• Ana səhifə
  • Haqqımızda
  • Reklam
  • Əlaqə
  • Ölkə futbolu
    • Premyer-liqa
    • I divizion
    • Yığma
    • Kubok
    • Liqalar
  • Dünya futbolu
    • AÇ
    • AÇ
  • Avrokuboklar
    • Çempionlar Liqası
    • Avropa Liqası
    • Konfrans Liqası
  • Aktual
  • İdman
  • Layihə
  • Yazarlar
  • Reportaj
  • Müsahibə
  • Maqazin
  • Foto
  • Video
  • Ölkə futbolu
    • Premyer-liqa
    • I divizion
    • Yığma
    • Kubok
    • Liqalar
  • Dünya futbolu
    • AÇ
    • AÇ
  • Avrokuboklar
    • Çempionlar Liqası
    • Avropa Liqası
    • Konfrans Liqası
  • Aktual
  • İdman
  • Layihə
  • Yazarlar
  • Reportaj
  • Müsahibə
  • Maqazin
  • Foto
  • Video

“Fənərbaxça” və “Beşiktaş” debütantlarla bacarmadı

Dünya futbolu

24-01-2024, 21:0

Tur şənbə günü start götürdü.

"Football-plus.az" xəbər verir ki, noyabrın 11-də “Qalatasaray”ı yenəndən bəri qələbəsi olmayan “Hatayspor” “Kasımpaşa” önündə darmadağın olaraq düşmə zonasına qədər gerilədi. Halbuki Volkan Dəmirəlin kollektivi 8-ci turdan sonra 5-ci pillədə idi. “Alanyaspor” “Çaykur Riəzspor”u son dəqiqədə vurduğu qolla məğlub etdisə, “Fatih Karagümrük” azlıqda qalmasına baxmayaraq, “İstanbul BŞ”dən xal qopara bildi. Şahruddinli “Adana Dəmirspor” isə heç cür uğursuzluq zolağından çıxa bilmir. Adana təmsilçisi Hikmət Karamanın debüt oyununda evdə “Ankaragücü” ilə matçda 1 xalla kifayətləndi. Son 11 turda cəmi 1 qələbəsi olan adanalılar bu gün “Beşiktaş”ın qonağı olacaq.

Son 3 rəsmi oyunda böyükhesablı qələbələr qazanan və Fernando Santuşun təyinatından sonra yüksəlişə keçən “Beşiktaş” isə tarixi fiasko yaşadı. İstanbul nəhəngi tarixində ilk dəfə elitada oynayan “Pendikspor”dan 4 cavabsız qol buraxdı! İlk dövrədə “Fənərbaxça”nın heyətində qol hesabını aça bilməyən Umut Nayırın “Pendikspor”un heyətində ardıcıl 2-ci rəsmi oyunda fərqlənməsi diqqəti çəkdi. Düşmə zonasında qərarlaşan “Pendikspor” buna qədər heç bir oyunda 2-dən artıq top vurmamışdı! “Qartal” debütantlara qarşı oyunlardakı antikrekordunu təkrarladı. İstanbul nəhəngi daha öncə bu statusda olan komandalardan 2021-in noyabrında evdə “Girəsunspor”a (0:5) və 2001-in fevralında səfərdə “Çaykur Rizəspor”a (1:5) 4 top fərqi ilə yenilmişdi. Maraqlıdı ki, “Pendikspor” ilk dövrədəki səfər oyununda (1:1) da güclü rəqibdən xal qoparmağı bacarmışdı.

Bazar gününün ilk 3 qarşılaşmasında heç-heçə qeydə alındı. Amma “Qaziantep”in Sivasdan, hələ də Sərgən Yalçınla uduzmayan “Antalyaspor”un Konyadan xalla qayıtması sürpriz olmadısa, “Samsunspor”un lider “Fənərbaxça”nı büdrətməsi gözlənilməz oldu. Düşünmək olardı ki, İrfan Can Kahvecinin erkən qolundan sonra “Fənər” adəti üzrə yenə rəqibini darmadağın edəcək. Çünki komanda buna qədər bu mövsüm hesabı açdığı 15 oyunun heç birində xal itirməmişdi. Amma bu seriya başa çatdı. Düzdü, bəzi epizodlarda qonaqların bəxti də gətirdi. “Samsunspor”un heyətində ən diqqətçəkən isimlər isə sabiq “Qalatasaray”lılar oldu. Qapıçı Okan Kocuk matçı 6 seyvlə tamamladı. Əmrə Kılınç isə cərimə zərbəsindən baxımlı qol vuraraq komandasını məğlubiyyətdən xilas etdi. Düzdü, Livakoviç topu qaytarmağa müvəffəq oldu. Amma o, bunu top qapı xəttini keçəndən sonra etdi. Maraqlıdı ki, Əmrə superliqa karyerasında 28-ci qolunu vurdu və ilk dəfə cərimə zərbəsindən fərqləndi. “Sarı-lacivərdlilər”in ötən mövsümdən bəri debütantlara qarşı evdə qəribə sindromu davam edir. Komanda ötən mövsüm öz meydanında hər 3 debütantla görüşdə xal itirmişdi (2 heç-heçə, 1 məğlubiyyət). Başqa sözlə desək, debütant statusunda Kadıköyə gələn son 5 komandadan 4-ü xal qazanmağı bacarıb! Yalnız bu mövsum “Çaykur Rizəspor” Kadıköydı pərən-pərən düşmüşdü (0:5).

“Fənər” fanatları bu sürpriz xal itkisindən sonra heç olmasa, “Trabzonspor”un “Qalatasaray”ı büdrədəcəyinə ümid bəsləslər də, bu da baş vermədi. Turnir cədvəlində “Fənər”i yaxalamaq üçün əla şans əldə edən son çempion Trabzonu mükəmməl futbolla fəth etdi. Kaan Ayhanı müdafiənin soluna, Zahanı hücuma qoyan Okan Burukun belə sürpriz addımları özünü artıqlamasıyla doğrultdu. Zaha matçın ulduzu oldusa, Kaan Ayhan 24-cü superliqa matçında ilk qolunu vurdu. Kərəm Aktürkoğlu da oyunu yüksək səviyyədə keçirərək dubl etdi. Meydan sahiblərinin təsəlli qolunu isə gənc forvard Enes Destan vurdu. Yeri gəlmişkən, Visça hesabına 109-cu məhsuldar ötürməni yazaraq Aleksi keçdi və Türkiyə çempionatı tarixinin ən çox məhsuldar ötürmə verən futbolçusuna çevrildi! “Trabzonspor” fanatları önündə 228 turdan sonra ilk dəfə ən azı 4 top fərqi ilə uduzdu. Sonuncu belə nəticə 2017/18-in 8-ci turunda “Akhisarspor”la oyunda (1:6) qeydə alınmışdı. Beləliklə, “Qalatasaray” növbəti dəfə xal hesabında “Fənərbaxça”nı yaxaladı.

21-ci tur
Fənərbaxça – Samsunspor 1:1
İrfan Can Kahveci, 12 – Əmrə Kılınç, 62.
Fənərbaxça: Livakoviç, Mərt Müldür, Bonuççi, Oostervolde, Fərdi Kadıoğlu, İsmayıl Yüksək, Fred (Kruniç, 87), İrfan Can Kahveci (Cengiz Ündər, 70), Şimanski (Əmrə Mor, 80), Tadiç (Kinq, 70), Ceko (Batşuayi, 70).

Trabzonspor – Qalatasaray 1:5
Enes Destan, 79 – Zaha, 13; 61. Kaan Ayhan, 64. Kərəm Aktürkoğlu, 80; 96.
Trabzonspor: Uğurcan Çakır, Hüseyin Türkmən, Benkoviç (Bakasetas, 64), Baniya (Mehmet Can Aydın, 46), Ərən Elmalı, Mendi, Berat Özdəmir, Visça, Bardi (Umut Günəş, 79), Funtas (Göktan Gürpüz, 84), Enes Destan.
Qalatasaray: Muslera, Boe, Əbdülkərim Bardakcı (Sançes, 45), Nelsson, Kaan Ayhan (Tete, 77), Kərəm Dəmirbay (Berkan Kutlu, 76), Torreyra (Ndombele, 77), Barış Alpər Yılmaz, Mertens (İkardi, 82), Kərəm Aktürkoğlu, Zaha.

Pendikspor – Beşiktaş 4:0
Umut Nayır, 4. Xəlil Akbunar, 70. Tiam, 74. Sekeyra, 82.
Beşiktaş: Mərt Günok, Onur Bulut, Tayyp Talha Sanuç, Zaynutdinov, Umut Meraş, Efe Tıknaz (Gezzal, 46), Tayfur Bingöl (Nəcip Uysal, 86), Fernandeş, Raşitsa, Semih Kılıçsoy (Rebiç, 66), Cenk Tosun (Muleka, 66).

Adana Dəmirspor – Ankaragücü 1:1
Əmrə Akbaba, 52 – Pedrinyo, 63.
Adana Dəmirspor: Şahruddin Məhəmmədəliyev, Dorukhan Toköz (Yusuf Barasi, 54), Semih Gülər, Sisse (Manev, 73), Əbdürrəhim Dursun (Nurani, 74), Qravilyon, Mişu (Nani, 86), Akintola, Stambuli, Yusuf Ərdoğan, Əmrə Akbaba.

Konyaspor – Antalyaspor 1:1
Nzonzi, 43 – Buksa, 69.

Alanyaspor – Çaykur Rizəspor 2:1
Efecan Karaca, 70. Sisto, 90+1 – Vereşanoviç, 51.

Kasımpaşa – Hatayspor 3:0
Vink, 74. Da Kosta, 79. Fall, 89.

Fatih Karagümrük – İstanbul BŞ 1:1
Salih Dursun, 88 – Paoletti, 45-öz qapısına.

Sivasspor – Qaziantep 2:2
Manay, 8-p.; 15-p. – Draquş, 29. Ciloboci, 41.

Kayserispor – İstanbulspor ????
??????

1. Fənərbaxça 21 17 3 1 58-17 54
2. Qalatasaray 21 17 3 1 43-12 54
3. Trabzonspor 21 11 4 6 36-27 37
4. Beşiktaş 21 11 2 8 33-30 35
5. Çaykur Rizəspor 21 9 5 7 26-29 32
6. Adana Dəmirspor 21 7 9 5 34-26 30
7. Antalyaspor 21 7 9 5 26-21 30
8. Kayserispor 20 8 5 7 27-29 29
9. Kasımpaşa 21 8 5 8 36-40 29
10. İstanbul BŞ 21 7 6 8 26-25 27
11. Sivasspor 21 6 8 7 26-33 26
12. Ankaragücü 21 5 10 6 27-26 25
13. Alanyaspor 21 6 7 8 23-30 25
14. Qaziantep 21 6 4 11 24-32 22
15. Samsunspor 21 6 4 11 24-32 22
16. Fatih Karagümrük 21 5 6 10 23-24 21
17. Hatayspor 21 4 9 8 26-30 21
18. Konyaspor 21 4 8 9 20-33 20
19. Pendikspor 21 4 7 10 25-43 19
20. İstanbulspor (-3) 20 2 4 14 14-38 7
Bombardirlər: Ceko (Fənərbaxça) – 16, İkardi (Qalatasaray), Tiam (Kayserispor/Pendikspor) – 12, Aytac Kara (Kasımpaşa), Manay (Sivasspor) – 10.

Turun rəqəmi
5 – Sivasda xal itirən və ötən tur “Kayserispor”u çətinliklə məğlub edən “Qalatasaray” Trabzonda əsl şou göstərdi. “Trabzonspor” Abdulla Avcının başçılığı altında Türkiyə çempionatında evdə keçirdiyi 53-cü oyunda ilk dəfə 5 top buraxdı. Ən əsası “Qalatasaray” tarixində ilk dəfə “Trabzonspor”a bir superliqa matçında 5 qol vurdu! Buna qədər “Cim-Bom” bu rəqibə 2001, 2004, 2005, 2009 və 2014-cü illərdə 4 qol vurmuşdu. Bundan başqa, “Trabzonspor”un “sarı-qırmızılar”a qarşı superliqada evdəki qələbə həsrəti də 5 oyuna çatdı (3 heç-heçə, 2 məğlubiyyət). Qaradənizlilərin evdə “Qalatasaray”a qarşı bundan daha böyük (10) qələbəsiz seriyası sonuncu dəfə 1997 yanvar – 2006 mart aralığında olub.

Turun ulduzu
Uilfrid Zaha (Qalatasaray) – Türkiyədəki karyerası fanatların gözlədiyi qədər uğurlu keçməyən ulduz futbolçu Trabzon səfərində “ağzıgöyçəklər”i susdurdu. Zaha 2 qol, 1 məhsuldar ötürmə ilə matça damğa vurdu. Maraqlıdı ki, 31 yaşlı futbolçu peşəkar karyerasında ilk dəfə bir çempionat oyununda 3 qolun vurulmasında yaxından iştirak etdi. Onun qollarının dəqiqələri də diqqət çəkir. Zaha 13-cü dəqiqədə fərqlənməklə 2011-dən (Yohan Elmander, 5-ci dəqiqə) bəri Trabzon səfərində ən erkən fərqlənən “Qalatasaray”lı futbolçu oldu. O, ikinci qolunu isə 61-ci dəqiqədə, yəni Trabzonun seriya nömrəsinə uyğun gələn anda vurdu. Sonuncu dəfə “Trabzonspor”a səfərdə 61-ci dəqiqədə qol vuran futbolçu 2017-nin iyununda “Bursaspor”un heyətində çilili Kristobal Xorkera olmuşdu.

Turun sitatı
Markus Gisdol, “Samsunspor”un baş məşqçisi: “Düzünü desəm, ilk yarıdakı oyunumuzdan razı qalmadım. Çox geri çəkilirdik. Fasilədə oyunçularıma bəzi göstərişlər verdim. Onlardan daha ürəkli oynamağı, irəlidə daha çox təzyiq yaratmağı tələb etdim. Bu da öz bəhrəsini verdi. Düzdü, son 10 dəqiqəni tam təşviş içində keçirdik. Çünki “Fənərbaxça” üzərimizdə çox böyük təzyiq qurdu. Onlar da son anlarda riskə getdilər. Biz doğru anı gözlədik və lazım olan qolu vurduq. Oyunumuzdan və nəticədən razıyam”.

Oyundan sonra
İsmayıl Kartal, “Fənərbaxça”nın baş məşqçisi: “Oyuna yaxşı başladıq və ilk yarıda daha çox top vura bilərdik. İrfanın qolundan başqa Tadiç əla fürsəti, Ceko isə təkbətəki boşa verdi. İkinci yarıya yaxşı başlamadıq. Gözləmədiyimiz anda qol buraxdıq. Əvəzetmələrlə oyunu çevirib 3-4 fürsət yaxalasaq da, dəyərləndirə bilmədik. İkinci qolu heç cür vura bilmədik. Bu xal itkisi bizim üçün sürpriz oldu. Qalib gəlmək istəsək də, bu nəticə ilə barışmalıyıq. Xal iktisinə görə fanatlarımızdan və camiəmizdən üzr istəyirik. Hələ də liderik. Mövsüm ərzində bəzən belə xal itkiləri olur. Digər oyunlardan fərqli bu gün ötürmələrdə çoxlu səhvə yol verdik. Bununla da rəqibə oynamaq fürsəti yaratdıq. Qalib gələ bilməməyimizin səbəblərindən biri budu. Önümüzdə “İstanbul BŞ”yə qarşı oyun var. Artıq həmin matça hazırlaşacağıq”.

Okan Buruk, “Qalatasaray”ın baş məşqçisi: “İlk yarının son 10 dəqiqəsini saymasaq, oyunboyu üstünlük bizim tərəfimizdə oldu. Fasilədə oyunçularıma irəlidə fəallığı artırmalı olduğumuzu və daha sakit oynamaq lazım olduğunu dedim. Son matçlarda hücumu sonlandırmaqla bağlı problemlər yaşayırdıq. Amma bu gün 5 qol vurduq. Bir də sayılmayan qolumuz oldu. “Trabzonspor”un hansı heyətlə oynamasından asılı olmayaraq, onlara qarşı səfər matçları hər zaman çətin keçir. Oyunun qırılma anı 2-ci qolumuz oldu. Futbolçularıma bu gözəl performansa görə təşəkkür edirəm. Hələ nəzərə alaq ki, Zaha və Kaan Ayhan öz mövqeyində oynamadı. Sosial şəbəkədə oyunçuları çox tez asıb-kəsirik. Amma səbirli olmalıyıq. Qalatasaray“lılar bu oyunçulara sahib çıxmalıdı. Çünki bu futbolçulara güvənirik. Bəlkə də superliqada bu mövsüm “Qalatasaray” tarixinin ən yaxşı performansını sərgiləyirik! Böyük rəqiblərə qarşı oyunlarda yaxşı nəticələr əldə edirik. Çünki bu cür matçlara fərqli konsentrasiya ilə çıxırıq. Çox az xal itiririk. Ötən mövsüm 4 məğlubiyyətimiz var idisə, bu mövsüm bir dəfə uduzmuşuq. Ötən mövsüm “İstanbul BŞ” üzərində böyükhesablı qələbədən sonra fanatların da dəstəyi ilə ruh yüksəkliyi yaşayaraq çempionluğa doğru şığımışdıq. İnanıram ki, bu qələbədən sonra da belə olacaq”.

Fernando Santuş, “Beşiktaş”ın baş məşqçisi: “İlk növbədə rəqibi təbrik edirəm. Səhvlərimizi çox gözəl dəyərləndirdilər. Bu nəticəyə görə birmənalı şəkildə məsuliyyət mənim üzərimdədi. İstədiklərimizin heç birini həyata keçirə bilmədik. Amma həvəsdən düşməməliyik. Çünki artıq çərşənbə axşamı növbəti oyunumuz var. Erkən qol buraxmamalıydıq. Bu qola verdiyimiz reaksiya xoşuma gəldi. 5-6 fürsət yaxalasaq da, dəyərləndirə bilmədik. İkinci hissədə komanda şəklində yaxşı oynamadıq. Transfer mövzusunu, təbii ki, rəhbərliklə müzakirə edirəm. Amma bu gün transfer haqda yox, səhvlərimiz və oyunumuz barədə düşünməliyik. “Beşiktaş” böyük komandadı, həmişə oyunda üstünlüyü əlində saxlamalıdı. Ev və ya səfər fərq etmir, həmişə yığcam oynayan, savaşan, oyuna nəzarət edən komanda olmalıyıq. Birlikdə hücum etmək və birlikdə müdafiə olunmaq üçün üzərimizdə daha çox çalışmalıyıq. Oyunçularıma güvənirəm”.

1-ci LİQA
19-cu tur: Gənclərbirliyi – Sakaryaspor 3:1, Girəsunspor – Çorum 0:3, Tuzlaspor – Altay 2:0, Kocaelispor – Eyupspor 2:1, Ərzurumspor – Bodrum 1:0, Keçiörəngücü – Manisa 1:1, Boluspor – Bandırmaspor 2:1, Şanlıurfaspor – Adanaspor 4:0, Göztəpə - Ümraniyəspor ?????.

1. Eyupspor 19 15 0 4 49-17 45
2. Kocaelispor 19 11 3 5 32-23 36
3. Göztəpə 18 11 2 5 28-13 35
4. Çorum 19 10 3 6 35-19 33
5. Bodrum 19 9 5 5 27-14 32
6. Sakaryaspor 19 9 5 5 30-23 32
7. Gənclərbirliyi 19 8 7 4 23-21 31
8. Bandırmaspor 19 8 6 5 24-17 30
9. Boluspor 19 7 5 7 16-21 26
10. Manisa 19 5 8 6 23-20 23
11. Ümraniyəspor 18 6 5 7 20-22 23
12. Ərzurumspor 19 5 8 6 18-20 23
13. Keçiörəngücü 19 5 5 9 16-25 20
14. Adanaspor 19 6 2 11 17-30 20
15. Şanlıursaspor 19 4 7 8 15-24 19
16. Tuzlaspor 19 5 4 10 19-31 19
17. Altay (-3) 19 4 2 13 12-38 11
18. Girəsunspor 19 2 3 14 11-36 9
Bombardir: Ahmed Kutucu (Eyupspor) – 12.

Paylaş:
Digər xəbərlər

Dünya futbolu

9-08-2023, 20:0

Türkiyə çempionatı - 2023/24 mövsümünün təqvimi

Dünya futbolu

21-01-2024, 16:0

''Beşiktaş'' tarixi fiasko ilə debütantlara qarşı antirekordunu təkrarladı

Dünya futbolu

27-09-2022, 17:0

“Fənərbaxça” Türkiyə futbolunun ən bahalı heyətini yığıb! - SİYAHI

Dünya futbolu

14-03-2023, 21:0

“Qalatasaray” 63 illik rekordu yenilədi – TƏHLİL

Dünya futbolu

20-07-2023, 17:0

Superliqada yeni mövsümün təqvimi bəlli oldu

Aktual
“Bəxtimizə bu yazılıb ki, hər mövsüm orda-burda oynayaq” - “Xəmsə”dən oyun yerinin dəyişdirilməsinə reaksiya
“Araz-Naxçıvan”ın baş məşqçisi 2-ci liqa təmsilçisini çalışdıra bilər
"Turan Tovuz” çempionla oyundan əvvəl çətinliklə üzləşdi – üç futbolçusu...
“Böyük ehtimalla, hədəf premyer-liqaya vəsiqə qazanmaq olacaq” – qusarlılar elita üçün hazırlaşır!
Rəhim Həsənov Əliyar Ağayevi sonuncu turda da bağışlamadı!
Bəhlul “Sumqayıt”a qarşı oynayacaq? – rəsmi açıqlama
Son xəbərlər
  • Dünən, 23:51
    Dünya çempionatını buraxacaq
  • Dünən, 23:38
    Klubuna 40 yaşında da gərək oldu
  • Dünən, 23:02
    Yeni kapitan oldu
  • Dünən, 22:20
    Vlahoviç hara gedir?
  • Dünən, 21:59
    Levandovskini “Barsa”da kim əvəz edəcək?
  • Dünən, 21:30
    “Məktəbli Kuboku”nun final oyunları keçiriləcək
  • Dünən, 20:52
    "Hədəfimiz ötən mövsümdən yaxşı olmaq idi" - Ayxan Abbasov
  • Dünən, 20:21
    "Qəbələ" "Şamaxı"nı məğlub etdi - YENİLƏNİB
  • Dünən, 19:58
    Rəhim Həsənovdan mübahisəli epizodlara şərh - VİDEO
  • Dünən, 19:26
    Daha bir güləşçimiz "qızıl" qazandı - AÇ
  • Dünən, 18:51
    Milli komandada yeni təyinat
  • Dünən, 18:20
    "Neftçi" ölkə kubokunun qalibi oldu
  • Dünən, 17:59
    Seyxan Fərəcov mükafatlandırıldı
  • Dünən, 17:28
    "Qəbələ" - "Şamaxı": START HEYƏTLƏRİ
  • Dünən, 16:59
    “Transfer pəncərələri”nin vaxtı məlum oldu
  • Dünən, 16:28
    Premyer-liqada yeni mövsüm nə vaxt başlayacaq?
  • Dünən, 15:57
    Moldovada 11 medallıq zəfər
  • Dünən, 15:26
    “Bəxtimizə bu yazılıb ki, hər mövsüm orda-burda oynayaq” - “Xəmsə”dən oyun yerinin dəyişdirilməsinə reaksiya
  • Dünən, 14:55
    “Araz-Naxçıvan”ın baş məşqçisi 2-ci liqa təmsilçisini çalışdıra bilər
  • Dünən, 14:34
    "Turan Tovuz” çempionla oyundan əvvəl çətinliklə üzləşdi – üç futbolçusu...
  • Dünən, 14:13
    Bakıda gənc futbolçular üçün seçim turniri keçiriləcək
  • Dünən, 13:52
    “Böyük ehtimalla, hədəf premyer-liqaya vəsiqə qazanmaq olacaq” – qusarlılar elita üçün hazırlaşır!
  • Dünən, 13:28
    AFFA-da məşqçi kursları davam edir
  • Dünən, 12:57
    Rəhim Həsənov Əliyar Ağayevi sonuncu turda da bağışlamadı!
  • Dünən, 12:36
    İki güləşçimiz Avropa çempionatının finalında
  • Dünən, 12:15
    Bəhlul “Sumqayıt”a qarşı oynayacaq? – rəsmi açıqlama
  • Dünən, 11:54
    “Kicker” Ayxan Abbasovdan sitat gətirdi, Mahirə tövsiyə verdi
  • Dünən, 11:23
    Ölkə kubokunda final - "Araz-Naxçıvan" "Neftçi"yə qarşı
  • Dünən, 10:52
    Okan Buruk Terimin yolu ilə gedəcəkmi? - İtaliya nəhəngi onun xidmətində maraqlıdı
  • Dünən, 10:31
    Nəriman ABŞ kubokunda məhsuldar ötürmə etdi
  • Dünən, 10:00
    ''Beşiktaş''ın əfsanəsi karyerasını bitirdi - Ona klubda iş veriləcək
  • Dünən, 00:55
    Unay Emeri yenə Avropa Liqasının qalibi oldu!
  • 20-05-2026, 23:0
    Karvaxal inciyib: baş məşqçini vida yeməyinə çağırmadı
  • 20-05-2026, 23:0
    "İmişli" futbolçusu ilə yeni müqavilə imzaladı - RƏSMİ
  • 20-05-2026, 22:0
    UEFA prezidenti Türkiyə futbolu haqda nələr dedi? - ''Bəli, potensial var, amma...''
Daha çox
Oxunub: 305
"Neftçi" Konfrans Liqasına vəsiqə qazandı, "Zirə" Avropadan kənarda qaldı
Oxunub: 244
Mahir meydana çıxan kimi "fərqləndi" - əlvida, bundesliqa!
Oxunub: 232
“Kəpəz” - “Neftçi” oyununun Sumqayıtda keçirilməsini “ağ-qaralar” istəyib - səbəbi bu yazıda!
Oxunub: 201
“Bu şəhər ikimizə dar”ı artıq “Neftçi” deməlidi! – 3 ildən sonra
Oxunub: 194
“Araz-Naxçıvan”ın baş məşqçisi 2-ci liqa təmsilçisini çalışdıra bilər
Oxunub: 191
“Qəbələ”nin rəqibi kim olacaq: “Səbail”, yoxsa “Mingəçevir”?
Sosial şəbəkələrimiz:
  • Ölkə futbolu
  • Dünya futbolu
  • Avrokuboklar
  • Aktual
  • İdman
  • Layihə
  • Yazarlar
  • Reportaj
  • Müsahibə
  • Maqazin
  • Foto
  • Video
  • Baş redaktor: Mahir Rüstəmli
  • E-mail: mahir_rustemli@rambler.ru
  • Ünvan: Bakı şəhəri, akademik Ələşrəf Əlizadə küçəsi, 31
  • Whatsapp: (99450) 300 09 10
Müəllif hüquqları qorunur. Football-Plus.az-ın məlumatlarından istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdi.
  • Ana səhifə
  • Haqqımızda
  • Reklam
  • Əlaqə