"Liverpul"un seriyası davam edir

7.01.2024 22:51 204
Dünya futbolu
"Liverpul"un seriyası davam edir.

"Football-plus.az" xəbər verir ki, komanda sentyabrdan bəri İngiltərə miqyaslı yarışlarda uduzmur. Bu gün Yurgen Kloppun yetirmələri ölkə kubokunda "Arsenal"ı məğlub edib - 2:0.

Mersisaydlılar premyer-liqa, FA kuboku və Liqa kubokunda ardıcıl 16-cı matçda da məğlub olmayıb. Bu yarışlarda sonuncu məğlubiyyət sentyabrın 30-da “Tottenhem”lə görüşə (1:2) təsadüf edib.