UEFA Avropa Liqasının “X” sosial şəbəkəsindəki hesabında “Qarabağ” haqda yeni paylaşım edilib.
"Football-plus.az" xəbər verir ki, paylaşımda Ağdam təmsilçisinin evdə keçirdiyi son 26 oyunun yalnız 2-də məğlub olduğu vurğulanıb.
Qeyd edək ki, “Qarabağ” növbəti oyununu Avropa Liqasının pley-off mərhələsinin cavab oyunları çərçivəsində "Braqa"ya qarşı keçirəcək. Fevralın 22-də Tofiq Bəhramov adına Respublika stadionunda oynanılacaq matç saat 21.45-də başlayacaq.