• Ana səhifə
  • Haqqımızda
  • Reklam
  • Əlaqə
  • Ölkə futbolu
    • Premyer-liqa
    • I divizion
    • Yığma
    • Kubok
    • Liqalar
  • Dünya futbolu
    • AÇ
    • AÇ
  • Avrokuboklar
    • Çempionlar Liqası
    • Avropa Liqası
    • Konfrans Liqası
  • Aktual
  • İdman
  • Layihə
  • Yazarlar
  • Reportaj
  • Müsahibə
  • Maqazin
  • Foto
  • Video
  • Ölkə futbolu
    • Premyer-liqa
    • I divizion
    • Yığma
    • Kubok
    • Liqalar
  • Dünya futbolu
    • AÇ
    • AÇ
  • Avrokuboklar
    • Çempionlar Liqası
    • Avropa Liqası
    • Konfrans Liqası
  • Aktual
  • İdman
  • Layihə
  • Yazarlar
  • Reportaj
  • Müsahibə
  • Maqazin
  • Foto
  • Video

Premyer-liqada böyük legioner itkisi

Dünya futbolu

16-01-2024, 00:0

Asiya Kuboku (AK) və Afrika Millətlər Kubokunun (AMK) yanvar-fevral aralığında keçirilməsinin Avropa ölkələrinin çempionatında az-çox futbolçu qıtlığına səbəb olduğu hamıya bəllidi. Premyer-liqa bu baxımdan “köhnə qitə”nin ən çox təsirlənən turnirləri sırasındadı. İngiltərənin ən yüksək liqasından iki qitə çempionatına 39 oyunçu yollanıb.

"Football-plus.az" xəbər verir ki, yalnız “Mançester Siti”, “Nyukasl” və “Bernli” heç bir oyunçusunu itirməyib. Premyer-liqanın qalan 17 klubu az və ya çox dərəcədə itki ilə üzləşib. Doğrudu, bu liqada çıxış edən bütün asiyalı və afrikalı futbolçular müxtəlif səbəblərdən milli komandalarına dəvət almayıblar. Mövsüm ərzində sifariş edilən oyunçuların orta göstəricisinin 25-ə bərabər olduğunu və bütün legionerləri nəzərə alsaq, iki tamheyətli komanda qurmaq mümkündü. Aydın məsələdi ki, bütün milli futbolçular premyer-liqanın favoritlərini və əsas heyəti təmsil etmirlər. Amma bu həqiqətdi ki, İngiltərədə hətta yüksək liqada qalmaq uğrunda mübarizə belə böyük pullar uğrunda oyunlar deməkdi. Belə statusa malik olan “Nottingem Forest” isə mövsümün ortasında 5-i əsas heyət üzvü olmaqla 6 oyunçusunu itirib. Premyer-liqadan Asiya və Afrikaya yollanan ən vacib futbolçuların rəmzi komandasını qurmağa çalışaq.

Qapıçı
Andre Onana
Klubu: Mançester Yunayted
Ölkəsi: Kamerun
“Qırmızı şeytanlar”ın Andredən güclü qapıçısı yoxdu. Rəhbərlik ötən yay yeni müqavilə təklif etmədiyi ispaniyalı De Xeanı geri qaytarmaq istəmədi. Halbuki 12 il (2011-23) MY-nin qapısını qoruyan 33 yaşlı David hələ də azad agent statusu daşıyır. Bəli, Onana premyer-liqadakı debüt mövsümündə bir sıra kobud səhvlərə yol verib, amma çox sayda seyvləri ilə komandaya faydalı olduğunu da deməliyik. Yeri gəlmişkən, o, DÇ-2022 zamanı baş məşqçi ilə ciddi fikir ayrılığına görə Kamerun yığmasından ayrılmışdı. Qətərdə keçiriən turnirin gedişindəcə milli forma ilə vidalaşdığını da bəyan etmişdi. Lakin ara sakitləşəndən sonra beynəlxalq karyerasını bərpa etdi. Deməli, Erik ten Haq baş məşqçi vəzifəsini bir neçə həftəlik Onanasız qorumağa çalışmalıdı.

Müdafiəçilər
Serj Orye
Klubu: Nottingem Forest
Ölkəsi: Kot d’İvuar
“Nottingem Forest”in sıralarını tərk edən 6 oyunçunun hamısı afrikalıdı. Orye komandanın ən tanınmış legioneridi. O, əvvəlki kimi sabit oyun sərgiləyə bilmir, amma təcrübəli müdafiəçi sağ cinahı bağlamağı, bu cinahla irəli atılmağı, başqa sözlə, komandanın hücumuna dəstək verməyi bacarır. “Meşəçilər” onun yoxluğunu Qonsalo Montyel ilə “sığortalamağa” çalışacaqlar. Amma argentinalı dünya çempionu bu mövsüm premyer-liqada keçirdiyi 6 oyundan yalnız üçündə əsas heyətdə meydana çıxıb.

Nayef Agerd
Klubu: Vest Hem
Ölkəsi: Mərakeş
“Vest Hem” hazırda turnir cədvəlində MY-dən öndədi. Agerd isə londonluların bu mövsüm çempionatın 16 oyununda iştirak edən və 1 qol vuran əsas müdafiəçisi sayılır. Qətərdəki sonuncu dünya çempionatında 4-cü yeri tutmaqla Afrikanın ən yaxşı nəticəsinə nail olan Mərakeş yığmasından qitə çempionatında uğurlu nəticə gözlənilir. Bunun üçün isə Nayef kimi nəhəng cüssəli müdafiəçinin köməyinə yenə ehtiyac var. Əvvəl “Renn”də çıxış etmiş futbolçu “Vest Hem”də fransalı Kurt Zuma ilə yanaşı oynayır. Baş məqşçi Devid Moyes qarşıdakı matçlarda yunanıstanlı Konstantinos Mavropanos ilə italiyalı veteran Ancelo Oqbonnadan yararlanmalı olacaq.

Villi Boli
Klubu: Nottingem Forest
Ölkəsi: Kot d’İvuar
“Nottingem Forest”in Kot d’İvuardan olan daha bir müdafiəçisi rəmzi komandaya düşməyə layiqdi. AMK Bolinin ölkəsində keçiriləcək. Bu isə təcrübəli futbolçu üçün ikiqat əlamətdar hadisə sayılır. Qeyd edək ki, İngiltərədə “Vulverhempton”un da formasını geyən 32 yaşlı Villi Paris yaxınlığında doğulduğu üçün milli komandaya 2020-ci ildə cəlb olunub. Məşhur Klerfonten Mərkəzinin yetirməsi olan futbolçu Fransanın müxtəlif yaş qruplarından olan yeniyetmələrdən ibarət yığmalarında çıxış edib. Buna baxmayaraq, “üçrənglilər”in əsas komandasına dəvət almayıb və bu yaşında tarixi vətəninə xidmət etməyi özü üçün borc bilib.

Takehiro Tomiyasu
Klubu: Arsenal
Ölkəsi: Yaponiya
Yaponiyalı müdafiəçi 2021-ci ildən sıralarında olduğu “Arsenal”ın əsas heyətində heç cür möhkəmlənə bilməyib. Ötən ilin dekabrında zədə alan Takehironun bu ay London klubu tərk edə biləcəyi xəbər verilmişdi. Lakin AK icarə üçün yeni klub seçiminə maneə törədir. Tomiyasu hər iki cinahda, hərdən isə hətta mərkəzdə oynamağı bacarır. Amma baş məşqçi Mikel Artetaya sabit oyun sərgiləyən müdafiəçilər lazımdı. Başqa sözlə, bu mövsüm premyer-liqada 13 oyuna 1 qol vuran Takehironun yeni çağırışa ehtiyacı var.

Yarımmüdafiəçilər
İv Bissuma
Klubu: Tottenhem
Ölkəsi: Mali
“Arsenal”ın qanalı oyunçusu Tomas Partey AMK-da çıxış etməyəcək. Rəsmi səbəb kimi onun zədəli olması göstərilib. Lakin yarımüdafiəçinin qanunla bağlı problemi də var: Tomas bir müddət əvvəl bir qıza qarşı fiziki təzyiqə əl atmaqda ittiham olunur. Onun qitə çempionatını buraxması Bissumanı önə çəkir. Malili dayaq yarımmüdafiəçisi bu mövsüm premyer-liqada “Tottenhem”in 15 oyununda meydana çıxıb.

Məhəmməd Kudus
Klubu: Vest Hem
Ölkəsi: Qana
“Vest Hem” premyer-liqada 5 xal geri qaldığı “Tottenhem”dən sonra 6-cı yeri tutur. Moyes Kudusun komandada debüt mövsümündəki çıxışından razı qalmalıdı. Hücumun sağ cinahında və arabir hücumçuların arxasında oynayan qanalı çempionatda 6 qolun və 1 məhsuldar ötürmənin müəllifidi. Məhəmmədin Avropa Liqasındakı oyunu da qənaətbəxş sayılır. Əlcəzairli Səid Benrahma bu mövsüm məhsuldar çıxış edə bilmir. Odu ki, Kudusun yoxluğu “çəkicdöyənlər” üçün daha ciddi itkidi.

Kaoru Mitoma
Klubu: Brayton
Ölkəsi: Yaponiya
“Brayton”un Mitomanı layiqincə əvəzləyəcək oyunçusu yoxdu. Hərçənd baş məşqçi Roberto De Zerbi son vaxtlar hücumda universal futbolçulardan yararlanmağa üstünlük verir. Amma bu da var ki, Simon Adinqra artıq Kot d’İvuar yığmasının düşərgəsinə yollanıb. Deməli, sol cinahda braziliyalı Joao Pedro oynaya bilər. Çünki ispaniyalı Ansu Fati zədəlidi.

Hücumçular
Məhəmməd Salah
Klubu: Liverpul
Ölkəsi: Misir
Bu mövsüm premyer-liqada 14 qol vurub 8 məhsuldar ötürmə edən futbolçunun bir neçə həftəlik yoxluğu “Liverpul” üçün əsl faciədi. Dominik Soboslai ilə Trent Aleksander-Arnold Məhəmməd qədər faydalı ötürmə verə bilmirlər. Tərslikdən hər iki futbolçu zədəlidi. Hücumçu Darvin Nunyes qol vəziyyətlərini sağa-sola “xərcləyir”, Kodi Qakpo komandaya premyer-liqada 3 qol və 1 assist ilə faydalı ola bilib. Luis Dias ilə Dioqo Jota da məhsuldar çıxış edə bilmirlər. Deməli, Yürgen Klopp bir müddət Salahın yoxluğunu hiss etdirməmək üçün güclü mütəxəssis kimi əməlli-başlı baş sındırmalı olacaq...

Son Hın Min
Klubu: Tottenhem
Ölkəsi: Koreya
Koreyalı indi xüsusilə Harri Keynin Almaniyaya yollanmasından sonra londonluların lideri sayılır. Doğrudu, Son dünya futbol iyerarxiyasında Salah kimi güclü statusa malik deyil. Amma fakt budu ki, Keynin yoxluğunda “Tottenhem”in ən məhsuldar oyunçusu məhz asiyalıdı: premyer-liqada 12 qol vurub və 5 oyundaşlarına məhsuldar ötürmə verib. Baş məşqçi Angelos Postekoğlu vəziyyətdən çıxmaq üçün Rişarlisonu hücumun mərkəzində oynatmağa məcburdu. Amma braziliyalının Hın Min kimi məhsuldar olmadığı hamıya bəllidi.

Nikolas Cekson
Klubu: Çelsi
Ölkəsi: Seneqal
“Vulverhempton”un koreyalı yarımmüdafiəçisi Hi Çan Hvan premyer-liqada 10 qol vurub. Buna baxmayaraq, rəmzi komandaya sırf hücumçu olan Cekson daha layiqdi. Seneqallı 7 qolla “Çelsi”nin ən məhsuldar forvardıdı. 22 yaşlı Nikolas İngiltərədəki debüt mövsümündə heç də pis təsir bağışlamır. Əlbəttə, Maurisio Poçettino onun məhsuldarlığının daha da artmasını istəyir. Gənc futbolçu isə milli komandasına Afrika çempionu titulunu qorumaqda kömək etməyi arzulayır.

Paylaş:
Digər xəbərlər

Dünya futbolu

2-01-2024, 17:0

Qitə çempionatında oynaya bilməyəcək

Dünya futbolu

9-04-2023, 16:0

Premyer-liqada 100 qol vuran ilk asiyalı oldu

Dünya futbolu

21-04-2022, 14:0

Qvardioladan premyer-liqada rekord göstərici

Dünya futbolu

12-01-2024, 21:0

İngiltərə və İspaniya klubları qitə turnirlərinə kimləri göndərəcək?

Dünya futbolu

27-02-2023, 11:0

“Mançester Yunayted” İngiltərə Liqa Kubokunun qalibi oldu

Aktual
“ÇL-in yükü bəlkə də “Qarabağ”a bir qədər ağır gəldi” - ağdamlıların artıq “Sabah”la bağlı kompleksi var
Mahiri hələ meydanda görək, 1-ci bundesliqa haqda sonra düşünərik...
“Elvinin top-5 liqaya getməsinin gec olduğunu düşünürəm” - 25 yaşlı müdafiəçi böhrandan necə çıxacaq?
“Turan Tovuz” finala çıxmaq istəmirdi?
“Karvan-Yevlax”ın ulduzları niyə oynamır?
“Erkən qollar komandanı sındırdı” - Qərb təmsilçisinin prezidenti
Son xəbərlər
  • Bu gün, 11:54
    Yayda klubunu tərk edəcək
  • Bu gün, 11:23
    Dünya çempionatını buraxa bilər
  • Bu gün, 10:52
    “Qarabağ “Neftçi” ilə oyunu təxirə salanda çempionluğu itirmişdi” - “köhlən atlar”ın xanım azarkeşi sevimli komandasını tənqid etdi
  • Bu gün, 10:31
    Yeni mövsümdə MS-yə gərək olmayacaqlar
  • Bu gün, 10:00
    Arbeloanı əvəzləməyə kim daha çox şanslıdı?
  • Bu gün, 01:00
    “ÇL-in yükü bəlkə də “Qarabağ”a bir qədər ağır gəldi” - ağdamlıların artıq “Sabah”la bağlı kompleksi var
  • Bu gün, 00:06
    10 il əvvəlki çempion 3-cü diviziona düşdü!
  • Dünən, 23:32
    Milli komandada istefa
  • Dünən, 23:01
    Günay Qurbanova bürünc medal qazandı - AÇ
  • Dünən, 22:15
    "Kolambus Kryu" Nərimanı təbrik etdi
  • Dünən, 21:37
    Qaliblər vətənə döndü! - 2 qızıl, 3 bürünc, 133 xal
  • Dünən, 20:42
    Zaur Axundov futzalın qara gününü niyə ört-basdır edir?! – YAZI
  • Dünən, 20:11
    Mahiri hələ meydanda görək, 1-ci bundesliqa haqda sonra düşünərik...
  • Dünən, 19:40
    Cəbrayılda cüdo üzrə kəmər imtahanı keçiriləcək
  • Dünən, 19:19
    Rəhim Həsənov Rəvan Həmzəzadədə səhv tapmadı - VİDEO
  • Dünən, 18:48
    “Zirə”nin 3-cü, “Sabah”ın 2-ci finalı
  • Dünən, 18:17
    LNZ ilk 15 dəqiqədə qol buraxanda həmişə qələbəyə həsrət qalır - İCMAL
  • Dünən, 17:46
    ''Beşiktaş'' prezidenti icarədə olan oyunçular və Fernandeş haqda nə dedi?
  • Dünən, 17:15
    Cokoviçlə Alkaras Madrid turnirindən çəkildi
  • Dünən, 16:44
    Millimiz Belarusla qarşılaşacaq
  • Dünən, 16:13
    MBA-nın oyunlarını Amerikada 170 milyon adam izləyib!
  • Dünən, 15:42
    Makdevid mövsümün bombardiri, Makkinnon snayperi oldu
  • Dünən, 15:11
    “Elvinin top-5 liqaya getməsinin gec olduğunu düşünürəm” - 25 yaşlı müdafiəçi böhrandan necə çıxacaq?
  • Dünən, 14:40
    “Turan Tovuz” finala çıxmaq istəmirdi?
  • Dünən, 14:19
    “Karvan-Yevlax”ın ulduzları niyə oynamır?
  • Dünən, 13:58
    Jalə Əliyeva Avropa çempionatının yarımfinalında
  • Dünən, 13:27
    Nəbi İsgəndərovdan növbəti qələbə - Dünya Kuboku
  • Dünən, 12:56
    “Sabah”la “Turan Tovuz” çətin durumda – “Neftçi” isə Azərbaycan derbisində problemlə üzləşəcək
  • Dünən, 12:25
    Nəbadə, Elvin!
  • Dünən, 11:54
    “Sabah” ölkə kubokunda 20-ci ev qoluna imza atdı
  • Dünən, 11:23
    “Erkən qollar komandanı sındırdı” - Qərb təmsilçisinin prezidenti
  • Dünən, 10:52
    Güləş millimiz Avropa çempionu oldu
  • Dünən, 10:31
    Nəriman yenə şans qazanmadı
  • Dünən, 10:00
    Daha dörd güləşçimiz mübarizəyə başlayır - AÇ
  • 22-04-2026, 23:0
    "Fərqli ölkələrdə çalışmışam, hakim qərarlarından bu qədər danışıldığını görməmişəm" - Valdas Dambrauskas
Daha çox
Oxunub: 615
Elvin Cəfərquliyev “Qarabağ”dan niyə qovuldu? – şok versiyalar
Oxunub: 272
“Şamaxı”nın yeni baş məşqçisi Elmar Baxşıyevdi!
Oxunub: 271
Başuaa… - ölkənin ən yaxşı futbolçusunun acı sonu
Oxunub: 243
"Renato Piriçin zərbə anını görməsinə mane olubsa, qol sayılmamalıdı" - Gülağa Cabbarov VAR-la dialoqun açıqlanmasını istədi
Oxunub: 196
Konatedən “Neftçi”yə ikinci hörmətsizlik
Oxunub: 185
Qurban Qurbanovun qovduğu Abbas "Zirə"yə keçir
Sosial şəbəkələrimiz:
  • Ölkə futbolu
  • Dünya futbolu
  • Avrokuboklar
  • Aktual
  • İdman
  • Layihə
  • Yazarlar
  • Reportaj
  • Müsahibə
  • Maqazin
  • Foto
  • Video
  • Baş redaktor: Mahir Rüstəmli
  • E-mail: mahir_rustemli@rambler.ru
  • Ünvan: Bakı şəhəri, akademik Ələşrəf Əlizadə küçəsi, 31
  • Whatsapp: (99450) 300 09 10
Müəllif hüquqları qorunur. Football-Plus.az-ın məlumatlarından istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdi.
  • Ana səhifə
  • Haqqımızda
  • Reklam
  • Əlaqə