• Ana səhifə
  • Haqqımızda
  • Reklam
  • Əlaqə
  • Ölkə futbolu
    • Premyer-liqa
    • I divizion
    • Yığma
    • Kubok
    • Liqalar
  • Dünya futbolu
    • AÇ
    • DÇ 2026
  • Avrokuboklar
    • Çempionlar Liqası
    • Avropa Liqası
    • Konfrans Liqası
  • Aktual
  • İdman
  • Layihə
  • Yazarlar
  • Reportaj
  • Müsahibə
  • Maqazin
  • Foto
  • Video
  • Ölkə futbolu
    • Premyer-liqa
    • I divizion
    • Yığma
    • Kubok
    • Liqalar
  • Dünya futbolu
    • AÇ
    • AÇ
  • Avrokuboklar
    • Çempionlar Liqası
    • Avropa Liqası
    • Konfrans Liqası
  • Aktual
  • İdman
  • Layihə
  • Yazarlar
  • Reportaj
  • Müsahibə
  • Maqazin
  • Foto
  • Video

“Fənər”də liderliyin əldən verilməsinə səbəb olan yanlışlar

Dünya futbolu

16-02-2024, 17:0

Bu mövsüm gözəl bir çempionluq mübarizəsinə səhnə olan Türkiyə çempionatında ötən həftəsonu mühüm olay yaşandı.

10 illik çempionluq həsrətinə son qoymaqda qərarlı olan “Fənərbaxça” evdə “Alanyaspor”u yenə bilməməklə qızıla bərabər 2 xal itirdi. Bununla da “Qalatasaray” vahid liderə çevrildi. Son illərdə mövsümün həlledici məqamında itirilən xallar “Fənər”ə baha başa gəlib. Elə bu mövsüm də görünən odu ki, komanda bu sindromdan əziyyət çəkir. Ev oyunları çempionluq yolunda mühüm əhəmiyyət daşıyır. “Qalatasaray” evdə 10 aya yaxındı xal itirmədiyi təqdirdə, “Fənərbaxça” bu mövsüm 11 xalın 9-nu evdə itirib.

Bəs “Alanyaspor”la görüşdəki xal itkisinin və liderliyin əldən verilməsinin əsas səbəbləri nədi?

Camiədə və fanatlar arasında İsmayıl Kartala yönələn əsas narazılıqlara diqqət yetirək. Birinci məqam heyət seçimi zamanı ədalətsizliyə yol verilməsidi. Kartal üçün kimin yaxşı formada olmasının və ya məşqlərdə özünü yaxşı tərəfdən göstərməsinin fərqi yoxdu. Bu məşqçinin şablon “11-liy”i var və dünya dağılsa da, ondan vaz keçmir. Məsələn, qapıçı İrfan Can Eğribayat və Mişi Batşuayi bu mövsüm şans qazandıqları oyunlarda kifayət qədər yaxşı performans sərgiləyiblər. Eğribayat ən son kubokda Antep səfərində çox kritik bir penaltini dəf etmiş, elə həmin oyunda da Batşuayinin dublu komandaya qələbə qazandırmışdı. Amma nə fayda? “Alanyaspor”la matçda yenə qapıda Livakoviç yerini aldı. Batşuayi də ehtiyatda qaldı. 6,6 milyon avroya alınan Livakoviçin hələ də Türkiyə futboluna uyğunlaşa bilmədiyini söyləyə bilərik. O, bu mövsüm cərimə meydançası xaricindən ən çox qol buraxan qapıçıdı! Rəhbərlik bu problemi həll etmək və əlcək sahibinin performansını artırmaq üçün məşqçilər korpusuna xorvatiyalı bir qapıçılar üzrə məşqçi cəlb edəcək. Kartala yönələn ikinci narazılıq planlaşdırmanın düzgün qurulmamasıdı. Krespo, Linkoln və Əmrə Mor kimi futbolçular bu qış komandanı tərk etdi. Görəsən, Kentin onlardan nəyi artıqdı? Son 12 turda meydana çıxmayan və qışda “Latsio”ya yolanmaqdan son anda imtina edən ingiltərəli vinger “Alanyaspor”la qarşılaşmanın 85-ci dəqiqəsində qol ümidi (!) kimi meydana buraxıldı. Özü də Cekonun (!) əvəzinə. Ən qəribəsi odu ki, “pəncərə bağlanandan” sonra federasiyaya göndərilən yeni iştirak ərizəsinə Kentin adı salınmayıb! Yəni bu futbolçu mövsümün qalan hissəsində superliqa matçlarında meydana çıxa bilməyəcək. Digər məqam oyunçu dəyişikliklərindəki yanlışlıqlar və B planının olmamasıdı. Oyun praktikasının azlığından əziyyət çəkən Kruniç “Milan”dan gəldiyi gündən bəri komandaya heç bir fayda verməyib. Son matçda onu 90 dəqiqə meydanda saxlayıb, sürpriz qollar vura bilən İsmayıl Yüksəki əvəzləmək açıq-aşkar yanlış qərar idi. Bundan başqa, Kartalın artıq klassikləşən Cengiz Ündər – İrfan Can Kahveci dəyişikliyindən və ikinci hissələrdə Batşuayini meydana buraxıb iki hücumçulu taktikaya keçməsindən başqa heç bir addımı gözə dəymir. Rəqiblər artıq bu məşqçinin oyunun gedişində nələr edəcəyini əzbər bilir. Ona “Anadolu məşqçisi” deyənlər ilk növbədə məhz B planının olmamasına işarə vurur. Daha bir sual doğuran məqam “Alanyaspor”la matçın 85-ci dəqiqəsində Cekonun oyundan çıxarılması oldu. Komandaya qolun hava-su kimi lazım olduğu anlarda qol silahını əvəzləmək hansı məntiqə sığır? Bu dəyişikliyin mənasını Kartalın özündən başqa heç kim anlamadı.

“Qalatasaray”lıların komandanın liderliyə yüksəlməsini böyük coşqu ilə qeyd etməsi əbəs deyil. Çünki qan iyi hiss edən köpək balığına bənzyən “Cim-Bom” mövsümün bu hissəsində lider olandan sonra zirvəni əldən verməyi xoşlamır. Elə statistika da məhz bunu deyir. İstanbul nəhəngi indiyə qədər Türkiyə çempionatında 20 mövsümdə sona 13 tur qalmış lider olub. Komanda bunların 16-da sonda çempionluğu bayram edib! Qalan 4 mövsümün 3-ü 2-ci pillədə, 1-i isə 3-cü pillədə başa vurulub.

Paylaş:
Digər xəbərlər

Dünya futbolu

13-05-2023, 10:0

Tarix “Qalatasaray” çempion olacaq” deyir

Dünya futbolu

9-04-2022, 22:0

''Qalatasaray'' ''Fənərbaxça''ya bir ilki yaşada bilər!

Dünya futbolu

25-05-2023, 14:0

Çempionluq mübarizəsiylə bağlı üç ehtimal var...

Dünya futbolu

23-01-2024, 18:0

''Fənərbaxça'' vacib futbolçusunu itirdi

Aktual
ÇSKA-nın stadionunda 72 saatda üç oyun keçiriləcək – ot örtüyü “Qarabağ”a problem yarada bilər!
“Sabah” Maludanı 3 milyon avroya satdı!
KuPS “Sabah”la oyunu əlavə vaxta daşımağa çalışacaq – Kuopioda konsert və yüzlərlə boş tribuna...
“Hücumlar edəcəklər, belədə boşluqları daha rahat tapacağıq” - KuPS-un futbolçusundan inamlı açıqlama
“Sabah” cüzi fərqlə favoritdi – “bayquşlar”ın qələbəsi qazancı ikiqat edəcək
“Dünən mənə elə şərtlərlə müqavilə təklif olundu ki...” - Rüstəm Məmmədov 9 illik karyerasına son qoydu
Son xəbərlər
  • Bu gün, 09:52
    İki güləşçimiz dünya çempionatının finalında
  • Bu gün, 09:31
    "Çox keyfiyyətli və yaxşı məşqçi tərəfindən hazırlanan komandaya uduzduq" - KuPS-un baş məşqçisi
  • Bu gün, 09:00
    Türkiyə klubu 900 minə aldığı oyunçunu 15 milyona satdı!
  • Dünən, 23:27
    İngiltərədə klubunu dəyişəcək
  • Dünən, 23:00
    “Sabah” və Mikels 10-a çatdı
  • Dünən, 22:06
    “Milan”ı tərk etməyəcək
  • Dünən, 21:55
    "Belə nəticə əldə etməyimizlə qürur duyuram" - Valdas Dambrauskas
  • Dünən, 21:24
    ÇSKA-nın stadionunda 72 saatda üç oyun keçiriləcək – ot örtüyü “Qarabağ”a problem yarada bilər!
  • Dünən, 21:10
    "İmişli" yoxlama oyunu keçirdi
  • Dünən, 20:52
    "Sabah" tarixində ilk dəfə avrokubokların liqa mərhələsində! - YENİLƏNİB
  • Dünən, 20:10
    İngiltərə klubunu tərk etdi
  • Dünən, 19:42
    “Sabah” Maludanı 3 milyon avroya satdı!
  • Dünən, 18:53
    Azərbaycan dünya çempionatında ilk medalını qazandı
  • Dünən, 18:22
    "Qəbələ" portuqaliyalı vinger aldı
  • Dünən, 18:00
    KuPS - "Sabah": START HEYƏTLƏRİ
  • Dünən, 17:30
    KuPS “Sabah”la oyunu əlavə vaxta daşımağa çalışacaq – Kuopioda konsert və yüzlərlə boş tribuna...
  • Dünən, 17:10
    “İmişli”nin akademiyasında təlim təşkil olundu
  • Dünən, 16:44
    “Hücumlar edəcəklər, belədə boşluqları daha rahat tapacağıq” - KuPS-un futbolçusundan inamlı açıqlama
  • Dünən, 16:13
    “Araz-Naxçıvan” Qəbələdə bu şəhərdə qəbul edəcək
  • Dünən, 15:52
    “Sabah” cüzi fərqlə favoritdi – “bayquşlar”ın qələbəsi qazancı ikiqat edəcək
  • Dünən, 15:33
    Fiziki performansın qiymətləndirilməsi üzrə vebinar keçirildi
  • Dünən, 15:01
    "Qarabağ" və “BonAqua” arasında rəsmi tərəfdaşlıq müqaviləsi imzalandı
  • Dünən, 14:06
    Arda Gülər Mourinyo haqda nə dedi?
  • Dünən, 13:50
    “Dünən mənə elə şərtlərlə müqavilə təklif olundu ki...” - Rüstəm Məmmədov 9 illik karyerasına son qoydu
  • Dünən, 13:19
    “Turan Tovuz”da əsas çətinlik motivasiya ola bilər” – beş iddialıdan hansı bir addım öndədi?
  • Dünən, 12:58
    "Səbail"in sabiq qapıçısı "Xankəndi"də
  • Dünən, 12:37
    AFFA məşqçilər üçün onlayn təlim keçirdi
  • Dünən, 11:54
    Millimiz Portuqaliya ilə üz-üzə gələcək
  • Dünən, 11:23
    İtaliya klubunda yeni müqavilə
  • Dünən, 10:52
    “Sabah”ın matçını bu kanal göstərəcək
  • Dünən, 10:31
    “Bu mövzu ilə bağlı sualları Cavid Hüseynova ünvanlamaq daha doğru olar” – “Cəbrayıl” niyə satıldı?
  • Dünən, 10:00
    İstanbul nəhənglərinin hədəfində olan ulduzdan transfer açıqlaması
  • 27-07-2026, 23:0
    Leverkuzenə qayıtmayacaq
  • 27-07-2026, 22:0
    KuPS bu heyətlə 30 dəqiqədə 3 qol vurdu - "Sabah"ı nə gözləyir?
  • 27-07-2026, 22:0
    "Sabah mövsümün ən yaxşı oyununu oynamalıyıq..." - KuPS-un baş məşqçisi
Daha çox
Oxunub: 212
“İmişli”nin taleyi bəlli oldu – Arazın bu tayından Kürün o tayına
Oxunub: 163
Mahir Polşada bəxtsizlikdə üzləşdi - ilk tur matçında nə baş verdi?
Oxunub: 130
ÇSKA-nın stadionunda 72 saatda üç oyun keçiriləcək – ot örtüyü “Qarabağ”a problem yarada bilər!
Oxunub: 123
“Neftçi” bazar deyil, “Neftçi” xalqdı” - fanklub rəhbərindən sərt açıqlama
Oxunub: 110
“Sabah” üçün çətin, “Neftçi” üçün mümkünsüz vəzifə! - onlar rəqiblərə yerini göstərə biləcəkmi?
Oxunub: 110
“Dünən mənə elə şərtlərlə müqavilə təklif olundu ki...” - Rüstəm Məmmədov 9 illik karyerasına son qoydu
Sosial şəbəkələrimiz:
  • Ölkə futbolu
  • Dünya futbolu
  • Avrokuboklar
  • Aktual
  • İdman
  • Layihə
  • Yazarlar
  • Reportaj
  • Müsahibə
  • Maqazin
  • Foto
  • Video
  • Baş redaktor: Mahir Rüstəmli
  • E-mail: mahir_rustemli@rambler.ru
  • Ünvan: Bakı şəhəri, akademik Ələşrəf Əlizadə küçəsi, 31
  • Whatsapp: (99450) 300 09 10
Müəllif hüquqları qorunur. Football-Plus.az-ın məlumatlarından istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdi.
  • Ana səhifə
  • Haqqımızda
  • Reklam
  • Əlaqə