Baş məşqçi ilə danışıqlar dayandırıldı

26.02.2024 14:28 354
Dünya futbolu
Devid Moyes mövsümün sonunda “Vest Hem”i tərk edə bilər.

Rəhbərlik onunla yeni müqavilə üzrə aparılan danışıqları dayandırıb. Şotlandiyalı baş məşqçinin fəaliyyəti artıq klubu qane etmir. Komanda son 7 oyunda qələbə üzü görməyib. “Vest Hem” bu oyunlardan 3 məğlubiyyət və 4 heç-heçə ilə ayrılıb.

Moyes komandanı 2019-cu ildən çalışdırır. 60 yaşlı mütəxəssis ötən mövsüm “çəkicdöyənlər”i Konfrans Liqasında qələbəyə daşıyıb.