• Ana səhifə
  • Haqqımızda
  • Reklam
  • Əlaqə
  • Ölkə futbolu
    • Premyer-liqa
    • I divizion
    • Yığma
    • Kubok
    • Liqalar
  • Dünya futbolu
    • AÇ
    • DÇ 2026
  • Avrokuboklar
    • Çempionlar Liqası
    • Avropa Liqası
    • Konfrans Liqası
  • Aktual
  • İdman
  • Layihə
  • Yazarlar
  • Reportaj
  • Müsahibə
  • Maqazin
  • Foto
  • Video
  • Ölkə futbolu
    • Premyer-liqa
    • I divizion
    • Yığma
    • Kubok
    • Liqalar
  • Dünya futbolu
    • AÇ
    • AÇ
  • Avrokuboklar
    • Çempionlar Liqası
    • Avropa Liqası
    • Konfrans Liqası
  • Aktual
  • İdman
  • Layihə
  • Yazarlar
  • Reportaj
  • Müsahibə
  • Maqazin
  • Foto
  • Video

Macəraçı Yusif, etiraf edən Bojoviç və ...praqmatik “Turan Tovuz” – TURUN ŞƏRHİ

Premyer-liqa

15-02-2024, 22:0

Detektiv əsər vurğunları, həyatın hər anında dramatizm axtaranlar üçün “Sabah”ın “Qarabağ” üzərində mümkün qələbəsi tam bir məlhəm ola bilərdi.
Tellur Mütəllimov 90+5-ci dəqiqədə möhtəşəm zərbə ilə “Sabah”ı irəli çıxaranda, yəqin ki, belələri əllərini bir-birinə sürtməyə başladı. Amma sadə bir həqiqəti – “tələbələr”in heyətində Yusif İmanovun varlığını unutmuşdular. Əminəm ki, Yusif hansısa həlledici, məsələn, titul uğrunda oyunun 90+8-ci dəqiqəsində belə faciəvi qol buraxsaydı, İqor Ponomaryov əlini ehtiyat oyunçular skamyasının divarına çırpacaqdı. Amma çırpmadı, “Sabah” isə 2 xaldan oldu və turnir cədvəlində üç pillə gerilədi.

Geriləməkdən söz düşmüşkən, cari mövsümün daha bir özəlliyi var: lider “Qarabağ”ı çıxsaq, qalan komandalar bir-birinə o qədər yaxın qərarlaşıb ki, istənilən qələbə ciddi tərəqqiyə, məğlubiyyət avromatik tənəzzülə səbəb olur. Məntiqlə “Neftçi” bu turdan ən çox qazanc götürən komanda olmalıydı. Axı “Zirə” ilə “Sumqayıt” qarşılaşırdı və birinin xal itirəcəyi aydın idi. Amma ikisi də 2 xal itirib, 1 xal qazandı, “Neftçi” həmin o 1 xala da həsrət qaldı. Özü də son 4 oyunda qələbəyə həsrət qalan “Araz-Naxçıvan”la oyunda. “Ağ-qaralar” meydanda yox idi və məğlubiyyətdən daha təsirli məqam budu. Baş məqçilər dəyişir, gəlib-gedir, ölkə futbolunun flaqmanı heç cür “uğur formulu”nu tapa bilmir. Uğurlu başlayan Miodraq Bojoviç də artıq sələflərinin yolu ilə gedir. Sadəcə, onu rumınlardan fərqləndirən bir cəhət var: uğursuzluğunu günahını başqalarında, odda, suda, havada yox, özündə görür. Ən azı buna görə monteneqroluya alqış düşür!

“Zirə” – “Sumqayıt” oyunu üzərində çox dayanmağa dəyməz. Şəxsən mənə elə gəldi ki, komandalar qələbə qazanmaqdan daha artıq dərəcədə meydandan xalla ayrılmağa həvəslidilər. Məhz bu hədəfə çatdıqlarına görə heç biri narazı qalmadı. Amma itirilən 2 xal sonda kiminsə yadına düşə bilər ki, bu artıq başqa söhbətin mövzusudu.

Turdan qazanclı çıxan komandalardan da danışmalıyıq. “Səbail” Qəbələyə sığınan “Kəpəz”i darmadağın etdi. 29-cu dəqiqədə hesabı açan gəncəlilər sonradan fərqi artırmaq əvəzinə elə kobud səhvlərə yol verdilər ki, bunların cəzası məhz 1:4 olmalıydı. Ancaq hər işdə bir xeyir var! Bəlkə də mövsümün indiki çağında bu məğlubiyyət gəncəlilərin işinə yarayacaq, onlar imkanlarını daha real qiymətləndirərək, turnir cədvəlində irəliləmək əvəzinə elitada yerini qorumaq üzərində dərindən düşünəcəklər.

Və “Turan Tovuz”... “Qəbələ” üzərindəki qələbə çox önəmli günlərə təsadüf etdi. Bir tərəfdən, fevralın 11-də “Huner Group”un klubu himayəyə götürməsinin bir ili tamam oldusa, digər tərəfdən, ölkəmizin avrokuboklardakı ilk təmsilçisi dünən 32 yaşını tamamladı. “Turan Tovuz” bu iki tarixi hadisə arasında qələbə qazandı. Düzdü, tovuzlular cəmi bir pillə irəliləyə bildi. Ancaq onların ümumi strategiyası aydındı: avrokuboklara vəsiqə qazana bilmiriksə, heç olmasa, elitada yerimizi vaxtında təmin edək və yeni mövsüm üçün komanda quruculuğuna başlayaq. Aydın, anlaşılan və praqmatik yanaşmadı!

Misli premyer-liqası
3-cü dövrə, 22-ci tur
11 fevral
Qarabağ – Sabah 3:3
12 fevral
Kəpəz – Səbail 1:4
13 fevral
Turan Tovuz – Qəbələ 2:1
Zirə - Sumqayıt 0:0
Araz-Naxçıvan – Neftçi 1:0
1. Qarabağ 22 16 3 3 55-20 51
2. Sumqayıt 22 9 8 5 23-25 35
3. Neftçi 22 9 5 8 25-21 32
4. Zirə 22 8 8 6 14-12 32
5. Səbail 22 8 6 8 32-33 30
6. Araz-Naxçıvan 22 8 6 8 24-26 30
7. Turan Tovuz 22 8 5 9 36-33 29
8. Sabah 22 6 6 8 30-26 28
9. Kəpəz 22 5 5 12 18-37 20
10. Qəbələ 22 4 3 15 15-39 15
Bombardirlər: Olavio Juninyo (Qarabağ) – 15, Aleksandr Ramalinqom (Səbail), Yassin Benzya (Qarabağ) – 8, Pedro Nuno (Səbail), Orxan Əliyev (Araz-Naxçıvan) – 7.
Növbəti turun proqramı
17 fevral, 16.00. Sabah – Kəpəz
17 fevral, 18.30. Səbail – Araz-Naxçıvan
18 fevral, 15.30. Sumqayıt - Turan Tovuz
18 fevral, 18.00. Neftçi - Zirə
28 fevral, 19.00. Qəbələ - Qarabağ

ORXAN

Paylaş:
Digər xəbərlər

Premyer-liqa / Reportaj

6-02-2024, 19:0

“Sabah” bir qolla iki pillə irəlilədi – REPORTAJ

Premyer-liqa

3-02-2024, 17:0

"Sabah" - "Turan Tovuz": START HEYƏTLƏRİ

Premyer-liqa / Manşet

11-02-2024, 23:0

“Bizim də hardasa bəxtimiz gətirdi”

Premyer-liqa

22-04-2023, 15:0

Premyer Liqa: "Turan Tovuz" və "Sabah"ın heyətləri

Premyer-liqa

9-04-2022, 19:0

"İki tərəf də bir-birinə güzəştə getmirdi" - Murad Musayev

Yığma / Manşet

25-03-2023, 19:0

Yusif İmanovun yetişməsində payı olan mütəxəssis onun çıxışına qiymət verdi

Aktual
KuPS “Sabah”ın üç təhlükəli futbolçusunun adını açıqladı – rəqibi “gecənin favoriti” adlandırdı
"Bu komandanın müdafiəsini yarmaq mümkündü" - Aslan Kərimov
“Sabah” 2-ci təsnifat mərhələsində də favoritdi - əmsallar bəllidi
“Zirə” “Qarabağ”ın böyükhesablı qələbəsinin şahidindən asılıdı
KuPS “Sabah” haqda 10 fakt tapdı – “bayquşlar”la finləri nə birləşdirir?
“Çox böyük motivasiyamız var, hazırda “Braqa”nı və ya başqa komandaları düşünmürük” – Emin Mahmudov
Son xəbərlər
  • Dünən, 23:57
    Belçikadan İngiltərəyə üz tutacaq
  • Dünən, 23:26
    Erməni güləşçilər Bakıya gələcək
  • Dünən, 23:19
    Gözlənilən təyinat rəsmən açıqlandı
  • Dünən, 23:00
    "Çox keyfiyyətli oyunçular transfer etmişik" - Valdas Dambrauskas
  • Dünən, 22:29
    "Müdafiə olunmağa məcbur idik" - KuPS-un baş məşqçisi
  • Dünən, 21:58
    "Sabah"dan minimalhesablı qələbə - YENİLƏNİB
  • Dünən, 20:11
    ''Aston Villa''nın sabiq ulduzu Duranın geri dönməsini istəmir
  • Dünən, 19:40
    KuPS “Sabah”ın üç təhlükəli futbolçusunun adını açıqladı – rəqibi “gecənin favoriti” adlandırdı
  • Dünən, 19:20
    "Sabah" - KuPS: START HEYƏTLƏRİ
  • Dünən, 19:09
    "Bu komandanın müdafiəsini yarmaq mümkündü" - Aslan Kərimov
  • Dünən, 18:31
    “Sabah” 2-ci təsnifat mərhələsində də favoritdi - əmsallar bəllidi
  • Dünən, 18:10
    “Zirə” “Qarabağ”ın böyükhesablı qələbəsinin şahidindən asılıdı
  • Dünən, 17:58
    KuPS “Sabah” haqda 10 fakt tapdı – “bayquşlar”la finləri nə birləşdirir?
  • Dünən, 17:37
    ''Qalatasaray''ın həbsdə olmuş futbolçusuna iki təklif gəlib
  • Dünən, 17:06
    Yaşıl meydana oktyabrda dönəcək
  • Dünən, 16:35
    "Zİrə" kot-d’İvuarlı hücumçu transfer etdi
  • Dünən, 16:09
    “Məhəbbətdən nifrətə bir addım var, hər şeyə hazır olmaq lazımdı” – Yuri Vernidub
  • Dünən, 15:54
    “Çox böyük motivasiyamız var, hazırda “Braqa”nı və ya başqa komandaları düşünmürük” – Emin Mahmudov
  • Dünən, 15:24
    ''Çelsi'' ''Fənər''in üzvünü transfer edə bilər
  • Dünən, 14:53
    "Şəfa" kanadalı vinger aldı
  • Dünən, 14:31
    "Çatışmayan məqamlar var" - Azər Məmmədov
  • Dünən, 14:00
    ÇSKA Bakıya azarkeş gətirməyə risk etmədi – cəmi 50 nəfər...
  • Dünən, 13:41
    “İmişli” böyükhesablı qələbə qazandı
  • Dünən, 13:34
    "Qəbələ" nigeriyalı futbolçu aldı
  • Dünən, 13:17
    "Sabah" - KuPS matçına neçə bilet satılıb? - sən də al!
  • Dünən, 12:57
    "Ümumilikdə hər şey planlaşdırdığımız kimi keçdi" - Cavid Hüseynov
  • Dünən, 12:26
    Qurban Qurbanovun mətbuat konfransı keçiriləcək
  • Dünən, 11:55
    Bruno Franko daha bir il "Araz-Naxçıvan"da
  • Dünən, 11:34
    "Qarabağ"ın iştirak ərizəsi açıqlandı
  • Dünən, 11:13
    "Monpelye"nin yetirməsi "Turan Tovuz"da
  • Dünən, 10:52
    Mahir Emreli beş ildən sonra Polşaya qayıtdı - yeni Vəli Qasımov ola bilmədi...
  • Dünən, 10:31
    "Qarabağ" zirvədə, "Sabah" 15-ci pillədə
  • Dünən, 10:00
    "Araz-Naxçıvan"dan böyükhesablı qələbə
  • 20-07-2026, 23:0
    Doğma klubuna qayıtdı
  • 20-07-2026, 22:0
    Klubu ilə yenidən anlaşdı
Daha çox
Oxunub: 239
“Vestri” – “Qarabağ” matçını “CBC Sport” göstərməyəcək? – son durum açıqlandı
Oxunub: 229
“Toral məndən “abi, bu, yoxlama oyunu deyilmi?” deyə soruşdu” – Bayramovu təəccübləndirən hadisə
Oxunub: 186
“Sabah” rəsmisindən “Liv Bona Dea Arena” açıqlaması – klub ora nə vaxt köçəcək?
Oxunub: 163
Varqas “Neftçi”yə nə vaxt qoşulacaq?
Oxunub: 139
“Zirə” Kutaisini qaynar qazana çevirdi – “Torpedo”nun kapitanı döyüldü, söyüldü!
Oxunub: 128
Varqas artıq Bakıdadı, “Neftçi”də qalması an məsələsidi
Sosial şəbəkələrimiz:
  • Ölkə futbolu
  • Dünya futbolu
  • Avrokuboklar
  • Aktual
  • İdman
  • Layihə
  • Yazarlar
  • Reportaj
  • Müsahibə
  • Maqazin
  • Foto
  • Video
  • Baş redaktor: Mahir Rüstəmli
  • E-mail: mahir_rustemli@rambler.ru
  • Ünvan: Bakı şəhəri, akademik Ələşrəf Əlizadə küçəsi, 31
  • Whatsapp: (99450) 300 09 10
Müəllif hüquqları qorunur. Football-Plus.az-ın məlumatlarından istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdi.
  • Ana səhifə
  • Haqqımızda
  • Reklam
  • Əlaqə