Ayven Touninin yaşıl meydana həsrəti sona çatıb.
“Football-plus.az” xəbər verir ki, “Brentford”un hücumçusu İngiltərə çempionatının şənbə günü “Nottingem Forest” ilə oyununda iştirak edib. 27 yaşlı hücumçu komandasının 3:2 hesablı qələbəsində bir qol vurmaqla rol oynayıb.
Ayven sonuncu dəfə yaşıl meydanda 2023-cü ilin mayında görünmüşdü. O, qeyri-qanuni sayılan mərc oyunlarında iştirakına görə 8 aylıq müddətə cəzlanmışdı.