• Ana səhifə
  • Haqqımızda
  • Reklam
  • Əlaqə
  • Ölkə futbolu
    • Premyer-liqa
    • I divizion
    • Yığma
    • Kubok
    • Liqalar
  • Dünya futbolu
    • AÇ
    • DÇ 2026
  • Avrokuboklar
    • Çempionlar Liqası
    • Avropa Liqası
    • Konfrans Liqası
  • Aktual
  • İdman
  • Layihə
  • Yazarlar
  • Reportaj
  • Müsahibə
  • Maqazin
  • Foto
  • Video
  • Ölkə futbolu
    • Premyer-liqa
    • I divizion
    • Yığma
    • Kubok
    • Liqalar
  • Dünya futbolu
    • AÇ
    • AÇ
  • Avrokuboklar
    • Çempionlar Liqası
    • Avropa Liqası
    • Konfrans Liqası
  • Aktual
  • İdman
  • Layihə
  • Yazarlar
  • Reportaj
  • Müsahibə
  • Maqazin
  • Foto
  • Video

Almaniya futbolu daha bir əfsanəsini itirdi - “Bu qolun önəmi haqda düşünmürdüm”

Dünya futbolu

23-02-2024, 23:0

Yanvarda Frants Bekkenbauer dünyasını dəyişmişdisə, Almaniya futbolunun daha bir əfsanəsindən - DÇ-1990-ın finalında qələbə qolunu vurmuş Andreas Bremedən üzücü xəbər gəldi.

"Football-plus.az" xəbər verir ki, onun cəmi 63 yaşı var idi. Həyat yoldaşı Süzanna Şeferin verdiyi məlumata görə, Breme bu dünyanı qəfil və gözlənilməz şəkildə tərk etdi. Gecə yatdığı yerdə onun ürəyi dayandı. Sabiq futbolçu dərhal evinin yaxınlığındakı xəstəxanaya çatdırılsa da, onun həyatını xilas etmək mümkün olmadı. “Bild”in məlumatına görə, Breme yaxın dostu Bekkenbauerin ölümündən sonra heç cür özünə gələ bilmirdi...

Həlledici zərbəni o vurmalı deyildi
1960-cı ildə Hamburqda dünyaya göz açan Andreas peşəkar karyerasına bu şəhərin kiçik bir klubu olan “Barmbek Ulenhost”da start vermişdi. Bir mövsüm “Saarbrükken”də top qovan Breme 1981-də “Kayzerslautern”ə yollanandan sonra yavaş-yavaş tanınmağa başladı. Hər iki cinahda oynamağı bacaran universal müdafiəçi 5 ildən sonra “Bavariya”ya yollandı. Burda ilk mövsümdəcə bundesliqanı və ölkə superkubokunu qazandısa, Çempionlar Kubokunda finala qədər irəlilədi. Onun ulduzu 1988-də “İnter”ə transferdən sonra parladı. O vaxt A seriyası dünyanın ən güclü çempionatı sayılırdı və bütün “qaymaqlar” İtaliyaya yollanmağa üstünlük verirdi. “İnter” qısa müddət ərzində əvvəlcə Lottar Matteusu, sonra da qəhrəmanımızı heyətinə qatdı. Onların hər ikisi DÇ-1986-da finala qədər irəliləmişdi. “İnter” ağıllı transfer siyasəti sayəsində 7 illik titulsuzluğa son qoya bildi. Həmin komandada Breme müdafiənin lideri idisə, bütün hücumlar Matteusdan başlayırdı. “Neradzurra” ilk mövsümdəcə skudettonu və ölkə superkubokunu qazandı. 1989/90-da “İnter” bu uğurunu təkrarlaya bilməyərək yalnız 3-cü pilləni tutdu. Amma 1990-nın yayı Bremenin həyatını büsbütün dəyişdi! Həmin il İtaliyada keçirilən mundialda o, Matteus və Yürgen Klinsmann Almaniya Federativ Respublikasını arxasınca daşıyırdı. Bu 3 frutbolçu ümumilikdə turnirdə 10 qol vurdu. Breme onlardan üçünü hesabına yazdı. Almanlar qrup mərhələsində, eləcə də pley-offda Niderland və Çexoslovakiya ilə oyunlarda problem yaşamadılar. Amma yarımfinalda ingilislərə qarşı prinsipial duel çətin keçdi. Breme və Linekerin qarşılıqlı qolları ilə oyun penalti seriyasına getdi. Rəqibini yenməyi bacaran AFR finala xüsusi motivasiya ilə çıxdı. Çünki Breme və dostları Maradonalı Argentinadan 4 il əvvəlki məğlubiyyətin qisasını almaq üçün alışıb-yanırdılar. O qədər də baxımlı keçməyən finalda argentinalılar 65-ci dəqiqədə azlıqda qaldılar və oyunu penalti seriyasına daşımaq üçün “vaxt öldürməyə” başladılar. Amma 85-ci dəqiqədə Pedri Trolyonun Rudi Föllerə qarşı kobudluğundan sonra penalti təyin olundu. Əslində topa Matteus yaxınlaşmalıydı. Sonradan məlum oldu ki, Lotar fasilədə butslarını dəyişdiyindən belə məsuliyyəti üzərinə götürmək istəməyib! Breme isə zərbəni çox soyuqqanlı şəkildə yerinə yetirərək qələbə qolunun müəllifi oldu. Özü də 4 il öncəki mundialda Meksikaya qarşı 1/4 finaldakı penalti seriyasında zərbəni sol ayağı ilə vuran qəhrəmanımız bu dəfə sağ ayağı ilə topu tora göndərdi. Bununla da o, unikal göstəriciyə nail oldu. Breme 1966-dan bəri indiyə qədər də DÇ-də iki fərqli ayaqla penaltidən qol vuran yeganə futbolçudu! Həyatının qalan hissəsində həmin penalti haqda dəfələrlə açıqlama vermək məcburiyyətinə qalan Breme müsahibələrinin birində bunları demişdi: “Bəlkə də təəccüblü səslənəcək, amma topa yaxınlaşanda qətiyyən həyəcan hissi keçirmirdim. Bu qolun önəmi haqda düşünmürdüm. Ümumiyyətlə, heç nə haqda düşünmürdüm. İstər hava limanında, istərsə də supermarketdə məndən hər dəfə bu haqda nəsə soruşurlar”.

“İnter”də daha bir yaddaqalan mövsüm keçirərək UEFA kubokunu qazanan Breme birillik “Saraqosa” macərasının ardından “Kayzerslautern”ə qayıtdı. Özü də sonrakı 5 il ərzində o, bu kollektivlə həm aşağı liqaya yuvarlanmağa, həm də elitaya qayıdaraq 38 yaşında çempion olmağa macal tapdı!

Futboldan sonrakı həyatı
O, futbolla vidalaşandan iki il sonra yeni statusda – baş məşçqçi kimi “Kayzerslautern”ə qayıtdı. Amma 2-ci mövsümünü tamamlamamış uğursuz nəticələrə görə qovuldu. Bir neçə il işsiz qalandan sonra aşağı liqadakı “Unterhahinq”in başına keçdi və burda da uğursuzluğa düçar olaraq ilk mövsümün gedişində qovuldu. Köməkçi məşqçi kimi işlədiyi “Ştutqart”da isə onun macərası cəmi bir neçə ay çəkdi. Bundan sonra Breme uzun müddətə gözdən itdi. O heç yerdə işləmirdi və adı mətbuatda hallanmırdı. Futbol ictimaiyyəti Andreasın varlığını bir də 2014-cü ildə xatırladı. Amma heç də yaxşı səbəbə görə yox. Almaniya mətbuatı iddia edirdi ki, qurduğu biznesdə uğursuzluğa düçar olan əfsanənin 200 milyon avro borcu yığılıb. O hətta evini itirmək təhlükəsi ilə də üzləşmişdi. Bekkenbauer “Breme Almaniya futboluna çox şey verib və bizə dünya çempionluğunu qazandırıb. İndi isə Almaniya futbolu onun üçün nəsə etməlidi” sözləri ilə ictimaiyyətə müraciət etdi. Maraqlıdı ki, onun bu çağırışına “Nürnberq” və “Hamburq”un sabiq üzvü Oliver Ştraube dərhal cavab verdi. O, hamam otaqlarının təmizlənməsi ilə məşğul olan bir şirkət açmışdı. Bremeyə də məhz bu işi, başqa sözlə desək, tualet və hovuzların təmizlənməsini təklif etdi! Qəhrəmanımız belə “möhtəşəm” yardımsız da quyunun içindən çıxa bildi. Bir neçə il sonra o hətta hibrid meydanların qurulması sahəsinə atılaraq özünə yeni biznes qurdu. Bremenin ən böyük arzusu “Real”ı bu cür ot örtüyü ilə təmin etmək idi. O, demək olar, arzusuna çataraq Valdebebasda yerləşən “Real”ın məşq bazasında bu cür iki ot örtüyü qurdu. Amma “Bernabeu”ya əli çatmadı.

Bundan sonra Breme yenə bir müddət gözdən itdi. Ötən il onun adı yenə sosial şəbəkələrdə peyda oldu. Bu dəfə bir qədər kuryoz mövzuya görə. Belə ki, Breme azarkeşlərdən biri üçün təbrik videosu hazırlayarkən təsadüfən tam lüt olan həyat yoldaşını da çəkmişdi. Andreas bundan heç kimin xəbər tutmayacağını düşünərək videonu həmin fanata göndərdi. Növbəti gün isə onun həyat yoldaşı sosial şəbəkələrdə əsas gündəm mövzusuna çevrilmişdi. Əfsanə bu hadisə haqda “Bild”ə bunları dedi: “Dostlarım zəng vurmağa başlayandan sonra nəsə baş verdiyini anladım. Bu videonun internetə necə düşdüyünü bilmirəm. Amma indi bütün dünya mənim necə gözəl bir həyat yoldaşımın olduğunu bilir. Bu, baş verməməliydi. Amma özümə yalnız gülə bilərəm”. Bremeni yaxından tanıyanlar onun çox pozitiv, ətrafdakıların əhvalını yüksəldən, eyni zamanda bu həyatın hər iki üzünü də görən bir insan olduğunu deyirdilər. Onun əsas özəlliyi isə heç vaxt həvəsdən düşməməsi idi...

ƏLİ RAUFOĞLU

Paylaş:
Digər xəbərlər

Dünya futbolu

25-08-2023, 19:0

Bekkenbauerin səhhətində problem yaranıb

Dünya futbolu

8-01-2024, 20:0

Bekkenbauer dünyasını dəyişdi

Dünya futbolu

23-04-2022, 20:0

Futbolçu final matçında dünyasını dəyişdi

İdman

16-05-2022, 19:0

Türk boksçu rinqdə öldü

Dünya futbolu

11-01-2024, 23:0

Doğma şəhərindən qalmaqalla ayrılmalı olan əfsanə

Aktual
Bolqarıstanda “Qarabağ”a görə həyəcan başladı! – bizimkiləri A sektoruna yerləşdirmək, bufer zona açmaq...
Dvorkoviç sanksiya altına düşdü – Mahir Məmmədov prezident olacaq?
“Neftçi”nin səhvlərini yalnız yeniyetmələrdən ibarət komandalar edə bilər” - belaruslular da şoka düşüb
Mahir Emreli “Rakuv”da qol hesabını açdı!
23 il futbol oynayıb, avrokubok üzü görməyib – “Turan Tovuz”un 34 yaşlı transferi kimdi?
“İmişli”nin taleyi bəlli oldu – Arazın bu tayından Kürün o tayına
Son xəbərlər
  • Bu gün, 13:54
    Bolqarıstanda “Qarabağ”a görə həyəcan başladı! – bizimkiləri A sektoruna yerləşdirmək, bufer zona açmaq...
  • Bu gün, 13:35
    Elxan Səmədov növbəti dəfə PFL-in prezidenti seçildi
  • Bu gün, 12:25
    Dvorkoviç sanksiya altına düşdü – Mahir Məmmədov prezident olacaq?
  • Bu gün, 11:54
    "Zirə"nin potensial rəqiblərinin oyununda 4 qol
  • Bu gün, 11:23
    MS-ni tərk edə bilər
  • Bu gün, 10:52
    “Neftçi”nin səhvlərini yalnız yeniyetmələrdən ibarət komandalar edə bilər” - belaruslular da şoka düşüb
  • Bu gün, 10:31
    Vüsal oynadı, komandası Konfrans Liqasında qalib gəldi
  • Bu gün, 10:00
    "Qarabağ"ın potensial rəqiblərinin matçında 5 cavabsız qol
  • Dünən, 23:53
    "Təəssüf ki, qol vəziyyətlərindən istifadə edə bilmədik" - Rəşad Sadıqov
  • Dünən, 23:23
    "Biz lap böyük komanda deyilik ki, uduzsaq, sürpriz olsun" - Qurban Qurbanov
  • Dünən, 22:51
    "Bərabərlik bizim üçün yaxşıdı" - ÇSKA-nın baş məşqçisi
  • Dünən, 22:12
    Mahir Emreli “Rakuv”da qol hesabını açdı!
  • Dünən, 22:09
    "Zirə" uduzdu, "Qarabağ" heç-heçə etdi - YENİLƏNİB
  • Dünən, 21:45
    "Xankəndi"də məşqçi təyinatı
  • Dünən, 20:59
    Almaniyada klubunu dəyişdi
  • Dünən, 20:33
    Millimizin heyəti açqlandı
  • Dünən, 19:44
    "Payde" - "Zirə": START HEYƏTLƏRİ
  • Dünən, 19:10
    "Qarabağ" - ÇSKA: START HEYƏTLƏRİ
  • Dünən, 18:30
    ''Qalatasaray'' İkardiyə vida oyunu təklif etsə də...
  • Dünən, 17:58
    23 il futbol oynayıb, avrokubok üzü görməyib – “Turan Tovuz”un 34 yaşlı transferi kimdi?
  • Dünən, 16:56
    Florensiyanı tərk etdi
  • Dünən, 16:25
    Millimizin heyəti açıqlandı - AÇ
  • Dünən, 15:49
    Niderlandda qərar tutdu
  • Dünən, 15:08
    Qvineya millisinin üzvü "Araz-Naxçıvan"da
  • Dünən, 14:40
    "Şəfa"da niderlandlı futbolçu
  • Dünən, 14:19
    “İmişli”nin taleyi bəlli oldu – Arazın bu tayından Kürün o tayına
  • Dünən, 13:57
    Salahın meneceri transferi yubadır
  • Dünən, 13:27
    “Qalatasaray” hələ ki almaq yox, vidalaşmaq ilə məşğuldu
  • Dünən, 12:56
    “Trabzonspor” 26 milyon avroluq satış həyata keçirdi
  • Dünən, 12:25
    Avropada 10-cu qol
  • Dünən, 11:54
    İngiltərədə klubunu dəyişəcək
  • Dünən, 11:23
    “Belədə bundesliqa və ya la liqa klubları onu heyətində görmək istəyər” – Mahiri “Rakuv”da nə gözləyir?
  • Dünən, 10:52
    UEFA reytinqində mövqeyimiz dəyişmədi
  • Dünən, 10:31
    "Karvan-Yevlax"dan daha iki transfer
  • 22-07-2026, 23:0
    “Neftçi” bazar deyil, “Neftçi” xalqdı” - fanklub rəhbərindən sərt açıqlama
Daha çox
Oxunub: 192
“Sabah” rəsmisindən “Liv Bona Dea Arena” açıqlaması – klub ora nə vaxt köçəcək?
Oxunub: 169
“İmişli”nin taleyi bəlli oldu – Arazın bu tayından Kürün o tayına
Oxunub: 164
Varqas “Neftçi”yə nə vaxt qoşulacaq?
Oxunub: 136
Gəncə stadionu və onminlərlə azarkeş Azər Məmmədovu çəkindirmir!
Oxunub: 131
Maluda Duranla komanda yoldaşı olacaq? – “Sabah”dan iddialara reaksiya
Oxunub: 117
“Neftçi” bazar deyil, “Neftçi” xalqdı” - fanklub rəhbərindən sərt açıqlama
Sosial şəbəkələrimiz:
  • Ölkə futbolu
  • Dünya futbolu
  • Avrokuboklar
  • Aktual
  • İdman
  • Layihə
  • Yazarlar
  • Reportaj
  • Müsahibə
  • Maqazin
  • Foto
  • Video
  • Baş redaktor: Mahir Rüstəmli
  • E-mail: mahir_rustemli@rambler.ru
  • Ünvan: Bakı şəhəri, akademik Ələşrəf Əlizadə küçəsi, 31
  • Whatsapp: (99450) 300 09 10
Müəllif hüquqları qorunur. Football-Plus.az-ın məlumatlarından istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdi.
  • Ana səhifə
  • Haqqımızda
  • Reklam
  • Əlaqə