FİFA fevralın 15-də yığmaların 2024-cü il üçün ilk reytinq cədvəlini açıqlayıb. Ötən il dekabrın 21-də açıqlanan əvvəlki siyahıyla müqayisədə sıralamada yetərincə yerdəyişmə qeydə alınıb.
Ötən müddətdə dünyada FİFA reyestrinə düşən Afrika Millətlər Kuboku və Asiya Kuboku, həmçinin yoldaşlıq oyunları keçirilib. Bu səbəbdən cədvəldə yerdəyişmələrə əsasən qitə çempionatlarında qeydə alınan nəticələr təsir edib. Cədvəlin ilk “10-luğ”unda yerdəyişmə qeydə alınmayıb. DÇ-2022-nin qalibi olan Argentina 1855,2 əmsalla 1-ci yerdəki mövqeyini qoruyub. Fransa əvvəlki kimi 2-ci (1845,44), İngiltərə (1800,05) 3-cü yerdədi. Təxminən son iki ay ərzində ən çox irəliləyən yığma Anqola (+24), ən çox geriləyənlər isə Hindistan və Qvineya-Bisaudu (-15).
Ötən müddətdə oyun keçirməyən yığmamızın reytinqi dəyişib. Buna Livanın 8 pillə geriləməsi səbəb olub. Bir pillə irəliləyən komandamız 2024-cü ilə 1174,22 əmsalla 113-cü yerdə başlayıb. Yığmamızın Millətlər Liqasındakı rəqiblərindən İsveç 26-cı (1531,13), Slovakiya 48-ci (1465,73), Estoniya isə 123-cü (1148,76) yerdədi. Postsovet məkanından olan ölkələr arasında ən yüksək reytinqə malik komanda Ukrayna millisidi - 24-cü yer (1553,35).
Sonda FİFA-nın növbəti reytinq cədvəlini aprelin 4-də açıqlayacağını qeyd edək.
1. Argentina 1855,2
2. Fransa 1845,44
3. İngiltərə 1800,05
4. Belçika 1798,46
5. Braziliya 1784,09
6. Niderland 1745,48
7. Portuqaliya 1745,06
8. İspaniya 1732,64
9. İtaliya 1718,82
10. Xorvatiya 1717,57
11. Uruqvay 1665,99
12. Mərakeş 1663,39
13. ABŞ 1661,7
14. Kolumbiya 1655,29
15. Meksika 1652,7
16. Almaniya 1631,22
17. Seneqal 1620,74
18. Yaponiya 1614,33
19. İsveçrə 1613,44
20. İran 1608,23
21. Danimarka 1601,31
22. Koreya 1566,21
23. Avstraliya 1554,82
24. Ukrayna 1553,35
25. Avstriya 1546,1
26. İsveç 1531,13
27. Macarıstan 1525,13
28. Nigeriya 1522,26
29. Uels 1521,88
30. Polşa 1520,24
31. Ekvador 1519,2
32. Serbiya 1517,43
33. Peru 1512,68
34. Şotlandiya 1506,89
35. Türkiyə 1505,28
36. Misir 1500,38
37. Qətər 1499,34
38. Rusiya 1498,84
39. Kot d’İvuar 1494,57
40. Çexiya 1494,04
41. Tunis 1491,15
42. Çili 1489,82
43. Əlcəzair 1480,24
44. Panama 1475,62
45. Rumıniya 1472,73
46. Norveç 1472,36
47. Mali 1469,81
48. Slovakiya 1465,73
49. Yunanıstan 1453,95
50. Kanada 1453,76
51. Kamerun 1452,59
52. Venesuela 1447,2
53. Səudiyyə Ərəbistanı 1441,4
54. Kosta Rika 1437,57
55. Sloveniya 1431,4
56. Paraqvay 1430,73
57. Yamayka 1421,54
58. Cənubi Afrika 1410,23
59. İraq 1409,44
60. Finlandiya 1401,31
61. Burkina Faso 1399,92
62. İrlandiya 1399,6
63. Konqo DR 1388,25
64. Albaniya 1382,69
65. Kabo Verde 1377,06
66. Özbəkistan 1376,5
67. Qana 1363,42
68. Şimali Makedoniya 1362,17
69. BƏƏ 1355,55
70. İordaniya 1343,6
71. Bosniya və Hersoqovina 1343,32
72. Monteneqro 1342,64
73. İslandiya 1342,57
74. Şimali İrlandiya 1333,17
75. İsrail 1323,43
76. Qvineya 1220,42
77. Gürcüstan 1312,45
78. Honduras 1311,43
79. Ekvatorial Qvineya 1310,5
80. Oman 1307,6
81. Salvador 1306,14
82. Bəhreyn 1277,29
83. Bolqarıstan 1289,9
84. Qabon 1289,52
85. Lüksemburq 1285,41
86. Boliviya 1284,55
87. Zambiya 1275,71
88. Çin 1273,78
89. Suriya 1265,51
90. Haiti 1262,5
91. Kürasao 1262,48
92. Uqanda 1246,88
93. Anqola 1238,11
94. Ermənistan 1237,15
95. Belarus 1232,8
96. Trinidad və Tobaqo 1228,05
97. Fələstin 1227,2
98. Benin 1225,1
99. Tacikistan 1218,89
100. Qazaxıstan 1215,16
101. Tayland 1206,72
102. Kosovo 1202,77
103. Yeni Zelandiya 1197,47
104. Qırğızıstan 1196,97
105. Vyetnam 1194,58
106. Mavritaniya 1194,48
107. Namibiya 1192,13
108. Qvatemala 1188,17
109. Madaqaskar 1187,63
110. Mozambik 1184,49
111. Keniya 1181,92
112. Konqo 1179,8
113. AZƏRBAYCAN 1174,22
114. KXDR 1168,12
115. Livan 1168,07
116. Toqo 1165,74
117. Hindistan 1165,17
118. Qvineya-Bisau 1164,01
119. Tanzaniya 1160,98
120. Liviya 1159,51
121. Komor adaları 1156,45
122. Malavi 1149,4
123. Estoniya 1148,76
124. Zimbabve 1144,56
125. Cənubi Kipr 1143,42
126. Syerra Leone 1137,36
127. Sudan 1128,74
128. Niger 1127,75
129. MAR 1121,34
130. Qambiya 1114,8
131. Solomon adaları 1113,57
132. Malayziya 1110,17
133. Ruanda 1107,04
134. Nikaraqua 1104,26
135. Farer adaları 1102,1
136. Latviya 1097,84
137. Küveyt 1094,05
138. Litva 1086,93
139. Filippin 1086,17
140. Burundi 1085,83
141. Türkmənistan 1078,25
142-143. Antiqua və Barbuda 1072,66
142-143. İndoneziya 1072,66
144. Surinam 1071,85
145. Efiopiya 1068,79
146. Botsvana 1064,5
147. Sent Kitts və Nevis 1057,05
148. Lesoto 1047,27
149. Esvatini 1045,88
150. Dominika Respublikası 1040,77
151. Yəmən 1027,94
152. Liberiya 1024,11
153. Çin Taybeyi 1023,93
154. Honkonq 1022,91
155. Moldova 1022,6
156. Sinqapur 1020,5
157. Qayana 1018,14
158. Əfqanıstan 1017,68
159. Yeni Kaledoniya 1008,92
160. Puerto Riko 1007,19
161. Maldiv adaları 1003,48
162. Myanma 1000,46
163. Taiti 999,48
164. Andorra 998
165. Papua Yeni Qvineya 990,61
166. Cənubi Sudan 989,29
167. Sent Lyusiya 988,67
168. Fici 981,26
169. Kuba 980,65
170. Vanuatu 980,33
171. Bermuda 972,36
172. Malta 967,29
173. Sent Vinsent və Qrenadin 953,47
174. Qrenada 950,99
175. Nepal 948,05
176. Montserrat 946,08
177. Mavriki 944,95
178. Barbados 943,8
179. Kamboca 931,47
180. Dominika 922,25
181. Çad 920,37
182. Beliz 918,68
183. Banqladeş 916,75
184. Butan 913,02
185. Kuk adaları 897,3
186. Samoa 896,78
187. Makao 896,62
188. Amerika Samoası 890,97
189. Laos 889,62
190. Monqolustan 889,16
191. San Tome və Prinsipi 888,94
192. Cibuti 882,76
193. Aruba 879,32
194. Bruney 870,63
195. Pakistan 856,54
196. Tonqa 856,18
197. Kayman adaları 851,19
198. Somali 845,66
199. Seyşel adaları 845,53
200. Şərqi Timor 843,4
201. Cəbəllütariq 840,8
202. Baham adaları 835,81
203. Lixtenşteyn 833,01
204. Şri Lanka 822,03
205. Quam adaları 821,91
206. Törks və Kaykos adaları 818,57
207. Britaniya Vircin adaları 807,57
208. ABŞ Vircin adaları 796,78
209. Angilya 785,69
210. San Marino 741,61