• Ana səhifə
  • Haqqımızda
  • Reklam
  • Əlaqə
  • Ölkə futbolu
    • Premyer-liqa
    • I divizion
    • Yığma
    • Kubok
    • Liqalar
  • Dünya futbolu
    • AÇ
    • DÇ 2026
  • Avrokuboklar
    • Çempionlar Liqası
    • Avropa Liqası
    • Konfrans Liqası
  • Aktual
  • İdman
  • Layihə
  • Yazarlar
  • Reportaj
  • Müsahibə
  • Maqazin
  • Foto
  • Video
  • Ölkə futbolu
    • Premyer-liqa
    • I divizion
    • Yığma
    • Kubok
    • Liqalar
  • Dünya futbolu
    • AÇ
    • AÇ
  • Avrokuboklar
    • Çempionlar Liqası
    • Avropa Liqası
    • Konfrans Liqası
  • Aktual
  • İdman
  • Layihə
  • Yazarlar
  • Reportaj
  • Müsahibə
  • Maqazin
  • Foto
  • Video

Ançelotti gözlənilirdi, Neymarla söyüşən veteran gəldi

Dünya futbolu

26-01-2024, 23:0

Planetin ən titullu və ambisiyalı milli komandalarından biri, nəhayət, özünə baş məşqçi tapdı.

"Football-plus.az" xəbər verir ki, 61 yaşlı Dorival Junior Braziliya yığmasının “sükanı arxasına” keçdi. Bu tarixçə ilə bağlı ən cəlbedici suallardan biri hətta pantekampeonların yeni çalışdırıcısının kimliyi (bir çox məşhurların bu post ətrafında adı çəkilirdi) deyil, axtarış prosesinin niyə bu qədər uzun çəkməsidi. Braziliya mahiyyətcə bir il baş məşqçisiz qalsa da, Tite yığmadan gedəcəyini hələ DÇ-2022-yə yarım il qalmış demişdi. Deyilənə görə, Braziliya Futbol Konfederasiyasında onun varis axtarışında iştirakdan boyun qaçırmasından narazı qalıblar, hərçənd sabiq baş məşqçi buna borclu deyildi. Bu artıq başqa adamların vəzifəsidi. Ancaq belə versiya da var ki, Braziliya futbolunun rəhbəri Ednaldo Rodrigesin, sadəcə, idarəçilik təcrübəsi çatışmır. O özü də gözlənilmədən bu posta gəlib – sələfi Rocerio Kaboklonun seksual qısnama zəminində ittiham olunması ilə bağlı yaranan qalmaqal fonunda. Rodriges ətrafında da çox səs-küy qalxıb. Prezident Rio-de-Janeyro məhkəməsinin 2022-ci ildəki seçkini etibarsız sayması üzündən dekabrda səlahiyyətlərini müvəqqəti Joze Perdisə verib. Düzdü, Braziliyanın Ali Məhkəməsi qalmaqallı qərarı ləğv edib, bundan sonra Braziliyaya emissarını göndərən FİFA dövlət orqanlarının futbol qurumunun işinə müdaxiləsinə görə bu ölkənin klublarını və yığmalarını beynəlxalq turnirlərdən uzaqlaşdırmaq fikrindən daşınıb.

Yeri gəlmişkən, bu məsələnin məşqçi təyinatına aidiyyatı yoxdu. Bu mövzunu çoxdan qapamaq lazım idi, ancaq Rodriges əcnəbi mütəxəssis və konkret Karlo Ançelottini gətirməyin qızğın tərəfdarı idi. İtaliyalı mütəxəssisin “Real”la müqaviləsinin olmasına baxmayaraq, prezident ictimaiyyət önündə niyyətini açıqlamaqdam çəkinməmidi. Hətta onun tərtib etdiyi plana görə, Ançelotto Madrid klubu ilə müqavilə müddəti bitəndən sonra, yəni bu ilin yayında pentakampeonları qəbul etməliydi. Amerika Kubokundan əvvəl və ya sonra.

Ancaq bütün bunlar kazinoda sonuncu fişkanı masa üzərinə qoyan oyunçunun hərəkətinə bənzəyirdi. Zahirən böyük pul qazanmaq şansın var, ancaq darmadağın olmaq ehtimalın da az qala yüz faizə yaxındı. Sonda elə belə də oldu. Zinəddin Zidanın və oyun üslubu Braziliya yığmasına qətiyyən uyğun gəlməyən Joze Mourinyonun mümkün təyinatı ilə bağlı söhbətlər də doğrulmadı.

Aralıq variant
Üslubun xatırladılması boşuna deyilən söz deyil. Braziliyalı həmkarlarımız federasiya prezidentinin baş məşqçi postu ilə bağlı üç önəmli tələbinin olduğunu daim yazırdı – böyük ad, əcnəbi pasportu və parlaq hücum futbolunun tərəfdarı. Son nəticədə aralıq variant seçildi ki, yığma da buna görə bir ili itirdi. Yığmaya yoldaşlıq oyunlarında olimpiya yığmasından Ramon Menezes rəhbərlik etdi, ardından bu post müvəqqəti Fernando Dinizə tapşırıldı.
Heç şübhəsiz, Diniz səviyyəli mütəxəssisdi. Onun orijinal oyun üslubu, psixologiyaya dayanan iş metodikası var. Ancaq birincisi, belə sistemli yanaşma klubda işə yarayır, daha bir neçə günlüyə yığışan milli komandada yox. İkincisi, Dinizin çalışma şərtləri əvvəlcədən qəribə görünürdü. Yəni tarixində ilk dəfə Libertadores kubokunu qazanan “Fluminense” ilə anlaşmanın şərtinə görə, məşqçi yalnız DÇ-2026-nın seçmə oyunları üçün yığmanın düşərgəsində görünə bilərdi. İndi isə belə aydın olur ki, federasiya Dinizə daimi baş məşqçi gözü ilə baxmırmış. Özü də mütəxəssisə yığmadan ayrılması xəbərini Rodriges yox, “Flu”nun prezidenti çatdırıb. Dinizin yerli futbol qurumundan incik düşmək üçün hər cür əsası var. Amma karyerası boyunca 20-dən artıq klub dəyişən Dorival Juniorun əhval-ruhiyyəsi yerindədi, etiraf edir ki, yığmanı çalışdırmaq çoxdankı arzusu idi, bu təyinat həm də “San-Paulu”da gördüyü işin (ölkə kubokunu qazanıb) dəyərləndirilməsidi. Bu titulu əvvəllər “Santos” və “Flamenqo” ilə də qazanıb. Bundan başqa, məşqçinin “xidmət siyahısı”nda “Flamenqo” ilə qazanılan Libertadores kuboku, “İnternasyonal”la qazanılan Cənubi Amerika Superkuboku, həmçinin “Vasku da Qama”nı B seriyasında çempionluğa daşıması da var.

“Xərçəng” üzərində qələbə
KİV-in Dorivalın təyinatına reaksiyası da maraqlıdı. Əksər həmkarlarımız onunla o vaxt 18 yaşı olan Neymar arasındakı mübahisəni xatırlamağa başladı. Onda Neymar penalti qazanmış, məşqçi isə parlamaqda olan ulduzu qəzəbləndirərək, zərbəni başqa futbolçunun vurmasına qərar vermişdi. Münaqişənin sonunda Dorival Neymarı cərimələdi və iki oyun heyətdən kənara qoydu, ancaq Direktorlar Şurası gələcəyin ulduzunun tərəfini tutdu. Belədə baş məşqçi bildirdi ki, cərimələnən forvardın adı iştirak ərizəsində olacaq, ancaq o meydana çıxmayacaq. Bu iş baş məşqçinin istefasıyla nəticələndi.

Təbii ki, indi Dorivalın özünəməxsus təbiəti olan ulduzla münasibətlərdə çətinlik çəkəcəyi danışılır. Ancaq belə hiss də var ki, həmin hadisəyə həddən artıq önəm verilir. Hər halda, bütün bunlar 14 il əvvəl olub. Üstəlik Dorival “Santos”dan ayrılandan sonra deyib ki, istefanın səbəbi oyunçunun davranışı yox, klub rəhbərliyin reaksiyası ilə bağlı olub. Bundan başqa, mütəxəssis Neymara komplimet də yağdırıb, onun Kriştiano Ronaldodan üstün olduğunu, yalnız Messidən geri qaldığını iddia edib.

Dorivalın təyinatından sonra Avropada danışılanlar başqadı, Braziliyada danışılanlar başqa. Yerli media tam fərqli məqamları qabardır. Məsələn, “Palmeyras”ın 60-70-ci illərdəki ulduzu Dudunun qohumu olan yeni baş məşqçinin futbol mühitində böyüməsini. Və ya qardaşı ilə birgə “Ferroviaria” klubunun talismanı olmasını. Nəhayət, 2019-cu ildə karyerasına məcburiyyətdən fasilə verməsini. Onda Dorivalda “xərçəng” aşkarlanmışdı, yeri gəlmişkən, xanımı da bu xəstəliklə mübarizə aparıb.

Bildiyiniz kimi, Braziliya yığması dünya çempionatının seçmə mərhələsinin payız dönəmini boşa verib. Yeni baş məşqçi ilk mətbuat konfransında dəfələrlə bu məqama toxundu. Etiraf etdi ki, heç vaxt komandaya hazır sxemlə gəlmir, əldə olan resurslar əsasında hərəkət edir. “Maksimal sayda çox oyunçu ilə müdafiə olunmaq və eyni şəkildə də hücum etmək istəyirəm” deyən Dorival yığmanın parlaq futbol göstərəcəyini vurğuladı, oyunçuların pasportuna baxmadığını söylədi, sözarası son vaxtlar milli komandaya çağrılmayan Tyaqo Silvanın da adımı çəkdi. Neymarla bağlı hansısa problemin olduğunu isə qətiyyətlə inkar etdi. Forvard zədəlidi və Amerika Kubokunu buraxacaq. Dorival deyir ki, yığma Neymarsız oynamalı olacaq. Onun dünyanın ən yaxşı üç futbolçusundan biri olduğunu deməsi isə barışıq yolunda atılan addımdı.

Dorivalın yığmada debütü marta təsadüf edəcək. Məhz həmin ay pentakampeonlar İngiltərə və İspaniya ilə yoxlama oyunları keçirəcək. Yeri gəlmişkən, yeni çalışdırıcısı “Dorivalın yığması” ifadəsini də qəbul etmir: “Bundan sonra bu, Dorivalın komandası yox, Braziliyanın yığmasıdı”.

Paylaş:
Digər xəbərlər

Dünya futbolu

9-01-2024, 22:0

Dinizə Dorival Junior xələf oldu

Dünya futbolu

20-10-2023, 21:0

Karlo Ançelotti Braziliyaya getmək istəmir

Dünya futbolu

7-01-2024, 23:0

Milli komandada məşqçi problemi

Dünya futbolu

12-01-2024, 14:0

Braziliya komandaları cəzadan qurtuldular

Dünya futbolu

16-02-2023, 21:0

Braziliya yığmasında müvəqqəti baş məşqçi

DÇ 2026

1-12-2022, 15:0

Braziliya Kamerunla oyuna hansı heyətlə çıxacaq?

Aktual
Azərbaycanın klub futbolu güclənib, yoxsa rəqiblər zəifdi? – “bunlar göstərici deyil”
“Zirə” Kutaisidə dəstəksiz qaldı – Gürcüstanda 269 min azərbaycanlı ola-ola!
“Cəbrayıl” hələ satılmayıb
Eldəniz Yusubov: “Rəhbərlik hazırda yeni stadion axtarışındadı” - “Araz-Naxçıvan” stadionsuz qaldı
“Püşkün atılması ilə yeni mübarizənin start götürdüyünü elan edə bilərik” – Sənan Abdullayev
"Kəpəz"in Gəncəyə qayıdışı təsdiqləndi, "Şamaxı" problemlə üzləşdi
Son xəbərlər
  • Bu gün, 13:39
    "Neftçi" iştirak ərizəsini UEFA-ya təqdim etdi
  • Bu gün, 13:20
    “Kəpəz”də baş məşqçinin köməkçiləri müəyyənləşdi
  • Bu gün, 13:01
    Final matçına dövlət başçısı da baxacaq
  • Bu gün, 12:28
    DÇ-2026-da hamını qabaqlayır
  • Bu gün, 12:00
    Əvvəlki klubuna qayıdacaq
  • Bu gün, 11:27
    Azərbaycanın klub futbolu güclənib, yoxsa rəqiblər zəifdi? – “bunlar göstərici deyil”
  • Bu gün, 11:14
    Belçikadan İngiltərəyə üz tutacaq
  • Bu gün, 10:47
    Güləşçimiz Budapeştdə "bürünc" qazandı
  • Bu gün, 10:00
    “İmişli”dən ayrıldı, "Səbail"ə keçdi
  • Dünən, 23:59
    “Zirə” Kutaisidə dəstəksiz qaldı – Gürcüstanda 269 min azərbaycanlı ola-ola!
  • Dünən, 23:30
    Zidanın təyinatı zaman məsələsidi
  • Dünən, 23:11
    Mundialı antirekordçu kimi tərk edib
  • Dünən, 22:40
    "Qarabağ" - ÇSKA matçı üçün biletlər satışa çıxır
  • Dünən, 22:17
    "Sumqayıt"dan "Şamaxı"ya keçdi
  • Dünən, 21:48
    Bir neçə ay futbolsuz qala bilər
  • Dünən, 21:18
    “Cəbrayıl” hələ satılmayıb
  • Dünən, 20:33
    MY-də yeni qapıçı
  • Dünən, 20:00
    DÇ-də 64 komandanın oynayacağı gözlənilir
  • Dünən, 19:29
    Petkoviç postunda qaldı - DÇ-nin ETİMADI
  • Dünən, 19:03
    Mane beynəlxalq karyerasını başa vurdu - DÇ-nin AYRILIĞI
  • Dünən, 18:40
    Eldəniz Yusubov: “Rəhbərlik hazırda yeni stadion axtarışındadı” - “Araz-Naxçıvan” stadionsuz qaldı
  • Dünən, 18:09
    Zidanın təyinatı zaman məsələsidi
  • Dünən, 17:38
    "Azərlotereya" şirkəti ilə ilkin danışıqlarımız olub" - Elgiz Abbasov
  • Dünən, 17:25
    “Püşkün atılması ilə yeni mübarizənin start götürdüyünü elan edə bilərik” – Sənan Abdullayev
  • Dünən, 17:00
    Azərbaycan kubokunda finalın vaxtı açıqlandı
  • Dünən, 16:35
    Hamıdan yaxşı o oldu
  • Dünən, 16:04
    Baş məşqçi kimi yığmaya qayıtdı - DÇ-nin İSTEFASI
  • Dünən, 15:34
    "Kəpəz"in Gəncəyə qayıdışı təsdiqləndi, "Şamaxı" problemlə üzləşdi
  • Dünən, 15:22
    Premyer-liqada yeni mövsümün püşkü atıldı
  • Dünən, 14:36
    Gözlənilən təyinat rəsmən açıqlandı - DÇ-nin TƏYİNATI
  • Dünən, 14:14
    "Sabah" - KuPS matçını polşalı hakim idarə edəcək
  • Dünən, 13:49
    “Zirə” Kutaisini qaynar qazana çevirdi – “Torpedo”nun kapitanı döyüldü, söyüldü!
  • Dünən, 13:23
    “Neftçi”yə xəbərdarlıq: Minsk “Dinamo”su üçün ev-səfər anlayışı yoxdu!
  • Dünən, 12:54
    “Oley Oley” kampaniyasında ilk avtomobilin sahibi bəlli oldu
  • Dünən, 12:36
    Millimiz Bakıda yoldaşlıq görüşü keçirəcək - rəqib bəllidi
Daha çox
Oxunub: 236
“Vestri” – “Qarabağ” matçını “CBC Sport” göstərməyəcək? – son durum açıqlandı
Oxunub: 235
Duran: düşünməmək bir ayıb, bunu dilə gətirmək iki ayıb – REPLİKA
Oxunub: 225
“Toral məndən “abi, bu, yoxlama oyunu deyilmi?” deyə soruşdu” – Bayramovu təəccübləndirən hadisə
Oxunub: 207
"Sabah"ın cavab oyunu yayınlanmaya bilər! - "Nyu Seynts"dən şok həmlə
Oxunub: 160
“Qarabağ”a tərif yağdırdı, azarkeş sayını azaltdı
Oxunub: 154
“Nyu Seynts” – “Sabah” matçının yayın problemi aradan qalxdı! – necə?
Sosial şəbəkələrimiz:
  • Ölkə futbolu
  • Dünya futbolu
  • Avrokuboklar
  • Aktual
  • İdman
  • Layihə
  • Yazarlar
  • Reportaj
  • Müsahibə
  • Maqazin
  • Foto
  • Video
  • Baş redaktor: Mahir Rüstəmli
  • E-mail: mahir_rustemli@rambler.ru
  • Ünvan: Bakı şəhəri, akademik Ələşrəf Əlizadə küçəsi, 31
  • Whatsapp: (99450) 300 09 10
Müəllif hüquqları qorunur. Football-Plus.az-ın məlumatlarından istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdi.
  • Ana səhifə
  • Haqqımızda
  • Reklam
  • Əlaqə