• Ana səhifə
  • Haqqımızda
  • Reklam
  • Əlaqə
  • Ölkə futbolu
    • Premyer-liqa
    • I divizion
    • Yığma
    • Kubok
    • Liqalar
  • Dünya futbolu
    • AÇ
    • AÇ
  • Avrokuboklar
    • Çempionlar Liqası
    • Avropa Liqası
    • Konfrans Liqası
  • Aktual
  • İdman
  • Layihə
  • Yazarlar
  • Reportaj
  • Müsahibə
  • Maqazin
  • Foto
  • Video
  • Ölkə futbolu
    • Premyer-liqa
    • I divizion
    • Yığma
    • Kubok
    • Liqalar
  • Dünya futbolu
    • AÇ
    • AÇ
  • Avrokuboklar
    • Çempionlar Liqası
    • Avropa Liqası
    • Konfrans Liqası
  • Aktual
  • İdman
  • Layihə
  • Yazarlar
  • Reportaj
  • Müsahibə
  • Maqazin
  • Foto
  • Video

Amit, get futbolunu oyna! - KÖŞƏ

Ölkə futbolu / Yazarlar

17-01-2024, 20:0

Çoxları Ruslan Poladovu hələ də futbol oynadığına görə qınayır, “axı sənin oynayan yaşın deyil” deyirlər.

Amma Ruslan 44 yaşında olmasına rəğmən, çıxışıyla həm məşqçilərin, həm də gənc futbolçuların rəğbətini qazanmaqdadı. Sumqayıtlı vingerin elitada oynamaq potensialı olmasa da, 1-ci liqada forma geyə bilər. Ruslan “Füzuli”də çıxış edərkən klubun icraçı direktoru Vasif İsmayılov qəzetimizə açıqlamasında belə demişdi: “Ruslanın 43 yaşı olmasına baxmayaraq, gənc futbolçulardan yaxşı çıxış edir”. Ötən mövsümü Region Liqasında keçirən təcrübəli oyunçu hazırda 2-ci liqada “Qusar”ın şərəfini qorumaqla bərabər start heyətinin oyunçusudu. Cari mövsümdə 1-ci liqa ilə əvəzedicilərin çempionatının ayırılması, 2-ci liqanın təsis edilməsi ilə kənarda qalan, unudulan, futboldan küsən bir çox təcrübəli oyunçuda oynamaq eşqi yenidən baş qaldırdı, onlar yaşıl meydanda göründülər. Butslarını divardan asaraq taksi sürücüsü kimi həyatını sürdürən Ramazan Abbasov 40 yaşında karyerasını bərpa edərək “Kür-Araz”ın heyətində gənclərə dəstək olur, arada qol da vurur. “Şahdağ Qusar”ın 2-ci liqaya gəlməsiylə 35 yaşlı Rahid Əmirquliyev karyerasını bərpa etdi, yaşıl meydana döndü. Elman Sultanovun rəhbərlik etdiyi “Baku Sportinq”də 36 yaşlı Qərib İbrahimov, 34 yaşlı Bəxtiyar Soltanov, 33 yaşlı Röyal Nəcəfov çıxış edir. Yeni yaranan komanda hazırda təcrübəlilər sayəsində çempionatın vahid lideridi.

36 yaşlı Hüseyn Axundov ilə 32 yaşlı Ceyhun Cavadov “Füzuli”nin uğurları üçün tər tökür. Ömrünün 34-cü baharını yaşayan Cavid İmamverdiyev formasını qorumaq üçün top qovduğunu desə də, vurduğu qollarla “Kür-Araz”ı irəli aparır. 2023-də karyerasını bitirən Elvin Məmmədov bu ildən “Cəbrayıl”a kömək etmək fikrindədi. Məncə, artıq bu siyahını genişləndirməyə ehtiyac yoxdu.

Uzunçuluq etməyib mətləbə keçirəm. Amit Quluzadə bir vaxtlar böyük ümidlər bəslənilən futbolçulardan idi, potensialı yüksək qiymətləndirilirdi. Daim legioner həyatı yaşamağa can atması da ona inamı artırırdı. Futbolçunun klub karyerası da rəngarəng idi. Çempionatımızda “Neftçi”, “Rəvan”, “Qəbələ”, “Sumqayıt”, “Səbail”də çıxış etməklə yanaşı, Portuqaliya, Yunanıstan, Kosovo, Bosniya və Hersoqovina, Moldova və Avstriyada legioner həyatı da yaşayıb. Amit U-17, U-19, U-21 və A yığmalarımızda oynamağa da vaxt tapıb. Amma 2022-ci ildə 31 yaşlı futbolçunun karyerasında böhran başladı. O, klub tapmaqda çətinlik çəkdi və ya səhv qərarlar verdi, həmin vaxt qəzetimizə verdiyi açıqlamalarda klub axtarışında olduğunu israrla qeyd edirdi. Amma sürpriz qabaqdaymış. Heç kimin gözləmədiyi halda, Amit 2-ci liqaya yüksələn “Füzuli”də həm oynayacaq, həm də idman direktoru vəzifəsini tutacaqdı. Amma gözlənilən baş vermədi. Məşqçi təcrübəsi olmayan Amiti baş məşqçi postuna irəli çəkdilər. Səmimi demək lazımdı ki, onun rəhbərliyi altında debütant pis çıxış etmədi. Lakin 10-cu turda səfərdə “Şəmkir”ə qalib gəldikləri oyundan sonra 31 yaşlı baş məşqçi istefa verdi. Onun bu qərarı klub rəhbərliyində şok effekti doğurdu. Çünki “Füzuli” camiəsinin Amitin işindən narazılığı yox idi. Həmçinin Qarabağ təmsilçisi komandaya əslən Füzulidən olan futbolçuları və mütəxəssislər irəli çəkmədə maraqlıydı. Yığmamızın sabiq üzvü də əslən Füzulidəndi. Onu da bəh-bəhlə kluba gətirmişdilər. İndiyə kimi də bəlli deyil ki, məşqçilikdə ilk addımlarını atan Amit “Şəmkir”lə matçda “qırmızı” aldığına, məşqçilik üçün empatiya duyğularının zəifliyinə görə, yoxsa hansı səbəbdən komandadan getdi. Bu mövzuda açıqlama verməkdən də qaçdı. Görünən odu ki, Amit Quluzadə hələ ki məşqçi kimi yetişməyib.

30 yaşı haqlamış bəzi futbolçuların qərarlarını anlamaq olmur. Onlar arasında elələri var ki, həm futbol oynamaq istəyir, həm də bu yöndə ciddi addım atmır. Elələri də var ki, evdə oturmağı 1-ci liqada çıxış etməkdən üstün tutur. Vaxtilə elitanın bombardiri olan Nurlan Novruzov açıqlamalarının birində qəti şəkildə vurğuladı: “1-ci liqada oynamaqdansa, karyeramı bitirərəm”. “Onun bu ifadəsi birmənalı qarşılanmamış, ünvanına tənqid yağmışdı. Buna baxmayaraq, Nurlanı başqalarından fərqləndirən odu ki, oynamaq eşqi azalmayıb, bu eşq onu hətta Nepala aparın çıxarmışdı. 30 yaşlı forvard hazırda Litvanın 1-ci liqa təmsilçisi “Yonava”da karyerasını davam etdirir.

Amitin də karyerasını bərba etməsi pis olmazdı. Sosial şəbəkələrdə “like” yığmaq üçün cazibədar şəkillər paylaşmaq, hərdən də efirə çıxmaq üçün böyük hünər tələb olunmur. Mümkündüsə, ciddiliyini itirməmisənsə, yenidən ölkə xaricinə çıx. Ən azı səndən yaşça böyük Araz Abdullayevdən, karyerasını bərpa edərək Türkiyəyə yollanan Elnar Kərimovdan nümunə götür. Legioner həyatı üçün qapın bağlanıbsa, onda aşağı liqalarımıza boylan. Hər halda, sənin xidmətində maraqlı olan klublar çoxdu. “Qaradağ Lökbatan”, MOİK, “Şamaxı”, “Zaqatala”, “Karvan” kimi klublara təcrübənlə fayda verərsən.
Hərdən “aypəd”ini və ya bahalı telefonunu qarşına qoyub ölkə futbolundakı dəyişiklikləri, əsas da adını yuxarıda çəkdiyim futbolçu yoldaşlarının çıxışını nəzərdən keçir, dərindən düşün. Onda anlayacaqsan ki, yanlış sularda üzürsən.

ABDULLA İSMAYILOĞLU

Paylaş:
Digər xəbərlər

Ölkə futbolu

21-02-2023, 17:0

Azərbaycan millisinin sabiq futbolçusu ilə bağlı plan hazırlanıb – AÇIQLAMA

Liqalar

2-05-2023, 16:0

“Bu cütün qalibi Region Liqasının çempionu olacaq"

1-ci liqa / Müsahibə

6-03-2023, 14:0

Ruslan Poladov: "“Füzuli" çempion kimi diviziona çıxsa, daha layiqli olar” - MÜSAHİBƏ

2-ci liqa / Manşet

25-09-2023, 23:0

İdman direktoru kimi gəlmişdi, baş məşqçi oldu

2-ci liqa / Manşet

24-11-2023, 18:0

“Gələcəkdə bu bölgədən bizim nəsli üstələyəcək istedadlı futbolçular çıxacaq”

Aktual
Yankoviç "Konyaspor"da? - Türkiyə klubu "Qarabağ"dan çox maaş təklif etdi, razılaşdı!
“Mayın 25-də növbəti yoxlama olacaq” - “Turan Tovuz” “Sabah”ı niyə Masazırda qəbul edir?
“Kəpəz” - “Neftçi” oyununun Sumqayıtda keçirilməsini “ağ-qaralar” istəyib - səbəbi bu yazıda!
“Turan Tovuz” avrokubok matçını Tovuzda keçirə biləcək? – rəsmi açıqlama
“Həmişə olduğu kimi, bu dəfə də ədalət yerini tapdı” - Mahmud Sadıqov çempionluğu şərh etdi
“Kür-Araz” təxribata meyilli komandadı” – İmişlidəki dava-dalaşa nə səbəb olub?
Son xəbərlər
  • Bu gün, 22:31
    ''Qalatasaray'' 3 futbolçu ilə bağlı qərarını verdi, İkardinin taleyi bu həftə bəlli olacaq
  • Bu gün, 21:55
    Yankoviç "Konyaspor"da? - Türkiyə klubu "Qarabağ"dan çox maaş təklif etdi, razılaşdı!
  • Bu gün, 21:50
    “Mayın 25-də növbəti yoxlama olacaq” - “Turan Tovuz” “Sabah”ı niyə Masazırda qəbul edir?
  • Bu gün, 20:55
    Neymarla bağlı yekun qərar sevinclə qarşılandı
  • Bu gün, 20:26
    Yenidən “Mançester Siti”də işləyəcək
  • Bu gün, 20:09
    Marseldən Milana qayıdacaq
  • Bu gün, 19:38
    Konte gedəcək, Sarri gələcək?
  • Bu gün, 19:08
    La Liqada yeni rekord
  • Bu gün, 18:37
    İnzaqi hara üz tutacaq?
  • Bu gün, 18:06
    Türkiyə yığmasının DÇ-2026 üçün geniş heyəti açıqlandı
  • Bu gün, 17:35
    “Kəpəz” - “Neftçi” oyununun Sumqayıtda keçirilməsini “ağ-qaralar” istəyib - səbəbi bu yazıda!
  • Bu gün, 17:19
    “Turan Tovuz” avrokubok matçını Tovuzda keçirə biləcək? – rəsmi açıqlama
  • Bu gün, 17:00
    “Həmişə olduğu kimi, bu dəfə də ədalət yerini tapdı” - Mahmud Sadıqov çempionluğu şərh etdi
  • Bu gün, 16:30
    Kaspiyskdə güləşçilərimizdən iki medal
  • Bu gün, 16:01
    “Şaxtyor” ardıcıl 7-ci qələbəsini qazandı, Yarmolenko Rebrova çatdı - İCMAL
  • Bu gün, 15:49
    “Barselona”dan daha bir rekord
  • Bu gün, 15:24
    “Beşiktaş”da ikinci Sərgən Yalçın dönəmi başa çatdı!
  • Bu gün, 14:53
    “Real”, “Fənərbaxça” və “Valensiya” da “Olimpiakos”a qoşuldu
  • Bu gün, 14:22
    "Əsas məqsədim Avropada tanınan sistem qurmaqdı" - "Sabah"ın yeni baş məşqçisi
  • Bu gün, 13:58
    Premyer-liqada mövsümün ən gənc futbolçusu kimdi?
  • Bu gün, 13:29
    “Sabah”ın yeni baş məşqçisi bəlli oldu - RƏSMİ
  • Bu gün, 12:52
    “Kür-Araz” təxribata meyilli komandadı” – İmişlidəki dava-dalaşa nə səbəb olub?
  • Bu gün, 12:00
    İnzaqi bu komandadan da ayrılacaq
  • Bu gün, 11:33
    Lebron Ceyms üçün mövsüm bitdi
  • Bu gün, 11:02
    “Karolina” ardıcıl 8-ci qələbə ilə finalda!
  • Bu gün, 10:31
    “Şamaxı”nın futbolçusu əməliyyat olundu
  • Bu gün, 10:00
    “CBC Sport” mərkəzi qarşılaşmanı yayınlamayacaq
  • Dünən, 23:59
    “Şəfa”ya kubok nə vaxt təqdim olunacaq?
  • Dünən, 23:33
    "Turan Tovuz" azarkeşlərinə müraciət etdi - "Bildirmək istəyirik ki, stadionumuzu avrokubok oyunlarına hazırlamaq üçün..."
  • Dünən, 22:20
    “Araz-Naxçıvan” 20-ci dəfə ölkə çempionu oldu
  • Dünən, 21:42
    Elitada növbəti paytaxt təmsilçisi: addım-addım Bakı çempionatına doğru... - YAZI
  • Dünən, 21:06
    “Şəki” 11 yox, 9 nəfərlə oynadı! – kapitan 4 oyunçunu da “tovlayıb”?
  • Dünən, 20:41
    "Xankəndi" çempionluğunu rəsmiləşdirdi
  • Dünən, 19:57
    Region Liqasının qalibi bəlli oldu
  • Dünən, 19:11
    Jali Muaddib "Qarabağ"da - rəsmi
Daha çox
Oxunub: 545
Elvinin menecerindən Qurban Qurbanovun yeni qadağası haqda açıqlama - "sən gəlmə, sənə olmaz..."
Oxunub: 304
"Neftçi" Konfrans Liqasına vəsiqə qazandı, "Zirə" Avropadan kənarda qaldı
Oxunub: 265
Zirvədən yerə çırpılan Əliyar Ağayev qalxdı... - premyer-liqada nə vaxt olacaq?
Oxunub: 254
“Yekə oğlansan, bu nə hərəkətdi edirsən?” - “Qarabağ” azarkeşləri Elvinlə bağlı
Oxunub: 232
Mahir meydana çıxan kimi "fərqləndi" - əlvida, bundesliqa!
Oxunub: 201
“Bu şəhər ikimizə dar”ı artıq “Neftçi” deməlidi! – 3 ildən sonra
Sosial şəbəkələrimiz:
  • Ölkə futbolu
  • Dünya futbolu
  • Avrokuboklar
  • Aktual
  • İdman
  • Layihə
  • Yazarlar
  • Reportaj
  • Müsahibə
  • Maqazin
  • Foto
  • Video
  • Baş redaktor: Mahir Rüstəmli
  • E-mail: mahir_rustemli@rambler.ru
  • Ünvan: Bakı şəhəri, akademik Ələşrəf Əlizadə küçəsi, 31
  • Whatsapp: (99450) 300 09 10
Müəllif hüquqları qorunur. Football-Plus.az-ın məlumatlarından istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdi.
  • Ana səhifə
  • Haqqımızda
  • Reklam
  • Əlaqə