• Ana səhifə
  • Haqqımızda
  • Reklam
  • Əlaqə
  • Ölkə futbolu
    • Premyer-liqa
    • I divizion
    • Yığma
    • Kubok
    • Liqalar
  • Dünya futbolu
    • AÇ
    • DÇ 2026
  • Avrokuboklar
    • Çempionlar Liqası
    • Avropa Liqası
    • Konfrans Liqası
  • Aktual
  • İdman
  • Layihə
  • Yazarlar
  • Reportaj
  • Müsahibə
  • Maqazin
  • Foto
  • Video
  • Ölkə futbolu
    • Premyer-liqa
    • I divizion
    • Yığma
    • Kubok
    • Liqalar
  • Dünya futbolu
    • AÇ
    • AÇ
  • Avrokuboklar
    • Çempionlar Liqası
    • Avropa Liqası
    • Konfrans Liqası
  • Aktual
  • İdman
  • Layihə
  • Yazarlar
  • Reportaj
  • Müsahibə
  • Maqazin
  • Foto
  • Video

Olimpiadanın medallarında Eyfel qülləsinin dəmiri olacaq

İdman

4-03-2024, 22:0

Məlum olduğu kimi, builki Yay Olimpiya Oyunları iyulun 26-sı – avqustun 11-i aralığında Fransanın paytaxtı Parisdə keçiriləcək. Ümumilikdə 32 idman növündə 329 medal dəsti sahibini tapacaq.

"Football-plus.az" xəbər verir ki, fevralın 8-də Paris-2024-ün təşkilat komitəsinin ofisində 33-cü Yay Olimpiya Oyunlarının medalları ictimaiyyətə təqdim olunub. Medalların tərkibində Parisin və bütün Fransanın rəmzi olan Eyfel qülləsinin metal hissəsi də yer alıb. Bu, Olimpiada-2024-ün mükafatlarını 1896-cı ildə keçirilən ilk müasir Oyunlardan bəri təqdim olunan 36600 medaldan fərqləndirir.

Paris mükafatlarının dizaynını Fransanın ən zəngin biznesmenlərindən olan Bernar Arnonun LVMH şirkətlər qrupuna aid “Chaumet” (“Şome”) zərgərlik evi hazırlayıb. Medallar Fransa paytaxtının zərbxanası tərəfindən hazırlanacaq.

Olimpiya Oyunlarının medallarının mərkəzində Eyfel qülləsinin orijinal metalından hazırlanan altıbucaqlı yer alıb. Tarixdə belə bir populyar baxış daşlaşıb: Fransanın materik hissəsi xəritədə məhz bu həndəsi fiqura bənzəyir. Məhz belə dizayn seçimi Oyunların yalnız Parisdə yox, Fransanın başqa şəhərlərinin də ərazisində keçiriləcəyinə dair mesajdı.

Bildiyiniz kimi, Eyfel qülləsi bu qurğunun əsas memarı Qustav Eyfelin adını daşıyır. Fransalı mühəndis özü onu, sadəcə, “300 metrlik qüllə” adlandırırdı. 1889-cu ildə müvəqqəti qurğu kimi tikilən qüllə Paris Ümumdünya Sərgisinin tağı rolunu oynamalıydı. İlkin plana görə qüllə 20 ildən sonra sökülməliydi. 1887-ci ildə tikinti başlayanda ölkənin 300 yazıçısı, rəssamı və musiqiçisi olun əleyhinə çıxdı. Etirazçı incəsənət adamları arasında Aleksandr Düma (oğul), Gi de Mopassan, Şarl Quno kimi məşhurlar da var idi. Onlar qülləni “çirkin skelet”, “faydasız və dəhşətli”, “gülməli və zavodun tüstü bacası kimi Paris üzərində hökmran olan”, “şəhərin üzərində mürəkkəb ləkəsi kimi görünən mənfur dəmir-vint yığını” kimi xarakterizə edirdilər. Bununla belə, qüllə sərginin keçirildiyi yarım ildə möhtəşəm effekt doğurdu və dünyanın hər tərəfindən gələn adamların diqqətini cəlb etdi. Parisin məşhur rəmzi dünyanın ən çox ziyarət olunan və ən çox şəkilə çəkilən obyektinə çevrildi.

Olimpiadanın medallarının hazırlanması üçün lazım olan material Eyfel qülləsinin yenidən qurulması zamanı artıq qalan hissələrdən götürülüb, qüllənin metalı mükafatların üzərində orijinal rəngindədi.

Bu element 2024-cü il Oyunlarının emblemi ilə bəzədilib və bütün nominallarda - həm qızıl, həm gümüş, həm də bürünc medallarda mövcuddu. Həmçinin altıbucaqlının konturu boyunca nazik xətlər çəkilib - təsvirə relyef və parlaqlıq verən şüalar kimi. Bu yaradıcı ideya özündə həm Fransanın dünyadakı, həm də idmançıların özlərinin - Olimpiadanın qaliblərinin parıltısını gizlədir. Hər bir medalın üzərində fransız dilində idman növünün, yarışın adı həkk olunub. Medalın diametri 85 mm, qalınlığı isə 9,2 millimetrdi. Əvvəllər Eyfel qülləsinin bir hissəsi olan metalın hər mükafatdakı payı 18 qramdı. Medalların hər biri fərqli çəkiyə malikdi: qızıl medal 529, gümüş medal 525, bürünc medal 455 qramdı. Ümumilikdə 5084 medal hazırlanıb.
Olimpiada-2024-ün təşkilat komitəsinin rəhbəri Toni Estanqe bildirib ki, Eyfel qülləsinin metalından istifadə ideyası medalları unikal və təkrarolunmaz etmək istəyindən irəli gəlir: “Bu qiymətli metalların - qızıl, gümüş və bürüncün Fransanın mirvarisi olan Eyfel qülləsinin ən qiymətli metalı ilə birləşməsi üçün çox böyük iş görülüb. Odu ki, 2024-cü ilin Oyunlarının medallarının özəlliyi metalların qovuşması, əriməsidi. Biz istəyirdik ki, Eyfel qülləsinin orijinal metalı olan dəmir bu medallarda olsun və 2024-cü il Oyunlarında idmançıların medalları bu metalla bəzədilsin”.

Biatlon üzrə beşqat olimpiya çempionu, Olimpiadanın idmançılar komissiyasına rəhbərlik edən Martin Furkad əlavə edib ki, Parisdə keçiriləcək Oyunlarda təqdim olunacaq mükafatların dizaynını hazırlayarkən yaradıcılar idmançıların istəklərini rəhbər tutub: “Paris-2024-ün təşkilat komitəsi həmişə olduğu kimi, idmançıları diqqət mərkəzində saxladı. Biz iki şeyə nail olmaq istəyirdik: olimpiyaçıların və paralimpiyaçıların medalları eyni olsun, medalların tərkibində ölçüyəgəlməz dərəcədə dəyərli metal (Eyfel qülləsindən) yer alsın. Bizi üç şey ruhlandırdı: altıbucaqlı, Fransa və medalın qiymətli daş kimi görünməsi arzusu. Buna görə də o, qiymətli daş kimi çərçivəyə salınıb”.

Paylaş:
Digər xəbərlər

İdman

26-07-2022, 10:0

Yay Olimpiya Oyunlarının proqramı açıqlandı

Maraqlı

1-02-2023, 16:0

Paris-2024 Yay Paralimpiya Oyunlarının təqvimi açıqlandı

İdman

29-09-2022, 10:0

Misirdə Olimpiada keçiriləcək?

İdman

29-12-2023, 23:0

Paris Olimpiadasının medallarını indidən bölürlər...

Aktual / İdman

23-06-2023, 20:0

Polis reyd keçirdi

İdman

5-02-2023, 10:0

Polşa da “boykot” deyir

Aktual
“Təəssüfləndiyim oyunçulardan biri Medinadı”
“Əsas məqsədi legioner həyatı yaşamaqdı” – Şahin Diniyevdən Coşqun haqda açıqlama
“Şamaxı” azarkeşləri narahat olmasın” – 18 ayrılıqdan sonra cəmi 5 transfer edilməsinə reaksiya
Mircavadov: “Könül istərdi ki, “Neftçi”də çempionluq uğrunda mübarizəyə qoşulsun”
“Qarabağ”ın standartlarına uyğun yerli futbolçu yoxdu?
“İstəyərdik ki, Kaşkilya qalsın” – “Küdrü Qartalları” “İmişli”nin qərarı barədə nə dedi?
Son xəbərlər
  • Bu gün, 01:00
    İspaniya darmadağınla 1/8 finalda - DÇ gecəsi
  • Dünən, 23:53
    "Daha fərqli, sürətli və hərəkətli komanda görəcəyik" - Yuri Vernidub
  • Dünən, 23:10
    "Neftçi" ilk yoxlama oyununda uduzdu
  • Dünən, 22:59
    Verniduba ötürmə...
  • Dünən, 22:28
    ''Fənərbaxça''nın sabiq forvardı ''Qalatasaray''a keçir
  • Dünən, 21:57
    "Qarabağ" - "Vestri" matçının biletləri satışa çıxır
  • Dünən, 21:20
    Fərid Namazov yenidən "İmişli"də
  • Dünən, 20:55
    Andrade qol vurdu, "Sabah" böyük hesabla uduzdu
  • Dünən, 20:24
    İkardinin menecerindən növbəti qəribə açıqlama: ''Gözləyib görəcəyik''
  • Dünən, 19:53
    Rassell mövsümdə ikinci dəfə hamını qabaqladı
  • Dünən, 19:16
    Oveçkin gedir, yoxsa qalır?
  • Dünən, 18:45
    “Təəssüfləndiyim oyunçulardan biri Medinadı”
  • Dünən, 18:14
    “Xankəndi” üç futbolçusu ilə yollarını ayırdı
  • Dünən, 17:55
    Adında “şir” ola, özün isə hamıdan qorxasan… - DÇ-nin TƏƏSSÜRATI
  • Dünən, 17:23
    UEFA ''Fənərbaxça''nı cəzalandırdı!
  • Dünən, 16:52
    “Əsas məqsədi legioner həyatı yaşamaqdı” – Şahin Diniyevdən Coşqun haqda açıqlama
  • Dünən, 16:21
    Səlahət Ağayev daha bir il "Qəbələ"də
  • Dünən, 15:55
    "İmişli" yarımmüdafiəçi ilə vidalaşdı
  • Dünən, 15:25
    "Kəpəz"də daha bir ayrılıq
  • Dünən, 14:53
    “Şamaxı” azarkeşləri narahat olmasın” – 18 ayrılıqdan sonra cəmi 5 transfer edilməsinə reaksiya
  • Dünən, 14:22
    UFC: Bakı turniri milyonların diqqət mərkəzində
  • Dünən, 13:55
    “İyulun 6-da məşqlərə başlayacaq” – Mahirin anasından yeni klubu haqda açıqlama
  • Dünən, 13:48
    "İlk 10 dəqiqə bizim üçün uğurlu keçmədi" - "Ferentsvaroş"un baş məşqçisi
  • Dünən, 13:20
    “Araz-Naxçıvan” ÇL-nin B yolunda
  • Dünən, 12:51
    ''Fənərbaxça''da mövsüm başlamamış zədələr başlayıb
  • Dünən, 12:30
    "Qəbələ"nin futbolçusu "Şamaxı"da
  • Dünən, 12:13
    "Komandamızda kifayət qədər dəyişikliklər edilib" - Qurban Qurbanov
  • Dünən, 11:51
    "Şəfa" daha bir legioner aldı - RƏSMİ
  • Dünən, 11:20
    “Sumqayıt” Adil Şükürovu direktor təyin etdi
  • Dünən, 11:05
    Transfer dosyesi - kimlər gedib, kimlər gəlib?
  • Dünən, 10:59
    "Sabah" İsrail klubundan vinger aldı
  • Dünən, 10:44
    Mircavadov: “Könül istərdi ki, “Neftçi”də çempionluq uğrunda mübarizəyə qoşulsun”
  • Dünən, 10:36
    "Neftçi" ilk yoxlama oyununu keçirir
  • Dünən, 10:21
    “Sabah” Andradenin yeni komandası ilə qarşılaşır
  • Dünən, 10:00
    Əziz Yıldırımın qızının evində ölüm hadisəsi baş verdi!
Daha çox
Oxunub: 452
Çempion komandanı atdı, “Zirə”yə gəldi – nə qəribə!
Oxunub: 313
Transfer dosyesi - kimlər gedib, kimlər gəlib?
Oxunub: 245
Ramil Şeydayev “Dinamo”da! – gəldiyi yerə dönür
Oxunub: 234
Arif Əsədov “Kəpəz”də çalışmaqdan niyə imtina etdi? – detallar üzə çıxdı
Oxunub: 233
Zaur Ramazanov bu dəfə “bu həftə” dedi…
Oxunub: 183
“Sabah”, “Neftçi”, “Turan Tovuz”! - ...bu üç klubdan biri Elvin Cəfərquliyevi ala bilər
Sosial şəbəkələrimiz:
  • Ölkə futbolu
  • Dünya futbolu
  • Avrokuboklar
  • Aktual
  • İdman
  • Layihə
  • Yazarlar
  • Reportaj
  • Müsahibə
  • Maqazin
  • Foto
  • Video
  • Baş redaktor: Mahir Rüstəmli
  • E-mail: mahir_rustemli@rambler.ru
  • Ünvan: Bakı şəhəri, akademik Ələşrəf Əlizadə küçəsi, 31
  • Whatsapp: (99450) 300 09 10
Müəllif hüquqları qorunur. Football-Plus.az-ın məlumatlarından istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdi.
  • Ana səhifə
  • Haqqımızda
  • Reklam
  • Əlaqə