Zak Steffen karyerasını ABŞ-də davam etdirəcək.
"Football-plus.az" xəbər verir ki, “Mançester Siti”nin 28 yaşlı qapıçısı “Kolorado”ya keçib. ABŞ klubunun rəsmi saytı amerikalı futbolçu ilə “3+1 il”lik müqavilə imzalandığını açıqlayıb.
Steffen MS-də 2019-cu ilin yayından çıxış edirdi. O, “şəhərlilər”in qapısını 21 oyunda qoruyub.