• Ana səhifə
  • Haqqımızda
  • Reklam
  • Əlaqə
  • Ölkə futbolu
    • Premyer-liqa
    • I divizion
    • Yığma
    • Kubok
    • Liqalar
  • Dünya futbolu
    • AÇ
    • AÇ
  • Avrokuboklar
    • Çempionlar Liqası
    • Avropa Liqası
    • Konfrans Liqası
  • Aktual
  • İdman
  • Layihə
  • Yazarlar
  • Reportaj
  • Müsahibə
  • Maqazin
  • Foto
  • Video
  • Ölkə futbolu
    • Premyer-liqa
    • I divizion
    • Yığma
    • Kubok
    • Liqalar
  • Dünya futbolu
    • AÇ
    • AÇ
  • Avrokuboklar
    • Çempionlar Liqası
    • Avropa Liqası
    • Konfrans Liqası
  • Aktual
  • İdman
  • Layihə
  • Yazarlar
  • Reportaj
  • Müsahibə
  • Maqazin
  • Foto
  • Video

“Türkiyə futbolunun bu cür gündəmə gəlməsi utandırıcıdı”

Dünya futbolu

10-01-2024, 18:0

11 illik fasilədən sonra superliqaya qayıdan “Samsunspor”un mövsümün əvvəlində işləri qaydasında getmirdi.

"Football-plus.az" xəbər verir ki, komandanı elitaya qaytaran Hüseyn Eroğlu ilə yollar çox tez ayrıldı. Amma Markus Gisdolun təyinatından bəri Samsun təmsilçisi yüksəlişə keçib. Komanda ilk 7 oyundan sonra cəmi 1 xal toplamışdısa, almaniyalı mütəxəssisin gəlişindən sonra artıq 5 qələbə qazanıb və 17 xal toplayıb. Gisdol daha öncə vətənində “Hoffenhaym”, “Hamburq” və “Köln”ü çalışdırıb. Onun Moskva təmsilçisi “Lokomotiv”də son işi uğurlu alınmamışdı. Artıq 2,5 aydı Türkiyədə olan 54 yaşlı mütəxəssis bugünlərdə Almaniyanın “Kikker” nəşrinə müsahibə verib.

- Türkiyə futbolunda həyəcan da, hüzursuzluq da mövcuddu. Hakimlərə qarşı şiddət olayından sonra “Fənərbaxça” ilə “Qalatasaray” arasında Ər-Riyadda keçirilməsi planlaşdırılan superkubok oyunu baş tutmadı. Tribunalarda da şiddət olaylarına rast gəlinir. Bəzən özünüzə “mən nə üçün bu seçimi etdim” deyirsizmi?
- Təbii ki, heç kim belə olayları görmək istəmir. Bizim idmanımızda şiddətdə yer olmamalıdı. Ümumiyyətlə, heç yerdə şiddətə yer olmamalıdı. Federasiya da bu olaya lazımi reaksiya verdi və günahkar şəxslər cəzalandırıldı. Türkiyə futbolunun ayrı-ayrı şəxslərin davranışı üzündən beynəlxalq aləmdə pis mənada gündəmə gəlməsi, əlbəttə, utandırıcıdı. Amma digər tərəfdən Türkiyə idmanı yaxşı şəkildə irəliləyir. İşin içində olan hər bir şəxs şiddət olaylarının bir daha yaşanmaması mövzusunda həmfikirdi.
- Yaşanan bu olaylar sizə, oyunçularınıza və ya komandanıza hansısa dərəcədə təsir edirmi?
- Biz də Türkiyə futbolunun bir parçasıyıqsa, bunlardan tam kənarda qala bilmərik. Ancaq gündəlik şəkildə işlər qaydasında irəliləyir. Təqvim sıxdı və oyunların sayı çoxdu. Ona görə də hər birimiz diqqətimizi yalnız növbəti oyuna yönəltməyə çalışırıq. Bu da işimizin bir parçasıdı.
- Növbəti tur sizi “Trabzonspor”la derbi gözləyir. Bu, “Hamburq”la “Sankt Pauli” və ya Dortmund “Borussiyya”sı ilə “Şalke-04” arasında olduğu kimi özəl qarşılaşmadı. Bu matça xüsusi şəkildə hazırlaşırsızmı?
- Son bir neçə həftədə yaşananları nəzərə alsaq, duyğuların ön plana keçməsinə imkan verməməliyik. Hər kəs məhz buna can atır. Təbii ki, bu oyunun bizim üçün, klubumuz üçün önəmini anlayırıq. Özəl bir matç olacaq. Amma əslində bu sözlər bütün qarşılaşmalar üçün keçərlidi. Ona görə də bu oyuna xüsusi hazırlaşmağa, meydanda hədsiz istək nümayiş etdirməyə ehtiyac görmürəm. Əksinə, belə məqamlarda soyuqqanlı olmaq və matça taktiki cəhətdən yaxşı hazırlaşmaq daha faydalı ola bilər.
- Almaniyada belə görüşləri “bonuslu oyunlar” adlandırırlar.
- Burda durum fərqlidi “Trabzonspor” güclü rəqibdi və 3-cü pillədə qərarlaşıb. Bizim üçün bütün top-rəqiblərə qarşı oyunlar “bonuslu oyunlar”dı. Onsuz da bizdən heç kim ciddi nəticə gözləmir. Diqqəti özümüzə yalnız bir halda – uğurlu nəticə əldə edəcəyimiz təqdirdə cəlb edə bilərik.
- “Samsunspor” elitanı tərk etməyə əsas namizədlərdən biri, bəlkə də birincisi sayılırdı. Amma sizin dönəminizdə nəticələr yaxşılaşıb. Klubun gözləntilərinə cavab verməyi necə bacardız?
- Prezident və yönəticilər bu işi qəbul etməyim üçün əllərindən gələn hər şeyi etdilər. Təklif etdikləri layihə ilə məni həqiqətən də həyəcanlandırmağı bacardılar. Əslində daha öncə də məşqçi karyeramda mümkünsüz görünən çətinliklərlə qarşılaşmışam və hər dəfə də qarşıya qoyulan hədəfə çatmışam. Burdakı işim bəlkə də əvvəlkilərdən daha çətin idi. Çünki qəbul etdiyim komanda sonuncu pillədə qərarlaşmış və 7 tura cəmi 1 xal toplamışdı. Ən birinci hədəfim oyunçulara istək və inam aşılamaq idi ki, bunu da bacardım.
- Elitada qalmaq uğrunda mübarizədə şanslarınızı necə görürsüz? Sizi gələcəyə ümidlə baxmağa vadar edən nədi?
- Qeyd etdiyim kimi, ilk addımları uğurla atdıq. Ən azı xal fərqini aradan qaldırıb rəqiblərimizi yaxaladıq. Amma yolumuz hələ uzundu. Çünki qarşıda çox oyun var. Çox güman, mübarizə son tura qədər davam edəcək. Bəxtim onda gətirdi ki, oyunçularım tələblərimi çox tez anladı. Qarşılıqlı anlaşma sayəsində komandada əhval-ruhiyyə də yüksəldi. Oyun tərzimizi dəyişdik. Artıq həm müdafiədən hücuma sürətli çıxmağı, həm də aramsız pressinq etməyi bacarırıq. Bunun sayəsində komanda yavaş-yavaş özünə inanmağa və qələbələr qazanmağa başladı. Burda yönəticilərdən biri mənə dedi ki, Türkiyə çempionatında birinci dövrə ilə ikinci dövrə arasında çox böyük fərq olur. Bəzi komandalar sürətli eniş, bəziləri isə sürətli yüksəliş yaşayır. Yəni gözlənilməz şeylər baş verə bilir.
- Bəs transfer qadağası sizə çətinlik yaratmayacaq?
- Təklifi qəbul edərkən bu durumdan xəbərdar idim. Transfer qadağası ilə üz-üzə qalmaq ehtimalımızın olduğunu bilirdim. Planımızı buna uyğun qurmuşuq. Reallıq belədi ki, kənardan komandanı gücləndirə bilməyəcəyik və bu durumla barışmalıyıq. Öz qaynaqlarımızla və əlimizdəki oyunçularla yola davam edəcəyik.
- Müqavilənizin müddəti yalnız mövsümün sonuna qədər nəzərdə tutulub. Nə üçün belə qısamüddətli müqaviləyə imza atmısız?
- Şərtlər bunu tələb edirdi. Durum elə idi ki, yalnız yaya qədər anlaşma əldə etdik. Sonrasına baxarıq. Hər iki tərəf bir-biri ilə yola davam etmək istəsə, oturub bununla bağlı qərar verəcəyik.
- Ümumiyyətlə, Türkiyə çempionatının səviyyəsi barədə nə düşünürsüz?
- Hər çempionatın özünə xas özəllikləri var. Bu, Türkiyə üçün də keçərlidi. Güclü və çempionluğa iddialı klublar müasir, yüksək templi futbol sərgiləyir. Bunu “Qalatasaray”ın Çempionlar Liqasında “Bavariya”ya qarşı hər iki görüşdə sərgilədiyi oyundan da görmək mümkün idi. Eyni zamanda Türkiyə yığmasının sərgilədiyi oyunu da çox bəyənirəm. Bəlkə də 20 komandalı turnir bir qədər çoxdu. Amma diqqətimi cəlb edən və məni təəccübləndirən odu ki, hər kollektivdə çox yaxşı, hətta bundesliqa səviyyəsində olan oyunçulara rast gəlmək mümkündü.
- “Fənərbaxça” ilə “Qalatasaray” arasındakı rəqabət sonda kimin xeyrinə bitəcək?
- Bu komandalar arasında ötən ay keçirilən oyun qolsuz bərabərliklə yekunlaşdı. Fikrimcə, onların heç biri həmin oyunda əsl səviyyəsini ortaya qoya bilmədi. Çempionluq mübarizəsinin taleyi ilə bağlı indidən bir söz söyləmək çətindi. Hər halda, sona qədər xal hesabında bir-birinə çox yaxın olacaqları dəqiqdi.
- “Samsunspor”u elitada saxlaya bilsəz, klubun tarixində xüsusi yeriniz olacaq. Necə ki, “Fənərbaxça” və “Beşiktaş” fanatları Kristof Daumu indiyə qədər də çox sevir...
- Bəli, elitada qala bilsək, gözəl bir hekayə yazmış olarıq. Amma kənar məqamlara diqqət ayırmaq istəmirəm. Mən ancaq bir hədəfə köklənmişəm. Sonra nə baş verəcəksə, qoy, baş versin...
- Sizi bir gün yenidən bundesliqada görəcəyikmi?
- Niyə də olmasın?! Yenidən bundesliqada çalışmaq ən böyük arzumdu. Məşqçilik karyeramın böyük hissəsi onsuz da orda keçib. Amma indi bütün diqqətimi çalışdığım kluba, yəni “Samsunspor”a yönəltmişəm.

Paylaş:
Digər xəbərlər

Dünya futbolu

13-10-2023, 23:0

“Samsunspor”u almaniyalı çalışdıracaq

Dünya futbolu

29-09-2023, 12:0

Superliqada daha bir istefa

Dünya futbolu

17-04-2023, 18:0

“Samsunspor”un 11 illik həsrəti başa çatdı - TƏHLİL

Dünya futbolu

6-10-2023, 18:0

Əmrə Belözoğlu paytaxtda işləyəcək

Aktual
“Karvan-Yevlax” bütün legionerləri yola saldı – icraçı direktordan klubun taleyi ilə bağlı açıqlama
“Bu gün klubdaxili iclas olacaq” – “Baku Sportinq” yenə Samir Ələkbərova tapşırılır
UEFA Əliyar Ağayevi unutmadı… - o, yenidən zirvəyə yüksələ biləcəkmi?
AFFA-dan “Turan Tovuz”un avrokubok problemiylə bağlı açıqlama – son dəqiqə
“Orda önəmli qərarlar veriləcək” – Adil Şükürov da iclası gözləyir
“Ehtiram bəy bildirdi ki, ispaniyalı vəkil tapıb, problemin həlli yolunda çalışır” - "Turan Tovuz"un ilk prezidenti
Son xəbərlər
  • Bu gün, 18:45
    Kukurelya hara üz tutacaq?
  • Bu gün, 18:05
    ''Fənərbaxça''nın ilk toplanış tarixi və rəqibləri bəlli oldu
  • Bu gün, 17:32
    “Karvan-Yevlax” bütün legionerləri yola saldı – icraçı direktordan klubun taleyi ilə bağlı açıqlama
  • Bu gün, 17:03
    DÇ-də neçə qardaş cütü var?
  • Bu gün, 16:50
    “Bu gün klubdaxili iclas olacaq” – “Baku Sportinq” yenə Samir Ələkbərova tapşırılır
  • Bu gün, 16:32
    31 yaşında yaşıl meydanı tərk etdi
  • Bu gün, 16:01
    Tanınmış forvard Toral Bayramovla komanda yoldaşı ola bilər
  • Bu gün, 15:40
    Konate ilə Dyumfrisin yolu Madriddə kəsişəcək
  • Bu gün, 15:20
    Millimizin dünya çempionatı üçün səbəti müəyyənləşdi
  • Bu gün, 15:02
    Bundestmdə böyük və qəfil itki - Karl da mundialı buraxacaq
  • Bu gün, 14:40
    Sumqayıtda cüdo üzrə region birinciliyi keçiriləcək
  • Bu gün, 14:35
    “Turan Tovuz” Millerə görə hər gün 5 min dollar qazanacaq
  • Bu gün, 14:29
    "Karvan-Yevlax" daha bir legionerlə vidalaşdı
  • Bu gün, 14:26
    Transfer dosyesi - kimlər gedib, kimlər gəlib?
  • Bu gün, 14:20
    UEFA Əliyar Ağayevi unutmadı… - o, yenidən zirvəyə yüksələ biləcəkmi?
  • Bu gün, 14:07
    “Boka Xuniors” 1/8 finala çıxa bilmədi
  • Bu gün, 13:42
    Baş məşqçi kimi debüt edəcək
  • Bu gün, 13:07
    Arsen Ağcabəyov "Şəfa"da
  • Bu gün, 12:36
    "Qəbələ" legioneri ilə yolları ayırdı
  • Bu gün, 12:15
    Rusiya avrokuboklardan yenə kənarda qaldı
  • Bu gün, 11:44
    "Qızlar həqiqətən möhtəşəm işlər görürlər" - Siyasət Əsgərov
  • Bu gün, 11:23
    AFFA-dan “Turan Tovuz”un avrokubok problemiylə bağlı açıqlama – son dəqiqə
  • Bu gün, 10:52
    A seriyasında yeni təyinat
  • Bu gün, 10:31
    “Sabah”ın yeni üzvü: Eyden Makkarti!
  • Bu gün, 10:00
    İran yenə ABŞ-dən şikayətlənir
  • Bu gün, 00:47
    "Bu qədər qol şansını qaçırmağımız bizi narahat edir" - Ayxan Abbasov
  • Bu gün, 00:04
    Saşa İliç "Partizan"ın baş məşqçisi oldu
  • Bu gün, 00:00
    Dioqo Balau "Turan Tovuz"da
  • Dünən, 23:55
    Millimiz San Marinonu məğlub etdi - YENİLƏNİB
  • Dünən, 23:45
    Yığmamız Şimali Makedoniyaya qalib gəldi
  • Dünən, 23:21
    “Belqrano” sürpriz şəkildə çempion oldu!
  • Dünən, 22:45
    “Zirə” Anatoli Nuriyevlə yolları ayırdı
  • Dünən, 22:27
    “Liverpul”u bundan sonra İraola çalışdıracaq - yeni baş məşqçi ilə bağlı cəlbedici məqamlar nədi?
  • Dünən, 21:55
    “Qarabağ”ın hazırlıq planı bəlli oldu
  • Dünən, 21:40
    “Orda önəmli qərarlar veriləcək” – Adil Şükürov da iclası gözləyir
Daha çox
Oxunub: 725
"Qarabağ"dan nəhəng transfer - daha heç kim "köhlən atlar"a bata bilməyəcək?
Oxunub: 294
AFFA-dan “Turan Tovuz”un avrokubok problemiylə bağlı açıqlama – son dəqiqə
Oxunub: 259
"Turan Tovuz"un avrokuboklardan kənarlaşdırılmasıyla bağlı detallar - klubdan yeni açıqlama gəldi!
Oxunub: 252
“Zirə” də Konfrans Liqasından imtina edərsə...” - Yaşar Seyidov vacib məsələyə aydınlıq gətirdi
Oxunub: 194
Zaur Ramazanov yalnız ayın 10-dan sonra danışacaq! – “Xəzər Lənkəran” üçün smeta qurur?
Oxunub: 176
“Ehtiram bəy bildirdi ki, ispaniyalı vəkil tapıb, problemin həlli yolunda çalışır” - "Turan Tovuz"un ilk prezidenti
Sosial şəbəkələrimiz:
  • Ölkə futbolu
  • Dünya futbolu
  • Avrokuboklar
  • Aktual
  • İdman
  • Layihə
  • Yazarlar
  • Reportaj
  • Müsahibə
  • Maqazin
  • Foto
  • Video
  • Baş redaktor: Mahir Rüstəmli
  • E-mail: mahir_rustemli@rambler.ru
  • Ünvan: Bakı şəhəri, akademik Ələşrəf Əlizadə küçəsi, 31
  • Whatsapp: (99450) 300 09 10
Müəllif hüquqları qorunur. Football-Plus.az-ın məlumatlarından istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdi.
  • Ana səhifə
  • Haqqımızda
  • Reklam
  • Əlaqə