• Ana səhifə
  • Haqqımızda
  • Reklam
  • Əlaqə
  • Ölkə futbolu
    • Premyer-liqa
    • I divizion
    • Yığma
    • Kubok
    • Liqalar
  • Dünya futbolu
    • AÇ
    • AÇ
  • Avrokuboklar
    • Çempionlar Liqası
    • Avropa Liqası
    • Konfrans Liqası
  • Aktual
  • İdman
  • Layihə
  • Yazarlar
  • Reportaj
  • Müsahibə
  • Maqazin
  • Foto
  • Video
  • Ölkə futbolu
    • Premyer-liqa
    • I divizion
    • Yığma
    • Kubok
    • Liqalar
  • Dünya futbolu
    • AÇ
    • AÇ
  • Avrokuboklar
    • Çempionlar Liqası
    • Avropa Liqası
    • Konfrans Liqası
  • Aktual
  • İdman
  • Layihə
  • Yazarlar
  • Reportaj
  • Müsahibə
  • Maqazin
  • Foto
  • Video

Liderlər itkisiz yoluna davam edir

Dünya futbolu

29-01-2024, 18:0

Çərşənbə günü və cümə axşamı keçirilən oyunlarla tura yekun vuruldu.

"Football-plus.az" xəbər verir ki, Şota Arveladzenin çalışdırdığı “Fatih Karagümrük” səfərdə “Ankaragücü”dən iki cavabsız top buraxdı. Bu komanda gürcü mütəxəssisin rəhbərliyi altında 7 tura cəmi 1 qələbə qazanıb. Sərgən Yalçının çalışdırdığı “Antalyaspor” isə yüksəlişini davam etdirir. Bu tur “Sivasspor” üzərində əzmkar qələbə qazanan Antalya təmsilçisi bu mütəxəssisin başçılığı ilə keçirdiyi 6-cı rəsmi oyunda da uduzmadı (3 qələbə, 3 heç-heçə).

Çərşənbə gününün əsas oyunu “Fatih Terim”də keçirildi. Bu tura qədər son 9 rəsmi oyunun heç birində uduzmayan “İstanbul BŞ”, gözlənildiyi kimi, “Fənərbaxça”ya çox ciddi müqavimət göstərdi. Zatən böyük üstünlüyə malik olan “Fənər” rəqibin azlıqda qalmasından sonra bir qədər də rahat oynamağa başladı. Belə ki, Fiqeyredo fasilə ərəfəsində ikinci sarı vərəqəni alaraq meydandan qovuldu. Təkcə bir faktı vurğulayaq ki, İsmayıl Kartalın kollektivi matç ərzində rəqibin cərimə meydançasında 71 (!) dəfə topla oynayaraq turnirin yeni rekordunu müəyyənləşdirdi. Belə üstünlüyə baxmayaraq, lider xal itirməyə yaxın idi. Yalnız son anlarda Şimanskinin zərbəsindən sonra top müdafiəçi Onur Ərgünün əlinə dəyincə hakim Abdulkadir Bitigen “nöqtə”ni göstərdi. Meydan sahiblərinin ciddi etirazına baxmayaraq, qərar dəyişmədi. Batşuayi zərbəni dəqiq yerinə yetirərək komandasının qəhrəmanına çevrildi. “Fənər” bu mövsüm superliqada 11-ci səfər oyununu da məğlubiyyətsiz tamamladı (10 qələbə, 1 heç-heçə). Buna qədər komanda superliqa tarixində yalnız bir dəfə - 1960/61-də ilk 11 səfər oyununda uduzmamışdı.

Cümə axşamı daha 3 oyun keçirildi. “Samsunspor” “Kayserispor”u evə 2 cavabsız qolla yola saldı. Böhrandan heç cür çıxa bilməyən Kayseri təmsilçisi ardıcıl 7-ci turu xalsız tamamlayaraq şəxsi antirekordunu yenilədi! Kuboku da nəzərə alsaq, bu seriya hətta 8 oyuna bərabərdi. Ötən tur öz meydanında “Qalatasaray”dan 5 top buraxan “Trabzonspor” isə Qaradəniz derbisində də minimal hesablı məğlubiyyətlə barışmalı oldu. “Çaykur Rizəspor” ilk dövrədə də prinsipial rəqibi yenməyi bacarmışdı. Bu komanda 2006/07-dən bəri ilk dəfə “Trabzonspor”u mövsümün hər iki oyununda məğlub etdi. Trabzon təmsilçisi tarixində ilk dəfə rizəlilərə qarşı ardıcıl 3 superliqa matçından xalsız ayrılmış oldu.

“Qalatasaray” üçün “İstanbulspor”a qarşı oyun heç də gözlənilən qədər asan olmadı. Mövsümün əsas autsayderi son çempionun belə desək, əsəbləriylə oynamağı bacardı. Çox rahat oynayan “Cim-Bom” ilk yarıda bunun cəzasını çəkdi. 28-ci dəqiqədə Sambissanın baş zərbəsi ilə önə çıxan “İstanbulspor” bu azmış kimi, 10 dəqiqə sonra kəskin əks-hücumda daha bir qol vurdu. Amma bu epizod matçın qırılma anı oldu. Çünki “Qalatasaray” künc zərbəsi yerinə yetirərkən top rəqib müdafiəçinin əlinə dəydi. Monitora baxan hakim həm qonaqların qolunu ləğv etdi, həm də meydan sahiblərinin xeyrinə penalti verdi! Kərəm fürsəti qaçırmadı. Okan Buruk fasilədən sonra İkardini meydana buraxdı. Xal itirmək təhlükəsinin yarandığını anlayan “Qalatasaray” daha ciddi oynamağa başladı. Aramsız hücumlar matçın sonlarına yaxın bəhrə verdi. Əvvəlcə İkardinin qolu VAR-ın da müdaxiləsi ilə ofsayd üzündən qeydə alınmadısa, çox keçmədən Kərəmin qoluna heç kim mane ola bilmədi. Bu futbolçu cərimə zərbəsini əla yerinə yetirdi. Son saniyələrdə isə İkardi özü qazandığı penaltini qola çevirərək təxminən 50 günlük fasilədən sonra ilk dəfə adını tabloya yazdırdı. Hesabına növbəti 3 xalı yazan “Cim-Bom” yenidən “Fənər”ə çatdı. Onu da bildirək ki, “sarı-qırmızılar”ın superliqa çərçivəsində evdəki məğlubiyyətsiz seriyası 28 (26 qələbə, 2 heç-heçə), qələbə seriyası isə 14 oyuna çatdı. Buna qədər klub tarixində evdə çempionat çərçivəsində 14 oyunluq qələbə seriyası yaxalayan yalnız bir məşqçi olmuşdu. Bunu 1961-ci ilin yanvar-sentyabr aralığında Gündüz Kılıç bacarmışdı.

22-ci tur
İstanbul BŞ – Fənərbaxça 0:1
Batşuayi, 90+4-p.
Fənərbaxça: Livakoviç, Mərt Müldür, Sərdar Əziz, Oostervolde, Fərdi Kadıoğlu, Kruniç, İsmayıl Yüksək (Batşuayi, 58), İrfan Can Kahveci (Cengiz Ündər, 58), Şimanski, Tadiç (Əmrə Mor, 86), Ceko.

Qalatasaray – İstanbulspor 3:1
Kərəm Aktürkoğlu, 36-p.; 79. İkardi, 90+2-p. – Sambissa, 28.
Qalatasaray: Muslera, Barış Alpər Yılmaz (Berkan Kutlu, 90+1), Nelsson, Sançes, Kaan Ayhan, Torreyra, Kərəm Dəmirbay (Ndombele, 64), Tete (İkardi, 46), Mertens (Eyup Aydın, 82), Kərəm Aktürkoğlu, Zaha (Xəlil Dərvişoğlu, 81).

Çaykur Rizəspor – Trabzonspor 1:0
Vareşanoviç, 78.
Trabzonspor: Uğurcan Çakır, Hüseyn Türkmən (Mehmet Can Aydın, 23), Baniya, Benkoviç (Fernandes, 82), Ərən Elmalı, Mendi, Berat Özdəmir, Visça, Bardi, Funtas, Enes Destan.

Turun qalan oyunlarının nəticələri: Beşiktaş – Adana Dəmirspor 0:0, Hatayspor – Alanyaspor 1:1 (Rivas, 5 – Oğuz Aydın, 89-p.), Pendikspor – Kasımpaşa 3:2 (Umut Nayır, 19. Tiam, 44-p. Türam, 90 – Rassul, 6-öz qapısına. Gökhan Gül, 25), Ankaragücü – Fatih Karagümrük 2:0 (Əli Kaan Güneren, 24. Makeda, 61), Qaziantep – Konyaspor 1:1 (Metehan Mərt, 31-öz qapısına – Moreno, 42), Antalyaspor – Sivasspor 2:1 (Buksa, 28-p. Şariç, 45+3 – Koyta, 13), Samsunspor – Kayserispor 2:0 (Zəki Yavru, 10. Ərcan Kara, 57).

1. Fənərbaxça 22 18 3 1 59-17 57
2. Qalatasaray 22 18 3 1 46-13 57
3. Trabzonspor 22 11 4 7 36-28 37
4. Beşiktaş 22 11 3 8 33-30 36
5. Çaykur Rizəspor 22 10 5 7 27-29 35
6. Antalyaspor 22 8 9 5 28-22 33
7. Adana Dəmirspor 22 7 10 5 34-26 31
8. Kasımpaşa 22 8 5 9 38-43 29
9. Ankaragücü 22 6 10 6 29-26 28
10. İstanbul BŞ 22 7 6 9 26-26 27
11. Kayserispor (-3) 22 8 5 9 27-32 26
12. Alanyaspor 22 6 8 8 24-31 26
13. Sivasspor 22 6 8 8 27-35 26
14. Samsunspor 22 7 4 11 26-32 25
15. Qaziantep 22 6 5 11 25-33 23
16. Hatayspor 22 4 10 8 27-31 22
17. Pendikspor 22 5 7 10 28-45 22
18. Fatih Karagümrük 22 5 6 11 23-26 21
19. Konyaspor 22 4 9 9 21-34 21
20. İstanbulspor (-3) 22 3 4 15 16-41 10
Bombardirlər: Ceko (Fənərbaxça) – 16, Tiam (Kayserispor/Pendikspor), İkardi (Qalatasaray) – 13, Buksa (Antalyaspor), Aytac Kara (Kasımpaşa), Manay (Sivasspor) – 10.

Turun rəqəmi
57 – cari mövsümü “Formula-1”ə bənzətsək, “Fənərbaxça” və “Qalatasaray” artıq rəqiblərini iki dövrə geridə qoyublar. Çünki İstanbul nəhəngləri ilə ən yaxın rəqib arasında 20 xallıq fərq var! 22 tura 57 xal Türkiyə çempionatı üçün inanılmaz göstəricidi. “Fənərbaxça” üçün bu, rekorddu. Daha öncə “sarı-lacivərdlilər” 22 tura ən yaxşı halda 56 xal toplamışdı (2004/05). “Qalatasaray” isə bu göstərici ilə şəxsi rekordunu təkrarlayıb. “Cim-Bom” daha öncə ardıcıl 4-cü çempionluğunu yaşadığı 1999/00-də belə performans sərgiləmişdi.

Turun ulduzu
Kərəm Aktürkoğlu (Qalatasaray) – qarşıdan gələn Avropa çempionatında Türkiyə yığmasının aparıcı üzvlərindən biri olacağı gözlənilən futbolçu növbəti dəfə ən vacib anda liderlik keyfiyyətlərini ortaya qoydu. Ötən mövsümdəki göstəricisini indidən təkrarlayaraq superliqada 9 qol həddinə çatan 25 yaşlı futbolçunu şəxsi rekordunu yeniləməkdən cəmi 2 qol ayırır. Ötən tur Trabzonda da 2 qol vuran Aktürkoğlu karyerasında ilk dəfə ardıcıl 2 superliqa matçında dubl etdi. Bundan başqa, “Qalatasaray”ın çempionat çərçivəsində cərimə zərbəsindən vurduğu son 3 qolun hamısının müəllifi məhz Kərəmdi! İstanbul nəhəngində sonuncu dəfə belə göstəriciyə Sneyder nail olmuşdu.

Turun sitatı
Səlahattin Baki, “Fənərbaxça”nın yönəticisi: “Bu dərəcədə açıq bir penalti olmasına rəğmən, rəqib oyunçuların və onların baş məşçisi Çağdaş Atanın bu qədər aqressiv, sərt şəkildə etiraz etməsinin səbəbini anlaya bilmədik. Bu gərginliyin baş aktyoru, təəssüf ki, sabiq oyunçumuz Dəniz Türüc oldu. Bizə qarşı belə düşmənlik artıq bütün çərçivələri aşmaq üzrədi. Onun bu hərəkətlərini camiə olaraq unutmayacağıq! Bilirəm ki, indi hər kəs bu penaltidən danışacaq. Amma o epizoddan 15 dəqiqə əvvəl başqa penaltimiz verilmədi. “Bein Sports” isə həmin epizodun təkrarını düz 9 dəqiqə sonra göstərdi. Hər kəs istədiyi kimi qarşımızda dursun. Çempionluq yürüşünü davam etdirirk. Bu “Fənərbaxça” əvvəlki illərdəki kimi psixoloji cəhətdən zəif olan, tez “sınan” komanda deyil”.

Oyundan sonra
İsmayıl Kartal, “Fənərbaxça”nın baş məşqçisi: “İstanbul BŞ” son həftələrdə yüksəlişdə olan yaxşı bir rəqib idi. Çox dəyərli qələbə qazandıq. Güclü oyunumuzu ortaya qoyduqda istənilən rəqibi yenə biləcəyimizi göstərdik. 71 dəfə rəqibin cərimə meydançasında topla oynamaqla çempionatın rekordunu yenilədik. Məncə, bu, çox mühüm bir göstəricidi. Rəqib azlıqda qalana qədər də 5-6 qol fürsətimiz var idi. Onlar 10 nəfərlə qalandan sonra yalnız müdafiə haqda düşündülər. Qapanan müdafiəni yarmaqda çətinlik çəkdik. Belə matçlar həmişə stressli və gərgin keçir. Onların qapıçısı Volkan Babacan da yaxşı performans sərgiləyərək önəmli seyvlər etdi. Amma son anlarda da olsa, qol vurmağı bacardıq. Oyunçularımı təbrik edirəm. Bonuççinin bir balaca ağrıları olduğu üçün heyətə salmadıq. Oostervolde öz mövqeyində çox inamlı təsir bağışlayır. Biz formanı layiq olana veririk. Top fərqi ilə də olsa, üstünlüyümüz var. Zədəli oyunçusu az olan, heyətini yaxşı dəyərləndirən və mövsümün qalan hissəsinə daha yaxşı hazır olan komanda sonda çempion olacaq. Belə görünür ki, bu yarış son turlara qədər davam edəcək”.

Okan Buruk, “Qalatasaray”ın baş məşqçisi: “Bu oyun bir daha göstərir ki, bu liqada hər matç çətin keçir. Belə oyunlara yaxşı hazıraşmaq və diqqətli olmaq lazımdı. Konsentrasiyamız qaydasında idi. Rəqibin oyun sistemi elə idi ki, tez-tez ikili mübarizələrə girməli olurduq. İrəlidə daha yaradıcı olmağa çalışmalıydıq. İlk yarıda çox top itkisinə yol verdik. Həm də irəlidəki oyunçularımız passiv idi. Fasilədə etdiyimiz dəyişikliklərdən sonra oyunumuz canlandı. Bəzi futbolçuların yerini dəyişdik. Ən əsası İkardi də meydana çıxdı. Belə rəqibə qarşı bu cür mərkəz hücumçusu ilə oynamaq daha faydalı olur. Qalib gəldiyimiz üçün sevincliyik. Amma çalışmalıyıq ki, bu cür matçlarda rəqibin müqavimətini daha erkən qıraq. “İstanbulspor” ilk yarıda çox yaxşı müqavimət göstərdi. Onları da bu cür oyuna görə təbrik edirəm. Öz meydanımızda xal itirməməyimizin bir səbəbi də fanatlarımızdı. Bizə əla dəstək verirlər. Onlara təşəkkür edirəm. Anxelinyo böyük ehtimalla bu qış ayrılacaq. Boenin isə ayrılmasını istəmirik (bu futbolçu “Bavariya”ya transfer olunmaq üzrədi – red.). Onun durumu hələ dəqiq deyil. Bu gün bizə ağrılarının olduğunu dedi və heyətdən çıxardıq”.

Paylaş:
Digər xəbərlər

Dünya futbolu

8-06-2023, 22:0

“Trabzonspor” mövsümü 6-cı pillədə tamamladı, Çalımbay “Sivasspor”dan ayrıldı - ŞƏRH

Dünya futbolu

9-08-2023, 20:0

Türkiyə çempionatı - 2023/24 mövsümünün təqvimi

Dünya futbolu

2-06-2022, 18:0

Mövsüm bitsə də, istefalar bitmir

Dünya futbolu

18-01-2024, 10:0

Terimin komandası məğlubiyyətsiz yoluna davam edir

Dünya futbolu

17-04-2022, 22:0

Avcının aprel sindromu davam edir

Aktual
“Bəxtimizə bu yazılıb ki, hər mövsüm orda-burda oynayaq” - “Xəmsə”dən oyun yerinin dəyişdirilməsinə reaksiya
“Araz-Naxçıvan”ın baş məşqçisi 2-ci liqa təmsilçisini çalışdıra bilər
"Turan Tovuz” çempionla oyundan əvvəl çətinliklə üzləşdi – üç futbolçusu...
“Böyük ehtimalla, hədəf premyer-liqaya vəsiqə qazanmaq olacaq” – qusarlılar elita üçün hazırlaşır!
Rəhim Həsənov Əliyar Ağayevi sonuncu turda da bağışlamadı!
Bəhlul “Sumqayıt”a qarşı oynayacaq? – rəsmi açıqlama
Son xəbərlər
  • Dünən, 23:51
    Dünya çempionatını buraxacaq
  • Dünən, 23:38
    Klubuna 40 yaşında da gərək oldu
  • Dünən, 23:02
    Yeni kapitan oldu
  • Dünən, 22:20
    Vlahoviç hara gedir?
  • Dünən, 21:59
    Levandovskini “Barsa”da kim əvəz edəcək?
  • Dünən, 21:30
    “Məktəbli Kuboku”nun final oyunları keçiriləcək
  • Dünən, 20:52
    "Hədəfimiz ötən mövsümdən yaxşı olmaq idi" - Ayxan Abbasov
  • Dünən, 20:21
    "Qəbələ" "Şamaxı"nı məğlub etdi - YENİLƏNİB
  • Dünən, 19:58
    Rəhim Həsənovdan mübahisəli epizodlara şərh - VİDEO
  • Dünən, 19:26
    Daha bir güləşçimiz "qızıl" qazandı - AÇ
  • Dünən, 18:51
    Milli komandada yeni təyinat
  • Dünən, 18:20
    "Neftçi" ölkə kubokunun qalibi oldu
  • Dünən, 17:59
    Seyxan Fərəcov mükafatlandırıldı
  • Dünən, 17:28
    "Qəbələ" - "Şamaxı": START HEYƏTLƏRİ
  • Dünən, 16:59
    “Transfer pəncərələri”nin vaxtı məlum oldu
  • Dünən, 16:28
    Premyer-liqada yeni mövsüm nə vaxt başlayacaq?
  • Dünən, 15:57
    Moldovada 11 medallıq zəfər
  • Dünən, 15:26
    “Bəxtimizə bu yazılıb ki, hər mövsüm orda-burda oynayaq” - “Xəmsə”dən oyun yerinin dəyişdirilməsinə reaksiya
  • Dünən, 14:55
    “Araz-Naxçıvan”ın baş məşqçisi 2-ci liqa təmsilçisini çalışdıra bilər
  • Dünən, 14:34
    "Turan Tovuz” çempionla oyundan əvvəl çətinliklə üzləşdi – üç futbolçusu...
  • Dünən, 14:13
    Bakıda gənc futbolçular üçün seçim turniri keçiriləcək
  • Dünən, 13:52
    “Böyük ehtimalla, hədəf premyer-liqaya vəsiqə qazanmaq olacaq” – qusarlılar elita üçün hazırlaşır!
  • Dünən, 13:28
    AFFA-da məşqçi kursları davam edir
  • Dünən, 12:57
    Rəhim Həsənov Əliyar Ağayevi sonuncu turda da bağışlamadı!
  • Dünən, 12:36
    İki güləşçimiz Avropa çempionatının finalında
  • Dünən, 12:15
    Bəhlul “Sumqayıt”a qarşı oynayacaq? – rəsmi açıqlama
  • Dünən, 11:54
    “Kicker” Ayxan Abbasovdan sitat gətirdi, Mahirə tövsiyə verdi
  • Dünən, 11:23
    Ölkə kubokunda final - "Araz-Naxçıvan" "Neftçi"yə qarşı
  • Dünən, 10:52
    Okan Buruk Terimin yolu ilə gedəcəkmi? - İtaliya nəhəngi onun xidmətində maraqlıdı
  • Dünən, 10:31
    Nəriman ABŞ kubokunda məhsuldar ötürmə etdi
  • Dünən, 10:00
    ''Beşiktaş''ın əfsanəsi karyerasını bitirdi - Ona klubda iş veriləcək
  • Dünən, 00:55
    Unay Emeri yenə Avropa Liqasının qalibi oldu!
  • 20-05-2026, 23:0
    Karvaxal inciyib: baş məşqçini vida yeməyinə çağırmadı
  • 20-05-2026, 23:0
    "İmişli" futbolçusu ilə yeni müqavilə imzaladı - RƏSMİ
  • 20-05-2026, 22:0
    UEFA prezidenti Türkiyə futbolu haqda nələr dedi? - ''Bəli, potensial var, amma...''
Daha çox
Oxunub: 305
"Neftçi" Konfrans Liqasına vəsiqə qazandı, "Zirə" Avropadan kənarda qaldı
Oxunub: 244
Mahir meydana çıxan kimi "fərqləndi" - əlvida, bundesliqa!
Oxunub: 231
“Kəpəz” - “Neftçi” oyununun Sumqayıtda keçirilməsini “ağ-qaralar” istəyib - səbəbi bu yazıda!
Oxunub: 201
“Bu şəhər ikimizə dar”ı artıq “Neftçi” deməlidi! – 3 ildən sonra
Oxunub: 192
“Araz-Naxçıvan”ın baş məşqçisi 2-ci liqa təmsilçisini çalışdıra bilər
Oxunub: 191
“Qəbələ”nin rəqibi kim olacaq: “Səbail”, yoxsa “Mingəçevir”?
Sosial şəbəkələrimiz:
  • Ölkə futbolu
  • Dünya futbolu
  • Avrokuboklar
  • Aktual
  • İdman
  • Layihə
  • Yazarlar
  • Reportaj
  • Müsahibə
  • Maqazin
  • Foto
  • Video
  • Baş redaktor: Mahir Rüstəmli
  • E-mail: mahir_rustemli@rambler.ru
  • Ünvan: Bakı şəhəri, akademik Ələşrəf Əlizadə küçəsi, 31
  • Whatsapp: (99450) 300 09 10
Müəllif hüquqları qorunur. Football-Plus.az-ın məlumatlarından istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdi.
  • Ana səhifə
  • Haqqımızda
  • Reklam
  • Əlaqə