• Ana səhifə
  • Haqqımızda
  • Reklam
  • Əlaqə
  • Ölkə futbolu
    • Premyer-liqa
    • I divizion
    • Yığma
    • Kubok
    • Liqalar
  • Dünya futbolu
    • AÇ
    • DÇ 2026
  • Avrokuboklar
    • Çempionlar Liqası
    • Avropa Liqası
    • Konfrans Liqası
  • Aktual
  • İdman
  • Layihə
  • Yazarlar
  • Reportaj
  • Müsahibə
  • Maqazin
  • Foto
  • Video
  • Ölkə futbolu
    • Premyer-liqa
    • I divizion
    • Yığma
    • Kubok
    • Liqalar
  • Dünya futbolu
    • AÇ
    • AÇ
  • Avrokuboklar
    • Çempionlar Liqası
    • Avropa Liqası
    • Konfrans Liqası
  • Aktual
  • İdman
  • Layihə
  • Yazarlar
  • Reportaj
  • Müsahibə
  • Maqazin
  • Foto
  • Video

“Jirona” darmadağın etdi, “Real”la “Barselona” çətin qələbə qazandı

Dünya futbolu

24-01-2024, 23:0

La Liqada hesabat turu liderlərin növbəti qələbələri ilə əlamətdar oldu. “Jirona” ilə müqayisədə “Real” və “Barselona” qələbə yolunda əziyyət çəkdi. “Real Sosyedada” qələbə yoluna döndü. Autayderlər sırasında isə nə qədər qəribə olsa da, “Vilyarreal” ilə “Sevilya” da var.

"Football-plus.az" xəbər verir ki, “Real”la “Almeriya”nın dueli möhtəşəm alındı. Hər kəsə elə gəlirdi ki, madridlilər “doğma divarlar” arasında aşkar autsayderi asanlıqla məğlub edəcək. Ancaq əndəlüslər sona vaxtlar hamıya, elə top-komandalara qarşı da döyüşür. Artıq 1-ci dəqiqədə Qaritanonun komandası meydan sahiblərinə anlatdı ki, “yüngül gəzinti”yə ümid etməyə dəyməz. Ramazani artlən qolla “Santyaqo Bernabeu”ya toplaşanları şoka saldı. “Real”ın oyunçuları tezliklə vəziyyəti qaydasına salmağa çalışsalar da, ilk yarı boyunca yalnız ləng hücumlar qurdular və rəqib qapısı önündə təhlükəli vəziyyət yarada bilmədilər. Üstəlik fasiləyə az qalmış Qonsales fərqi artırdı. Ançelottinin komandası, heç şübhəsiz, cari mövsümdəki ən pis ilk yarını keçirdi. “Real”ın baş məşqçi çıxış qolunu üçlü əvəzetmədə gördü və bu addım işə yaradı. Hücumda yaradıcılığı artıran meydan sahibləri 57-ci dəqiqədə fərqi azaltdı. Hakim VAR-ın da yardımı ilə penalti təyin etdi, Bellingem şansı qaçırmadı. Ümumiyyətlə, hakimlər briqadası 2-ci yarının gedişində daim diqqət mərkəzinə düşdü. Saatın tamamında qonaqlar gözəl əks-hücum sonucunda 3-cü qolu da vurdu, ancaq referi Lopinin Bellingemə qarşı kobud oynadığını bildirərək Arribasın qolunu saymadı. Əvəzində “Real” tezliklə hesabı bərabərləşdirdi: Vinisius Çuameninin ötürməsini qolla tamamladı. Hakim əvvəlcə braziliyalının əllə oynadığını bildirərək qolu qeydə almdı. Ancaq videotəkrara baxandan sonra fikrini dəyişdi, belə hesab etdi ki, Vinisius bu epizodda çiyni ilə oynayıb. Çox güman, bu epizod qarşıdakı günlərdə ciddi şəkildə dartışılacaq. Təbii ki, Ançelottinin komandası böyük qüvvə ilə hücuma keçərək rəqibi sıxmağa çalışdı. Madridlilər 9-cu uzatma dəqiqəsində istəyinə çatdı. Bellingemin başla ötürməsindən yararlanan Karvaxal madridlilərə əzmkar qələbə qazandırdı. “Almeriya”ya adamın, sadəcə, yazığı gəlir. Autsayder yenə yüksək səviyyəli oyun göstərsə də, xalsız qaldı. “Real” isə ən çətin vəziyyətlərdə belə maksium nəticə qoparır. Komanda bu geridönüş sayəsində turnir cədvəlində zirvəyə qayıtdı...

...Amma bir neçə saatlığa. Daha gec saatda meydana çıxan “Jirona” evdə “Sevilya”nı darmadağın etdi. Qonaqlar yalnız debütdə inamlı təsir bağışladı və bunun məntiqi nəticəsi kimi 10-cu dəqiqədə Romero hesabı açdı. Kataloniyalılar buna Dovbikin cəmi 7 dəqiqəyə sığan het-triki ikə cavab verdi. “Sevilya”nın müdafiəsi elə ilk buraxılan qoldan sonra pərən-pərən düşdü. Savio sol cinahla qarşısıalınmaz reydlər edir, Dovbik isə müdafiəçilərə aman vermirdi. Qonaqların ilk yarıdan sonra xal qazanmaqla bağlı cüzi ümidlərini də digər ukraynalı Sıqankov “dəfn etdi”. Liderdən 4-cü qoldan sonra da sakitləşmədi. Sona yaxın Stuani darmadağında son nöqtəni qoydu. Ardıcıl 4-cü oyunda uduzan “Sevilya” diqqəti ölkə kubokuna yönəltsə, yaxşı olardı. Amma elitada yerini qorumağa çalışmaq şərti ilə.

“Betis”lə “Barselona” da azarkeşlə məhsuldar oyun bəxş etdi. Hər iki komanda ciddi kadr problemləri ilə üzləşmişdi. Qonaqlarda müdafiənin mərkəzində La Liqanın debütanrı – 16 yaşlı Kubarsi çıxış edirdi. Bütün problemlərə rəğmən, rəqiblər parlaq oyun sərgilədi. İlk yarı qarşılıqlı hücumlar şəraitində keçsə də, daha iti hücumlar quran “Barselona” 21-ci dəqiqədə hesabı açdı: Pedrinin ötürməsindən sonra Torres boş qapıya yol tapdı. 2-ci hissə başlayan kimi Torres komandasının üstünlüyünü bir qədər də möhkəmləndirdi. Belə düşünmək olardı ki, oyun qonaqların yazdığı ssenari üzrə davam edəcək. Ancaq “Betis” xarakter göstərdi. 5 dəqiqə ərzində 4 təhlükəli vəziyyət yaradan “xiyarlar” bunların ikisindən yararlandı – İsko dubl etdi. Bundan sonra oyunda üç nəticənin hər biri qeydə alına bilərdi. Ancaq inadkarlıq göstərən “Barsa” sonda qələbəni qopara bildi. Əsas vaxt bitmək üzrə ikən sonradan meydana çıxan Feliş sol aşağı küncə bilyard zərbəsi vurdu. Bir qədər sonra isə Torres het-trik etməklə sevilyalıların olan-qalan ümidlərini də “dəfn etdi”. “Betis”i ardıcıl 6-cı dəfə məğlub edən “Barsa” “Real”ın çox uzaqlaşmasına imkan vermədi. “Betis” isə “Valensiya”nı 7-ci pillədən sıxışdıra bilmədi.
“Real” Viqodan 3 xalla dönməklə 4 oyunluq qələbəsiz seriyaya son qoydu. Yeganə qolu hesabına cərimə meydançası xaricindən gözəl zərbə ilə Mendes yazdı. Məhz o, baskların heyətində əsas hərəkətverici qüvvə idi. “Selta” isə hücumda olduqca pis təsir bağışladı. Çox güman, bunda əsas rolu 5-3-2 sxemini seçən Alquasilin taktiki gedişi əsas rol oynadı. Əvvəllər basklar heç vaxt onun rəhbərliyi altında belə oynamamışdılar. Benitesin 2-ci hissənin gedişində üç mərkəz müdafiəçisi ilə oynamağa keçməsi də “Selta”nı məğlubiyyətdən qurtarmadı. Qələbəni qoruyan “Real Sosyedad” bunun sayəsində “Atletiko”ya bir qədər yaxınlaşdı.

Turun qalan oyunlarına gəlincə, “Valensiya”nın yüksəlişi davam edir. Son 5 çempionat oyununda uduzmayan “yarasalar” ardıcıl 4-cü qələbəsini iddialı “Atletik” üzərində qazandı. “Vilyarreal” isə “Malyorka” ilə ev oyununda qələbəni uzatma dəqiqələrində əldən verdi. 88-ci dəqiqədə meydana çıxan Lyabres 3 dəqiqə sonra “sarılar”ın qələbə ümidini “dəfn etdi”. “Las-Palmas” hər hissədə vurduğu bir qolla 2004-ün iyununda bəri ilk dəfə “Rayo Valyekano”nu səfərdə məğlub etdi. “Osasuna” “Xetafe” ilə oyunda 2:0 öndə çıxsa da, az qala qələbəni əldən verəcəkdi. 68-ci dəqiqədə hesab 2:2 oldu. Ancaq sonradan meydana çıxan Areso 80-ci dəqiqədə pamplonalıların qələbə topunu vurdu. Turun yanvarın 19-da keçirilən ilk oyununun taleyini yeganə qol həll etdi. Rioxanın 51-ci dəqiqədə vurduğu qol “Alaves”ə qələbə gətirməklə yanaşı, Serxio Qonsalesin “Kadis”in baş məşqçisi postundan qovulmasına da səbəb oldu. “Kadis”in son 17 çempionat oyununun birində də qələbə qazanmadığını nəzərə alsaq, klub rəhbərliyinin qərarı anlaşılandı.

Turun dünən axşam keçirilən son oyununda “Atletiko” səfərdə “Qranada”ya qalib gəldi ???
21-ci tur
Real – Almeriya 3:2
Bellingem, 57-p. Vinisius, 67. Karvaxal, 90+9 – Ramazani, 1. Qonsales, 43. (72044)
Real: Kepa, Mendi (Qarsiya, 46), Naço (Dias, 46), Rüdiger, Karvaxal, Kroos (Kamavinqa, 83), Çuameni, Valverde (Sebalyos, 70), Bellingem, Junior, Rodriqo (Xoselu, 46).
Jirona – Sevilya 5:1
Dovbik, 13; 15; 19. Sıqankov, 56. Stuani, 89 – Romero, 10. (13092)
Jirona: Qassaniqa, Qutyerres, Blind, Xuanpe (Yakobişvili, 30), Kouto, Savio (Torre, 73), Errera (Solis, 66), Martin, Sıqankov (Fernandes, 66), Dovbik (Stuani, 73), Portu.
Betis – Barselona 2:4
İsko, 56; 59 – Torres, 21; 48; 90+2. Feliş, 90. (53288)
Barselona: Penya, Balde, Kubarsi (Feliş, 81), Arauxo, Kunde, Pedri (Lopes, 71), Gündoğan, De Yonq, Torres, Yamal, Levandovski (Roke, 63).
Valensiya – Atletik 1:0
Duro, 61. (45344)
Atletik: Simon, Berçiçe, Paredes, Vivian, Lekue, Prados (Qomes, 69), Errera (De Qalarreta, 69), N.Uilyams (Ares, 79), Sanset (R.Qarsiya, 79), Berenger, Quruseta (Vilyalibre, 69).
Alaves – Kadis 1:0
Rioxa, 51-p. (15838)
Rayo Valyekano – Las-Palmas 0:2
Moleyro, 35. Munyos, 83. (12477)
Vilyarreal – Malyorka 1:1
Sörlot, 45+1 – Lyabres, 90+1. (16479)
Selta – Real Sosyedad 0:1
Mendes, 11. (20901)
Osasuna – Xetafe 3:2
R.Qarsiya, 9. Munyos, 31. Areso, 80 – Mayoral, 64. Maksimoviç, 68. (18811)
Qranada – Atletiko ????
1. Jirona 21 16 4 1 51-25 52
2. Real 20 16 3 1 43-13 51
3. Barselona 20 13 5 2 40-24 44
4. Atletik 21 12 5 4 38-21 41
5. Atletiko 19 12 2 5 39-23 38
6. Real Sosyedad 21 9 8 4 32-21 35
7. Valensiya 21 9 5 7 27-24 32
8. Las-Palmas 21 9 4 8 21-17 31
9. Betis 21 7 10 4 24-24 31
10. Xetafe 20 6 8 6 26-28 26
11. Osasuna 20 7 4 9 25-31 25
12. Alaves 21 6 5 10 19-27 23
13. Rayo Valyekano 20 5 8 7 18-26 23
14. Vilyarreal 21 5 5 11 28-42 20
15. Malyorka 21 3 11 7 19-25 20
16. Selta 21 3 8 10 21-31 17
17. Sevilya 21 3 7 11 26-35 16
18. Kadis 21 2 9 10 15-31 15
19. Qranada 20 2 5 13 22-41 11
20. Almeriya 21 0 6 15 21-46 6
Bombardirlər: Dovbik (Jirona), Bellingem (Real) - 14, Mayoral (Xetafe) – 13, Morata (Atletiko) - 12, Qrizmann (Atletiko) - 11.
Növbəti turun oyunları yanvarın 26-29-u aralığında keçiriləcək: Almeriya – Alaves, Real Sosyedad – Rayo Valyekano, Las-Palmas – Real, Barselona – Vilyarreal, Sevilya – Osasuna, Malyorka – Betis, Selta – Jirona, Kadis – Atletik, Atletiko – Valensiya, Xetafe – Qranada.

Yeri gəlmişkən...
İspaniya kubokunda 1/4 final mərhələsinin püşkü atılıb: Atletik – Barselona, Atletiko – Sevilya, Selta – Real Sosyedad, Malyorka – Jirona. Bu mərhələnin yeganə oyunu adı birinci göstərilən komandaların meydanında, yanvarın 23-25-i aralığında keçiriləcək.

Turun rəqəmi
1000 – “Real” ölkə çempionatında “Santyaqo Bernabeu”da qazandığı qələbələrin sayını bu həddə çatdırdı. Madridlilər buna 1297-ci ev oyununda nail oldu. La Liqada heç bir başqa komanda belə göstəriciyə malik deyil. “Valensiya” “Mestalya”da keçirdiyi 1455 oyunun 906-da, “Barselona” isə “Kamp Nou”da keçirdiyi 1175 oyunun 889-da qalib gəlib.

Turun ulduzu
Artyom Dovbik (Jirona) – düzdü, “Barsa”dan Torres də het-trik edib. Ancaq ukraynalı het-triki qısa zaman kəsiyinə sığışdırdı, 3-cü qolu isə konkret özü yaratdı. Ümumiyyətlə, La Liqada debüt etdiyini nəzərə alsaq, Artyom fenomenal məhsuldarlıq göstərir. Bombardirlər siyahısında Bellingemə şərik olmaqla yanaşı, 5 məhsuldar ötürmə də verib, “qol+ötürmə” sistemi üzrə çempionatın ən dəyərli oyunçusudu.

Turun sitatı
Qonsalo Melero, “Almeriya”nın müdafiəçisi: “Qələbimizi oğurladılar. Bunu demək mənə xoş deyil. Bu il bir neçə dəfə belə hadisə baş verib. Ancaq bügünkü oyun bütün sərhədləri aşdı. “Real”ın qalib gəlməsi üçün hər şey edildi”.

Oyundan sonra
Karlo Ançelotti, “Real”ın baş məşqçisi: “Qəribə oyun idi. İlk yarıda çox pis oynadıq, az enerji xərclədik. Komandam çox yorğun göründü. Artıq 30-cu dəqiqədə əvəzetmə haqda düşünməyə başladım. Yalnız xarakterimiz bu stadionda geridönüş etməyə imkan verdi. 2-ci hissəni tam fərqli keçirdik. Hakimliklə bağlı şikayətlər? “Almeriya”nı anlayıram. Amma düşünürəm ki, hakimin qərarları doğru idi”.
Xavi Ernandes, “Barselona”nın baş məşqçisi: “Yaxşı oynadıq, oyunun axarına nəzarət etdik. Ancaq İnyaki ilə Arauxonun bir-birini yaxşı anlamadığı epizoddan sonra hər şey çətinləşdi. Bu çempionatda bizdən başqa heç kimin cari mövsümdə qalib gəlmədiyi stadionda irəliyə bir addım atdıq. Adamlar bu oyundan məmnunluq duymalıdı. 4 qoldan üçü Ferranın hesabındadı. İki qol buraxmağımız pisdi, amma oyun özü yaxşı idi. Hakim səhvləri olmasaydı, indikindən 6 xal çox toplayardıq”.

Faktlar
* “Real” fasiləyə qədər uduzsa da, “Almeriya”nı məğlub etdi. Madrid klubu tarixində 4-cü dəfə evdə ilk yarıdan sonra 0:2 uduzduğu oyunda əzmkar qələbə qazana bildi. Buna qədər 1943, 1981 və 2007-ci ildə belə nəticə ilə yadda qalmışdılar. Onlar qalan belə halların 5-də heç-heçə edib, 27-də uduzub.
* “Real” La Liqada indiyə qədər belə gec qol vurmamışdı. Hakim 2-ci hissəyə 11 dəqiqə artırmışdı, Karvaxal isə 9-cu dəqiqədə fərqləndi. Əvvıli rekordu Qonsalo İquayn 2008-ci ildə müəyyənləşdirmişdi. O, “Atletiko”nun qapısına 90+7-ci dəqiqədə penaltidən yol tapmışdı.
* Torres “Betis”lə oyunda 4 məhsuldar hərəkət etdi. “Barsa”nın vingeri 3 qol vurdu və Felişə ötürmə verdi. İspaniyalı sonuncu dəfə MS-nin heyətində “Nyukasl”la oyunda het-trik etmişdi (14 may 2021). Ferran La Liqada keçirdiyi 19 oyunda 7 qol vurub.
* “Jirona” bütün turnirləri əhatə edən məğlubiyyətsiz oyunlar seriyasını 17-yə çatdırdı. Komanda bu müddətdə 14 qələbə qazanıb, 3 dəfə heç-heçə edib.

LA LİQA 2
23-cü tur: Albasete – Alkorkon 0:1, Amorebyeta – Eldense 0:2, Saraqosa – Andorra 2:0, Espanyol – Vilyarreal B 2:1, Tenerife – Sportinq 1:2, Ferrol – Ovyedo 1:3, Rasinq – Kartaxena 0:2, Mirandes – Levante 1:1, Ueska – Eybar 2:3, Elçe – Valyadolid 0:0, Leqanes – Burqos ????
1. Leqanes 22 12 6 4 34-15 42
2. Sportinq 23 10 9 4 29-17 39
3. Espanyol 23 10 8 5 36-25 38
4. Eybar 23 11 5 7 39-29 38
5. Ferrol 23 10 8 5 30-26 38
6. Levante 23 9 9 5 31-29 36
7. Valyadolid 23 11 3 9 25-24 36
8. Ovyedo 23 8 10 5 27-18 34
9. Elçe 23 9 7 7 22-22 34
10. Rasinq 23 9 6 8 36-33 33
11. Burqos 22 9 6 7 30-27 33
12. Zaraqosa 23 8 8 7 24-22 32
13. Tenerife 23 9 4 10 22-23 31
14. Mirandes 23 7 9 7 30-29 30
15. Eldense 23 7 9 7 30-33 30
16. Albasete 23 6 7 10 27-35 25
17. Vilyarreal B 23 6 6 11 25-36 24
18. Alkorkon 23 6 6 11 20-33 24
19. Ueska 23 5 8 10 18-21 23
20. Andorra 23 6 5 12 21-32 23
21. Kartaxena 23 5 6 12 23-35 21
22. Amorebyeta 23 3 7 13 19-34 16
Bombardir: Breytueyt (Espanyol) – 11.

Paylaş:
Digər xəbərlər

Dünya futbolu

11-08-2023, 18:0

İspaniya çempionatında 2023/24 mövsümünün təqvimi

Dünya futbolu

15-08-2022, 09:0

"Real" La Liqaya qələbə ilə start verdi

Dünya futbolu

10-01-2024, 19:0

“Jirona” “Atletiko”nu da cəzalandırdı

Dünya futbolu

27-12-2023, 19:0

“Atletiko” “Barsa”ya çatdı – TURUN ŞƏRHİ

Dünya futbolu

7-05-2023, 13:0

''Real'': son 20 finalda 18 qələbə!

Dünya futbolu

4-05-2023, 14:0

“Barselona”nı çempionluqdan 2 xal ayırır - TURUN ŞƏRHİ

Aktual
Mümkünsüz arzularla alovların arasından üzmək... – Dambrauskas şeir dedi
“Çempionat bitəndən sonra rəhbərliklə aramızda fikir ayrılığı yarandı” - Rahid Əmirquliyev
“Payde” Sumqayıtda yalqız qalacaq!
"Qarabağ"ın oyununda bizi narahat edə biləcək çox məqam var"- ÇSKA-nın baş məşqçisi
“Bu səbəbdən ona oyunlarda şans vermirəm” – Abbas Hüseynovun taleyi bəlli oldu
“İmarət Avropa” "Qarabağ"ı tək qoymayacaq
Son xəbərlər
  • Bu gün, 17:51
    ÇSKA-da taktiki sxem və heyət dəyişikliyi – fərqli oyun, yoxsa tələ?
  • Bu gün, 17:20
    “Araz-Naxçıvan” azarkeşlərdən bir qədər də uzaqlaşdı – klub problemi necə həll edəcək?
  • Bu gün, 16:59
    Mümkünsüz arzularla alovların arasından üzmək... – Dambrauskas şeir dedi
  • Bu gün, 16:28
    “Çempionat bitəndən sonra rəhbərliklə aramızda fikir ayrılığı yarandı” - Rahid Əmirquliyev
  • Bu gün, 15:57
    “Artıq milli komandanın baş məşqçi vəzifəsinə namizəd deyiləm” - Pirlonun “skuadra adzurra”ya təyinatı niyə rəsmiləşmədi?
  • Bu gün, 15:36
    “Bəzi suallara istədiyim cavabı verə bilməyəcəm” – Rəşad Sadıqov
  • Bu gün, 15:15
    “Payde” Sumqayıtda yalqız qalacaq!
  • Bu gün, 14:54
    “Karvan-Yevlax”dan növbəti transfer
  • Bu gün, 14:23
    "Qarabağ"ın oyununda bizi narahat edə biləcək çox məqam var"- ÇSKA-nın baş məşqçisi
  • Bu gün, 13:52
    “Bu səbəbdən ona oyunlarda şans vermirəm” – Abbas Hüseynovun taleyi bəlli oldu
  • Bu gün, 13:31
    ''Qalatasaray'' istəyir, ''Ayntraxt'' buraxmır
  • Bu gün, 13:00
    “İmarət Avropa” "Qarabağ"ı tək qoymayacaq
  • Bu gün, 12:39
    “İtaliyada insanları nəticədən başqa heç nə maraqlandırmır” - Fonseka “Milan”da işlədiyi dönəm haqda nələr dedi?
  • Bu gün, 12:18
    "Hər şey yaxşıdı, amma davam etmək lazımdı" - Aleksey İsayev
  • Bu gün, 11:57
    Azərbaycan klubu ilə anlaşdı, Bolqarıstana qaçdı
  • Bu gün, 11:36
    ''Qalatasaray''ın sabiq üzvündən şok sözlər - ''Bunları çox az insan görmək istəyər''
  • Bu gün, 11:15
    "Kəpəz" Qətər klubuna qarşı
  • Bu gün, 10:54
    Millimiz Çexiya ilə üz-üzə gələcək
  • Bu gün, 10:33
    “Sabahın Ulduzları” turnirinin püşkü atıldı
  • Bu gün, 10:13
    Qurban Qurbanovdan Sofiya səfəri ilə bağlı gözlənilməz qərar – o, qələbənin açarını tapıb?
  • Bu gün, 09:52
    İki güləşçimiz dünya çempionatının finalında
  • Bu gün, 09:31
    "Çox keyfiyyətli və yaxşı məşqçi tərəfindən hazırlanan komandaya uduzduq" - KuPS-un baş məşqçisi
  • Bu gün, 09:00
    Türkiyə klubu 900 minə aldığı oyunçunu 15 milyona satdı!
  • Dünən, 23:27
    İngiltərədə klubunu dəyişəcək
  • Dünən, 23:00
    “Sabah” və Mikels 10-a çatdı
  • Dünən, 22:06
    “Milan”ı tərk etməyəcək
  • Dünən, 21:55
    "Belə nəticə əldə etməyimizlə qürur duyuram" - Valdas Dambrauskas
  • Dünən, 21:24
    ÇSKA-nın stadionunda 72 saatda üç oyun keçiriləcək – ot örtüyü “Qarabağ”a problem yarada bilər!
  • Dünən, 21:10
    "İmişli" yoxlama oyunu keçirdi
  • Dünən, 20:52
    "Sabah" tarixində ilk dəfə avrokubokların liqa mərhələsində! - YENİLƏNİB
  • Dünən, 20:10
    İngiltərə klubunu tərk etdi
  • Dünən, 19:42
    “Sabah” Maludanı 3 milyon avroya satdı!
  • Dünən, 18:53
    Azərbaycan dünya çempionatında ilk medalını qazandı
  • Dünən, 18:22
    "Qəbələ" portuqaliyalı vinger aldı
  • Dünən, 18:00
    KuPS - "Sabah": START HEYƏTLƏRİ
Daha çox
Oxunub: 218
Qurban Qurbanovdan Sofiya səfəri ilə bağlı gözlənilməz qərar – o, qələbənin açarını tapıb?
Oxunub: 212
“İmişli”nin taleyi bəlli oldu – Arazın bu tayından Kürün o tayına
Oxunub: 163
Mahir Polşada bəxtsizlikdə üzləşdi - ilk tur matçında nə baş verdi?
Oxunub: 148
ÇSKA-nın stadionunda 72 saatda üç oyun keçiriləcək – ot örtüyü “Qarabağ”a problem yarada bilər!
Oxunub: 123
“Neftçi” bazar deyil, “Neftçi” xalqdı” - fanklub rəhbərindən sərt açıqlama
Oxunub: 116
“Bu səbəbdən ona oyunlarda şans vermirəm” – Abbas Hüseynovun taleyi bəlli oldu
Sosial şəbəkələrimiz:
  • Ölkə futbolu
  • Dünya futbolu
  • Avrokuboklar
  • Aktual
  • İdman
  • Layihə
  • Yazarlar
  • Reportaj
  • Müsahibə
  • Maqazin
  • Foto
  • Video
  • Baş redaktor: Mahir Rüstəmli
  • E-mail: mahir_rustemli@rambler.ru
  • Ünvan: Bakı şəhəri, akademik Ələşrəf Əlizadə küçəsi, 31
  • Whatsapp: (99450) 300 09 10
Müəllif hüquqları qorunur. Football-Plus.az-ın məlumatlarından istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdi.
  • Ana səhifə
  • Haqqımızda
  • Reklam
  • Əlaqə