“İlk 20-30 dəqiqə həlledici olacaq” – “Kəpəz”in portuqaliyalı qapıçısı

22.02.2024 21:21 213
Manşet / Avropa Liqası
“Qarabağ”ın “Braqa” ilə cavab görüşünə dəqiqələr qalıb.

Matçdan öncə fikirlərini öyrənmək üçün "Kəpəz"in portuqaliyalı qapıçısı İqor Rodrigesə müraciət etdik. Onun "Football-plus.az"a dedikləri:

“Portuqaliyada keçirilən oyunun ilk hissəsinə baxmışdım. Ertəsi gün icmalını izlədim. Bugünkü matçın çox fərqli olacağımı düşünürəm. “Braqa” ən azı iki qol vurmalıdı. Ona görə daha çox hücum etməli olacaq. “Qarabağ”ın böyük üstünlüyü var və bunu nəzərə alacaqlarını düşünürəm. “Braqa”nın heç bir oyunçusunu şəxsən tanımıram. Düşünürəm ki, oyunun ilk 20-30 dəqiqəsi qalan vaxtda nələrin baş verə biləcəyini anlamaq baxımından həlledici olacaq”.

GÜNAY SÜLEYMANOVA

Ən son xəbərlər və gündəm
birbaşa sənə gəlsin

Saytımız Xəbər gündəmin ən vacib xəbərlərini operativ şəkildə təqdim edir. Yenilikləri qaçırma.

WhatsApp kanalımıza qoşul

Son xəbərləri, video və foto materialları ilk sən gör.

Kanala qoşul