• Ana səhifə
  • Haqqımızda
  • Reklam
  • Əlaqə
  • Ölkə futbolu
    • Premyer-liqa
    • I divizion
    • Yığma
    • Kubok
    • Liqalar
  • Dünya futbolu
    • AÇ
    • DÇ 2026
  • Avrokuboklar
    • Çempionlar Liqası
    • Avropa Liqası
    • Konfrans Liqası
  • Aktual
  • İdman
  • Layihə
  • Yazarlar
  • Reportaj
  • Müsahibə
  • Maqazin
  • Foto
  • Video
  • Ölkə futbolu
    • Premyer-liqa
    • I divizion
    • Yığma
    • Kubok
    • Liqalar
  • Dünya futbolu
    • AÇ
    • AÇ
  • Avrokuboklar
    • Çempionlar Liqası
    • Avropa Liqası
    • Konfrans Liqası
  • Aktual
  • İdman
  • Layihə
  • Yazarlar
  • Reportaj
  • Müsahibə
  • Maqazin
  • Foto
  • Video

“Real” çempionluğa doğru böyük addım atdı, “Atletiko” ilə “Barsa” “yatdı”

Dünya futbolu

14-02-2024, 22:0

Bu gedişlə La Liqada çempionluq intriqası çox tez öləcək.

"Football-plus.az" xəbər verir ki, “Real” əsas rəqiblərindən birini darmadağın edirsə, üstəlik “Atletiko” autsayderə uduzursa, “Barselona” başqa bir autsayderdən üç top buraxırsa, mayı gözləməyə ehtiyac yoxdu! Çempionluq kubokunu elə indidən Madrid nəhənginə təqdim etmək olar. Hesabat turu bu yöndə təsəvvürləri bir qədər də zənginləşdirdi.

2-ci dövrənin ən önəmli oyunlarından birində “Real” “Jirona”nı darmadağın etdi. Madrid klubu bununla da çempionluq intriqasına böyük zərbə vurdu. “Real” 1-ci dövrədə də “Jirona”nı darmadağın etmişdi, sadəcə, həmin vaxt qələbə bu dərəcədə inamlı deyildi. Meydan sahibləri artıq 6-cı dəqiqədə hesabı açdı – Vinisius uzaq məsafədən qarşısıalınmaz zərbə vurdu. Qonaqlar ilk yarıda topla daha çox vaxt keçirsələr də, ciddi kadr problemləri ilə üzləşən “Real” təhlükənin böyüməsinə imkan vermədi. “Ağ-qırmızılar” rəqibin sürətli hücumlarının qarşısında heç nə edə bilmirdilər. Vinisius Koutonu açıq-aşkar üstələyirdi. 35-ci dəqiqədə “Real”ın braziliyalı hücumçusu gözəl ötürmə ilə Bellingemi qapı önündə çıxardı, o isə qapıçını aldadıb topu boş qapıya göndərdi. Qonaqlar 2-ci hissənin əvvəlində “artırmağa” çalışdılar, cavabında 3-cü qolu buraxdılar. Bellingem dublu rəsmiləşdirdi. “Real” bununla da kifayətlənmədi, saatın tamamında Rodrqio fərqi biabırçı həddə çatdırdı. Madrid nəhəngi sonda daha bir neçə şansı qaçırdı, Xoselu Arda Gülərin qazandığı penaltini dirəyə vurdu. Amma onsuz da bu oyunda hər şey aydın idi. Fiasko yaşayan “Jirona” artıq “Real”dan 5 xal geri qalır. Açığı, Ançelottinin komandasına çempionluq yolunda kiminsə rəqib olması mümkünsüz görünür.

“Sevilya” ilə “Atletiko” bu qış 3-cü dəfə üz-üzə gəldi, Kike Sançes Floresin rəhbərlik etdiyi komanda 3-cü cəhddə, nəhayət, qələbə hədəfinə çatdı. “Hindular” buna qədər biri ölkə kubokunda olmaqla iki dəfə əndəlüsləri məğlub etmişdi. “Sevilya” çox vacib məqamda qisas aldı, bu gün xal və ya xallar bu komandaya hava-su kimi lazımdı. “Atletiko” çoxlu əlverişli imkan qaçırdı. Oyunun əvvəlində “hindular” üstün təsir bağışlasalar da, meydan sahibləri tezliklə təşəbbüsü ələ keçirdi və Romero hesabı açdı. Qarşılıqlı hücumlar şəraitində davam edən oyunda hokkey hesabı da qeydə alına bilərdi. Elə həmin Romero iki real imkanı qaçırdı, bir dəfə topu qapı çatına vurdu. Morata isə təkbətəkdən yararlana bilmədi. 2-ci hissənin əvvəlində “Atletiko” “artırdı”. “Sevilya”, sadəcə, möcüzə nəticəsində qapısını toxunulmaz saxladı. Qrizmannın zərbəsindən sonra Navas komandasını xilas etdi, zədələnən Moratanın əvəzinə meydana çıxan Depay boş qapıya düşmədi. Tezliklə niderlandlı əlverişli vəziyyətdə topu qapıdan aralı vurdu. Əndəlüslər də əks-hücumlarda təhlükəli idi, ancaq Oblak komandasını oyunda saxladı. Son hücum dalğası üçün “hindular”ın gücü qalmamışdı. Cari mövsümdə ilk dəfə ardıcıl iki qələbə qazanan “Sevilya” təhlükəli zonadan bir qədər uzaqlaşdı. Vacib xallar itirən “Atletiko” isə “Jirona”ya yaxınlaşa bilmədi.

“Barselona”nın “Qranada” üzərində asan qələbə qazanacağını düşünənlər yanıldı. Aşkar favorit, demək olar ki, elitadan gedəcəyi şübhə doğurmayan rəqibin ciddi müqaviməti ilə üzləşdi. Birinci dövrədə olduğu kimi, yenə məhsuldar heç-heçə qeydə alındı. Komandalar birlikdə 6 qol vurdu, halbuki bu say ikiqat artıq ola bilərdi. Əvvəlcə hər şey “Barsa”nın cızdığı ssenariyə uyğun getdi. Yamal 14-cü dəqiqədə hesabı açdı. Erkən qol kataloniyalılara oyunun axarına nəzarəti ələ almaq baxımından yardım etməliydi. Ancaq meydan sahibləri nədənsə əsəbləşdi. Heyətə qayıdan Ter Ştegen bir neçə dəfə topu rəqibə “bağışladı”. Fasiləyə az qalmış Levandovski kataloniyalıları əsəb gərginliyindən qurtara bilərdi. Ancaq onun zərbəsini boş qapıdan Mauassa çıxardı. Və dərhal “Qranada” hesabı bərabərləşdirdi – Sançes fərqləndi. 2-ci hissənin əvvəlində komandalar hərəyə bir imkanı qaçırdı. Saatın tamamında Kubarsinin səhvindən yararlanan Pelyistri stadionu susdurdu. Qarşılıqlı hücumlar şəraitində davam edən oyunda Levandovski, nəhayət, qol imkanlarının birindən yararlandı – 2:2. Ancaq cəmi 3 dəqiqə sonra Mikel “Qranada”nın 3-cü qolunu vurdu. Daha dəqiqi, onun zərbəsindən sonra Ter Ştegenin qaytardığı top dirəyə dəyib tora daxil oldu. Oyunun sonuna hələ çox qalırdı. “Barselona” daha iki dəfə fərqləndi. Hakim ofsayd üzündən qollardan birini qeydə almasa da, Yamalın “xətrinə dəymədi”. Sona qədər qalan müddətdə komandaların hər biri qələbə topunu vura bilərdi. “Barsa” “Real”dan artıq 10 xal geri qalır və tədricən çempionluq söhbətlərini unutmaq lazımdı. “Qranada” üçün isə bu 1 xalın elə bir önəmi yoxdu, uzaqbaşı komanda növbəti oyunlara daha böyük motivasiya ilə çıxa bilər.

Mövsümün əvvəllində parlaq oyunla hamını təəccübləndirən “Real Sosyedad” son oyunlarda hücumda çox solğun görünür, çətinliklə qol vurur. Basklar turnir cədvəlinin ortalarında qərarlaşan “Osasuna” ilə oyunda qələbəyə can atırdı. Onlar oyuna fəal başladı, təhlükəli vəziyyətlər yaratdı. İlk yarının ən təhlükəli vəziyyətini Kubo boşa verdi – yaponiyalının zərbəsini Errera qaytardı. 2-ci hissənin əvvəlində qonaqlar irəli çıxdı. Monkayolanın kornerdən asmasını Budimir baş zərbəsiylə tamamladı. “Real Sosyedad” məğlubiyyətdən qurtulmaq üçün bütün gücü ilə irəli atıldı. Ancaq əks-hücum taktikası seçən “Osasuna” qələbə hesabını qoruya bildi.

Turun qalan oyunlarına gəlincə, “Betis” qələbə sayəsində “Real Sosyedad”ı arxada qoydu. “Las-Palmas” “Valensiya”nı, “Xetafe” “Selta”nı, “Malyorka” “Rayo Valyekano”nu məğlub etdi, “Alaves” – “Vilyarreal” oyununda “sülh” qeydə alındı. Dünən axşam keçirilən son oyunda “Atletik” aşkar autayder “Almeriya”nın müqavimətini qıra bilmədi.

24-cü tur
Real – Jirona 4:0
Vinisius, 6. Bellingem, 35; 54. Rodriqo, 61. (76585)
Real: Lunin, Mendi (F.Qarsiya, 77), Karvaxal, Çuameni, Vaskes, Kroos (Modriç, 70), Kamavinqa, Valverde, Bellingem (Dias, 57), Vinisius (Gülər, 77), Rodriqo (Xoselu, 70).
Jirona: Qassaniqa, Qutyerres, Xuanpe, E.Qarsiya, Kouto, A.Qarsiya, Martin (Solis, 70), Savio, Portu (Torre, 46), Sıqankov (Fernandes, 70), Dovbik (Stuani, 70).
Sevilya – Atletiko 1:0
Romero, 15. (31528)
Atletiko: Oblak, Ermoso, Vitsel (Mandava, 66), Paulisto, Lino (Rikelme, 84), Barrios (Molina, 46), Lyorente, De Paul, Koke (Korrea, 60), Qrizmann, Morata (Depay, 46).
Barselona – Qranada 3:3
Yamal, 14; 80. Levandovski, 63 – Sançes, 43. Pelyistri, 60. Mikel, 66. (41901)
Barselona: Ter Ştegen, Kanselo (Rafinya, 75), Martines, Kubarsi, Kunde, Gündoğan, Kristensen (Lopes, 67), De Yonq, Pedri (Giyu, 89), Yamal, Levandovski.
Kadis – Betis 0:2
Villian, 6. Fornals, 46. (15346)
Alaves – Vilyarreal 1:1
Omorodion, 25 – Kuenka, 42. (14253)
Real Sosyedad – Osasuna 0:1
Budimir, 49. (32905)
Las-Palmas – Valensiya 2:0
Suares, 89. Kardona, 90+5. (25633)
Xetafe – Selta 3:2
Mayoral, 41. Mata, 45+2; 89 – Strand Larsen, 71. Alyende, 85. (11502)
Malyorka – Rayo Valyekano 2:1
Sançes, 48. Muriqi, 90+1 – A.Qarsiya, 76. (16735)
Almeriya – Atletik 0:0
1. Real 24 19 4 1 52-15 61
2. Jirona 24 17 5 2 52-29 56
3. Barselona 24 15 6 3 50-33 51
4. Atletiko 24 15 3 6 45-26 48
5. Atletik 24 13 7 4 42-21 46
6. Betis 24 9 11 4 28-25 38
7. Real Sosyedad 24 9 10 5 32-22 37
8. Las-Palmas 24 10 5 9 25-20 35
9. Valensiya 24 10 5 9 29-29 35
10. Xetafe 24 8 9 7 32-33 33
11. Osasuna 24 8 5 11 27-36 29
12. Alaves 24 7 6 11 24-31 27
13. Vilyarreal 24 6 7 11 34-46 25
14. Rayo Valyekano 24 5 9 10 21-32 24
15. Malyorka 24 4 11 9 21-31 23
16. Sevilya 24 5 8 11 30-37 23
17. Selta 24 4 8 12 26-35 20
18. Kadis 24 2 11 11 15-33 17
19. Qranada 24 2 7 15 26-48 13
20. Almeriya 24 0 7 17 22-51 7
Bombardirlər: Bellingem (Real) – 16, Mayoral (Xetafe) – 15, Dovbik (Jirona) – 14, Morata (Atletiko) - 13.
Növbəti turun oyunları yanvarın fevralın 16-19-u aralığında keçiriləcək: Vilyarreal – Xetafe, Atletiko – Las-Palmas, Osasuna – Kadis, Selta – Barselona, Valensiya – Sevilya, Rayo Valyekano – Real, Qranada – Almeriya, Malyorka – Real Sosyedad, Betis – Alaves, Atletik – Jirona.
Turun rəqəmi
16 – cari mövsümdə qol sayını bu həddə çatdıran Bellingem “Real”ın 21-ci əsrdəki ən məhsuldar xavbekidi. La Liqada başqa heç kim bu qədər qol vurmayıb. Bu mənada indiyə qədər ən yaxşı göstərici Xames Rodrigesə (2014/15, 14 qol) məxsus idi.
Turun ulduzu
Vinisius Junior (Real) – komandasının qollarının hamısında iştirak etdi, Koutonu meydandan silib-süpürdü. Qol vurdu, iki məhsuldar ötürmə verdi, onun daha bir zərbəsindən sonra qapıçıdan qayıdan topu Bellingem təkrar zərbə ilə tora göndərdi.
Turun sitatı
Vinisius Junior, “Real”ın yarımmüdafiəçisi: “Real”da oynadığıma görə xoşbəxtəm. Ümid edirəm ki, prezident mənə uzun müddət burda oynamağa imkan verəcəm. Bellingem? O, bu mövsümün ən yaxşısıdı. Birlikdə böyük ailəyik”.
Faktlar
* “Jirona”nın La Liqada 15 oyunluq məğlubiyyətsiz seriyası başa çatdı. Komandanı sentyabrın 30-da da məhz “Real” məğlub etmişdi. Madridlilər isə son 18 oyunda heç kimə uduzmayıb. Ançelottinin komandasını sonuncu dəfə sentyabrın 24-də “Atletiko” məğlub edib.
* “Real” Liqada keçirdiyi 24 oyunun 19-da qalib gəlib, 4-də heç-heçə edib, 1-də uduzub. Klub tarixində yalnız iki dəfə bundan da yaxşı nəticə olub. “Real” 1960/61 mövsümündə Migel Munyosun rəhbərliyi altında 21 qələbə qazanıb, 2 dəfə heç-heçə edib, 1 dəfə uduzub. 2011/12 mövsümündə isə Joze Mourinyonun komandası 21 oyunda qalib gəlib, 1-də heç-heçə edib, 2-də uduzub.
Reaksiyalar
Karlo Ançelotti, “Real”ın baş məşqçisi: “Xoşbəxtəm. Oyunu çox yüksək səviyyədə keçirdik. Müdafiədə etibarlı oynadıq, fədakarlıq etdik. Bunun sayəsində topu özümüzə qaytardıq və hücum xəttinin oyunçularına xas olan ustalıq səviyyəsindən yararlana bildik. Vinisius bu səviyyədə oynayanda dünyanın ən yaxşısıdı. Düşünürəm ki, bu gün Karvaxal da müdafiənin mərkəzində yaxşı idi. Adama elə gəlirdi ki, o, bu mövqedə artıq 400 oyun keçirib”.
Miçel Sançes, “Jirona”nın baş məşqçisi: “Biz hələ “Real”la layiqincə oynamağa imkan verən səviyyəyə çatmamışıq. Düşünürəm ki, rəqib hədsiz yaxşı oynadı, biz zəif oynamadıq. Bu məğlubiyyət bizə daha güclü olmaqda yardım edəcək. Qeyri-adi mövsüm keçirsək də, “Real” tam başqa səviyyədədi. Dünyada 4-5 komanda onlarla rəqabət apara bilər”.
Dieqo Simeone, “Atletiko”nun baş məşqçisi: “Nəticəyə görə o vaxt həyəcanlanardım ki, komanda indiki oyunu göstərməzdi. Oyunçuların meydanda etdikləriylə qürur duyuram, son nəticədə qolların da gələcəyinə əminəm. Əlbəttə, irəlidə hələ çox iş görməliyik. Bizi Çempionlar Liqası, ölkə kuboku, La Liqada ilk “4-lüy”ə düşmək uğrunda mübarizə gözləyir”.
Xavi Ernandes, “Barselona”nın baş məşqçisi: “Xüsusən də belə oyunlardan sonra çempion olmaq çox çətindi. “Real”la xal fərqi çox böyükdü. Ancaq mümkünsüz heç nə yoxdu. Səhvə yol vermək olmaz. Bu gün rəqibin əl-qolunu açdıq”.
Mark-Andre ter Ştegen, “Barselona”nın qapıçısı: “Mövsüm uzundu. Qalan oyunlarda mümkün bütün xalları qazanmağımız özümüzdən asılıdı. Hələ “Real” və “Jirona” ilə qarşılaşmalara bizi gözləyir, “artırmalıyıq”. İspaniya çempionatı çətin turnirdi. Burda asan oyun olmur. Hər oyunda hədəfə doğru addım atmalıyıq”.

Paylaş:
Digər xəbərlər

Dünya futbolu

11-08-2023, 18:0

İspaniya çempionatında 2023/24 mövsümünün təqvimi

Dünya futbolu

31-10-2022, 17:0

"Real Madrid" futbolçuları hakimdən narazılıq etdi

Dünya futbolu

14-03-2022, 12:0

“Barselona” “Real”ı darmadağın edib çempion oldu!

Dünya futbolu

5-04-2023, 14:0

Liderlər darmadağın etdi, “Atletiko”nun seriyası uzandı – 27-ci turun şərhi

Dünya futbolu

19-04-2023, 20:0

“Real”la xal fərqi azaldı, “Barsa” qazondan şikayətləndi – TURUN ŞƏRHİ

Dünya futbolu

5-02-2024, 21:0

Nəhənglərdən heç biri büdrəmədi, “Real” zirvəyə qayıtdı

Aktual
“Neftçi” ilə “Zirə”nin “qış yuxusu” – avrokuboklardakı təmsilçilərimiz nə ilə məşğuldu?
"Zirə"ni Konfrans Liqasının püşkatma mərasimində kim təmsil edəcək?
"Mənə dedi ki, maaşın çoxdu, hazırda büdcəmiz həmin vəsaiti ödəmək üçün yetərli deyil" - Rövşən Hüseynli
"Kəpəz"də yeni sədr və baş məşqçi! - təyinatlar bu həftə açıqlanacaq
Nyonda "Sabah"la "Neftçi"ni təmsil edəcək şəxslər müəyyənləşdi - "Turan Tovuz"la "Zirə" isə gözləyir!
"Sabah"ın növbəti transferi... - "bayquşlar"ın müdafiə xətti keçilməz olacaq?
Son xəbərlər
  • Bu gün, 16:52
    Kevin Medinanın yeni klubunun adı "Futbol+"də! - o, hara gedir?
  • Bu gün, 16:42
    “Neftçi” ilə “Zirə”nin “qış yuxusu” – avrokuboklardakı təmsilçilərimiz nə ilə məşğuldu?
  • Bu gün, 16:24
    AFFA-nın Elit layihəsi çərçivəsində seleksiya turniri keçirildi
  • Bu gün, 15:54
    “Gəncə” üç voleybolçusu ilə vidalaşdı
  • Bu gün, 15:34
    "Hər çağırış mənim kimi gənc baş məşqçi üçün yeni bir imkandı" - Cavid Hüseynov
  • Bu gün, 15:03
    "Araz-Naxçıvan"ın yeni baş məşqçisi bəlli oldu
  • Bu gün, 14:45
    MS-ni tərk edə bilər
  • Bu gün, 14:13
    “Günah kimdədisə, Allah bəlasını versin” - bəd xəbərdən sonra Tovuzdan ilk reaksiya
  • Bu gün, 14:04
    AFFA-da beş ulduz sertifikatlaşdırma modeli müzakirə olundu
  • Bu gün, 13:53
    Elxan Səmədovdan bombardirə xüsusi hədiyyə
  • Bu gün, 13:18
    "Şəfa"da növbəti müqavilə
  • Bu gün, 13:11
    Kapitan daha iki il "Zirə"də
  • Bu gün, 12:59
    “Zirə”nin mümkün rəqiblərinin sayı azaldı
  • Bu gün, 12:46
    "Zirə"ni Konfrans Liqasının püşkatma mərasimində kim təmsil edəcək?
  • Bu gün, 12:39
    UFC Fight Night Baku turnirinə 70–ə yaxın ölkədən azarkeşlər gözlənir
  • Bu gün, 12:16
    Federasiyada yeni komitə yaradıldı
  • Bu gün, 12:15
    Transfer dosyesi - kimlər gedib, kimlər gəlib?
  • Bu gün, 11:52
    Ozancan Türkiyə klubunda forma geyəcək
  • Bu gün, 11:39
    "Qarabağ"ın Avropa Liqasındakı rəqibi kim olacaq?
  • Bu gün, 11:36
    "Sabah"ın potensial rəqiblərinin sayı azaldı
  • Bu gün, 11:28
    Komandasının ilk oyununa hazırdı
  • Bu gün, 11:04
    "Sabah"ın rəqibi bu gün bəlli olacaq
  • Bu gün, 10:53
    Seneqal və Misirə ulduz qadağası
  • Bu gün, 10:32
    Mbina daha üç il "Sabah"da
  • Bu gün, 10:22
    "Mənə dedi ki, maaşın çoxdu, hazırda büdcəmiz həmin vəsaiti ödəmək üçün yetərli deyil" - Rövşən Hüseynli
  • Bu gün, 10:00
    Niderlanddan Almaniyaya üz tutacaq
  • Bu gün, 09:06
    Daha iki heç-heçə - DÇ səhəri
  • Bu gün, 00:57
    Avropa çempionu debütantla bacarmadı, Belçika - Misir oyununda heç-heçə - DÇ gecəsi
  • Dünən, 23:58
    Klubu ilə yenidən anlaşdı
  • Dünən, 23:25
    CAS-ın "Turan Tovuz"la bağlı qərarı açıqlandı - SON DƏQİQƏ
  • Dünən, 23:20
    Milli komandada yeni müqavilə
  • Dünən, 23:00
    İngilislər üçün böyük təhlükə
  • Dünən, 22:32
    MBA ilə MHL-də çempion müəyyənləşdi - Tramp təbrik etdi
  • Dünən, 22:21
    "Şəfa" üç futbolçunu yola saldı
  • Dünən, 21:37
    Messi və Ronaldo üçün 6-cı DÇ, Mbappe üçün Klozeni ötmək imkanı
Daha çox
Oxunub: 501
AFFA-dan “Turan Tovuz”un avrokubok problemiylə bağlı açıqlama – son dəqiqə
Oxunub: 276
“...azarkeşlərin reaksiyası çox sərt ola bilər” – Gəncə Arif Əsədovu necə qarşıladı?
Oxunub: 263
Elvin Cəfərquliyev yenidən parlaya bilər! - meneceri yeni klubu haqda nə dedi?
Oxunub: 261
"Qarabağ"dan Elvin Cəfərquliyev və milliyə çağrılan başqa futbolçular haqda açıqlama - "iyunun 19-da..."
Oxunub: 227
“Xəzər Lənkəran”ın bərpasıyla bağlı yeni xəbər – Zaur Ramazanov nəyi açıqladı?
Oxunub: 227
Nyonda "Sabah"la "Neftçi"ni təmsil edəcək şəxslər müəyyənləşdi - "Turan Tovuz"la "Zirə" isə gözləyir!
Sosial şəbəkələrimiz:
  • Ölkə futbolu
  • Dünya futbolu
  • Avrokuboklar
  • Aktual
  • İdman
  • Layihə
  • Yazarlar
  • Reportaj
  • Müsahibə
  • Maqazin
  • Foto
  • Video
  • Baş redaktor: Mahir Rüstəmli
  • E-mail: mahir_rustemli@rambler.ru
  • Ünvan: Bakı şəhəri, akademik Ələşrəf Əlizadə küçəsi, 31
  • Whatsapp: (99450) 300 09 10
Müəllif hüquqları qorunur. Football-Plus.az-ın məlumatlarından istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdi.
  • Ana səhifə
  • Haqqımızda
  • Reklam
  • Əlaqə