• Ana səhifə
  • Haqqımızda
  • Reklam
  • Əlaqə
  • Ölkə futbolu
    • Premyer-liqa
    • I divizion
    • Yığma
    • Kubok
    • Liqalar
  • Dünya futbolu
    • AÇ
    • DÇ 2026
  • Avrokuboklar
    • Çempionlar Liqası
    • Avropa Liqası
    • Konfrans Liqası
  • Aktual
  • İdman
  • Layihə
  • Yazarlar
  • Reportaj
  • Müsahibə
  • Maqazin
  • Foto
  • Video
  • Ölkə futbolu
    • Premyer-liqa
    • I divizion
    • Yığma
    • Kubok
    • Liqalar
  • Dünya futbolu
    • AÇ
    • AÇ
  • Avrokuboklar
    • Çempionlar Liqası
    • Avropa Liqası
    • Konfrans Liqası
  • Aktual
  • İdman
  • Layihə
  • Yazarlar
  • Reportaj
  • Müsahibə
  • Maqazin
  • Foto
  • Video

“Qalatasaray”da müdafiənin cinahlarında oyunçu qalmadı

Dünya futbolu

2-02-2024, 23:0

Superliqanın son çempionu “Qalatasaray” bir tərəfdən “Fənərbaxça” ilə amansız çempionluq mübarizəsi aparırsa, digər tərəfdən heyətdəki problemlərlə çarpışır.

"Football-plus.az" xəbər verir ki, fanatlar heyətin gücləndirilməsini və yeni transferlərin gəlişini gözləsələr də, hələ ki gələnlər yox, ayrılanlar gündəmdədi. Heyətdəki bu qədər sıxıntıya rəğmən, Okan Buruk hələ də “Cim-Bom”u çempionluq yarışında saxlamağı bacarır. Ən son “Qalatasaray”ın “Qaziantep” üzərində əzmkar qələbə qazanması ilə birlikdə Buruk növbəti bir rekordun müəllifi oldu. Belə ki, “Aslan” superliqa çərçivəsində evdə ardıcıl 15-ci qələbəsini qazandı. 50 yaşlı Buruk Gündüz Kılıçın rekordunu yeniləyərək klub tarixində çempionatda evdə ardıcıl 15 oyunluq qələbə seriyası yaxalayan ilk yerli mütəxəssis oldu!

İndi isə transfer mövzusuna nəzər salaq. “Qalatasaray”da müdafiənin cinahlarında ciddi şəkildə oyunçu çatışmazlığı var və artıq həyəcan təbilini çalmağın vaxtıdı. “Leyptsiq”dən icarəyə götürülən, amma ümidləri doğrultmayan Anxelinyo artıq “Roma” ilə müqavilə imzalayıb. Saşa Boe isə bilindiyi kimi, “Bavariya”ya yollanıb. Faktiki heyətdə sağ cinah müdafiəçisi qalmayıb! Okan Buruk son turlarda həmin mövqedə məcburiyyətdən Kaan Ayhanı oynadır. Bu üzdən rəhbərlik təcili sağ müdafiəçi “ovuna çıxıb”. Üç əsas namizəd var. Bunlar Lorents Assinyon, Zəki Çəlik və Conatan Klaussdu. Maraqlıdı ki, Assinyon da “Renn”də forma geyir. İstanbul nəhəıngi Boeni 2,5 il öncə məhz bu klubdan alaraq kəşf etmişdi. Amma bonuslardan əlavə 5 milyon avroluq təklif fransızları qane etmir. Onlar 6 milyon avro tələb edirlər. Assinyona “Marsel” də ciddi maraq göstərir. Çəlik Türkiyə yığmasının üzvü olduğundan futbolsevərlərə daha yaxşı tanışdı. “Roma”da əsas heyətə düşməkdə çətinlik çəkən 26 yaşlı müdafiəçi AÇ-2024-ü düşünərək “Fənərbaxça”ya gələn digər yığma üzvü Çağlar Söyüncü kimi Türkiyəyə qayıtmağın əleyhinə deyil. 32 yaşlı Klauss isə “Marsel”in gələcək planlarına daxil deyil. Bu futbolçunu “Cim-Bom”a menecerlər təklif edib. Rəhbərlik bu həftənin sonuna qədər bu üç futbolçudan birinin (maddi şərtlər uyğun olsa, ikisinin) transferini tamamlamaq niyyətindədi. Əslində sol cinahda da vəziyyət ürəkaçan deyil. Anxelinyodan əlavə o cinahda dəfələrlə şans qazanmasına rəğmən, ümidləri doğrultmayan gənc Kazımcan Karataş da ayrıla bilər. Ona Xorvatiya təmsilçisi “Hayduk” ciddi maraq göstərir. Buruk son həftələrdə həmin cinaha Barış Alpər Yılmazı qoymaqla müvəqqəti çıxış yolunu tapıb. Son oyunda isə o mövqedə Berkan Kutlu qərarlaşmışdı. Bununla da Berkan cari mövsüm “Qalatasaray”da müdafiənin solunda oynayan 6-cı (!) fərqli futbolçu oldu! Anxelinyo, Kazımcan, Barış və Berkandan başqa solda Əbdülkərim Bardakcı ilə Kaan Ayhan da oynayıb. Maraqlıdı ki, klubun bu mövqeni hansı futbolçularla gücləndirmək istəməsi barədə heç bir məlumat yoxdu. Bu arada Leo Dyubuanın da geri qaytarılması yönündə danışıqlar davam edir. Müqavilə ilə “Qalatasaray”a məxsus olan və müdafiənin hər iki cinahında oynamağı bacaran fransalı futbolçu hazırda icarə əsasında “İstanbul BŞ”də çıxış edir.

Anxelinyo və Boenin ardından “yarpaq tökümü” davam edə bilər. Böyük maaşı müqabilində gözlənilən performansı sərgiləməyən Hakim Ziyeşin, eləcə də Tetenin ayrılması gündəmdədi. Mərakeşli Səudiyyə Ərəbistanı klubları ilə, braziliyalı isə Rusiya nəhəngi “Zenit”lə danışıqlar aparır. Teteyə vətənindən də maraq göstərən klublar var. Bu hay-həşirdə Sedrik Bakambuya görə də “Betis”dən 3 milyon avroluq təklif gəlib və onun da ayrılması gündəmdədi.
Yeri gəlmişkən, bir xəbəri də diqqətinizə çatdıraq. UEFA-nın fanatlar arasında apardığı sorğuda Çempionlar Liqasında bu mövsüm qrup mərhələsinin ən gözəl qolları müəyyənləşib. Maraqlıdı ki, ilk iki pillədə “Qalatasaray”lılar yer alıb. Kərəm Aktürkoğlunun İstanbulda “Mançester Yunayted”ə qarşı oyunda (3:3) vurduğu qol qrup mərhələsinin ən gözəl qolu seçilib! Tetenin İstanbulda “Kopenhagen”ə qarşı oyunda (2:2) vurduğu qol isə 2-ci yerə layiq görülüb. 3-cü pillədə “Leyptsiq”li Xavi Simonsun “Srvena Zvezda”ya, 4-cü pillədə “Mançester Siti”li Erlinq Holannın “Yanq Boyz”a, 5-ci pillədə isə “Mançester Yunayted”li Bruno Fernandeşin yenə də İstanbuldakı matçda “Qalatasaray”a vurduğu qol qərarlaşıb.

Paylaş:
Digər xəbərlər

Dünya futbolu

15-04-2023, 13:0

Okan Buruk bunu bacaran 4-cü məşqçi oldu

Dünya futbolu

1-02-2024, 23:0

Okan Burukdan növbəti rekord

Dünya futbolu

3-09-2023, 11:0

Okan Burukdan növbəti rekord

Dünya futbolu

18-01-2023, 15:0

Okan Buruk rekordçular sırasında

Dünya futbolu

22-01-2023, 10:0

Okan Buruk indidən adını ''Qalatasaray'' tarixinə yazdırdı

Dünya futbolu

1-02-2023, 21:0

Okan Buruk rekordlara doymur

Aktual
"Qəbələdə bilet satmayacağıq, "açıq qapı" olacaq" - "Araz-Naxçıvan" azarkeş sayını artıra biləcəkmi?
Yeni sponsor tapan klubun hədəfi nə olacaq?
“Günahımı hiss edirəm və məsuliyyəti öz üzərimə götürürəm” – “Dinamo”nun oyunçusu
Vernidub 400 min avroluq əcnəbi müdafiəçi istəyir – appendisit...
Qurban Qurbanovun növbəti qurbanı... - "Dinamo" baş məşqçisiylə vidalaşır
“Sözsüz, səhvlərə yol veririk” – Bense Varkonyi
Son xəbərlər
  • Bu gün, 12:56
    MS-ni tərk edə bilər
  • Bu gün, 12:25
    "Qarabağ"da Zubir dönəmi başa çatdı - RƏSMİ
  • Bu gün, 11:54
    Romadan Milana üz tuta bilər
  • Bu gün, 11:23
    Dünya çempionu paytaxt klubunda
  • Bu gün, 10:52
    “Qarabağ”ın ulduzlarından biri getdi – 8 titul, 79 qol, 96 ötürmə!
  • Bu gün, 10:31
    London klubunda yeni futbolçu
  • Bu gün, 10:00
    İspaniyada zəruri təxirəsalma
  • Bu gün, 00:05
    Masazırda "bayquş ulayırdı"!
  • Dünən, 23:55
    "Eyni vaxtda üç turnirdə çıxış etmək asan olmayacaq" - Valdas Dambrauskas
  • Dünən, 23:33
    "Transferlərdən narazılığımız yoxdu" - Azər Məmmədov
  • Dünən, 23:11
    "Potensialımız daha çoxdu" - Cavid Hüseynov
  • Dünən, 22:50
    Qəbələdə "sülh", "Sabah" qalib gəldi - YENİLƏNİB
  • Dünən, 22:20
    Nuriyev qol vurdu, komandası uduzdu
  • Dünən, 21:48
    "Araz-Naxçıvan"da baş məşqçi ilə bağlı qərar
  • Dünən, 21:27
    "Biz də qələbə qazana bilərdik, rəqib də" - Fərid Namazov
  • Dünən, 20:56
    Madrid klubu ilə razılığa gəldi
  • Dünən, 20:25
    "Sumqayıt"dan növbəti transfer
  • Dünən, 19:55
    "Sabah" - "Kəpəz": START HEYƏTLƏRİ
  • Dünən, 19:24
    İtaliyanın paytaxtını tərk etdi
  • Dünən, 18:53
    Ulduz futbolçu imicini dəyişdi
  • Dünən, 18:20
    Arif Əsədov "Qarabağ" üçün fəlakət ssenarisini açıqladı – “Allah eləməmiş, kənarda qalsalar...”
  • Dünən, 17:50
    "Araz-Naxçıvan" - "İmişli": START HEYƏTLƏRİ
  • Dünən, 17:20
    "Qəbələdə bilet satmayacağıq, "açıq qapı" olacaq" - "Araz-Naxçıvan" azarkeş sayını artıra biləcəkmi?
  • Dünən, 16:59
    Dortmundu tərk etməyə yaxındır
  • Dünən, 16:28
    Almaniyada iş yerini dəyişdi
  • Dünən, 15:58
    Lukaku ''Lion''a qarşı ilk oyunu buraxacaq!
  • Dünən, 15:37
    Yeni sponsor tapan klubun hədəfi nə olacaq?
  • Dünən, 15:16
    “Günahımı hiss edirəm və məsuliyyəti öz üzərimə götürürəm” – “Dinamo”nun oyunçusu
  • Dünən, 14:55
    İspaniya klubunu tərk etdi
  • Dünən, 14:34
    ''Qalatasaray'' XXI əsrdə ilk dəfə belə uğursuzluqla üzləşdi
  • Dünən, 14:22
    Daha üç boksçumuz mərhələ adladı - Avropa çempionatı
  • Dünən, 14:00
    Vernidub 400 min avroluq əcnəbi müdafiəçi istəyir – appendisit...
  • Dünən, 13:22
    Amsterdamda qərar tutdu
  • Dünən, 12:51
    Qurban Qurbanovun növbəti qurbanı... - "Dinamo" baş məşqçisiylə vidalaşır
  • Dünən, 12:30
    “Barselona”nı tərk etdi
Daha çox
Oxunub: 337
Masazırdakı dava "Sabah" üçün başağrı olacaq... - "Orhus" UEFA-ya şikayət etdi!
Oxunub: 284
Sıfır, sıfır, sıfır - buna görə Rəşad Sadıqov onu göndərdi
Oxunub: 136
“Turan Tovuz” eyforiyadadı?
Oxunub: 132
Vernidub 400 min avroluq əcnəbi müdafiəçi istəyir – appendisit...
Oxunub: 107
Arif Əsədov "Qarabağ" üçün fəlakət ssenarisini açıqladı – “Allah eləməmiş, kənarda qalsalar...”
Oxunub: 105
“İlk iş günündə stadion rəhbərliyinə yazılı bildiriş göndəriləcək” – PFL-in təftişinin nəticəsi bəlli oldu
Sosial şəbəkələrimiz:
  • Ölkə futbolu
  • Dünya futbolu
  • Avrokuboklar
  • Aktual
  • İdman
  • Layihə
  • Yazarlar
  • Reportaj
  • Müsahibə
  • Maqazin
  • Foto
  • Video
  • Baş redaktor: Mahir Rüstəmli
  • E-mail: mahir_rustemli@rambler.ru
  • Ünvan: Bakı şəhəri, akademik Ələşrəf Əlizadə küçəsi, 31
  • Whatsapp: (99450) 300 09 10
Müəllif hüquqları qorunur. Football-Plus.az-ın məlumatlarından istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdi.
  • Ana səhifə
  • Haqqımızda
  • Reklam
  • Əlaqə