İngiltərə futbolunda daha bir oyunçu cəzalanıb.
"Football-plus.az" xəbər verir ki, İngiltərə Futbol Assosiasiyası (İFA) “Nottingem Forest”in müdafiəçisi Harri Toffolonu 5 ay müddətinə futboldan uzaqlaşdırılıb. Buna onun mərc oyunlarında iştirak etməsi səbəb olub.
28 yaşlı futbolçu İFA-nın qaydalarını 375 dəfə pozduğunu etiraf edib. O, bütün qayda pozuntularını 2014-17-ci illər aralığında törətdiyini boynuna alıb. Harri bu müddət ərzində “Norviç”, “Suindon”, “Roterhem” və “Peterboro” klublarında çıxış edib. İngiltərəli futbolçu diskvalifikasiyadan əlavə 21 min funt sterlinq cərimələnib. Toffolo “Nottingem Forest”də 2022-ci ilin iyulundan çıxış edir. Onun eyni səbəbdən 8 aylığa cəzalanan “Brentford”un hücumçusu Ayven Touninin aqibətini yaşadığını da bildirək.