“Tovuzdan qayıdanda gecəyə düşürük, yollar buzlu olur” – komandanı tək qoydular...

27.01.2024 22:24 265
Ölkə futbolu / Manşet
Misli premyer-liqasının 20-ci turunda “Turan Tovuz” doğma azarkeşləri önündə “Səbail”lə üz-üzə gəlib. Oyun meydan sahiblərinin 3:1 hesablı qələbəsi ilə yekunlaşıb.

Maraqlıdı ki, bu oyunda tribunalarda "Səbail" azarkeşləri görünməyib. Bəs görəsən, azarkeşlər niyə Tovuza getməmişdi? “Football-plus.az”ın suallarını “dənizçilər”in rəhbəri Atif Rüstəmov cavabladı:

"Tovuza getməməyimiz hava şəraiti ilə bağlıdı. Tovuzdan qayıdanda gecəyə düşürük, gecə yollar buzlu olur və bu nəqliyyat üçün təhlükə yaranır. Bu səbəbdən azarkeş qrupunun rəhbəri kimi onları təhlükəyə atmaq istəmədim. Qərara gəldik ki, azarkeşlər getməsin. Mənim üçün əsas hər kəsin sağlığıdı".

GÜNAY SÜLEYMANOVA

Ən son xəbərlər və gündəm
birbaşa sənə gəlsin

Saytımız Xəbər gündəmin ən vacib xəbərlərini operativ şəkildə təqdim edir. Yenilikləri qaçırma.

WhatsApp kanalımıza qoşul

Son xəbərləri, video və foto materialları ilk sən gör.

Kanala qoşul