“Zaqatala”nın İdarə Heyətinin üzvü Musa Qurbanov “Futbol+”ə açıqlamasında zaqatalalı iş adamının klubun sponsoru olmaq istədiyini demişdi.
Redaksiyamıza bununla bağlı əlavə informasiya daxil olub. Sən demə, klubla iş adamı arasında müqavilənin imzalanacağı gün yubadılır. Səbəb isə bəlli deyil. İlkin danışıqlara əsasən rəsmi anlaşmanın fevralın 3-də həyata keçirilməsi nəzərdə tutulubmuş. Daha sonra açıqlanmayan maneələr üzündən fevralın 20-nə ertələnib. Hətta növbəti dəfə ertələnmə məsələsi də realdı.
Maraqlıdı, nəyi gözləyirlər? 1-ci liqada mövsümün ikinci yarısı fevralın 8-də başlayır. Büdcə artımı sayəsində heyətin gücləndirilməsi istiqamətində ciddi addımlar atıla bilər axı...
KƏNAN BAHADIR