• Ana səhifə
  • Haqqımızda
  • Reklam
  • Əlaqə
  • Ölkə futbolu
    • Premyer-liqa
    • I divizion
    • Yığma
    • Kubok
    • Liqalar
  • Dünya futbolu
    • AÇ
    • DÇ 2026
  • Avrokuboklar
    • Çempionlar Liqası
    • Avropa Liqası
    • Konfrans Liqası
  • Aktual
  • İdman
  • Layihə
  • Yazarlar
  • Reportaj
  • Müsahibə
  • Maqazin
  • Foto
  • Video
  • Ölkə futbolu
    • Premyer-liqa
    • I divizion
    • Yığma
    • Kubok
    • Liqalar
  • Dünya futbolu
    • AÇ
    • AÇ
  • Avrokuboklar
    • Çempionlar Liqası
    • Avropa Liqası
    • Konfrans Liqası
  • Aktual
  • İdman
  • Layihə
  • Yazarlar
  • Reportaj
  • Müsahibə
  • Maqazin
  • Foto
  • Video

Balotellinin dostu və İbrahimoviçin klonu

Dünya futbolu

26-02-2024, 23:0

Çərşənbə axşamı Çempionlar Liqasının 1/8 final mərhələsinin ilk oyunu çərçivəsində “İnter” “Atletiko”nu 1:0 hesabıyla məğlub etdi. “Hindular”ın qapısından qələbə topunu 34 yaşlı Marko Arnautoviç keçirdi.

...Arnautoviç nə vaxtsa böyük istedad və ondan da kiçik olmayan eqo sahibi, eyni zamanda axmaq xarakterə malik birisi idi. “Quql”da axtarış verməklə bununla bağlı çoxlu tarixçə tapmaq olar. Əlbəttə, karyerasının “İnter” dönəmi belə nümunələrlə zəngindi. Arnautoviç “Tvente”də möhtəşəm mövsüm keçirəndən sonra (12 qol vurmuşdu) 2009-cu ilin yayında Milana təşrif buyurdu. Ondan başlayaq ki, Marko Mario Balotelli ilə eyni nömrədə yaşayırdı. Təkcə bu fakt mətbuata çıxan tarixçələrdən başqa ən qəribə olayların yaşandığını düşünməyə əsas verir.

“Bentli” olayını Arnautoviçin öz dilindən eşidək: “Yenicə sürücülük vəsiqəsi almışdım, Samuel Eto’Оya dedim ki, maşın almaq istəyirəm. Cavab verdi ki, alma, özümkünü sənə bağışlayıram. “Bentli”sini mənə verdi, çox sevindim. Hər gün şəhərdə dolaşırdım, daim maşını yuyurdum, onu yaxşı vəziyyətdə saxlayırdım. Sem məndən maşına yaxşı baxmağı xahiş etmişdi. Ancaq bir dəfə restorana yollandım, orda 45 dəqiqə keçirdim, çıxanda isə maşını yerində görmədim. Əvvəlcə düşündüm ki, düzgün parklama etmədiyimə görə maşını cərimə meydançasına aparıblar. Yox, belə deyilmiş. Şokdaydım, ürəyim bulanırdı, çox qorxmuşdum. Semə zəng vurub dedim ki, maşını qaçırıblar. Ancaq o mənə münasibətdə xeyirxah idi, dedi ki, bu, sənin günahın deyil. Hər gün zəng edib üzrxahlıq edirdim. Bəlkə də 100 dəfə zəng etmişdim. “Verder”ə keçəndən sonra mənə zəng edib dedilər ki, maşın tapılıb. Ondan sonra mənəvi rahatlıq tapdım”.

Arnautoviçin ən yaxşı xarakteristikasını Joze Mourinyo verib: “Marko fantastik oğlandı, ancaq özünü uşaq kimi aparır. Mario Balotelli isə onun ən yaxın dostudu”.

Təəccüblü deyil ki, serb köklərinə malik avstriyalı (atası serb, anası avstriyalıdı, Marko pravoslav xristiandı) “İnter”də cəmi bir mövsüm davam gətirdi – Milan klubu “Tvente”dən onun transfer hüququnu ələ keçirmədi. Sonra onun karyerasında “Verder”, “Stok Siti”, “Vest Hem”, başqa çoxlu tarixçə oldu – sərxoş halda maşın sürməkdən tutmuş itlə oynayarkən diz bağlarını zədələyib uzun müddətə sıradan çıxmağa qədər. Devid Moyes “Vest Hem”i çalışdırarkən onu ictimaiyyət önündə belə tənqid etmişdi: “Mən Markonu yanıma çağırıb dedim: “Qollar vursan və təhlükəli vəziyyətlər yaratsan, oynayacaqsan. Qaçmağa və komanda üçün çalışmağa başlasan, oynayacaqsan. Ancaq bütün bunlardan ən azı biri mənə lazımdı”.

Çin və MY-dən imtina
Arnautoviç 2019-da Çinə yollananda – onda artıq 30 yaşı var idi – hər kəsə elə gəldi ki, bu, böyük Avropa karyerasının sonudu. Çin, Birləşmiş Ərəb Əmirlikləri... Onun 2021-ci ilin yayında İtaliyaya dönüşü sürpriz oldu. Ancaq 32 yaşlı futbolçunun A seriyasının ortababı “Bolonya”da iki mövsüm ərzində bütün turnirləri nəzərə alsaq, 25 qol vurması daha böyük sürpriz idi. Və söhbət təkcə statistikadan da getmir. O, gerçəkdən gənclikdə soyadına, xarici görünüşünə, fiziki göstəricilərinə, oyun üslubuna və axmaq xarakterinə görə müqayisə olunduğu Zlatan İbrahimoviçi xatırlatmağa başladı. Arnautoviç “Bolonya”da özünü necə rahat hiss edirdisə, dediyinə görə, 2022-ci ilin yayında hətta “Mançester Yunayted”ə keçiddən də imtina etdi: “Mançester Yunayted” bir neçə dəfə mənlə müqavilə bağlamaq istədi. İtaliyada qalmaq qərarı çətin idi, ona görə ki, ailəm İngiltərəyə qayıtmaq istəyirdi. Mənə aydındı ki, “qırmızı şeytanlar” daim zirvədə olan klublardandı, “Bolonya” isə yox. Ancaq bu normaldı. Burda hər şey sakitdi, özümə həsr etmək üçün vaxtım var, heç bir stress yaşamıram”.

Milan
Ancaq ötən yay “İnter”ə “yox” deməyi bacarmadı. Maraqlıdı ki, Milan klubu həmin vaxt avstriyalı ilə yanaşı, daha iki veterana - 35 yaşlı Xuan Kuadrado ilə Aleksis Sançesə də qucaq açdı. Marko Milan klubuna keçəndən sonra belə dedi: “14 il əvvəl burda olmuşam, ancaq onda oyunçudan daha çox fanat idim. Hər şeyə görə özündən tez çıxan gənc idim, futbola o qədər də köklənmirdim, ancaq indi hər şey fərqlidi. Ailəm var, daha sakit həyat tərzi sürürəm. Ümid edirəm ki, hər şey yaxşı olacaq. Fiziki cəhətdən güclüyəm, bura qollar vurmaq üçün gəlmişəm”.

14 il əvvəl olduğu kimi, yenə işlər qaydasında getməyə bilərdi. Onda Markoya bütün başqa məsələlərlə yanaşı, mövsümün əvvəlində aldığı zədə də mane olmuşdu. İndi isə A seriyasının elə ilk turunda – “Montsa” ilə oyunda məhsuldar ötürmə verməsinə baxmayaraq, “İnter”in baş məşqçisi Simone İnzaqi mövsümü möhtəşəm keçirən Markus Türamın əvəzedicisi kimi görür. Arnautoviç A seriyasının cari mövsümündə keçirdiyi 17 oyunun yalnız ikisində start heyətində görünüb. Ancaq görünür, forvard gerçəkdən də müdrikləşib, ağıllanıb, heyətə düşməməklə bağlı narazılıq etmir. Arnautoviçin qələbə topunu vurduğu “Atletiko” ilə oyun da qəribə alındı. Türam zədə almasaydı, yəqin ki, avstriyalı forvard bu oyunda şans qazanmayacaqdı. Bu başqa məsələ ki, Marko belə xoşbəxtliyi haqq etmişdi. “İnter”in müdafiəçisi Karlos Auqustonun oyundan sonra dediyi sözləri eşidək: “Arnautoviçə görə şadam – qeyri-adi oğlandı. Məşqlərdə çox çalışır və uğuru haqq edir”.

Bir sözlə, 30 yaşı tamamlayandan sonra da istedadı gerçəkləşdirmək olar. Yaxşı ki indi Arnautoviç Balotelli kimi papağını günə yandırmır.

Paylaş:
Digər xəbərlər

Dünya futbolu

26-09-2023, 20:0

“İnter”də ciddi itki

Dünya futbolu

17-10-2023, 20:0

Balotelli İbrahimoviçin cavabını bir şəkillə verdi

Dünya futbolu

23-02-2024, 23:0

Simeone 100-ə 0:1 ilə çatdı

Dünya futbolu

22-02-2024, 12:0

ÇL: həftənin ən yaxşı oyunçusu kim olacaq?

Aktual
“Neftçi”nin səhvlərini yalnız yeniyetmələrdən ibarət komandalar edə bilər” - belaruslular da şoka düşüb
Mahir Emreli “Rakuv”da qol hesabını açdı!
23 il futbol oynayıb, avrokubok üzü görməyib – “Turan Tovuz”un 34 yaşlı transferi kimdi?
“İmişli”nin taleyi bəlli oldu – Arazın bu tayından Kürün o tayına
"Dinamo-Minsk"i Bakıda dəstəkləyəcək azarkeş sayı açıqlandı
“Yaxşı futbol oynamaq üçün imkan var” – Estoniya “Zirə”ni necə qarşıladı?
Son xəbərlər
  • Bu gün, 11:23
    MS-ni tərk edə bilər
  • Bu gün, 10:52
    “Neftçi”nin səhvlərini yalnız yeniyetmələrdən ibarət komandalar edə bilər” - belaruslular da şoka düşüb
  • Bu gün, 10:31
    Vüsal oynadı, komandası Konfrans Liqasında qalib gəldi
  • Bu gün, 10:00
    "Qarabağ"ın potensial rəqiblərinin matçında 5 cavabsız qol
  • Dünən, 23:53
    "Təəssüf ki, qol vəziyyətlərindən istifadə edə bilmədik" - Rəşad Sadıqov
  • Dünən, 23:23
    "Biz lap böyük komanda deyilik ki, uduzsaq, sürpriz olsun" - Qurban Qurbanov
  • Dünən, 22:51
    "Bərabərlik bizim üçün yaxşıdı" - ÇSKA-nın baş məşqçisi
  • Dünən, 22:12
    Mahir Emreli “Rakuv”da qol hesabını açdı!
  • Dünən, 22:09
    "Zirə" uduzdu, "Qarabağ" heç-heçə etdi - YENİLƏNİB
  • Dünən, 21:45
    "Xankəndi"də məşqçi təyinatı
  • Dünən, 20:59
    Almaniyada klubunu dəyişdi
  • Dünən, 20:33
    Millimizin heyəti açqlandı
  • Dünən, 19:44
    "Payde" - "Zirə": START HEYƏTLƏRİ
  • Dünən, 19:10
    "Qarabağ" - ÇSKA: START HEYƏTLƏRİ
  • Dünən, 18:30
    ''Qalatasaray'' İkardiyə vida oyunu təklif etsə də...
  • Dünən, 17:58
    23 il futbol oynayıb, avrokubok üzü görməyib – “Turan Tovuz”un 34 yaşlı transferi kimdi?
  • Dünən, 16:56
    Florensiyanı tərk etdi
  • Dünən, 16:25
    Millimizin heyəti açıqlandı - AÇ
  • Dünən, 15:49
    Niderlandda qərar tutdu
  • Dünən, 15:08
    Qvineya millisinin üzvü "Araz-Naxçıvan"da
  • Dünən, 14:40
    "Şəfa"da niderlandlı futbolçu
  • Dünən, 14:19
    “İmişli”nin taleyi bəlli oldu – Arazın bu tayından Kürün o tayına
  • Dünən, 13:57
    Salahın meneceri transferi yubadır
  • Dünən, 13:27
    “Qalatasaray” hələ ki almaq yox, vidalaşmaq ilə məşğuldu
  • Dünən, 12:56
    “Trabzonspor” 26 milyon avroluq satış həyata keçirdi
  • Dünən, 12:25
    Avropada 10-cu qol
  • Dünən, 11:54
    İngiltərədə klubunu dəyişəcək
  • Dünən, 11:23
    “Belədə bundesliqa və ya la liqa klubları onu heyətində görmək istəyər” – Mahiri “Rakuv”da nə gözləyir?
  • Dünən, 10:52
    UEFA reytinqində mövqeyimiz dəyişmədi
  • Dünən, 10:31
    "Karvan-Yevlax"dan daha iki transfer
  • 22-07-2026, 23:0
    “Neftçi” bazar deyil, “Neftçi” xalqdı” - fanklub rəhbərindən sərt açıqlama
  • 22-07-2026, 23:0
    "Qarabağ"a qarşı uğurlu çıxış etmək istəyirik" - ÇSKA-nın baş məşqçisi
  • 22-07-2026, 22:0
    "Qalib olmağa gəlmişdik" - "Dinamo-Minsk"in baş məşqçisi
  • 22-07-2026, 22:0
    "Mənə elə komanda deyin ki, hər matçı qazansın" - Yuri Vernidub
  • 22-07-2026, 21:0
    Abubakar "Kəpəz"də
Daha çox
Oxunub: 191
“Sabah” rəsmisindən “Liv Bona Dea Arena” açıqlaması – klub ora nə vaxt köçəcək?
Oxunub: 165
“İmişli”nin taleyi bəlli oldu – Arazın bu tayından Kürün o tayına
Oxunub: 164
Varqas “Neftçi”yə nə vaxt qoşulacaq?
Oxunub: 139
“Zirə” Kutaisini qaynar qazana çevirdi – “Torpedo”nun kapitanı döyüldü, söyüldü!
Oxunub: 136
Gəncə stadionu və onminlərlə azarkeş Azər Məmmədovu çəkindirmir!
Oxunub: 131
Maluda Duranla komanda yoldaşı olacaq? – “Sabah”dan iddialara reaksiya
Sosial şəbəkələrimiz:
  • Ölkə futbolu
  • Dünya futbolu
  • Avrokuboklar
  • Aktual
  • İdman
  • Layihə
  • Yazarlar
  • Reportaj
  • Müsahibə
  • Maqazin
  • Foto
  • Video
  • Baş redaktor: Mahir Rüstəmli
  • E-mail: mahir_rustemli@rambler.ru
  • Ünvan: Bakı şəhəri, akademik Ələşrəf Əlizadə küçəsi, 31
  • Whatsapp: (99450) 300 09 10
Müəllif hüquqları qorunur. Football-Plus.az-ın məlumatlarından istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdi.
  • Ana səhifə
  • Haqqımızda
  • Reklam
  • Əlaqə