Coşqun məhsuldar ötürmə etdi, komandası məğlubiyyətdən xilas oldu

15.01.2024 11:55 186
Premyer-liqa
Türkiyə 1-ci liqasında 18-ci turun oyunları keçirilir.

"Football-plus.az" xəbər verir ki, millimizin üzvü Coşqun Diniyevin formasını geyindiyi "Ürmaniyəspor" "Gənclərbirliyi" ilə üz-üzə gəlib.

Qarşılaşma 1:1 hesabı ilə yekunlaşıb. Meydana start heyətində çıxan Diniyev sona qədər oynayıb. O, komandasının yeganə qolunun ötürməsini edib.

“Ürmaniyəspor” 23 xalla 9-cu pillədədi.