Lük Şounun aqibəti müəyyənləşib.
Növbəti dəfə sıradan çıxan futbolçunun uzun müddət futbolsuz qalacağı məlum olub.
O, bu mövsüm bir daha meydana çıxa bilməyəcək. “Mançester Yunayted”in təcrübəli futbolçu premyer-liqanın “Luton”la oyununda (2:1) zədələnib. Lükün dizaltı vətəri ciddi xəsarət alıb. Həkimlər zədənin bərpasının üç ay çəkəcəyini proqnozlaşdırır. Bu proses ləng gedəcəyi halda, o, İngiltərə yığmasına yayda Almaniyada keçiriləcək Avropa çempionatında kömək etməyə bilər.
Şounun aqibəti necə olacaq?
Dünya futbolu



