• Ana səhifə
  • Haqqımızda
  • Reklam
  • Əlaqə
  • Ölkə futbolu
    • Premyer-liqa
    • I divizion
    • Yığma
    • Kubok
    • Liqalar
  • Dünya futbolu
    • AÇ
    • AÇ
  • Avrokuboklar
    • Çempionlar Liqası
    • Avropa Liqası
    • Konfrans Liqası
  • Aktual
  • İdman
  • Layihə
  • Yazarlar
  • Reportaj
  • Müsahibə
  • Maqazin
  • Foto
  • Video
  • Ölkə futbolu
    • Premyer-liqa
    • I divizion
    • Yığma
    • Kubok
    • Liqalar
  • Dünya futbolu
    • AÇ
    • AÇ
  • Avrokuboklar
    • Çempionlar Liqası
    • Avropa Liqası
    • Konfrans Liqası
  • Aktual
  • İdman
  • Layihə
  • Yazarlar
  • Reportaj
  • Müsahibə
  • Maqazin
  • Foto
  • Video

“Ayntraxt” və “Betis” pley-offda dayandı

Konfrans Liqası

26-02-2024, 20:0

Çərşənbə və cümə axşamı günlərində Konfrans Liqasında (KL) pley-offun cavab oyunları keçirildi. Bununla da 1/8 finalın bütün iştirakçıları müəyyənləşdi.

"Football-plus.az" xəbər verir ki, 3-cü mövsümü keçirilən KL-in pley-off mərhələsində 16 komanda iştirak etdi. Reqlamentə görə, qrup qalibləri (Lill, Makkabi T-Ə, Viktoriya P, Brügge, Aston Villa, Fiorentina, PAOK, Fənərbaxça) birbaşa 1/8 finalda oynamaq hüququ qazanmışdılar. 2-ci yeri tutanlar (Slovan, Gent, Dinamo, Bude/Qlimt, Legiya, Ferentsvaroş, Ayntraxt F, Ludoqorets) isə bu mərhələyə vəsiqə qazanmaq üçün Avropa Liqasının qruplarını 3-cü yerdə başa vuran komandalarla (Olimpiakos, Ayaks, Betis, Şturm, Yunion, Makkabi H, Servett, Molde) iki oyundan ibarət pley-offda qarşılaşdılar. Artıq bu mərhələnin 8 qalibi 1/8 finalda oynayacaq.

Pley-offun cavab oyunları sırasında Almaniyadakı matçı maraqla gözləməyə dəyərdi. Hazırda Belçika çempionatında inamla liderlik edən “Yunion” evdəki ilk matçda “Ayntraxt” ilə məhsuldar “sülh”ə razılaşmışdı – 2:2. Almaniyalı Aleksander Blessinin komandası Frankfurtda 2:1 hesabı ilə qalib gələrək sürprizi reallaşdırdı.

Maraqlıdı ki, bu mərhələdə çıxış edən daha bir aparıcı liqanı təmsilçisi də mübarizəni dayandırdı. Qeyd edək ki, ilk oyunlarda ən gözlənilməz nəticə məhz İspaniyada qeydə alınmışdı. “Betis” öz meydanında “Dinamo”ya minimal hesabla uduzsa da, La Liqa təmsilçisinin Zaqrebdə məğlubiyyətin əvəzini çıxa biləcəyi ehtimal olunurdu. Sevilyalılar ilk hissəni öndə başa vursalar da, xorvatlar ikinci hissədə onlara lazım olan cavab qolunu vurdular. Amma Mahir Emreli zaqreblilərin sürpriz uğurunda yenə rol oynaya bilmədi: yığmamızın hücumçusu zədəli olduğu üçün cavab matçını da buraxdı.

pley-off, cavab oyunları
Ayntraxt (Frankfurt, Almaniya) - Yunion (Belçika) 1:2 (ilk oyun - 2:2)
Dina Ebimbe, 88 – Puertas, 47. Ekert, 80.
Ayntraxt: Trapp, Buta (Dina Ebimbe, 62), Tuta, Kox, Paço, Nkunku (Çendler, 81), Götse (Ekitike, 62), Sxiri, Şaybi, Marmuş, Knauff (Rode, 71).
Dinamo (Xorvatiya) - Betis (İspaniya) 1:1 (1:0)
Kaneko, 59 – Bakambyu, 38.
Betis: R.Silva, Ruibal (Rodri, 70), Riad, Roka, Miranda (Pleqesuelo, 79), Karvalyo, Kardoso, Fekir, Ezzalzuli, Diao (Belyerin, 61), Bakambyu (Villian Joze, 66).
Bude/Qlimt (Norveç) - Ayaks (Niderland) 1:2, əlavə vaxtda (2:2)
Berq, 83 - Berqheys, 34. Teylor, 114.
Legiya (Polşa) - Molde (Norveç) 0:3 (2:3)
Qulbrannsen, 2; 67. E.Hestad, 20.
Slovan (Slovakiya) - Şturm (Avstriya) 0:1 (1:4)
Byeret, 52.
Ludoqorets (Bolqarıstan) - Servett (İsveçrə) 0:1 (0:0)
Konya, 6.
Ferentsvaroş (Macarıstan) - Olimpiakos (Yunanıstan) 0:1 (0:1)
Əl-Kaabi, 45-p.
Gent (Belçika) - Makkabi (Hayfa, İsrail) 1:1 (0:1)
Tissudali, 69 - Pyero, 4.
Bombardirlər: Zahavi (Makkabi T-Ə), Nyuqren (Norşellann), Orban (Gent), Petkoviç (Dinamo) - 5.
Püşkün nəticəsinə əsasən ilk oyunları martın 7-də keçiriləcək 1/8 finalda cütlər belə formalaşıb: Servett – Viktoriya (Plzen, Çexiya), Ayaks – Aston Villa (İngiltərə), Molde – Brügge (Belçika), Yunion – Fənərbaxça (Türkiyə), Dinamo – PAOK (Yunanıstan), Şturm – Lill (Fransa), Makkabi (Hayfa) – Fiorentina (İtaliya), Olimpiakos - Makkabi (Təl-Əviv, İsrail).
Osimhen “Barselona”nın qələbəsinə mane oldu
1/8 final, ilk oyun
Napoli – Barselona 1:1 (0:0)
Napoli (Neapol, İtaliya): Meret, Di Lorentso, Rrahmani, Jezus, Oliveyra, Zambo Angissa, Lobotka, Kayuste (Traore, 68), Politano (Raspadori, 76), Kvaratsxeliya (Lindström, 68), Osimhen (Simeone, 76).
Barselona (İspaniya): Ter Ştegen, Kunde, Arauxo, Martines, Kanselo, Kristensen (Romeu, 86), De Yonq, İlkay Gündoğan, Yamal (Rafinya, 80), Pedri (Feliş, 80), Levandovski.
Qollar: Levandovski, 60 (0:1). Osimhen, 75 (1:1).
Vərəqələr: De Yonq, 16. Martines, 76. Kristensen, 78 – sarı.
Hakim: Feliks Svayer (Almaniya).
21 fevral. Neapol. 49529 tamaşaçı.

Hər nə qədər uğurlu mövsüm keçirməsələr də, İtaliya və İspaniyanın son çempionlarının dueli böyük maraqla gözlənilirdi. Həftənin əvvəlində “Napoli” gözlənilmədən bu mövsüm baş məşqçi postuna 3-cü fərqli mütəxəssisi – Françesko Kaltsonanı gətirdi. Amma görüşün əvvəllərində belə təəssürat yaranırdı ki, yenə yaxşıya doğru heç nə dəyişməyəcək. Neapollular üstünlüyü tam rəqibə verərək hücum etmək barədə ümumiyyətlə düşünmürdülər. Doğma fanatları önündə oynayan komanda bir ara heç mərkəzi də keçə bilmirdi! Amma Kaltsonadan möcüzə gözləməyə dəyməzdi. Çünki bu oyuna qədər o, komanda ilə birlikdə cəmi bir tam məşqə çıxmışdı. “Barsa” ilk yarıda çox fəal idi və topa 70 faizdən çox nəzarət edirdi. Amma bu üstünlük real qol epizodlarının yaranması üçün kifayət etmirdi. Ən gözəl fürsəti Kanselonun ötürməsindən sonra topu düz qapıçının üstünə vuran Levandovski əldən verdi. İlk yarıdan sonra qapıya zərbələrdəki durum meydan sahibləri üçün faciəvi idi (0:7, “çərçivə”yə 0:3). Maraqlıdı ki, Kataloniya nəhəngi ÇL-in pley-offunda ilk yarıda rəqibə “çərçivə”yə zərbə vurmağa imkan vermədiyi son oyunu 2011-in mayında “Real”a qarşı yarımfinalda keçirmişdi! Fasilədən sonra “Napoli”nin oyununda fəallıq artdı. Müxtəlif səbəblər üzündən dekabrın 23-dən bəri İtaliya klubunun heyətində ilk oyununa çıxan və birinci hissədə bir dəfə də olsun rəqibin cərimə meydançasına topa toxuna bilməyən Osimhen də fəallaşdı. Amma neapolluların digər ulduzu Kvaratsxeliya oyunu çox sönük keçirdi. Saatın tamamında hesab açıldı. Levandovski müdafiəçilərin əhatəsində olmasına baxmayaraq, yerlə topu yaxın küncə göndərdi. Meret heç cür komandasını xilas edə bilmədi. Oyunun axarını əvəzetmələrlə dəyişməyə çalışan və Kvaratsxeliyanı da meydandan çıxaran Kaltsonanın bu addımı özünü doğrultdu. Martineslə fiziki mübarizədən qalib ayrılan və rəqibindən fərqli yerə yıxılmayan Osimhen komandasının oyundakı “çərçivə”yə ilk və yeganə zərbəsini qola çevirdi! Qoldan ruhlanan “Napoli” oyunun sonluğunu rəqibdən daha istəkli və fəal keçirdi. Amma hesab dəyişmədi. Bütün suallara üç həftə sonra Barselonada aydınlıq gələcək. Maraqlıdı ki, Kataloniya nəhəngi Xavi mövsümün sonunda istefa verəcəyini açıqladığı tarixdən bəri keçirdiyi 5-ci oyunda da məğlub olmadı (3 qələbə, 2 heç-heçə).

Faktlar
* “Barselona” ÇL-in pley-offunda səfərdə keçirdiyi son 11 qarşılaşmanın yalnız birində qalib gəlib. Bu qələbə təxminən 5 il öncə - 2019-un aprelində “Mançester Yunayted”lə oyunda əldə olunub (1:0).
* 16 yaş 223 günlüyündə meydana çıxan Yamal ÇL-in pley-offunda forma geyən ən gənc futbolçu kimi tarixə düşdü.
* 35 yaş 184 günlüyündə fərqlənən Levandovski “Barselona”nın heyətində ÇL-də qol vuran ən yaşlı futbolçu ilə bağlı özünə məxsus olan rekordu bir qədər də yenilədi. Bu mövsümə qədər bu göstəricidə 1-ci pillədə Xerar Pike (34 yaş 260 gün) qərarlaşmışdı.
* 2024-cü ildə rəsmi matçlarda 9-cu qolunu vuran Levandovski bu göstəricidə “böyük beşlik”də yalnız Mbappedən (11) geri qalır.
* Ter Ştegen “Barsa”nın heyətində ÇL-də 81-ci oyununu keçirdi və bu göstəricidə Dani Alveşi geridə qoyaraq 2-ci pilləyə yüksəldi. Klub tarixində bu turnirdə ən çox oyun keçirmiş əcnəbi futbolçu Messidi (149).
* “Barselona” Xavinin dönəmində avrokuboklarda keçirdiyi 23 qarşılaşmanın cəmi 8-də, yəni 32 faizində qalib gəlib (7 heç-heçə, 8 məğlubiyyət). Qələbələr Plzen “Viktoriya”sı (2 dəfə), “Portu” (2), “Şaxtyor”, “Antverpen”, “Qalatasaray” və “Napoli” (2021/22 AL) üzərində əldə olunub.

oyunun statistikası
6 (1) qapıya (“çərçivə”yə) zərbə 12 (6)
7 künc zərbəsi 4
4 ofsayd 1
11 qayda pozuntusu 14
0 (0) sarı (qırmızı) vərəqə 3 (0)
45 topa sahibolma (faizlə) 55

Oyundan sonra...
Françesko Kaltsona, “Napoli”nin baş məşqçisi: “Görüləsi işlərimiz hələ çoxdu. Taktiki cəhətdən “artırmalıyıq”. Amma hər şeyə rəğmən, oyundan sonra futbolçularımı bugünkü performansa görə təbrik etdim. Sona qədər mübarizə apardıq. İkinci hissəni, xüsusilə də son 15-20 dəqiqəni əla keçirdik. Komandamın mübarizə əzmi xoşuma gəldi. Hətta qələbəyə də inanırdıq və son anlarda 2-ci qolu vurmaq üçün əlimizdən gələni etdik. İlk 30 dəqiqədə taktiki cəhətdən planlaşdırdığımız kimi oynaya bilmədik. Ona görə də işimiz çətinləşdi. Amma bunu başa düşmək olar. Bu vəzifəyə cəmi 1-2 gündü gəlmişəm. Komandam meydanda başverənlərə yaxşı reaksiya göstərdi. Əvəzetmələr də özünü doğrultdu. Sonradan meydana çıxanlar oyunumuza enerji və hərəkətlilik qatdı”.
Xavi Ernandes, “Barselona”nın baş məşqçisi: “Hesabda önə keçmək bizim üçün heç də asan olmadı. Müdafiədə etibarlı təsir bağışlayırdıq və oyun tərzimiz işə yarayırdı. Eyni futbolu davam etdirmək, yeri gələndə oyunu bir qədər sakitləşdirməliydik. Qərarlılıq göstərib oyunun taleyini də həll edə bilərdik. Amma bu baş vermədi. 75 dəqiqə meydanda ağalıq etsək də, rəqibin “çərçivə”yə vurduğu ilk zərbə qolla nətciələndi. 1:1-dən daha artığına layiq idik. Amma bunun üçün ilk növbədə qol buraxmamalıydıq. Təəsüf ki, vurduğumuz qoldan sonra oyuna istədiyimiz kimi nəzarət edə bilmədik. Topu rəqibə verdik. Halbuki məhz elə hesabı açandan sonra daha inamlı oynamalıydıq. Bu gün oyunumuzda yeganə mənfi cəhət məhz bu oldu. Əslində bu problem ilə mövsümün gedişində artıq neçənci dəfədi qarşılaşırıq. Biz lazım olanda tempi aşağı salmağı, topu ələ keçirməyi, oyunu sakitləşdirməyi bacarmalıyıq. Ümumi götürəndə yaxşı təsir bağışladıq. Bu oyun komandam üçün irəliyə doğru atılmış bir addımdı”.

Bombardirlər: Holann (Mançester Siti), Heylunn (Mançester Yunayted), Qaleno (Portu), Morata, Qrizmann (hər ikisi “Atletiko”) – 5.

Paylaş:
Digər xəbərlər

Konfrans Liqası

19-02-2024, 21:0

Mahirin komandasından gözlənilməz qələbə

Avrokuboklar / Konfrans Liqası

16-12-2023, 23:0

Mahirin komandası pley-offa çıxdı

Konfrans Liqası

17-09-2023, 16:0

Konfrans Liqası, 2023/24 mövsümü - TƏQVİM

Dünya futbolu

20-12-2023, 19:0

“Napoli” və “İnter” üçün qisas şansı

Konfrans Liqası

18-12-2023, 17:0

Konfrans Liqasında pley-off mərhələsinin püşkü atıldı

Avropa Liqası

1-09-2023, 10:0

Avropa Liqasının qrup mərhələsinin bütün iştirakçıları

Aktual
Mikels qardaşlarının Azərbaycan macəraları - 9 duelin yalnız ikisində üz-üzə gəliblər
RFŞ Dambrauskası təbrik etdi - "Çempionlar Liqasında böyük uğurlar qazanan "Qarabağ"ı qabaqladı"
“Sözün açığı, Veysəllə son danışığımızda bildirmişdik ki...” – bıçaqlanan futbolçu ilə bağlı yeni xəbər
“Şamaxı” çempion üçün şərəf dəhlizi açacaqmı? – mayın 3-ü, saat 16.00-da...
Bulvardakı “Saatlı qüllə” bu gün “Qalatasaray” azarkeşlərini görməyəcək! – niyə?
“Sabah” da üç aparıcı futbolçusundan məhrumdu, “Qarabağ” da
Son xəbərlər
  • Bu gün, 00:13
    “El Klasiko”da görünməyəcək
  • Dünən, 23:38
    Londondan Mançesterə yollana bilər
  • Dünən, 23:21
    Mikels qardaşlarının Azərbaycan macəraları - 9 duelin yalnız ikisində üz-üzə gəliblər
  • Dünən, 23:10
    "Qəbələ" avrokuboklar uğrunda mübarizə aparmalı idi" - Rəşad Sadıqov
  • Dünən, 22:40
    “Yuventus”u tərk edəcək
  • Dünən, 22:09
    "Bu oyunda da bəsit qol buraxdıq" - Kaxaber Sxadadze
  • Dünən, 21:57
    Klubu ilə yenidən anlaşdı
  • Dünən, 21:16
    "Tarix yazmaq niyyətindəyik" - Valdas Dambrauskas
  • Dünən, 20:56
    Yeni təklifi müsbət cavabladı
  • Dünən, 20:27
    "Sabah" və "Zirə"dən qələbə - YENİLƏNİB
  • Dünən, 20:21
    "David Sezarın zədələnməsi oyunun qırılma anı idi" - Ayxan Abbssov
  • Dünən, 20:05
    Yayda işsizə çevriləcək
  • Dünən, 19:20
    Arbeloaya o da xələf ola bilər
  • Dünən, 19:00
    4 illik həsrətə son qoydular
  • Dünən, 18:38
    Sabiq nigeriyalı futbolçu Osimhenə bu nəhəngə keçməməyi məsləhət gördü
  • Dünən, 18:06
    "Zirə" - "Qəbələ": START HEYƏTLƏRİ
  • Dünən, 17:55
    Cəlalın komandası xal itirdi
  • Dünən, 17:15
    ''İnter Mayami'' Messinin yubiley matçında tarixi bir şok yaşadı
  • Dünən, 16:45
    Osimhen fanatlardan üzr istədi
  • Dünən, 15:54
    Diyarbəkir təmsilçisi Türkiyə çempionatında oynayacaq
  • Dünən, 14:47
    "Şamaxı" - "Sabah": START HEYƏTLƏRİ
  • Dünən, 14:06
    “Formula-1” İstanbula dönür!
  • Dünən, 13:43
    Alkaras “Rolan Qarros”u da buraxacaq, Roma turnirini də
  • Dünən, 13:12
    Drayzaytlla Krosbidən tarixi uğur
  • Dünən, 13:06
    Renat "Lex"ə qarşı oynadı
  • Dünən, 12:42
    Lebron yenə tarix yazdı
  • Dünən, 12:11
    Nərimanın komandası uduzdu
  • Dünən, 11:33
    “Qalatasaray” çempionluğu əldən verdi?
  • Dünən, 11:30
    “Qarabağ”ın futbolçuları İçərişəhərdə azarkeşlərlə görüşdü
  • Dünən, 11:15
    "Qarabağ"ın xal itirmək ehtimalı böyükdü" - Tovuzdan "Tofiq Bəhramov"a azarkeş axını olacaqmı?
  • Dünən, 10:50
    İki cüdoçumuz tatami üzərinə çıxır - Düşənbədə son gün
  • 2-05-2026, 23:0
    “Sabah”ın basketbol komandası da çempionluğa gedir
  • 2-05-2026, 23:0
    Minifutbol millimiz qələbə qazandı
  • 2-05-2026, 22:0
    RFŞ Dambrauskası təbrik etdi - "Çempionlar Liqasında böyük uğurlar qazanan "Qarabağ"ı qabaqladı"
  • 2-05-2026, 22:0
    Acun Ilıcalının komandası pley-offa vəsiqə qazandı!
Daha çox
Oxunub: 191
Vernidub Abubakarla Sakonu komandadan qovub?! – o kobud səhvin əks-sədası…
Oxunub: 144
"Sabah" və "Zirə" kubokun finalında əcnəbi hakimə razılıq verdi - AFFA hansı addımı atacaq?
Oxunub: 137
AFFA "Sabah" - "Qarabağ" oyunu ilə bağlı qərarları niyə açıqlamır? - Erkin Hüseynov susdu...
Oxunub: 133
“Pul hər şeyi yox, çox şeyi həll edir” – “Şamaxı”dan cavab
Oxunub: 120
Elvin Cəfərquliyevlə bağlı yayılan bütün xəbərlər yalandı!
Oxunub: 118
“Neftçi”nin dördüncü olmaq şansı “Zirə” ilə müqayisədə daha yüksəkdi
Sosial şəbəkələrimiz:
  • Ölkə futbolu
  • Dünya futbolu
  • Avrokuboklar
  • Aktual
  • İdman
  • Layihə
  • Yazarlar
  • Reportaj
  • Müsahibə
  • Maqazin
  • Foto
  • Video
  • Baş redaktor: Mahir Rüstəmli
  • E-mail: mahir_rustemli@rambler.ru
  • Ünvan: Bakı şəhəri, akademik Ələşrəf Əlizadə küçəsi, 31
  • Whatsapp: (99450) 300 09 10
Müəllif hüquqları qorunur. Football-Plus.az-ın məlumatlarından istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdi.
  • Ana səhifə
  • Haqqımızda
  • Reklam
  • Əlaqə