“Bavariya”nın ingiltərəli hücumçusu Harri Keyn “Kicker”ə verdiyi müsahibədə qış fasiləsi dövründə nə ilə məşğul olmasından danışıb:
“Ailəmlə birgə vaxtı əla keçirdim. Adətən, belə günlərdə özüm də oynayırdım, ancaq bu dəfə premyer-liqanın bütün oyunlarına sakitcə baxa bildim. Çox şən alındı, zaman keçdikcə belə duruma öyrəşirəm”.
“Football-plus.az” xəbər verir ki, Keyn həmçinin İngiltərə yığmasının yayda Almaniyada keçiriləcək qitə birinciliyində qələbə şansını da dəyərləndirib:
“Yaxşı şanslarımız var. İngiltərə çoxdan titul qazanmayıb, bu üzdən futbolçular boşluğu doldurmağa çalışacaq. Ümid edirəm ki, Almaniyada oynamağım faktı komandaya kömək edəcək. Yaxşı nümunə göstərməyə və meydanda lider olmağa çalışacam”.
Xatırladaq ki, İngiltərə AÇ-2024-ün final mərhələsində Sloveniya, Danimarka və Serbiya ilə eyni qrupda yer alıb.