Kişi basketbolçulardan ibarət Azərbaycan millisi DÇ-2027-nin seçmə mərhələsində növbəti oyununu keçirib.
“Football-plus.az” xəbər verir ki, yığmamız Avropa zonası üzrə 1-ci seçmə mərhələdə Kosovonu qəbul edib. Tahir Baxşıyevin yetirmələri doğma meydanda ilk oyunda qələbə qazanıb - 87:77. Periodların hesabları ilə belə olub - 19:19, 24:25, 16:16, 28:17.