Polis federasiyada axtarış aparır

7.03.2024 13:10 190
Dünya futbolu
Hüquq-mühafizə orqanları Kataloniya Futbol Federasiyasının Barselonada yerləşən mənzil-qərargahında axtarış aparır.

Bu haqda xəbəri “El Periodico” qəzeti yayıb.

Bu nəşrin informasiyasına görə, qanun keşikçiləri federasiyanın əməkdaşlarının ofisə daxil olmasına icazə vermir. Polis 2023-cü ildə keçirilən, Joan Soterasın yenidən prezident seçilməsi ilə nəticələnən seçkidə mümkün fırıldaqçılıqla bağlı sənədlər axtarır. Xəbərdə o da qeyd olunur ki, araşdırma bu vəzifəyə iddialı digər namizədin müvafiq orqanlara şikayətindən sonra başlayıb.