• Ana səhifə
  • Haqqımızda
  • Reklam
  • Əlaqə
  • Ölkə futbolu
    • Premyer-liqa
    • I divizion
    • Yığma
    • Kubok
    • Liqalar
  • Dünya futbolu
    • AÇ
    • AÇ
  • Avrokuboklar
    • Çempionlar Liqası
    • Avropa Liqası
    • Konfrans Liqası
  • Aktual
  • İdman
  • Layihə
  • Yazarlar
  • Reportaj
  • Müsahibə
  • Maqazin
  • Foto
  • Video
  • Ölkə futbolu
    • Premyer-liqa
    • I divizion
    • Yığma
    • Kubok
    • Liqalar
  • Dünya futbolu
    • AÇ
    • AÇ
  • Avrokuboklar
    • Çempionlar Liqası
    • Avropa Liqası
    • Konfrans Liqası
  • Aktual
  • İdman
  • Layihə
  • Yazarlar
  • Reportaj
  • Müsahibə
  • Maqazin
  • Foto
  • Video

“Qalatasaray” büdrədi, “Fənərbaxça” vahid lider oldu

Dünya futbolu

15-01-2024, 00:0

Təxirə salınmış və bu həftəiçi keçirilən 16-cı tura yanvarın 10-11-də baş tutan oyunlarla yekun vuruldu.

“Football-plus.az” xəbər verir ki, maraqlıdı ki, son iki oyun günündə səfər komandaları qələbəyə həsrət qaldı.

Çərşənbə günü 4 qarşılaşma keçirildi. “Qaziantep”i evdə yenə bilməyən “Hatayspor”un qələbəsiz seriyası 7 oyuna çatdı. “Kayserispor” da uğursuz dönəm keçirməkdə və turnir cədvəlində sürətlə geriləməkdə davam edir. İstanbulda “Fatih Karagümrük” önündə darmadağın olan Kayseri təmsilçisi ardıcıl 4-cü turu xalsız tamamladı. Bu matçda 3 qol vuran Roden superliqa tarixinə het-trik edən ilk isveçli futbolçu kimi düşdü! Bundan başqa, Şota Arveladze “Fatih Karagümrük”ün başında 4-cü oyunda ilk qələbəsini qazandı. Maddi çətinliklər üzündən bir sıra liderləri ilə vidalaşmalı olan “Adana Dəmirspor” mövsümü qeyri-sabit keçirməkdə davam edir. Adana təmsilçisi aşkar autsayder “İstanbulspor”la ev oyununda 80-ci dəqiqəyə qədər hesabda öndə olsa da, qələbəni əldən verməyə “özündə güc tapdı”. Şahruddinin buraxılan qollarda ciddi səhvi olmasa da, ikinci qolu yaxın küncdən buraxdığını qeyd etməyə dəyər. “Adana Dəmirspor”un son 9 turda cəmi 1 qələbəsi var.

Günün son oyunu Kadıköydə keçirildi. “Konyaspor” son dönəmlərdə “Fənərbaxça” üçün elə də rahat rəqib sayılmırdı. İstanbul nəhəngi bu rəqibi son 10 superliqa matçının yalnız 5-də məğlub etmişdi. Amma bu mövsüm rəqiblərin başına oyun açan “Fənər” “Konyaspor”u da meydana çıxmağına peşman etdi. Ceko artıq 11-ci dəqiqədə özü qazandığı penaltini qola çevirməklə darmadağının əsasını qoydu. Tadiç bu mövsüm ilk dəfə ehtiyatda qaldığı üçün penalti zamanı topa məhz Ceko yaxınlaşdı. Maraqlıdı ki, 31-ci dəqiqəyə qədər hesab dəyişməsə də, “Fənər” fasiləyə 5 (!) qolluq üstünlüklə yollandı. Ceko hesabına daha 2 qol yazdısa, rəqibin müdafiə xəttinin bərbad oynamasından istifadə edən Mərt Müldürlə Şimanski də adını tabloya yazdırdı. Sağ müdafiəçi olan 24 yaşlı Müldür “sarı-lacivərdlilər”in heyətində 13-cü rəsmi oyunda ilk qolunu vurdu. “Kötəkləmə” prosesi 2-ci hissədə də davam etdi. Fasilədə Cekonun yerinə meydana çıxan Batşuayi komandasının 6-cı qolunu vurdusa, son anlarda Uğurcan Yazğılı Cengiz Ündərin ötürməsini qaytarmaq istəyərkən avtoqol müəllifi oldu. Bununla belə, Livakoviç ötən tur olduğu kimi yenə qapısını toxunulmaz saxlaya bilmədi. 90-cı dəqiqədə Gilyerme baxımlı qolla yerli fanatların alqışını qazandı və yekun nəticəni müəyyənləşdirdi. İsmayıl Kartal “Fənər”in başında superliqada 6-cı dəfə ən azı 5 top fərqli qələbəyə sevindi və Kristof Dauma çatdı. Bu göstəricidə lider isə Todor Veselinoviçdi (10). Hələ ki mövsümün ən böyükhesablı qələbəsini qazanan “Fənər” liderliyini davam etdirdi. Bu sarsıdıcı məğlubiyyətdən sonra “Konyaspor”un baş məşqçisi Hakan Keleşin istefa verdiyini də bildirək.

Turun son 2 oyunu cümə axşamına təsadüf etdi. “Qalatasaray” üçün çətin Sivas səfəri uğurlu alınmadı. Zədəli İkardi, Sançes, Boe kimi əsas oyunçularsız meydana çıxmalı olan son çempion ilk yarıda pis təsir bağışlamadı. Kərəm Aktürkoğlunun zərbəsi dirəkdən, Mertensin zərbəsi isə tirdən döndü. Qonaqlar yalnız fasilə ərəfəsində istəklərinə çatdılar. Sol cinahdan təşkil olunan hücum zamanı Kərəm Dəmirbay çətin vəziyyətdə olmasına rəğmən, yerlə topu uzaq küncə göndərdi. Bununla da 30 yaşlı yarımmüdafiəçi “Cim-Bom”da 20-ci rəsmi oyunda qol hesabını açdı. İkinci hissədə “sarı-qırmızılar”ın hakimlikdən narazı qaldığı epizodlar oldu. Bir epizodda Kərəm Dəmirbaya qarşı cərimə meydançasında kobudluq oldusa, digərində meydan sahiblərinin təcrübəli yarımmüdafiəçisi Abdulkadir Parmak yerə yıxılarkən əllə oynadı. Amma hakim Zorbay Küçük hər iki halda oyunu davam etdirdi. Hərçənd 83-cü dəqiqədə top Kərəmin əlinə dəydikdən sonra Küçük düşünmədəm “nöqtə”ni göstərdi! Fode Koyta zərbəni inamlı şəkildə yerinə yetirdi. Bütün komanda ilə irəli atılan “Qalatasaray” qalan qısa müddət ərzində nəinki 2-ci, hətta 3-cü qolu vurmaq üçün də fürsətlər yaxaladı. Bir hücumun gedişində 3 dəfə “çərçivə”yə zərbə endirilsə də, hər üçünü qapıçı Əli Şaşal Vural dəf etməyi bacardı. Bu qapıçı oyunu 6 seyvlə tamamladı. Son saniyələrdə kobud oyuna görə ikinci sarı vərəqəni alan Kərəm Akltürkoğlu peşəkar karyerasında ilk dəfə meydandan qovuldu və növbəti tur ərəfəsində cəzalı duruma düşdü. Bu nəticədən sonra “Qalatasaray” “Fənər”i özündən 2 xal irəli buraxdı.
Tura Qaradəniz derbisi ilə yekun vuruldu. “Trabzonspor” “Samsunspor”u ilk yarıda vurduğu qollarla məğlub etdi. Qonaqlar son saniyələrdə fərqi minimuma endirsələr də, komandanın bundan artığına gücü çatmadı. Uğurcan Çakır oyunu 7 seyvlə tamamlayaraq qələbədə mühüm rol oynadı. 2-ci qolda hesabına məhsuldar ötürmə yazan Visça diqqətçəkən bir göstəriciyə nail oldu. O, superliqada 356-cı oyununda 108-ci məhsuldar ötürməsini verdi. Bununla da Visça bu göstəricidə rekordun sahibi olan “Fənərbaxça”nın əfsanəsi Aleks de Souzaya çatdı. Növbəti məhsuldar ötürmə bosniyalı ulduzu yeni rekordçuya çevirəcək.

16-cı tur
Fənərbaxça – Konyaspor 7:1
Ceko, 11-p.; 32; 40. Mərt Müldür, 42. Şimanski, 44. Batşuayi, 63. Uğurcan Yazğılı, 83-öz qapısına – Gilyerme, 90.
Fənərbaxça: Livakoviç, Mərt Müldür, Sərdar Əziz, Oostervolde, Fərdi Kadıoğlu, Fred, İsmayıl Yüksək (Bartuğ Elmaz, 81), İrfan Can Kahveci (Cengiz Ündər, 65), Şimanski (Umut Nayır, 46), Kinq (Tadiç, 66), Ceko (Batşuayi, 46).

Sivasspor – Qalatasaray 1:1
Koyta, 86-p. – Kərəm Dəmirbay, 45+1.
Qalatasaray: Muslera, Əli Turap Bülbül (Eyup Aydın, 89), Nelsson, Əbdülkərim Bardakcı, Kazımcan Karataş, Torreyra, Kərəm Dəmirbay (Baran Dəmiroğlu, 89), Kərəm Aktürkoğlu, Mertens (Ndombele, 69), Zaha (Tete, 83), Xəlil Dərvişoğlu.

Trabzonspor – Samsunspor 2:1
Benkoviç, 21. Onuaçu, 45+1 – Taylan Antalyalı, 90+5-p.
Trabzonspor: Uğurcan Çakır, Strüger Larsen (Mehmet Can Aydın, 75), Benkoviç, Baniya, Ərən Elmalı, Mendi, Berat Özdəmir (Bardi, 75), Visça (Kərəm Şən, 90), Bakasetas, Funtas (Umut Günəş, 86), Onuaçu (Enes Destan, 90).

Adana Dəmirspor – İstanbulspor 2:2
Yusuf Barasi, 29. Qravilyon, 78 – Vorobyovas, 80. Duhani, 84.
Adana Dəmirspor: Şahruddin Məhəmmədəliyev, İsmayıl Çokçalış, Semih Gülər, Qravilyon, Yusuf Ərdoğan, Stambuli (Dorukhan Toköz, 63), Mişu, Akintola, Nani (Tayfun Aydoğan, 87), Əmrə Akbaba, Yusuf Barasi (Zeneli, 72).

Turun qalan oyunlarının nəticələri: Çaykur Rizəspor – Beşiktaş 0:4 (Raşitsa, 4. Semih Kılıçsoy, 45; 46. Cenk Tosun, 79), Pendikspor – Antalyaspor 0:1 (Bahadır Öztürk, 19), Alanyaspor – Ankaragücü 1:1 (Balkoveç, 48 – Radakoviç, 68), Kasımpaşa – İstanbul BŞ 0:3 (Sərdar Gürlər, 24. Keni, 54. Opoku, 68), Fatih Karagümrük – Kayserispor 4:1 (Roden, 23; 38; 41. Lasanya, 52 – Boa Morte, 45+2), Hatayspor – Qaziantep 0:0.

1. Fənərbaxça 19 16 2 1 56-16 50
2. Qalatasaray 19 15 3 1 36-10 48
3. Trabzonspor 19 11 3 5 34-21 36
4. Beşiktaş 19 10 2 7 30-26 32
5. Adana Dəmirspor 19 7 8 4 33-24 29
6. Kayserispor 19 8 5 6 26-27 29
6. Çaykur Rizəspor 19 8 5 6 24-27 29
8. Antalyaspor 19 7 7 5 24-19 28
9. Kasımpaşa 19 7 5 7 32-37 26
10. Sivasspor 19 6 7 6 24-29 25
11. İstanbul BŞ 19 6 5 8 22-22 23
12. Alanyaspor 19 5 7 7 19-26 22
13. Ankaragücü 19 4 9 6 23-24 21
14. Qaziantep 19 6 3 10 22-29 21
15. Fatih Karagümrük 19 5 5 9 22-20 20
16. Hatayspor 19 4 8 7 25-26 20
17. Samsunspor 19 5 3 11 21-31 18
18. Konyaspor 19 4 6 9 19-32 18
19. Pendikspor 19 3 6 10 20-42 15
20. İstanbulspor (-3) 19 2 3 14 14-38 6
Bombardirlər: Ceko (Fənərbaxça) – 16, İkardi (Qalatasaray) – 12, Tiam (Kayserispor) – 11, Aytac Kara (Kasımpaşa), Şimanski (Fənərbaxça), Onuaçu (Trabzonspor) – 9, Nianq (Adana Dəmirspor), Buksa (Antalyaspor), Çikalleşi (Konyaspor), Manay (Sivasspor) – 8.

Turun rəqəmi
56 – “Fənərbaxça” rəqiblərini “top atəşinə tutmaqda” davam edir. Ötən tur “İstanbulspor”a 5 qol vuran İstanbul nəhəngi bu dəfə “Konyaspor”a 7 qol vurdu. “Fənər”in superliqada ardıcıl 2 oyunda ən azı 5 top vurmasına sonuncu dəfə 2000-ci ilin noyabrında təsadüf olunmuşdu. Ən əsası qollarının sayını 56-ya yüksəldən komanda turnirin rekordunu yeniləməkdə davam edir. Buna qədər Türkiyə çempionatında ilk 19 tura 56 qol vuran komanda olmamışdı! Məhsuldarlıq baxımından rekord “Fənər”in özünə məxsusdu. Komanda 1988/89-da Veselinoviçin başçılığı altında qazandığı çempionluq zamanı 103 qol vurmuşdu. Bu rekordu indiyə qədər də yeniləyən tapılmayıb. Müqayisə üçün bildirək ki, həmin mövsümdə “sarı-lacivərdlilər” 19 tura yalnız 47 dəfə fərqlənmişdilər.

Turun ulduzu
Edin Ceko (Fənərbaxça) – 37 yaşlı forvard əla performans sərgiləməkdə və qolları ilə fanatları coşdurmaqda davam edir. Cekoya “Konyaspor”la oyunda şou göstərmək üçün bir hissə kifayət etdi. O, ilk yarının gedişində 29 dəqiqə aralığında 3 qol vurdu və fasilədə əvəzləndi. Bosniyalı hücumçu bu mövsüm artıq 2-ci het-trikini rəsmiləşdirdi. O, 10-cu turda “Pendikspor”la səfər oyununda da 3 qol vurmuşdu. İkardinin oynamadığı turda əla məhsuldarlıq sərgiləyən Ceko qollarının sayını 16-ya çatdırdı və bombardirlər yarışındakı liderliyini bir xeyli möhkəmləndirdi. Onu da bildirək ki, Ceko karyerasında son 13 mövsümdə yalnız bir dəfə çempionat matçlarında 16 qol həddini aşıb. Bu, 2016/17-də “Roma”nın heyətində baş verib (29 qol).

Turun sitatı
Hakan Keleş, “Konyaspor”un baş məşqçisi: “Oyunla bağlı çox danışmağa ehtiyac yoxdu. İlk növbədə “Konyaspor” camiəsindən üzr istəyirəm. Bu oyun və bu nəticə bizə yaraşmadı. Bu məğlubiyyəti həzm etmək çox çətindi. Məsuliyyət mənim üzərimdədi. Başqanla söhbət edərək üzərimə düşəni edəcəm. Bu qədər. Oyun haqda danışmaq istəmirəm”.

Oyundan sonra
İsmayıl Kartal, “Fənərbaxça”nın baş məşqçisi: “Bu cür hesabla qazanılan qələbə bizi ikiqat sevindirdi. Fanatlarımız önündə bizə yaraşan futbol sərgiləyərək parlaq qələbə qazandıq. Bizim üçün həqiqətən də əla oyun oldu. Fanatlarımıza da pozitiv dəstəklərinə görə təşəkkür edirəm. Əlimizin altında səviyyəli oyunçular var. Daim hücum potensialımızı gücləndirmək və zənginləşdirmək üzərində çalışırıq. Mən də köməkçilərimlə birlikdə gecə-gündüz çalışıram. Oyunçular da tələblərimizə qarşılıq verir. Onlar da bu işdən zövq alırlar. Yəni bu nəticələr sizə asan görünməsin. Bunlar ağır əməyin bəhrəsidi. Motivasiya mənbəyimiz fanatlarımızdı. Onlar xoşbəxt olduqda biz də xoşbəxt oluruq. Bu oyuna hazırlaşmaq üçün elə də çox zamanımız yox idi. Sadəcə, bir dəfə yüngül məşq keçdik. “Konyaspor” yaxşı tanıdığım klublardandı. Oyunçularıma lazımi göstərişləri verdim. Onlar da əla mübarizə apardılar. Məni rekordlar yox, yalnız çempionluq maraqlandırır. Bonuççinin həm maddi şərtləri bizə uyğun olduğu üçün, həm təcrübə baxımından faydalı olacağını düşündüyümüz üçün onu heyətimizə qatdıq”.
Okan Buruk, “Qalatasaray”ın baş məşqçisi: “Sivasspor”un oyuna 5 müdafiəçili sistemlə başlaması təəccüblü oldu. Daha öncə heç vaxt bu cür oynamamışdılar. Topu bizə verib müdafiəyə çəkildilər. İlk yarıda tirdən və dirəkdən dönən toplarımız oldu. Fasilə ərəfəsində layiq olduğumuz qolu vurduq. İkinci hissədə də üstünlük bizdə idi. Amma ikinci qolu vurmaq üçün irəlidə daha fəal olmalıydıq. “Sivasspor” çox da irəli atılmırdı. Oyunun sonlarına yaxın qapımıza şanssız bir penalti təyin olundu. Kərəmin qolu açıq olsa da, əllə oynamaq niyyəti yox idi. Zatən top qapıya da yönəlməmişdi. Amma bizim çempionatda belə şeylərə görə penalti verirlər. Biz də penalti qazana bilərdik. Top Abdulkadir Parmakın əlinə dəymişdi. Nədənsə VAR-dan müdaxilə gəlmədi. Bizə çatanda VAR müdaxilə etmir! VAR-ın, ümumiyyətlə, kimə, nə vaxt, hansı epizodlara görə müdaxilə etdiyi bilinmir. Özümüzü yalnız ikinci qolu vaxtında vura bilmədiyimizə görə günahlandıra bilərik. “Qalatasaray”ın əsl gücü bu deyil. Hakim səhv etsə də, meydan bərbad durumda, heyətimizdə itkilər olsa da, qalib gəlməliydik. Bəhanəmiz olmamalıdı. Hədəfə çatmadığımız üçün üzgünük. Amma qarşıda hələ çox oyun var. Komandama və oyunçularıma güvənirəm. Ötən mövsüm də burdakı oyunumuzda VAR faciəsi yaşanmışdı. Həmin vaxt şübhəli epizod lehimizə idi. Bu gün isə əleyhimizə bir durum yaşandı.Ümid edirəm ki, ötənlki kimi bu dəfə də VAR-dakı danışıqlar ictimaiyyətə açıqlanacaq”.
Abdulla Avcı, “Trabzonspor”un baş məşqçisi: “Samsunspor” yüksəlişdə olan və yeni məşqçisi ilə 9 oyunun 5-də qələbə qazanmış bir komanda idi. Müdafiədən hücuma sürətli çıxmağı bacarırlar. Autdan künc zərbəsi kimi istifadə edirlər. Onların silahlarından biri də pressinqdi. Amma bütün bunlara özümüzü çox yaxşı hazırlamışdıq. Bəzən görürəm ki, qalib gəldiyimiz matçdan sonra da bəziləri oyunumuzdan narazılıq edir. Hər komanda əlinin altındakı oyunçulara uyğun futbol sərgiləyir. Başa düşürəm ki, bəziləri baxımlı futbol izləmək istəyir. Amma baxımlı oyun xal qazandırmır. Biz öz gücümüzə və reallığa uyğun futbol oynayırıq. Bu futbol bizə orta hesabla 2,2 xal qazandırır və göründüyü kimi, 3-cü pillədəyik. Bu gün ilk yarıda üstün oynasaq da, fasilədən sonra “Samsunspor” üzərimizə gəlməyə başladı. 3-cü qolu vurub intriqanı birdəfəlik öldürmək üçün dəfələrlə şansımız oldu. Əsas odu ki, qələbə qazandıq. Fanatlarımıza dəstəklərinə görə təşəkkür edirəm. Onlar bizim üçün böyük əhəmiyyət daşıyır”.

Paylaş:
Digər xəbərlər

Dünya futbolu

9-08-2023, 20:0

Türkiyə çempionatı - 2023/24 mövsümünün təqvimi

Dünya futbolu

8-06-2023, 22:0

“Trabzonspor” mövsümü 6-cı pillədə tamamladı, Çalımbay “Sivasspor”dan ayrıldı - ŞƏRH

Dünya futbolu

26-02-2023, 20:0

Valensiya adını ''Fənərbaxça''nın tarixinə yazdırdı

Dünya futbolu

4-10-2023, 22:0

“Fənərbaxça” 14-cü oyunda da büdrəmədi! - TURUN ŞƏRHİ

Dünya futbolu

20-07-2023, 17:0

Superliqada yeni mövsümün təqvimi bəlli oldu

Aktual
“Karvan-Yevlax” bütün legionerləri yola saldı – icraçı direktordan klubun taleyi ilə bağlı açıqlama
“Bu gün klubdaxili iclas olacaq” – “Baku Sportinq” yenə Samir Ələkbərova tapşırılır
UEFA Əliyar Ağayevi unutmadı… - o, yenidən zirvəyə yüksələ biləcəkmi?
AFFA-dan “Turan Tovuz”un avrokubok problemiylə bağlı açıqlama – son dəqiqə
“Orda önəmli qərarlar veriləcək” – Adil Şükürov da iclası gözləyir
“Ehtiram bəy bildirdi ki, ispaniyalı vəkil tapıb, problemin həlli yolunda çalışır” - "Turan Tovuz"un ilk prezidenti
Son xəbərlər
  • Bu gün, 17:32
    “Karvan-Yevlax” bütün legionerləri yola saldı – icraçı direktordan klubun taleyi ilə bağlı açıqlama
  • Bu gün, 17:03
    DÇ-də neçə qardaş cütü var?
  • Bu gün, 16:50
    “Bu gün klubdaxili iclas olacaq” – “Baku Sportinq” yenə Samir Ələkbərova tapşırılır
  • Bu gün, 16:32
    31 yaşında yaşıl meydanı tərk etdi
  • Bu gün, 16:01
    Tanınmış forvard Toral Bayramovla komanda yoldaşı ola bilər
  • Bu gün, 15:40
    Konate ilə Dyumfrisin yolu Madriddə kəsişəcək
  • Bu gün, 15:20
    Millimizin dünya çempionatı üçün səbəti müəyyənləşdi
  • Bu gün, 15:02
    Bundestmdə böyük və qəfil itki - Karl da mundialı buraxacaq
  • Bu gün, 14:40
    Sumqayıtda cüdo üzrə region birinciliyi keçiriləcək
  • Bu gün, 14:35
    “Turan Tovuz” Millerə görə hər gün 5 min dollar qazanacaq
  • Bu gün, 14:29
    "Karvan-Yevlax" daha bir legionerlə vidalaşdı
  • Bu gün, 14:26
    Transfer dosyesi - kimlər gedib, kimlər gəlib?
  • Bu gün, 14:20
    UEFA Əliyar Ağayevi unutmadı… - o, yenidən zirvəyə yüksələ biləcəkmi?
  • Bu gün, 14:07
    “Boka Xuniors” 1/8 finala çıxa bilmədi
  • Bu gün, 13:42
    Baş məşqçi kimi debüt edəcək
  • Bu gün, 13:07
    Arsen Ağcabəyov "Şəfa"da
  • Bu gün, 12:36
    "Qəbələ" legioneri ilə yolları ayırdı
  • Bu gün, 12:15
    Rusiya avrokuboklardan yenə kənarda qaldı
  • Bu gün, 11:44
    "Qızlar həqiqətən möhtəşəm işlər görürlər" - Siyasət Əsgərov
  • Bu gün, 11:23
    AFFA-dan “Turan Tovuz”un avrokubok problemiylə bağlı açıqlama – son dəqiqə
  • Bu gün, 10:52
    A seriyasında yeni təyinat
  • Bu gün, 10:31
    “Sabah”ın yeni üzvü: Eyden Makkarti!
  • Bu gün, 10:00
    İran yenə ABŞ-dən şikayətlənir
  • Bu gün, 00:47
    "Bu qədər qol şansını qaçırmağımız bizi narahat edir" - Ayxan Abbasov
  • Bu gün, 00:04
    Saşa İliç "Partizan"ın baş məşqçisi oldu
  • Bu gün, 00:00
    Dioqo Balau "Turan Tovuz"da
  • Dünən, 23:55
    Millimiz San Marinonu məğlub etdi - YENİLƏNİB
  • Dünən, 23:45
    Yığmamız Şimali Makedoniyaya qalib gəldi
  • Dünən, 23:21
    “Belqrano” sürpriz şəkildə çempion oldu!
  • Dünən, 22:45
    “Zirə” Anatoli Nuriyevlə yolları ayırdı
  • Dünən, 22:27
    “Liverpul”u bundan sonra İraola çalışdıracaq - yeni baş məşqçi ilə bağlı cəlbedici məqamlar nədi?
  • Dünən, 21:55
    “Qarabağ”ın hazırlıq planı bəlli oldu
  • Dünən, 21:40
    “Orda önəmli qərarlar veriləcək” – Adil Şükürov da iclası gözləyir
  • Dünən, 21:24
    Uğur Cahangirov "Şamaxı"da
  • Dünən, 21:15
    AFFA rəhbərliyi UEFA nümayəndəsi ilə görüş keçirdi
Daha çox
Oxunub: 725
"Qarabağ"dan nəhəng transfer - daha heç kim "köhlən atlar"a bata bilməyəcək?
Oxunub: 259
"Turan Tovuz"un avrokuboklardan kənarlaşdırılmasıyla bağlı detallar - klubdan yeni açıqlama gəldi!
Oxunub: 252
“Zirə” də Konfrans Liqasından imtina edərsə...” - Yaşar Seyidov vacib məsələyə aydınlıq gətirdi
Oxunub: 241
AFFA-dan “Turan Tovuz”un avrokubok problemiylə bağlı açıqlama – son dəqiqə
Oxunub: 194
Zaur Ramazanov yalnız ayın 10-dan sonra danışacaq! – “Xəzər Lənkəran” üçün smeta qurur?
Oxunub: 176
“Ehtiram bəy bildirdi ki, ispaniyalı vəkil tapıb, problemin həlli yolunda çalışır” - "Turan Tovuz"un ilk prezidenti
Sosial şəbəkələrimiz:
  • Ölkə futbolu
  • Dünya futbolu
  • Avrokuboklar
  • Aktual
  • İdman
  • Layihə
  • Yazarlar
  • Reportaj
  • Müsahibə
  • Maqazin
  • Foto
  • Video
  • Baş redaktor: Mahir Rüstəmli
  • E-mail: mahir_rustemli@rambler.ru
  • Ünvan: Bakı şəhəri, akademik Ələşrəf Əlizadə küçəsi, 31
  • Whatsapp: (99450) 300 09 10
Müəllif hüquqları qorunur. Football-Plus.az-ın məlumatlarından istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdi.
  • Ana səhifə
  • Haqqımızda
  • Reklam
  • Əlaqə