“Allah nəsib etsə, sabah “Füzuli” ilə…”

20.01.2024 18:53 240
Aktual / I liqa
Elitaya yüksəlməyə iddialılardan olan “Şamaxı” yeni hücumçu axtarışındadı.

Bu barədə klubun baş məşqçisi Ramiz Məmmədov “Football-plus.az”a açıqlama verib. Təcrübəli çalışdırıcı eyni zamanda fasilədə keçirəcəkləri yoxlama matçları barədə planları açıqlayıb:

“Artıq 4 oyunçuyla müqavilə bağlamışıq. Daha bir hücumçu axtarırıq. O da hazır olandan sonra transfer çalışmalarımızı yekunlaşdırırıq. O ki qaldı yoldaşlıq görüşlərinə, Allah nəsib etsə, sabah “Füzuli” ilə qarşılaşacağıq. Daha sonra “Karvan”la və daha bir klubla oynayıb yoxlama görüşlərinə yekun vuracağıq”.

KAMAL SƏFƏR