• Ana səhifə
  • Haqqımızda
  • Reklam
  • Əlaqə
  • Ölkə futbolu
    • Premyer-liqa
    • I divizion
    • Yığma
    • Kubok
    • Liqalar
  • Dünya futbolu
    • AÇ
    • DÇ 2026
  • Avrokuboklar
    • Çempionlar Liqası
    • Avropa Liqası
    • Konfrans Liqası
  • Aktual
  • İdman
  • Layihə
  • Yazarlar
  • Reportaj
  • Müsahibə
  • Maqazin
  • Foto
  • Video
  • Ölkə futbolu
    • Premyer-liqa
    • I divizion
    • Yığma
    • Kubok
    • Liqalar
  • Dünya futbolu
    • AÇ
    • AÇ
  • Avrokuboklar
    • Çempionlar Liqası
    • Avropa Liqası
    • Konfrans Liqası
  • Aktual
  • İdman
  • Layihə
  • Yazarlar
  • Reportaj
  • Müsahibə
  • Maqazin
  • Foto
  • Video

“Fiorentina” 4 əsas qitə kubokunun finalında uduzan ilk komandadı - REPORTAJ

Dünya futbolu / Reportaj

12-06-2023, 14:0

İyunun 7-də avrokubokların 2022/23 mövsümündə ikinci turnirə yekun vuruldu.

"Football-plus.az" xəbər verir ki, Konfrans Liqasının (KL) Çexiyanın paytaxtı Praqada keçirilən finalında “Fiorentina”ya qalib gələn “Vest Hem” turnirin tarixinə 2-ci mövsümün çempionu kimi düşdü.

final
Fiorentina - Vest Hem 1:2 (0:0)

Fiorentina (Florensiya, İtaliya): Terraçano, Dodo, Ranyeri (İqor, 84), Milenkoviç, Biraqi, Amrabat, Mandraqora (Barak, 90+3), Bonaventura, Qonsales, Yoviç (Kabral, 46), Kuame (Saponara, 62).
Vest Hem (London, İngiltərə): Areola, Tsoufal, Zuma (Kerer, 61), Agerd, Emerson, Souçek, Rays, Paketa, Benrahma (Fornals, 76), Bouen, Antonio (Oqbonna, 90+4).
Qollar: Benrahma, 62-p. (0:1). Bonaventura, 67 (1:1). Bouen, 90 (1:2).
Vərəqələr: Benrahma, 31. Agerd, 53. Mandraqora, 66. Dunkan, 67 (meydandan kənarda). Milenkoviç, 75. Amrabat, 85. Kressuell, 90 (meydandan kənarda). Bouen, 90+7 - sarı.
Hakim: Karlos del Serro (İspaniya).
7 iyun. Praqa. 17363 tamaşaçı.

oyunun statistikası
17 (4) qapıya (“çərçivə”yə) zərbə 8 (4)
3 künc zərbəsi 4
2 ofsayd 3
15 qayda pozuntusu 16
4 (0) sarı (qırmızı) vərəqə 4 (0)
63 topa sahibolma (faizlə) 37
oyunun ən yaxşısı (UEFA-nın versiyası): Carrod Bouen (Vest Hem)

KL-in favoritlərindən sayılan “Vest Hem” premyer-liqadakı yerini yalnız son turlarda qoruya bilmişdi. Devid Moyesin komandası ölkə çempionatı ilə müqayisədə ardıcıl ikinci mövsüm qitə arenasında əla təsir bağılamaqla diqqəti cəlb etmişdi. Bukmeker kontorları “çəkicdöyənlər”in 1980-ci ildən başlayan titulsuzluq sindromunu qırmaq şansını az da olsa, yüksək dəyərləndirmişdi. Bununla belə, finaldakı rəqib “Fiorentina” ilə duelin ingilislər üçün asan keçməyəcəyi dəqiq idi. Amma mayın 24-də İtaliya kubokunun finalında “İnter”ə uduzan (1:2) Vinçentso İtalyanonun komandası mövsümün sonunda daha bir titul qazanmaq fürsətindən yararlana bilmədi.

Baxmayaraq ki, ilk dəqiqələrdən məhz florensiyalılar yaxşı təsir bağışlayırdılar. Amma onlar topa daha çox sahib olsalar da, qapıya zərbə vurmaqda çətinlik çəkirdilər. Qolsuz bitən ilk hissədə yadda qalan əsas hadisə Biraqinin zədə alması oldu. Tribunalardan atılan su qablarından biri italiyalıların kapitanının başını ciddi zədələdiyi üçün hakim oyunda 3 dəqiqəlik fasilə verməli oldu.

Fasilədən sonra da oyun planında üstünlük “Fio”da idi. Lakin Biraqinin topa cərimə meydançasında əllə toxunması onun komandasını hesabda geri saldı. Buna görə təyin olunan penaltini Benrahma dəqiq yerinə yetirdi. Hücumları davam etdirən İtalyanonun komandası 5 dəqiqədə sonra Bonaventura ilə cavab qolunu vurdu. Bundan sonrakı mübarizə qarşılıqlı hücumlarla yadda qalsa da, əlavə vaxtın qaçılmaz olacağı ehtimalı yüksək idi. Lakin italiyalılar müdafiədə səhvə yol verdilər. Paketanın ötürməsi ilə qapıçıyla təkbətək çıxan Bouen “Vest Hem”in azarkeşlərini ayağa qaldırdı. Florensiyalıların yenidən cavab qolunu vurması üçün vaxt çatmadı. “Fiorentina” iki həftə ərzində növbəti dəfə finalda məğlub oldu. “Vest Hem” isə çətin və üzücü keçən mövsümü əla başa vurdu!

Bombardirlər: Kabral (Fiorentina), Amduni (Bazel) - 7, Antonio (Vest Hem), Yoviç (Fiorentina), Kuypers (Gent) - 6.
Həftənin ən yaxşı oyunçusu (UEFA-nın versiyası): Carrod Bouen (Vest Hem).

Faktlar
* “Vest Hem” qitə arenasında 2-ci, 58 ildən sonra isə ilk qələbəsini qazandı. İngiltərə klubu daha əvvəl Kuboklar Kubokunun 1964/65 mövsümünün qalibi olmuşdu.
* “Vest Hem” 43 illik titulsuzluğa son qoydu. Paytaxt təmsilçisi sonuncu dəfə 1980-ci ildə İngiltərə kubokunu qazanmışdı.
* “Vest Hem” mövsüm ərzində premyer-liqa ilə müqayisədə avrokubokda daha çox qələbə qazanan ilk İngiltərə klubu oldu. “Çəkicdöyənlər” KL-in əsas mərhələsində keçirdikləri 13 oyunun 12-də qalib gəlib və bir matçı heç-heçə başa vurub. Onların İngiltərə çempionatının yenicə başa çatan mövsümündə 38 oyuna 11 qələbə qazandıqlarını da bildirək.
* “Fiorentina” 4 əsas qitə kubokunun finalında uduzan ilk komanda oldu. Florensiya klubu 1990-cı ildə UEFA kubokunun həlledici mərhələsində iki oyunun nəticəsinə (1:3, 0:0) əsasən “Yuventus”a, 1962-ci ildə Kuboklar Kubokunun finalında “Atletiko”ya (1:1, 0:3), 1957-ci ildə isə Çempionlar Kubokunun finalında “Real”a (0:2) məğlub olub.
* Moyes karyerasında ilk dəfə avrokubokda qalib gəldi.
* Moyes “Mançester Yunayted”i 2008-ci ildə Çempionlar Liqasında (ÇL) qələbəyə daşıyan Aleks Ferqyusondan sonra qitə kubokunda qalib gələn ilk britaniyalı məşqçi oldu.
* Moyes karyerasında ikinci kubokunu qazandı. 60 yaşlı mütəxəssis bundan əvvəl “Mançester Yunayted”i 2013-cü ildə İngiltərə Superkubokunda qələbəyə daşımışdı. Moyesin 1998-ci ildən başlayan məşçilik həyatında “Preston Nort End”, “Everton”, “Real Sosyedad” və “Sanderlend”i çalışdırdığını da qeyd edək. Şotland məşqçi ilk dəfə 2017/18 mövsümündə başçılıq etdiyi “Vest Hem”ə ikinci dəfə 2019-cu ildə təyinat alıb.
* Emerson hazırda təşkil edilən hər üç əsas avrokubokda qalib gələn ilk futbolçu oldu. “Vest Hem”in 28 yaşlı müdafiəçisi “Çelsi” ilə 2019-cu ildə Avrpoa Liqasının (AL), 2021-ci ildə isə ÇL-in qalibi olmuşdu. Emersonun Avropa Superkubokunda və İtaliya yığması ilə AÇ-2020-də qalib gəldiyini də xatırladaq.

“Vest Hem” KL-dəki uğuru ilə AL-in növbəti mövsümündə çıxış etmək hüququ qazanıb. Nəticədə İngiltərənin bu turnirdəki təmsilçi sayı 3-ə yüksəlib. Beləliklə, premyer-liqa AL-də “Vest Hem”, “Liverpul” və “Brayton”la təmsil olunacaq. Qeyd edək ki, təmsilçi sayının artması “çəkicdöyənlər”in ölkə çempionatını ilk 7 yerdən birində başa vura bilməməsi ilə bağlıdı. Beləliklə, premyer-liqa avrokubokların növbəti mövsümündə 8 komanda ilə mübarizə aparacaq. Yeri gəlmişkən, İngiltərə ÇL-in yeni mövsümündə “Mançester Siti”, “Arsenal”, “Mançester Yunayted” və “Nyukasl” ilə təmsil olunacaq. KL-ə isə “Aston Villa” vəsiqə qazanıb.

Paylaş:
Digər xəbərlər

Konfrans Liqası

15-05-2023, 17:0

2:1 hesablı qələbə kimi finala çıxaracaq? - ŞƏRH

Dünya futbolu

22-05-2023, 14:0

“Vest Hem” 47, “Fiorentina” 33 ildən sonra yenidən finalda - ŞƏRH

Manşet / Konfrans Liqası

8-06-2023, 01:0

“Vest Hem” ilk titulunu qazandı - YENİLƏNİB

Dünya futbolu

13-05-2023, 16:0

Konfrans Liqasında həftənin ən yaxşı oyunçusu oldu

Manşet / Çempionlar Liqası

12-05-2023, 01:0

"Vest Hem" və "Bazel"dən əzmkar qələbə - YENİLƏNİB

Dünya futbolu / Manşet

14-04-2023, 00:0

"Anderlext" və "Fiorentina"dan qələbə - YENİLƏNİB

Aktual
FİF "Ağstafa Gəncləri"ni necə xilas edib?
Azər Bağırov əvvəllər çalışdığı futbolçuları “Şamaxı”ya apara bilər - MÜSAHİBƏ
Qeyri-müəyyənlik içində keçən 15 gün, suya düşən arzular - “Turan Tovuz”un Türkiyə toplanışı yarımçıq qaldı…
“İndiyə kimi hansısa mütəxəssisin komandadan maliyyə səbəbindən ayrıldığını eşitməmişəm” – direktor niyə gedib?
“Karvan-Yevlax”ın baş məşqçisi nə vaxt bəlli olacaq?
Xəyal nə vaxt qayıdacaq?
Son xəbərlər
  • Bu gün, 13:07
    “Hər mərhələ fərqli yanaşma tələb edir” - Antonellinin özünəinamı artıb
  • Bu gün, 12:56
    Qüdrətli PSV və qalan iştirakçılar
  • Bu gün, 12:45
    FİF "Ağstafa Gəncləri"ni necə xilas edib?
  • Bu gün, 12:34
    Azər Bağırov əvvəllər çalışdığı futbolçuları “Şamaxı”ya apara bilər - MÜSAHİBƏ
  • Bu gün, 12:23
    Kartal “Fənərbaxça”ya qayıtdı
  • Bu gün, 12:12
    Qeyri-müəyyənlik içində keçən 15 gün, suya düşən arzular - “Turan Tovuz”un Türkiyə toplanışı yarımçıq qaldı…
  • Bu gün, 12:01
    Messi rekordu yeniləyəcəkmi?
  • Bu gün, 11:50
    ÇSKA "Qarabağ"la oynamaqdan imtina etdi
  • Bu gün, 11:24
    "Şahdağ Qusar" legioneriylə yeni müqavilə imzaladı
  • Bu gün, 10:52
    Fatmagülün suçu nə?
  • Bu gün, 10:31
    “Səbail”in yeni baş məşqçisi açıqlandı
  • Bu gün, 10:09
    Meksika pley-offda! - DÇ səhəri
  • Bu gün, 09:59
    Mourinyo yenidən “Real”da - dirçəliş, yoxsa mənasız dönüş?
  • Bu gün, 09:28
    "Qarabağ"ın rəqibi azarkeşlərinə müraciət etdi - "Bakıya getməyə hazırsız?"
  • Bu gün, 00:58
    İsveçrə Bosniya və Hersoqovinanı darmadağın etdi - DÇ gecəsi
  • Dünən, 23:31
    Eriksen yenə sağlıq durumu ilə bağlı problem yaşayır
  • Dünən, 23:00
    Türkiyə yığmasının üzvü klubunu dəyişəsi olmadı
  • Dünən, 21:58
    Yeni mövsümə çempionşipdə başlayacaq
  • Dünən, 21:52
    İtaliya klubunda yeni təyinat
  • Dünən, 21:28
    "Sabah" Çempionlar Liqasına hazırlaşır
  • Dünən, 20:57
    "Şahdağ Qusar"da yeni anlaşma
  • Dünən, 20:26
    Cüdoçularımızın rəqibləri bilindi - "Böyük Dəbilqə"
  • Dünən, 19:55
    Rotterdamda gözlənilməz qərar
  • Dünən, 19:24
    Paytaxt klubunu tərk edəcək
  • Dünən, 18:53
    “Neftçi”nin rəqibi məlum oldu
  • Dünən, 18:22
    "Sabah" futbolçusunu icarəyə verdi
  • Dünən, 17:51
    “İndiyə kimi hansısa mütəxəssisin komandadan maliyyə səbəbindən ayrıldığını eşitməmişəm” – direktor niyə gedib?
  • Dünən, 17:28
    Transfer dosyesi - kimlər gedib, kimlər gəlib?
  • Dünən, 17:27
    "Şəfa"da daha üç ayrılıq
  • Dünən, 17:13
    "Zirə"nin yay hazırlıq planı bilindi
  • Dünən, 16:52
    “Karvan-Yevlax”ın baş məşqçisi nə vaxt bəlli olacaq?
  • Dünən, 16:31
    "Qarabağ" "Zirə" ilə qarşılaşacaq
  • Dünən, 16:10
    AFFA-nın baş katibi UEFA-da komitə üzvü təyin edildi
  • Dünən, 15:59
    La Liqada yeni təyinat
  • Dünən, 15:28
    Sekidika özünə yeni klub tapdı
Daha çox
Oxunub: 281
“...azarkeşlərin reaksiyası çox sərt ola bilər” – Gəncə Arif Əsədovu necə qarşıladı?
Oxunub: 267
"Qarabağ"dan Elvin Cəfərquliyev və milliyə çağrılan başqa futbolçular haqda açıqlama - "iyunun 19-da..."
Oxunub: 253
Transfer dosyesi - kimlər gedib, kimlər gəlib?
Oxunub: 249
Kevin Medinanın yeni klubunun adı "Futbol+"də! - o, hara gedir?
Oxunub: 245
Elvin “Qarabağ”a öz cibindən pul ödəyib, gedə bilər? – meneceri son durumu açıqladı
Oxunub: 233
Nyonda "Sabah"la "Neftçi"ni təmsil edəcək şəxslər müəyyənləşdi - "Turan Tovuz"la "Zirə" isə gözləyir!
Sosial şəbəkələrimiz:
  • Ölkə futbolu
  • Dünya futbolu
  • Avrokuboklar
  • Aktual
  • İdman
  • Layihə
  • Yazarlar
  • Reportaj
  • Müsahibə
  • Maqazin
  • Foto
  • Video
  • Baş redaktor: Mahir Rüstəmli
  • E-mail: mahir_rustemli@rambler.ru
  • Ünvan: Bakı şəhəri, akademik Ələşrəf Əlizadə küçəsi, 31
  • Whatsapp: (99450) 300 09 10
Müəllif hüquqları qorunur. Football-Plus.az-ın məlumatlarından istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdi.
  • Ana səhifə
  • Haqqımızda
  • Reklam
  • Əlaqə