Özbəkisan da 1/4 finala çıxdı

2.02.2024 18:50 220
Dünya futbolu
Qətərdə təşkil edilən 18-ci Asiya Kubokunun (AK) pley-off mərhələsində yanvarın 29-30-da növbəti 4 oyun keçirildi.

"Football-plus.az" xəbər verir ki, 1/8 finalın ilk oyun günündə Avstraliya və Tacikistan yığmaları 1/4 finalda oynamaq hüququ qazanmışdılar. Bu komandaların sırasına İordaniya, Qətər, Özbəkisan və Koreya da qoşuldu.

1/8 final
İraq – İordaniya 2:3
Natik, 68. Hüsseyn, 76 – Əl-Naymat, 45+1. Əl-Ərəb, 90+5. Əl-Raşdan, 90+7.
İraq: Həsən, H.Əli, Natik (Adnan, 72), Sulaka, Yəhya (Doski, 54), Rəşid (M.Əli, 63), Əl-Ammari, Baeş, Yasim, Amin (İkbal, 54), Hüsseyn.
İordaniya: Layla, Nəsib, Əl-Ərəb, Əl-Hacalin, Həddad, Əl-Raşdan, Ayed (Rateb, 90), Əl-Mardi, Əl-Tamari, Olvan, Əl-Naymat.
Ər-Rayyanda keçirilən oyunu izləməyə dəyərdi. Rəqiblər əvvəldən axıradək azarkeşlərini həyəcanda saxladılar. Hesabı fasilə ərəfəsində İordaniya açsa da, İraq yığması ikinci hissədə ardıcıl iki qol vurmaqla oyunda dönüş yarada bildi. Amma iordaniyalılar son dəqiqələrdə inanılmaz əzmkarlığının bəhrəsini qələbə qazanmaqla gördülər.
Qətər – Fələstin 2:1
Əl-Haydos, 45+6. Afif, 49-p. – Dabbaq, 37.
Qətər: Barşim, Əl-Ravi (Əl-Qanehi, 46), Xuxi (Salman, 46), Mendes, Ro-Ro, Əl-Haydos (Hatem, 59), Fəthi, Qaber (Əli Muxtar, 89), Vaad, Afif, Almoez Əli.
Fələstin: Hamade, Əl-Battad, Termanini, Saleh, Saldanya, Seyyam (Batran, 58), Harub (Rəşid, 75), Mahacna, Əbu-Varda, Dabbaq, Z.Kunbar (Ş.Kunbar, 83).
Meydan sahiblərinin Fələstin üzərində qələbə qazanacağı gözlənilirdi. Sadəcə, hesabı Qətərin yox, rəqibin açması gözlənilməz oldu. Buna baxmayaraq, 62 yaşlı Bartolome Markesin komandası müdafiədə yol verilən səhvin əvəzini tezliklə iki qol vurmaqla çıxdı.
Özbəkistan – Tayland 2:1
Turqunboyev, 37. Fayzullayev, 65 – Saraçat, 58.
Özbəkistan: Yusupov, Xucanov, Aşurmatov, Eşmuradov, Sayfiyev, Xolmatov, Turqunboyev (İskanderov, 82), Maşaripov (Abduraxmatov, 82), Urunov (Erkinov, 67), Xamrobekov, Fayzullayev (Boltaboyev, 90+1).
Tayland: Kaomxay, Mikelson, Dola, Xemvibun, Bunmatxan, Yuyen (Çamratsami, 82), Pompxan (Autra, 82), Kanitsribampen (Mueanta, 46), Pumçantık (Promsrikayev, 73), Çarenrattanapirom (Saraçat, 46), Cayded.
Tacikistandan sonra postsovet məkanından olan daha bir komanda 1/4 finala çıxdı. Özbəkistan – Tayland cütünün favoriti məhz orta asiyalılar idi. Amma oyun Sreçko Katanetsin komandası üçün heç də asan keçmədi. Doğrudu, hesabı topa daha çox nəzarət edən özbəklər açdılar. Bundan sonra isə oyuna nəzarəti tədricən itirdilər. Rəqibin 58-ci dəqiqədə cavab qolunu vurması isə onları yenidən topa sahib olmağa vadar etdi. Fayzullayevin qolu Özbəkistanın gözlənilən qələbəsini rəsmiləşdirdi.
Səudiyyə Ərəbistanı – Koreya 1:1, p. – 2:4
Radif, 46 – Ço Qe Son, 90+9.
Səudiyyə Ərəbistanı: Əl-Kassar, Tambakti (Əl-Naceyi, 108), Lacami, Əl-Bulayhi, Əbdülhəmid, S.Əl-Davsari (Qareeb, 84), Əl-Xaybari (Əl-Saluli, 105), Kanno, Əl-Burayk (Kadeş, 89), Əl-Şehri (Radif, 46), N.Əl-Davsari (Muvallad, 72).
Koreya: Co Hyun U, Sol Yon Vu, Kim Min Ce (Pak Çjin Sob, 117), Çon Sın Hen (Pak Yen U, 64), Kim Yon Qvon, Kim Te Hvan, Hvan İn Bom (Hon Hyon Sok, 104), U Yon Çon (Hi Çan Hvan, 55), Li Ce Son (Ço Qe Son, 64), Li Kan İn, Son Hın Min.
1/8 finalın ən çox maraq doğuran oyunu proqnozları tamə doğrultdu. Roberto Mançininin çalışdırdığı Səudiyyə Ərəbistanı Koreyaya qalib gəlməyə çox yaxın idi. Yürgen Klinsmannın komandası sona qədər mübarizə aparmasının bəhrəsini gördü. Son saniyələrdə cavab qolunu vuran koreyalılar penalti seriyasına qədər davam edən mübarizənin sonunda qalib gəldilər. Co Hyun U bu seriyada iki zərbəni dəf etməklə qəhrəmana çevrildi.
Bəhreyn – Yaponiya 1:3
Ueda, 64-öz qapısına – Doan, 31. Kubo, 49. Ueda, 72.
İran – Suriya 1:1, p. – 5:3
Taremi, 34-p. – Xribin, 62-p.