“Mançester Yunayted”in və İngiltərə yığmasının sabiq hücumçusu Ueyn Runini yaşıl meydanda görənlər, bədən quruluşuna fikir verənlər, yəqin ki, gec-tez belə bir xəbər oxuyacağını güman edirdi.
Bəli, doğrudu: “The Mirror” Runinin “Misfits Boxing” şirkəti ilə boks görüşünün təşkiliylə bağlı danışıq aparması haqda xəbər yayıb. 38 yaşlı ingiltərəli futbol veteranı amerikalı bloger və boksçu Loqan Pol ilə eyni gecədə rinqə çıxa bilər. Runi ilin əvvəlində “Birmingem”in baş məşqçi postundan qovulub. Ardından o, məşqçi karyerasında fasilə götürdüyünü elan edib.