• Ana səhifə
  • Haqqımızda
  • Reklam
  • Əlaqə
  • Ölkə futbolu
    • Premyer-liqa
    • I divizion
    • Yığma
    • Kubok
    • Liqalar
  • Dünya futbolu
    • AÇ
    • DÇ 2026
  • Avrokuboklar
    • Çempionlar Liqası
    • Avropa Liqası
    • Konfrans Liqası
  • Aktual
  • İdman
  • Layihə
  • Yazarlar
  • Reportaj
  • Müsahibə
  • Maqazin
  • Foto
  • Video
  • Ölkə futbolu
    • Premyer-liqa
    • I divizion
    • Yığma
    • Kubok
    • Liqalar
  • Dünya futbolu
    • AÇ
    • AÇ
  • Avrokuboklar
    • Çempionlar Liqası
    • Avropa Liqası
    • Konfrans Liqası
  • Aktual
  • İdman
  • Layihə
  • Yazarlar
  • Reportaj
  • Müsahibə
  • Maqazin
  • Foto
  • Video

"Araz-Naxçıvan" - "İrəvan": 10 qolun hamısında səhv tapıldı! - DTX-nın istintaqının izi ilə

Ölkə kuboku / Manşet

20-02-2024, 12:0

1-ci liqada uğursuzluq zolağından çıxa bilməyən “İrəvan” ciddi problemlə qarşı-qarşıyadı.

Komandanın bir qrup futbolçusunun adı danışılmış oyunda iştirakda hallanır. Qərbi Azərbaycan təmsilçisinin 7 oyunçusu Dövlət Təhlükəsizlik Xidmətinin (DTX) əməkdaşları tərəfindən sorğu-sual edilir. Bunu baş məşqçisi Nazim Süleymanov da etiraf edib:

“Proses davam edir, tək bizim yox, başqa klubların da adı danışılmış oyunlarda hallanır. Yəqin araşdırma prosesi davam edir. Yekun qərarı AFFA açıqlayacaq”.

Söhbət “İrəvan”ın ölkə kubokunun 1/8 finalı çərçivəsində dekabrın 19-da “ASK Arena”da keçirilən “Araz-Naxçıvan”la görüşündən gedir. Süleymanovun komandası həmin qarşılaşmadan ağır yenilgi ilə ayrılmışdı – 2:8. Təbii ki, futbol səhvlər oyunudu. Bir komandanın qol vurması üçün digəri mütləq səhvə yol verməlidi. Futboldan anlayışı olan hər kəs klublar arasındakı səviyyə, təcrübə və keyfiyyət fərqini bilir. Yəni heç kim sırf 8 qol buraxdığına görə “İrəvan” haqda “oyun alqı-satqısı ilə məşğuldu” demir. Burda məsələ fərqlidi. Ardıcıl buraxılan səhvlər, 2 dəqiqəyə 2 qol, hesabı açıb ardından 8 top buraxmaq diqqəti çəkən və şübhə doğuran məqamlardı.

Həmin qalmaqallı matçı yenidən izləmək və epizodları təhlil etmək qərarına gəldim. Oyunun startından son dəqiqəyə qədər meydanda baş verən hadisələri bir-bir incələyib, məsələnin nə dərəcə real olduğunu araşdırmağa çalışdım. Əvvəlcə “İrəvan”ın həmin gün meydanda olan heyətini xatırladım: Andrey Sinenka, Cavid Tağıyev (k), Kamal Mirzəyev, Fəhmin Muradbəyli, Fərid Kərimzadə, Seymur Əliyev, Arsen Ağcabəyov (Elşən Abdullayev, 46), Vüsal Əsgərov, Ramin Məhərrəmov (Balamirzə Soltanov, 77), Vüsal Qənbərov, Ege Atlam Adnan.

Oyun gözlənilən kimi başlamır. Hər kəs “Araz-Naxçıvan”ın matça dominant start verəcəyini düşünsə də, “İrəvan” hamını müsbət mənada təəccübləndirir. Hesabı da məhz meydan sahibləri açır. Vüsal Qənbərov fərdi reydini qolla tamamlayır. Onun hücumu zamanı müdafiədə yalnız Zamiq Əliyev yer alır. Vüsalla duel zamanı (15-ci dəqiqənin 19-20-ci saniyələri) Əliyev topa müdaxilə etmək şansı qazanır, lakin sonra fikrindən daşınır. Bəlkə də özünəinamı itirib, düşüncəsindən vaz keçir. Amma konkret müdaxilə şansını boşa verir. Qənbərovun zərbəsinə Semir Bukviç peşəkar qolkiperə yaraşmayan şəkildə reaksiya verir. Qüvvətli olmayan və üzərinə gələn topu əllərinin arasından buraxır. 24-cü dəqiqədə “Araz-Naxçıvan” Aksel Nqando ilə bərabərlik qolunu vurur. Ona ötürmə verən Bayraməli Qurbanova Seymur Əliyevdən başqa heç kim mane olmağa çalışmır. Hətta yanlış verilən ötürməni Arsen Ağcabəyov bərbad toxunuşla qarşılayıb, Nqandonun önünə atır. Nəticədə hesab bərabərləşir. Heç 2 dəqiqə keçməmiş Orxan Əliyev komandasını hesabda önə çıxarır. Müdafiəçilərin yanından keçib Orxana gələn topa müdaxilə edən olmur. Hətta qolkiperin bir addım artıq ataraq, dueldən qalib ayrılmaq şansı olsa da, Sinenko Əliyevə doğru gəlib, çatmamış dayanır. Əvəzində Orxan onu rahatlıqla geridə qoyur və qolunu vurur. Hissənin ortalarında hesab yenidən bərabərləşir. Seymur Əliyevin cinah asmasında iki futbolçu topa toxuna bilsə də, bunu bacarmırlar. Belədə Vüsal Əsgərov adını tabloya yazdırır. Epizoda diqqətlə baxdıqda “Araz-Naxçıvan”ın qapıçısı Bukviçin topa doğru tullandığı anda əlini geri çəkdiyini görmək mümkündü. Bu inamsızlıqdan irəli gəlir, yoxsa bacarıqsızlıqdan – ona artıq siz qərar verin. Hissənin son 7 dəqiqəsində daha 2 qol vurulur. 42-ci dəqiqədə “İrəvan” müdafiəsində ardıcıl səhvlər baş verir. Müdafiəçilər bir-birinə topu ötürmək əvəzinə yerində durur və onlara dəyən top sanki divardan qayıdırmışcasına qonaqların önünə düşür. Epizodun 10-15 saniyəlik davamında “Araz-Naxçıvan” futbolçuları rəqibin cərimə meydançasında istədiyi kimi gəzir, paslaşır, sonda da qol vurur. Arxa xətt oyunçuları isə sadəcə, topun qarşısına gövdələrini qoymağa çalışırlar ki, onu da bacarmırlar. Yenə çox keçmir, Azər Bağırovun yetirmələri 11 metrlik cərimə zərbəsi vurmaq hüququ qazanır. İlk hissəyə artırılan 3-cü dəqiqədə Arsen Ağcəbəyov heç nədən penaltiyə səbəb olur. İkili mübarizədə deyil, ən yaxın rəqibi ilə arasında 4-5 metr məsafə var. O isə üzərinə gələn topu əli ilə qəbul edir. Halbuki çox rahatlıqla sinəsi və ya dizi ilə saxlayıb, oynaya bilər. Yəqin epizodu təcrübəsizlik kimi də qiymətləndirmək olar. Penalti zamanı isə Nqando qapıçını necə aldadırsa, qolkiper topa toxunuş olmadan əks cinaha tullanır.

İkinci hissə də qolla başlayır. Bu səfər Nqandonun ötürməsini Əliyev başla tamamlayır. Top bəstəboy Orxana gələnə qədər ucaboy iki müdafiəçi, həmçinin qapıçı tullanır, amma onun çatdığı hündürlüyə yüksələ, topa toxuna bilmirlər. Qolkiper, ümumiyyətlə, o epizodda nə etdiyini özü də bilmir. Qonaqların 6-cı qolunda da Sinenko ön plandadı. Deyə bilərsiz ki, 4 futbolçu ilə üz-üzə qalıb. Amma fikir versəz, o, nə topla olan rəqibinin üzərinə çıxır, nə də qapıçı xəttinə paralel dayanır. Nəticədə fərq 4-ə yüksəlir. 7-ci qol, sadəcə, fiaskodu. Seymur Əliyevlə mübarizədən qalib ayrılan Maşike topa yüngülcə toxunur. Qolkiper onun qüvvətli olmayan zərbəyəbənzər toxunuşu qarşısında aciz qalır. Oyunun sonlarında Elvis dubla imza atır. O, künc zərbəsindən gələn ötürmədə topa yüksələn tək futbolçu olur. Yalnız Fəhmin Muradbəyli onunla mübarizə aparmağa çalışır. “Neftçi”nin sabiq oyunçusu isə topa üzü qapısına tərəf tullanır. Bəlkə də topa toxunsa, avtoqol müəllifi belə ola bilər. Lakin onu az da olsa, anlamaq olar. Hücumçudu, işi qol vurmaqdı. Müdafiəyə köməyə gəlib və belə anlarda təcrübəsizdi. Amma Sinenko bu epizodda da topa yarımçıq tullanır. Futboldan anlayışı olanlar bilir ki, qapıçı küncə gedən zərbəyə bir ayağı yerdə tullanmır.

Vurulan qolların hər birinə demək olar ki, azı 5 dəfə baxdım. Hər birini tərəfsiz və qərəzsiz incələdim. Nəticədə məlum olur ki, 10 qolun hamısında aşkar səhvlər qeydə alınıb. Yuxarıda vurğuladığım kimi, bəlkə də bunlar komandanın təcrübəsiz olmasından qaynaqlanır. Amma bir komandanın bir matçda bu qədər ardıcıl səhvlər etməsi ən azı şübhə doğurur. Nəhayət, bizim bir məşhur məsəli də xatırlatmaq istəyirəm: od olmayan yerdən tüstü çıxmaz!

İSMAYIL XEYRULLAYEV

Paylaş:
Digər xəbərlər

1-ci liqa / Manşet

17-02-2024, 15:0

Nazim Süleymanov: “Futbolçularımız dindirilir, mən heç yerə getməmişəm”

Ölkə kuboku

19-12-2023, 17:0

"Premyer-liqa ilə 1-ci liqa arasında səviyyə fərqi göz qabağındadı"

İdman

22-09-2023, 17:0

“İrəvan"a danışılmış oyunlarla bağlı seminar keçirildi

1-ci liqa / Manşet

22-11-2023, 15:0

"İrəvan" "Difai Ağsu"nu məğlub etdi - YENİLƏNİB

1-ci liqa

1-12-2022, 11:0

"Araz Naxçıvan"a danışılmış oyunlarla bağlı seminar keçirildi

Aktual / Ölkə futbolu

16-10-2023, 16:0

Elvin Yunuszadə “İrəvan”la anlaşdı

Aktual
“Onları “Qarabağ”ın fəlsəfəsinə uyğunlaşdırmaq asan proses deyil” - “Qarabağ”a nə olub?
“Sabah” – “Orhus” oyununa neçə bilet satılıb? – hələ sənin üçün də yer var!
“Güclü klub yıxılandan sonra yenidən ayağa qalxa bilir” – Mirzə Bayrampur
“Avqustun istisi danimarkalı futbolçular üçün çətinlik yaradacaq” - ekspert fikri
“Stadionun möhtəşəmliyini sözlə ifadə etmək mümkünsüzdü” - “Xəmsə” tərif yağdırdı
“Demək olar ki, bütün gün stadiondayıq” – sonra da Faiq Cabbarova yardım edəcəklər
Son xəbərlər
  • Bu gün, 20:13
    "Sumqayıt" Qətər klubu ilə heç-heçə etdi
  • Bu gün, 19:51
    Yuri Vernidub: "Məsuliyyət tamamilə mənim üzərimdədi" - VİDEO
  • Bu gün, 19:21
    “Onları “Qarabağ”ın fəlsəfəsinə uyğunlaşdırmaq asan proses deyil” - “Qarabağ”a nə olub?
  • Bu gün, 18:54
    Türkiyəli qapıçı ''Yunayted''dən ayrılaraq İspaniyaya yollandı
  • Bu gün, 18:26
    Rüstəm Samiqullin "Karvan-Yevlax"da
  • Bu gün, 17:50
    Məğlub Nəriman!
  • Bu gün, 17:34
    "Xarakterimizdə təslim olmaq yoxdu” - Musa Qurbanlı
  • Bu gün, 17:20
    “Sabah” – “Orhus” oyununa neçə bilet satılıb? – hələ sənin üçün də yer var!
  • Bu gün, 16:57
    “Zirə” Namik Ələskərovla yolları ayırdı
  • Bu gün, 16:26
    “Güclü klub yıxılandan sonra yenidən ayağa qalxa bilir” – Mirzə Bayrampur
  • Bu gün, 15:55
    “Avqustun istisi danimarkalı futbolçular üçün çətinlik yaradacaq” - ekspert fikri
  • Bu gün, 15:44
    Elvinin durumu necədi? - "Qarabağ"dan açıqlama
  • Bu gün, 14:53
    İspaniya superkuboku Türkiyədə keçiriləcək?
  • Bu gün, 14:22
    "Şəfa" "Neftçi" və "Qarabağ"a qalib gəldi
  • Bu gün, 13:51
    “Stadionun möhtəşəmliyini sözlə ifadə etmək mümkünsüzdü” - “Xəmsə” tərif yağdırdı
  • Bu gün, 13:20
    UEFA reytinqində mövqeyimizi qoruduq
  • Bu gün, 12:59
    ''Beşiktaş'' yubiley qələbəsini azlıqda qazandı
  • Bu gün, 12:28
    "İnanıram ki, “Kəpəz” bu stadionu tam dolduracaq" - Azər Məmmədov
  • Bu gün, 12:06
    ''Qalatasaray''ın maraq göstərdiyi rusiyalı ulduzun meneceri nələr dedi?
  • Bu gün, 11:35
    O "Qarabağ" artıq yoxdu!
  • Bu gün, 11:00
    "Sabah" - "Orhus" oyununun hakimləri dəyişdirildi
  • Bu gün, 10:36
    Murad Avropa Liqasında oynadı, komandası uduzdu
  • Bu gün, 10:00
    "Qarabağ"a daha çox qol vura bilərdik" - "Dinamo"nun baş məşqçisi
  • Dünən, 23:55
    "Qarşımızda yaxşı müdafiə olunan bir komanda var idi" - Qurban Qurbanov
  • Dünən, 23:19
    Mahir KL-də oynadı, komandası heç-heçə etdi
  • Dünən, 22:57
    "Qarabağ" "Dinamo"ya uduzdu - YENİLƏNİB
  • Dünən, 22:28
    “Demək olar ki, bütün gün stadiondayıq” – sonra da Faiq Cabbarova yardım edəcəklər
  • Dünən, 22:08
    "Kəpəz" yeni stadionunda "Karvan-Yevlax"ı məğlub etdi
  • Dünən, 21:30
    "Şəfa" rəhbərliyi komanda ilə görüşdü
  • Dünən, 20:55
    Mahir Konfrans Liqası oyununun start heyətində
  • Dünən, 20:43
    Slavik Alxasov "Səbail"də
  • Dünən, 19:55
    "Dinamo" - "Qarabağ": START HEYƏTLƏRİ
  • Dünən, 18:45
    İspaniya klubunu tərk etdi
  • Dünən, 18:10
    Asim Xudiyevə UEFA-dan təyinat
  • Dünən, 17:30
    Ötən ay karyerasını bitirən tanınmış ingiltərəli hakim Türkiyədə işləyəcək!
Daha çox
Oxunub: 180
Koxalski, sən nə etdin? – getmək istəyirsən, bəhanəsiz get!
Oxunub: 128
“Qurban Qurbanov meydana çıxmaq üçün hazırlaşmasını istəmişdi, lakin...” – Bəhlulun qayıdışına nə mane olub?
Oxunub: 117
“Elə bayaq da Musa Qurbanlı ilə bir yerdəydik” – FİF-in direktoru
Oxunub: 95
"Neftçi" seçim qarşısındadı: ağ, yoxsa qara?
Oxunub: 79
Nonsens: “Kəpəz”in veteranı xəstədi, veteranlar AFFA-ya üz tutur!
Oxunub: 79
“Parris Maludanın yerini tam doldura bilər” “Sabah” itirdi, yoxsa qazandı?
Sosial şəbəkələrimiz:
  • Ölkə futbolu
  • Dünya futbolu
  • Avrokuboklar
  • Aktual
  • İdman
  • Layihə
  • Yazarlar
  • Reportaj
  • Müsahibə
  • Maqazin
  • Foto
  • Video
  • Baş redaktor: Mahir Rüstəmli
  • E-mail: mahir_rustemli@rambler.ru
  • Ünvan: Bakı şəhəri, akademik Ələşrəf Əlizadə küçəsi, 31
  • Whatsapp: (99450) 300 09 10
Müəllif hüquqları qorunur. Football-Plus.az-ın məlumatlarından istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdi.
  • Ana səhifə
  • Haqqımızda
  • Reklam
  • Əlaqə