Zaqreb “Dinamo”sunun baş məşqçisi Sergey Yakiroviç Rovin şəhərində keçirilməsi nəzərdə tutulan təlim-məşq toplanışında iştirak edəcək futbolçuların adlarını açıqlayıb.
“Football-plus.az” “tvarenasport.ba” nəşrinə istinadla xəbər verir ki, siyahıda 35 futbolçu var. Onlardan üçü yeni transfer olunanlardı. Bundan başqa, icarədən qayıdan Moreno Jivkoviç və Fran Brodiç, həmçinin hələ rəsmi təqdimatı olmayan yaponiyalı Takuya Oqivara da kollektivlə birgə olacaq. Luka Menal, Yosip Drmiç, Xoakin Sosa, Boqdan Mixayliçenko. Antonio Marin, Sadiq Məhərrəmi və Mahir Emreli isə siyahıda yer almayıb.
Nəşrin iddiasına görə, Menal “Çelye”yə keçdiyinə, Emreli isə 6-8 həftə müddətinə zədəli durumda olacağına görə siyahıya salınmayıb. Hətta millimizin üzvü və Sadiq Məhərrəmi satışa çıxarılıb. Mahir hücumçu kimi gözləntiləri qarşılamayıb, Sadiq isə zədəyəmeyilli oyunçudu.
KƏNAN BAHADIR