumu var? Hər həftə eyni şeyləri yaşayırıq. Bura gələnlər yerdən qalxmır və adətən, oyunu çirkinləşdirməyə çalışırlar. Xərəkdə oyunu tərk edən futbolçu kənara gələn kimi dərhal ayağa qalxaraq meydana çıxır. Biz futbol oynamağa çalışan komandayıq. Fanatlarımıza təşəkkür edirəm. İkinci hissədə oyunun içində qalaraq qələbə qazandıq”.

Paylaş:
Digər xəbərlər

Dünya futbolu / Manşet

10-03-2024, 22:0

''Qalatasaray'' superliqa tarixində bunu bacaran ilk klub oldu

Dünya futbolu

12-02-2024, 11:0

Okan Buruku Luçeskunun rekordundan cəmi 2 ev qələbəsi ayırır

Dünya futbolu

15-04-2023, 13:0

Okan Buruk bunu bacaran 4-cü məşqçi oldu

Dünya futbolu / Manşet

10-03-2024, 20:0

Musleradan növbəti yubiley

Dünya futbolu

3-09-2023, 11:0

Okan Burukdan növbəti rekord

Dünya futbolu

4-02-2023, 18:0

Ardıcıl 14 qələbə! - REKORD

Aktual
Mümkünsüz arzularla alovların arasından üzmək... – Dambrauskas şeir dedi
“Çempionat bitəndən sonra rəhbərliklə aramızda fikir ayrılığı yarandı” - Rahid Əmirquliyev
“Payde” Sumqayıtda yalqız qalacaq!
"Qarabağ"ın oyununda bizi narahat edə biləcək çox məqam var"- ÇSKA-nın baş məşqçisi
“Bu səbəbdən ona oyunlarda şans vermirəm” – Abbas Hüseynovun taleyi bəlli oldu
“İmarət Avropa” "Qarabağ"ı tək qoymayacaq
Son xəbərlər
  • Bu gün, 18:22
    Almaniyalı əfsanə Musialaya xəbərdarlıq etdi
  • Bu gün, 17:51
    ÇSKA-da taktiki sxem və heyət dəyişikliyi – fərqli oyun, yoxsa tələ?
  • Bu gün, 17:20
    “Araz-Naxçıvan” azarkeşlərdən bir qədər də uzaqlaşdı – klub problemi necə həll edəcək?
  • Bu gün, 16:59
    Mümkünsüz arzularla alovların arasından üzmək... – Dambrauskas şeir dedi
  • Bu gün, 16:28
    “Çempionat bitəndən sonra rəhbərliklə aramızda fikir ayrılığı yarandı” - Rahid Əmirquliyev
  • Bu gün, 15:57
    “Artıq milli komandanın baş məşqçi vəzifəsinə namizəd deyiləm” - Pirlonun “skuadra adzurra”ya təyinatı niyə rəsmiləşmədi?
  • Bu gün, 15:36
    “Bəzi suallara istədiyim cavabı verə bilməyəcəm” – Rəşad Sadıqov
  • Bu gün, 15:15
    “Payde” Sumqayıtda yalqız qalacaq!
  • Bu gün, 14:54
    “Karvan-Yevlax”dan növbəti transfer
  • Bu gün, 14:23
    "Qarabağ"ın oyununda bizi narahat edə biləcək çox məqam var"- ÇSKA-nın baş məşqçisi
  • Bu gün, 13:52
    “Bu səbəbdən ona oyunlarda şans vermirəm” – Abbas Hüseynovun taleyi bəlli oldu
  • Bu gün, 13:31
    ''Qalatasaray'' istəyir, ''Ayntraxt'' buraxmır
  • Bu gün, 13:00
    “İmarət Avropa” "Qarabağ"ı tək qoymayacaq
  • Bu gün, 12:39
    “İtaliyada insanları nəticədən başqa heç nə maraqlandırmır” - Fonseka “Milan”da işlədiyi dönəm haqda nələr dedi?
  • Bu gün, 12:18
    "Hər şey yaxşıdı, amma davam etmək lazımdı" - Aleksey İsayev
  • Bu gün, 11:57
    Azərbaycan klubu ilə anlaşdı, Bolqarıstana qaçdı
  • Bu gün, 11:36
    ''Qalatasaray''ın sabiq üzvündən şok sözlər - ''Bunları çox az insan görmək istəyər''
  • Bu gün, 11:15
    "Kəpəz" Qətər klubuna qarşı
  • Bu gün, 10:54
    Millimiz Çexiya ilə üz-üzə gələcək
  • Bu gün, 10:33
    “Sabahın Ulduzları” turnirinin püşkü atıldı
  • Bu gün, 10:13
    Qurban Qurbanovdan Sofiya səfəri ilə bağlı gözlənilməz qərar – o, qələbənin açarını tapıb?
  • Bu gün, 09:52
    İki güləşçimiz dünya çempionatının finalında
  • Bu gün, 09:31
    "Çox keyfiyyətli və yaxşı məşqçi tərəfindən hazırlanan komandaya uduzduq" - KuPS-un baş məşqçisi
  • Bu gün, 09:00
    Türkiyə klubu 900 minə aldığı oyunçunu 15 milyona satdı!
  • Dünən, 23:27
    İngiltərədə klubunu dəyişəcək
  • Dünən, 23:00
    “Sabah” və Mikels 10-a çatdı
  • Dünən, 22:06
    “Milan”ı tərk etməyəcək
  • Dünən, 21:55
    "Belə nəticə əldə etməyimizlə qürur duyuram" - Valdas Dambrauskas
  • Dünən, 21:24
    ÇSKA-nın stadionunda 72 saatda üç oyun keçiriləcək – ot örtüyü “Qarabağ”a problem yarada bilər!
  • Dünən, 21:10
    "İmişli" yoxlama oyunu keçirdi
  • Dünən, 20:52
    "Sabah" tarixində ilk dəfə avrokubokların liqa mərhələsində! - YENİLƏNİB
  • Dünən, 20:10
    İngiltərə klubunu tərk etdi
  • Dünən, 19:42
    “Sabah” Maludanı 3 milyon avroya satdı!
  • Dünən, 18:53
    Azərbaycan dünya çempionatında ilk medalını qazandı
  • Dünən, 18:22
    "Qəbələ" portuqaliyalı vinger aldı
Daha çox
Oxunub: 219
Qurban Qurbanovdan Sofiya səfəri ilə bağlı gözlənilməz qərar – o, qələbənin açarını tapıb?
Oxunub: 212
“İmişli”nin taleyi bəlli oldu – Arazın bu tayından Kürün o tayına
Oxunub: 163
Mahir Polşada bəxtsizlikdə üzləşdi - ilk tur matçında nə baş verdi?
Oxunub: 150
ÇSKA-nın stadionunda 72 saatda üç oyun keçiriləcək – ot örtüyü “Qarabağ”a problem yarada bilər!
Oxunub: 123
“Neftçi” bazar deyil, “Neftçi” xalqdı” - fanklub rəhbərindən sərt açıqlama
Oxunub: 118
“Bu səbəbdən ona oyunlarda şans vermirəm” – Abbas Hüseynovun taleyi bəlli oldu
Sosial şəbəkələrimiz:
  • Ölkə futbolu
  • Dünya futbolu
  • Avrokuboklar
  • Aktual
  • İdman
  • Layihə
  • Yazarlar
  • Reportaj
  • Müsahibə
  • Maqazin
  • Foto
  • Video
  • Baş redaktor: Mahir Rüstəmli
  • E-mail: mahir_rustemli@rambler.ru
  • Ünvan: Bakı şəhəri, akademik Ələşrəf Əlizadə küçəsi, 31
  • Whatsapp: (99450) 300 09 10
Müəllif hüquqları qorunur. Football-Plus.az-ın məlumatlarından istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdi.
  • Ana səhifə
  • Haqqımızda
  • Reklam
  • Əlaqə