• Ana səhifə
  • Haqqımızda
  • Reklam
  • Əlaqə
  • Ölkə futbolu
    • Premyer-liqa
    • I divizion
    • Yığma
    • Kubok
    • Liqalar
  • Dünya futbolu
    • AÇ
    • DÇ 2026
  • Avrokuboklar
    • Çempionlar Liqası
    • Avropa Liqası
    • Konfrans Liqası
  • Aktual
  • İdman
  • Layihə
  • Yazarlar
  • Reportaj
  • Müsahibə
  • Maqazin
  • Foto
  • Video
  • Ölkə futbolu
    • Premyer-liqa
    • I divizion
    • Yığma
    • Kubok
    • Liqalar
  • Dünya futbolu
    • AÇ
    • AÇ
  • Avrokuboklar
    • Çempionlar Liqası
    • Avropa Liqası
    • Konfrans Liqası
  • Aktual
  • İdman
  • Layihə
  • Yazarlar
  • Reportaj
  • Müsahibə
  • Maqazin
  • Foto
  • Video

1-ci liqa klubları qış fasiləsini necə dəyərləndirir?

1-ci liqa / Manşet

19-01-2024, 20:0

Futbol üzrə ölkə çempionatının 1-ci liqasında qış fasiləsi davam edir.

İştirakçılar fevralın 8-də ilin ilk oyunu üçün meydana çıxacaq. Xatırladaq ki, indiyə qədər bu yarışda 12 tur geridə qalıb. “Qaradağ Lökbatan” 27 xalla turnir cədvəlinin şəriksiz lideridi. Düzdü, komanda mövsümə yaxşı başlamamışdı. Lakin son görüşlərdə ardıcıl qələbələrin qazanılması və əsas rəqiblərin büdrəməsi belə mənzərənin ortaya çıxmasına səbəb oldu. İkinci sırada 22 xal toplayan “Şamaxı”dı. Mövsüm başlamamış favorit sayılan komanda bir neçə matçdan, əsasən, zəif rəqiblərlə sınaqdan məğlub ayrıldı. Belədə Vüqar Əsgərli istefa verdi və baş məşqçi postuna Ramiz Məmmədov gətirildi. Vurğulamaq lazımdı ki, ilin son qarşılaşmalarında kollektivdə müəyyən dirçəliş hiss olundu. Üçüncü yerdə MOİK-i görürük. “Şirlər”lə eyni xala malik ordu klubu “Qaradağ Lökbatan”ın ən çətin rəqiblərindəndi. Çempionatın gedişində xal fərqində ciddi dəyişikliyə imkan verməyən komanda ilin sonunda oyununu tapa bilmədiyindən xeyli geri düşdü. Dördüncü sırada 20 xala malik “İmişli” var. Əsgər Abdullayevin komandası mövsümün ilk yarısında qənaətbəxş çıxış etdi. Nəinki zəiflərlə, güclülərlə mübarizədə də oyun tərzindən əl çəkmədi. Bu xarakteri “İmişli” ilə eyni xala malik, 5-ci pillədə qərarlaşan “İrəvan”a aid edə bilmirik. Çünki Qərbi Azərbaycan təmsilçisi iddialı rəqiblərlə müqayisədə daha çox büdrədi. “Futbol ili”nə sürətli başlayan komanda qələbələri sıralayıb turnir cədvəlində hökmranlıq etsə də, bir müddət sonra maliyyə çatışmazlığı üzündən heyətin dağılması təhlükəsiylə üzləşdi. Yavaş-yavaş özünə gələn komandanın gələcəyini təxmin etmək çətindi. Hər halda, bəhs etdiyimiz klublar yola çempion olmaq hədəfi ilə çıxıb. Bəli, “Qaradağ Lökbatan” vahid liderdi, amma aşağı pillələrdə xal fərqi elə də çox deyil. Bu da fevraldan başlayaraq gərgin mübarizə şəraitində keçən oyunların şahidi olacağımızdan xəbər verir.

Demək olar ki, hər şey komandaların qış fasiləsini necə dəyərləndirəcəyindən asılıdı. Şübhəsiz, hədəf daha da güclənmək olmalıdı. Bəs onlar bu yöndə hansı addımları atır? Hazırlıq dönəmini necə dəyərləndirir? Xatırlayırsızsa, “Səbail”in baş məşqçisi Şahin Diniyev akademiyanın futbolçularının xidmətini lazım olsa, pulsuz aşağı liqa klublarına təklif etmişdi. Görəsən, komandalar bununla bağlı “Səbail”ə müraciət edibmi? Dünən bu suallarla ilk “beşlik”də qərarlaşanların baş məşqçilərinə müraciət etdik.

Ramiz Məmmədov (Şamaxı):

“Yanvarın 5-dən toplaşmışıq. Heyətdə müəyyən dəyişikliklər var. Elçin Rəhimli, Rövşən Şahmuradov və Emil Qasımovla vidalaşdıq. “Futbol+” vasitəsilə hamısına xidmətlərinə görə bir daha təşəkkür edirəm. “Zaqatala”dan Bəhruz Teymurov, “Mingəçevir”dən Roman Hüseynov, “Turan Tovuz”dan Səbayıl Bağırov və Arsen Ağcabəyov futbolçu karyerasına bizdə davam edəcək. Hava şəraiti üzündən “Araz Saatlı” ilə yoxlama oyunumuz ləğv edilsə də, gündəlik iki məşqin heç birində axsama olmadı. Buna görə həm şəhər, həm federasiya, həm də klub rəhbərliyinə “çox sağ olun” demək istəyirəm. Çünki stadionun qardan təmizlənməsini təmin etdilər. 21-də “Füzuli” ilə yoxlama oyunu keçirəcəyik. İkinci sınaqçı-rəqib “Karvan”dı, amma matçın tarixi bəlli deyil. Şahin Diniyevin təklifinə gəlincə, o, çox genişürəkli, ölkə futbolu üçün dəyərli insandı. Amma bizdə heyətin formalaşdırılması prosesi sona çatıb”.


Qəzənfər Abbasov (MOİK):
“Yanvarın 10-dan bəri məşqlər edirik. 21-dən 26-na və ya 29-na kimi Sumqayıtda təlim-məşq toplanışı keçəcəyik. Hələ ki komplekslə danışıq gedir. Üç yoxlama oyunu nəzərdə tutulub. 19-da “Difai Ağsu”, 25-də “Qaradağ Lökbatan”, 29-da isə “Füzuli” ilə oynayacağıq. “Araz-Naxçıvan”dan Nihad Qurbanlı, “İrəvan”dan Nazim Məmmədzadə bizə qoşuldu. Daha bir-iki oyunçu transfer etmək istəyirik. Uyğun olsa, bir legionerlə də anlaşacağıq. Hücum mövqeyini gücləndirmək lazımdı... Sözün düzü, Şahin Diniyevin bəhs etdiyiniz təklifindən xəbərdar deyildim. Mümkün olsa, əvəzedici komandada çıxış edən futbolçularla maraqlanacağıq”.


Əsgər Abdullayev (İmişli):
“Yanvarın 9-dan İmişlidə yığışmışıq. Bilindiyi kimi”, “Kəpəz”lə oyunumuz ləğv edildi, premyer-liqada qış fasiləsi tez sona çatdığından görüş alınmayacaq. 24-də “Araz Saatlı”, 31-də isə “Qaradağ Lökbatan” ilə yoxlama matçında üz-üzə gələcəyik. Əsas oyunçularımızın əksəriyyəti bizimlədi. Emin Quliyev, Məzahir Əhmədov, İlyas Səfərli, Ziya Məmmədov, Fərid Nadirov və Tonia Tisdel sıralarımızdan ayrıldı. İbrahim Əliyevlə Xaqani Sadıxovu transfer etdik. İnşallah, ardı gələcək. Pleymeyker mövqeyi üçün təcrübəli legioner axtarışındayıq. Şahin Diniyevin sözügedən təklifinə görə onunla görüşüb söhbət etmişdik. Təəssüf ki, istədiyimiz futbolçular “İmişli”yə gəlmək istəmədi”.


Nazim Süleymanov (İrəvan):
“Hazırlığa bir həftə öncə başlamışıq. Arsen Ağcabəyov, Famil Camalov, Rafiq Həsənov, Elşən Abbdullayev və Elvin Yunuszadə komandadan ayrılıb. Qeyd edim ki, Elvin Kosova nın “Kosova” klubuna keçib. Hələ ki hansısa transfer edə bilməmişik. Bir legioner, bir neçə yerli oyunçu axtarışındayıq. Büdcəyə uyğun futbolçularla anlaşmağa çalışırıq. Yanvarın 20-də yoldaşlıq oyunu keçirmək istəyirik. Lakin rəqib hələ məlum deyil. İlk matçdan sonra növbəti matçların tarixi və rəqiblər bəlli olacaq. İndiyə qədər həvəskar komandamızla birgə oyunlar oynamışıq. Şahin Diniyevin təklifinə gəlincə, tezliklə bununla bağlı “Səbail”ə müraciət etmək istəyirik”.


Bu arada "Araz-Naxçıvan"ın oyunçusu Bayraməli Qurbanov "Difai"yə icarəyə verilib. 21 yaşlı yarımmüdafiəçi mövsümün sonuna qədər 1-ci liqa təmsilçisində çıxış edəcək. Qeyd edək ki, bu mövsüm daha çox əvəzedici komandada çıxış edən futbolçu 8 qol vurub.

KƏNAN BAHADIR

Paylaş:
Digər xəbərlər

1-ci liqa / Manşet

2-11-2023, 15:0

MOİK "Qaradağ Lökbatan"ı yenə bilmədi, amma lider oldu - YENİLƏNİB

1-ci liqa

28-12-2023, 12:0

“Qaradağ Lökbatan” qış çempionu oldu - TURUN ŞƏRHİ

1-ci liqa / Manşet

14-12-2023, 16:0

“Qaradağ Lökbatan” yenidən lider oldu - YENİLƏNİB

1-ci liqa

28-10-2023, 11:0

MOİK liderliyini qorudu, “Şamaxı” “İrəvan”ı məğlub etdi - TURUN ŞƏRHİ

1-ci liqa

5-11-2023, 14:0

“Qaradağ Lökbatan” “hərbçilər”i zirvədən sala bilmədi - TURUN ŞƏRHİ

1-ci liqa

28-08-2023, 21:0

1-ci liqada 2023-24 mövsümünün - TƏQVİMİ

Aktual
Mahir Emreli “Rakuv”da qol hesabını açdı!
23 il futbol oynayıb, avrokubok üzü görməyib – “Turan Tovuz”un 34 yaşlı transferi kimdi?
“İmişli”nin taleyi bəlli oldu – Arazın bu tayından Kürün o tayına
"Dinamo-Minsk"i Bakıda dəstəkləyəcək azarkeş sayı açıqlandı
“Yaxşı futbol oynamaq üçün imkan var” – Estoniya “Zirə”ni necə qarşıladı?
“Heç “Karvan-Yevlax”la oyunda da da belə etməmişəm” - Puxaç
Son xəbərlər
  • Dünən, 23:53
    "Təəssüf ki, qol vəziyyətlərindən istifadə edə bilmədik" - Rəşad Sadıqov
  • Dünən, 23:23
    "Biz lap böyük komanda deyilik ki, uduzsaq, sürpriz olsun" - Qurban Qurbanov
  • Dünən, 22:51
    "Bərabərlik bizim üçün yaxşıdı" - ÇSKA-nın baş məşqçisi
  • Dünən, 22:12
    Mahir Emreli “Rakuv”da qol hesabını açdı!
  • Dünən, 22:09
    "Zirə" uduzdu, "Qarabağ" heç-heçə etdi - YENİLƏNİB
  • Dünən, 21:45
    "Xankəndi"də məşqçi təyinatı
  • Dünən, 20:59
    Almaniyada klubunu dəyişdi
  • Dünən, 20:33
    Millimizin heyəti açqlandı
  • Dünən, 19:44
    "Payde" - "Zirə": START HEYƏTLƏRİ
  • Dünən, 19:10
    "Qarabağ" - ÇSKA: START HEYƏTLƏRİ
  • Dünən, 18:30
    ''Qalatasaray'' İkardiyə vida oyunu təklif etsə də...
  • Dünən, 17:58
    23 il futbol oynayıb, avrokubok üzü görməyib – “Turan Tovuz”un 34 yaşlı transferi kimdi?
  • Dünən, 16:56
    Florensiyanı tərk etdi
  • Dünən, 16:25
    Millimizin heyəti açıqlandı - AÇ
  • Dünən, 15:49
    Niderlandda qərar tutdu
  • Dünən, 15:08
    Qvineya millisinin üzvü "Araz-Naxçıvan"da
  • Dünən, 14:40
    "Şəfa"da niderlandlı futbolçu
  • Dünən, 14:19
    “İmişli”nin taleyi bəlli oldu – Arazın bu tayından Kürün o tayına
  • Dünən, 13:57
    Salahın meneceri transferi yubadır
  • Dünən, 13:27
    “Qalatasaray” hələ ki almaq yox, vidalaşmaq ilə məşğuldu
  • Dünən, 12:56
    “Trabzonspor” 26 milyon avroluq satış həyata keçirdi
  • Dünən, 12:25
    Avropada 10-cu qol
  • Dünən, 11:54
    İngiltərədə klubunu dəyişəcək
  • Dünən, 11:23
    “Belədə bundesliqa və ya la liqa klubları onu heyətində görmək istəyər” – Mahiri “Rakuv”da nə gözləyir?
  • Dünən, 10:52
    UEFA reytinqində mövqeyimiz dəyişmədi
  • Dünən, 10:31
    "Karvan-Yevlax"dan daha iki transfer
  • 22-07-2026, 23:0
    “Neftçi” bazar deyil, “Neftçi” xalqdı” - fanklub rəhbərindən sərt açıqlama
  • 22-07-2026, 23:0
    "Qarabağ"a qarşı uğurlu çıxış etmək istəyirik" - ÇSKA-nın baş məşqçisi
  • 22-07-2026, 22:0
    "Qalib olmağa gəlmişdik" - "Dinamo-Minsk"in baş məşqçisi
  • 22-07-2026, 22:0
    "Mənə elə komanda deyin ki, hər matçı qazansın" - Yuri Vernidub
  • 22-07-2026, 21:0
    Abubakar "Kəpəz"də
  • 22-07-2026, 21:0
    Fransadan Portuqaliyaya yollandı
  • 22-07-2026, 20:0
    "Çalışacağıq ki, rəqibin oyununu pozaq" - Rəşad Sadıqov
  • 22-07-2026, 19:0
    "Alınsa, iki transfer həyata keçirəcəyik" - Qurban Qurbanov
  • 22-07-2026, 19:0
    "Kəpəz"də ayrılıq
Daha çox
Oxunub: 191
“Sabah” rəsmisindən “Liv Bona Dea Arena” açıqlaması – klub ora nə vaxt köçəcək?
Oxunub: 164
Varqas “Neftçi”yə nə vaxt qoşulacaq?
Oxunub: 147
“İmişli”nin taleyi bəlli oldu – Arazın bu tayından Kürün o tayına
Oxunub: 139
“Zirə” Kutaisini qaynar qazana çevirdi – “Torpedo”nun kapitanı döyüldü, söyüldü!
Oxunub: 136
Gəncə stadionu və onminlərlə azarkeş Azər Məmmədovu çəkindirmir!
Oxunub: 131
Maluda Duranla komanda yoldaşı olacaq? – “Sabah”dan iddialara reaksiya
Sosial şəbəkələrimiz:
  • Ölkə futbolu
  • Dünya futbolu
  • Avrokuboklar
  • Aktual
  • İdman
  • Layihə
  • Yazarlar
  • Reportaj
  • Müsahibə
  • Maqazin
  • Foto
  • Video
  • Baş redaktor: Mahir Rüstəmli
  • E-mail: mahir_rustemli@rambler.ru
  • Ünvan: Bakı şəhəri, akademik Ələşrəf Əlizadə küçəsi, 31
  • Whatsapp: (99450) 300 09 10
Müəllif hüquqları qorunur. Football-Plus.az-ın məlumatlarından istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdi.
  • Ana səhifə
  • Haqqımızda
  • Reklam
  • Əlaqə