“Mançester Yunayted”in baş məşqçisi Erik ten Haq “Fulhem”dən oyunçusu Bruno Fernandeşi təhqir etdiyi üçün üzr istəməyi tələb edib.
Niderlandlı mütəxəssis “TikTok” sosial platformasında və “Fulhem”in rəsmi səhifəsində Bruno Fernandeşin təhqir olunduğuna dair video paylaşıldığını iddia edib:
“Bu videodan xəbərim yox idi. Klub tərəfindən edilibsə, bunun düzgün olmadığını hesab edirəm. Bir komanda üçün belə postların paylaşılması doğru addım deyil. Onlar belə paylaşıma görə mütləq üzr istəməlidi”.
Hələ ki “Fulhem” bu məsələyə münasibət açıqlamayıb. Komanda "Mançester Yunayted"in futbolçusunun zədələndiyi epizoda etiraz əlaməti kimi sözügedən videonu paylaşıb.