Minifutbol çempionatında mövsümün ikinci yarısına yaxşı başlayan “İnter”də vəziyyət yenə gərginləşib.
“Football-plus.az” xəbər verir ki, komanda son üç oyunda yalnız 1 xal toplaya bilib. Uğurlu startın davamının gəlməməsinin, eyni zamanda indiki uğursuz çıxışın səbəbini öyrənmək üçün komandanın kapitanı Əfran İsmayılovla danışdıq:
“Doğrusu, heyətlə bağlı ciddi problemlər yaşandı. Zədəlilər çox oldu. Özüm və Elhad Nəziri də zədəlilər siyahısındadı. Əsas qapıçımız getdi, sonra yenisi gəldi. Onun da komandaya uyğunlaşmada çətinlik çəkdiyini görürük. Ümumiyyətlə, özümüz uyğunlaşmada çətinlik çəkirik. Hələ ki şanslar var, ilk “8-liy”ə düşməyə çalışırıq. İnşallah, yaxşı olacaq”.
Xatırladaq ki, “İnter” 12 turdan sonra 17 xal toplayaraq, turnir cədvəlində 9-cu pillədə yer alıb.
KAMAL SƏFƏR