• Ana səhifə
  • Haqqımızda
  • Reklam
  • Əlaqə
  • Ölkə futbolu
    • Premyer-liqa
    • I divizion
    • Yığma
    • Kubok
    • Liqalar
  • Dünya futbolu
    • AÇ
    • DÇ 2026
  • Avrokuboklar
    • Çempionlar Liqası
    • Avropa Liqası
    • Konfrans Liqası
  • Aktual
  • İdman
  • Layihə
  • Yazarlar
  • Reportaj
  • Müsahibə
  • Maqazin
  • Foto
  • Video
  • Ölkə futbolu
    • Premyer-liqa
    • I divizion
    • Yığma
    • Kubok
    • Liqalar
  • Dünya futbolu
    • AÇ
    • AÇ
  • Avrokuboklar
    • Çempionlar Liqası
    • Avropa Liqası
    • Konfrans Liqası
  • Aktual
  • İdman
  • Layihə
  • Yazarlar
  • Reportaj
  • Müsahibə
  • Maqazin
  • Foto
  • Video

Zommer “İnter”i zirvəyə qaytardı

Dünya futbolu

31-01-2024, 22:0

“Yuventus”un A seriyasındakı liderliyi çox da çəkmədi: turinlilər 22-ci turda öz meydanında büdrədilər. Nəticədə Florensiyada qələbə qazanan “İnter” yenidən zirvəyə qayıtdı.

"Football-plus.az" xəbər verir ki, son həftələr yüksəlişdə olan “Yuventus”un evdə “Empoli”dən yalnız bir xal ala bilməsi gözlənilməz oldu. Amma bu, səbəbsiz deyil. Məsələ ondadı ki, zədə zündən Rabyo və Kyezadan yararlana bilməyən Massimiliano Alleqrinin komandası rəqibə qarşı azı 75 dəqiqə on nəfərlə oynamalı oldu. Ona görə ki, polşalı hücumçu Milik 18-ci dəqiqədə Çerriyə qarşı kobud oyununa görə qarşısında birbaşa qırmızı vərəqə gördü. Turinlilər hər necə olsa fasilədən dərhal sonra Vlahoviçin qolu ilə hesabı açsalar da, empolililərin cavab qolunun qarşısını ala bilmədilər. Bununla da “ağ-qaralar”ın çempionatdakı 5 oyunluq qələbə seriyası qırıldı. İki xal itkisi onlara yenicə yüksəldikləri 1-ci yeri itirmək bahasına başa gəldi.

Çünki bir oyun az keçirən “İnter” Florensiyadan evə maksimum nəticə ilə dönməyi bacardı. Doğrudu, gözlənildiyi kimi, milanlılara asan olmadı. Lautaro Martines 14-cü dəqiqədə hesabı açmaqla ev sahiblərini qalan vaxtda daha cəsarətli oynamağa vadar etdi. Qeyd edək ki, argentinalı hücumçu “İnter”in formasında bütün turnirlərdə 124-cü qolunu vurdu. O, bununla komandanın ən yaxşı bombardirlərinin siyahısıda Kristian Vyerini arxada qoydu. Lautaro hazırda Mauro İkardi ilə 8-9-cu yerləri bölüşür. Maraq üçün bu siyahıya 287 qolla Cüzeppe Meatsanın başçılıq etdiyini də bildirək. “Fiorentina”nın azı məğlubiyyətdən qaçmaq üçün kifayət qədər şansı oldu. Lakin ev sahibləri matçın qəhrəmanı olan qapıçı Zommer qarşısında aciz qaldılar.

Tur “Milan”ın da evdə iki xal itirməsi ilə yadda qaldı. “Bolonya” ilə oyunda qapısında qol görən “qırmızı-qaralar” Loftus Çikin dublu ilə əzmkarlıq göstərsələr də, sonda məyus oldular. Halbuki nəticəni böyük ölçüdə ikinci hissənin ortalarında öz xeyrinə həll edə bilərdilər. Gəl ki, milanlıların iki oyunçusu - Jiru ilə Ernandes penaltini boşa verdilər. Əvəzində qonaq komanda son dəqiqələrdə qazandığı penalti ilə ölkə nəhənginə yaxşıca cavab verdi. Stefano Pyolinin komandası əvvəlki 6 oyunda 5 qələbə qazanmaqla 3-cü yerdə möhkəmlənmişdi. “Milan”ın bu yerdəki mövqeyi hələ də güclüdü.
Turun mərkəzi oyunu paytaxtda keçirildi. “Latsio” – “Napoli” matçında “qol” səsi eşidilmədi. Bunun üçün elə bir şərait də olmadı: qapılar qarşısında real qol vəziyyətinə barmaq sayı qədər təsadüf edildiyini bildirək.

22-ci tur
Atalanta – Udineze 2:0
Mirançuk, 33. Skamakka, 45+1. (14716)
Atalanta: Karnesekki, Kolaşinats, Skalvini (Palomino, 80), Cimşiti, Rucceri (Zappakosta, 69), Ederson, De Roon, Holm (Hatebur, 69), Mirançuk (Muriel, 88), De Ketelare, Skamakka (Paşaliç, 69).
Yuventus – Empoli 1:1
Vlahoviç, 50 - Baldantsi, 70. (39000)
Yuventus: Şçensnı, Aleks Sandro, Bremer, Qatti, Kostiç (Aylinq-Cunior, 78), Lokatelli, Kambyaso (Yıldız, 78), Miretti (Vea, 59), Makkenni, Milik, Vlahoviç.
Milan – Bolonya 2:2
Loftus Çik, 45; 83 – Zirkzee, 29. Orsolini, 90+2-p. (71334)
Milan: Menyan, Ernandes, Kyaer, Qabbya, Kalabriya (Florentsi, 59), Reynders, Adli (Musa, 59), Leao (Okafor, 87), Loftus Çik, Pulişiç (Terraçano, 87), Jiru (Yoviç, 60).
Latsio – Napoli 0:0
(30000)
Latsio: Provedel, Latsari (Luka Pelleqrini, 71), Qila, Romanyoli, Maruşiç, Luis Alberto, Kataldi (Rovella, 84), Genduzi (Vesino, 77), İsaksen (Pedro, 84), Felipe Anderson, Kastelyanos.
Napoli: Qollini, Ruy (Matsokki, 80), Juan Jezus, Rrahmani, Estiqor, Di Lorentso, Lobotka, Demme (Qaetano, 60), Zyelinski (Dendonker, 84), Politano (Lindstrem, 84), Raspadori (Nqonq, 79).
Fiorentina – İnter 0:1
Lautaro Martines, 14. (35084)
Fiorentina: Terraçano, Lukas Martines, Ranyeri, Parizi (Milenkoviç, 88), Faraoni, Dunkan (Mandraqora, 83), Artur (Lopes, 46), İkone (Qonsales, 61), Bonaventura, Nzola, Beltran (Barak, 83).
İnter: Zommer, A.Bastoni (Açerbi, 60), De Vrey, Pavar (Bissek, 83), Auqusto, Darmian (Dyumfris, 60), Mxitaryan, Asllani, Frattezi, Türam (Arnautoviç, 60), Lautaro Martines (Sançes, 77).
Kalyari – Torino 1:2
Viola, 77 – Sapata, 23. Riççi, 45+3. (16196)
Cenoa – Leççe 2:1
Retegi, 70. Ekuban, 76 – Krstoviç, 31. (32152)
Montsa – Sassuolo 1:0
Kolpani, 31. (9982)
Verona – Frozinone 1:1
Suslov, 45+3-p. – Kayo Jorje, 58. (17529)
Salernitana – Roma 1:2
Kastanos, 70 – Dibala, 51-p. Pelleqrini, 66.
1. İnter 21 17 3 1 50-10 54
2. Yuventus 22 16 5 1 36-13 53
3. Milan 22 14 4 4 43-25 46
4. Atalanta 21 11 3 7 37-21 36
5. Roma 22 10 5 7 36-26 35
6. Latsio 21 10 4 7 24-20 34
7. Fiorentina 21 10 4 7 29-22 34
8. Bolonya 21 8 9 4 25-20 33
9. Napoli 21 9 5 7 30-25 32
10. Torino 21 8 7 6 20-19 31
11. Montsa 22 7 7 8 21-28 28
12. Cenoa 22 7 7 8 24-26 28
13. Frozinone 22 6 5 11 29-41 23
14. Leççe 22 4 9 9 21-31 21
15. Sassuolo 21 5 4 12 26-37 19
16. Verona 22 4 6 12 20-30 18
17. Udineze 22 2 12 8 23-37 18
18. Kalyari 22 4 6 12 21-38 18
19. Empoli 22 4 5 13 15-36 17
20. Salernitana 22 2 6 14 19-44 12
Bombardirlər: Martines (İnter) - 19, Vlahoviç (Yuventus) – 12, Jiru (Milan) – 10.
Növbəti turun oyunları fevralın 2-5-i aralığında keçiriləcək: Leççe - Fiorentina, Empoli - Cenoa, Udineze - Montsa, Frozinone – Milan, Bolonya – Sassuolo, Torino - Salernitana, Napoli - Verona, Atalanta – Latsio, İnter - Yuventus, Roma - Kalyari.

Turun rəqəmi
0 – “Napoli” “Latsio” ilə oyunda qapıya bir dəqiq zərbə belə endirə bilmədi. Neapollular A seriyasına qayıtdıqları 2007/08 mövsümündən sonra üçüncü dəfə belə göstərici ilə diqqəti cəlb etdilər. “Napoli” ötən müddətdə ilk dəfə 2011-ci ilin fevralında “Milan”a, 2012-ci ilin aprelində isə “Yuventus”a qarşı matçda qapı çərçivəsinə zərbə endirə bilməmişdi.

Turun ulduzu
Yan Zommer (İnter) – florensiyadakı matçı əla keçirməklə komandasının çətin səfərdə maksimum nəticə qazanmasında böyük rol oynadı. Qapıya yönələn bütün zərbələri, o cümlədən Bonaventuranın təhlükəli zərbəsini dəf etdi. Həlledici məqamda isə penaltinin qola çevrilməsinə mane oldu.

Turun sitatı
Valter Matsarri, “Napoli”nin baş məşqçisi: “Latsio”nun gücünü nəzərə alarkən nəticədən razı qalmalıyam. Çətin səfərə bir sıra aparıcı oyunçularımız olmadan yollanmışdıq. Ciddi sınaqdan yaxşı çıxdıq”.

Paylaş:
Digər xəbərlər

Dünya futbolu

10-05-2022, 16:0

“Yuventus” finalda “İnter”ə uduzsa belə...

Dünya futbolu

14-03-2023, 20:0

“Napoli” fərqi yenidən 18 xala çatdırdı, “Spetsiya” tarixində ilk dəfə “İnter”ə qalib gəldi - TƏHLİL

Dünya futbolu

29-05-2023, 15:0

“Yuventus”un 12 illik seriyası qırıldı

Dünya futbolu

8-11-2023, 12:0

“Milan” 11 ildən sonra öz meydanında ilk dəfə... - TURUN ŞƏRHİ

Aktual
“Parris Maludanın yerini tam doldura bilər” “Sabah” itirdi, yoxsa qazandı?
“Azərbaycanda bir stadiondan bir neçə klubun istifadə etməsi praktikası var” – Xankəndidə kimlər oynayacaq?
“Qarabağ” artıq Konfrans Liqası səviyyəsini keçmiş komandadı” - “İmarət” günahı kimdə gördü?
Təəssüf: Nəriman Messi ilə üz-üzə gələ bilməyəcək!
Ceyhun Nuriyevin legionerlik arzusu niyə çin olmadı? - seçimini izah etdi
“Bu gün bəxtimiz gətirdi, eyni zamanda keyfiyyətimizi də göstərdik” - rəqibin qol vuran futbolçusu danışdı
Son xəbərlər
  • Bu gün, 23:10
    MS-ni tərk edə bilər
  • Bu gün, 22:40
    "Sizinlə işləmək mənim üçün böyük şərəf idi" - De Blekerdən AFFA-ya məktub
  • Bu gün, 22:19
    "Sabah" nigeriyalı vinger aldı - RƏSMİ
  • Bu gün, 21:59
    “Parris Maludanın yerini tam doldura bilər” “Sabah” itirdi, yoxsa qazandı?
  • Bu gün, 21:28
    Tofiq Musayevdən növbəti qələbə - UFC
  • Bu gün, 21:17
    Güləşçimiz finalda - DÇ
  • Bu gün, 21:00
    “Azərbaycanda bir stadiondan bir neçə klubun istifadə etməsi praktikası var” – Xankəndidə kimlər oynayacaq?
  • Bu gün, 20:13
    Mançesterdən Milana üz tutacaq
  • Bu gün, 19:41
    İtaliya klubunda yeni müqavilə
  • Bu gün, 19:10
    Klubu ilə yenidən anlaşdı
  • Bu gün, 18:39
    ''Qalatasaray''ın ulduzuna yenə təklif var
  • Bu gün, 18:00
    “Qarabağ” artıq Konfrans Liqası səviyyəsini keçmiş komandadı” - “İmarət” günahı kimdə gördü?
  • Bu gün, 17:39
    Muslera: ''Futbolun mənə bu qədər acı çəkdirəcəyini düşünməmişdim''
  • Bu gün, 17:09
    ''Fənər''in bu futbolçusu İsmayıl Kartala lazım deyil
  • Bu gün, 16:06
    İngiltərə klubunu tərk etdi
  • Bu gün, 15:35
    İngiltərə klubunda yeni oyunçu
  • Bu gün, 15:14
    ''Beşiktaş''la ''Fənər'' oyunçularını dəyişdirə bilərlər
  • Bu gün, 14:53
    AFFA De Blekerlə vidalaşdı
  • Bu gün, 14:22
    Təəssüf: Nəriman Messi ilə üz-üzə gələ bilməyəcək!
  • Bu gün, 13:51
    Koxalski, sən nə etdin? – getmək istəyirsən, bəhanəsiz get!
  • Bu gün, 13:20
    Ceyhun Nuriyevin legionerlik arzusu niyə çin olmadı? - seçimini izah etdi
  • Bu gün, 12:59
    ''Fənər''in hər iki oyununun hakimi bəlli oldu
  • Bu gün, 12:28
    Yığmamız Portuqaliya ilə qarşılaşacaq
  • Bu gün, 11:57
    ''Qalatasaray'' sonda paraqvaylı ulduza yönəldi
  • Bu gün, 11:36
    “Bu gün bəxtimiz gətirdi, eyni zamanda keyfiyyətimizi də göstərdik” - rəqibin qol vuran futbolçusu danışdı
  • Bu gün, 11:15
    Anatolinin adı iştirak ərizəsinə salınmadı
  • Bu gün, 11:00
    “Qarabağ” Avropa Liqasından Konfrans Liqasına yollandı - REPORTAJ
  • Bu gün, 10:53
    Nonsens: “Kəpəz”in veteranı xəstədi, veteranlar AFFA-ya üz tutur!
  • Bu gün, 10:36
    "Sabah"ın futbolçusu Ukrayna klubunda - RƏSMİ
  • Bu gün, 10:15
    “Qarabağ”ın Kiyev “Dinamo”su ilə oyunlarının hakimləri
  • Bu gün, 09:49
    ''Bavariya''nın fəxri prezidenti Oliseyə görə ''Real'' ilə məzələndi
  • Bu gün, 00:25
    “Təəssüf ki, bizdə belə ustalıq səviyyəsinə malik oyunçu yoxdu” – Kiyev “Dinamo”sunun baş məşqçisi
  • Bu gün, 00:10
    Ukrayna bu mövsüm klubları qələbə qazanmayan iki ölkədən biridi! – “Qarabağ” üçün təsəlli
  • Bu gün, 00:09
    "Qəbələ" - "İmişli" matçında 4 qol
  • Dünən, 23:52
    "Turan Tovuz" Türkiyə klubuna qalib gəldi
Daha çox
Oxunub: 360
Qurban Qurbanovdan Sofiya səfəri ilə bağlı gözlənilməz qərar – o, qələbənin açarını tapıb?
Oxunub: 218
“Bu səbəbdən ona oyunlarda şans vermirəm” – Abbas Hüseynovun taleyi bəlli oldu
Oxunub: 164
Mahir Polşada bəxtsizlikdə üzləşdi - ilk tur matçında nə baş verdi?
Oxunub: 155
ÇSKA-nın stadionunda 72 saatda üç oyun keçiriləcək – ot örtüyü “Qarabağ”a problem yarada bilər!
Oxunub: 154
“Gün gələcək, bu məsələnin əsl mahiyyətini bütün ictimaiyyət biləcək” - Bayrampurla bağlı sərt açıqlama
Oxunub: 138
Koxalski, sən nə etdin? – getmək istəyirsən, bəhanəsiz get!
Sosial şəbəkələrimiz:
  • Ölkə futbolu
  • Dünya futbolu
  • Avrokuboklar
  • Aktual
  • İdman
  • Layihə
  • Yazarlar
  • Reportaj
  • Müsahibə
  • Maqazin
  • Foto
  • Video
  • Baş redaktor: Mahir Rüstəmli
  • E-mail: mahir_rustemli@rambler.ru
  • Ünvan: Bakı şəhəri, akademik Ələşrəf Əlizadə küçəsi, 31
  • Whatsapp: (99450) 300 09 10
Müəllif hüquqları qorunur. Football-Plus.az-ın məlumatlarından istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdi.
  • Ana səhifə
  • Haqqımızda
  • Reklam
  • Əlaqə