• Ana səhifə
  • Haqqımızda
  • Reklam
  • Əlaqə
  • Ölkə futbolu
    • Premyer-liqa
    • I divizion
    • Yığma
    • Kubok
    • Liqalar
  • Dünya futbolu
    • AÇ
    • DÇ 2026
  • Avrokuboklar
    • Çempionlar Liqası
    • Avropa Liqası
    • Konfrans Liqası
  • Aktual
  • İdman
  • Layihə
  • Yazarlar
  • Reportaj
  • Müsahibə
  • Maqazin
  • Foto
  • Video
  • Ölkə futbolu
    • Premyer-liqa
    • I divizion
    • Yığma
    • Kubok
    • Liqalar
  • Dünya futbolu
    • AÇ
    • AÇ
  • Avrokuboklar
    • Çempionlar Liqası
    • Avropa Liqası
    • Konfrans Liqası
  • Aktual
  • İdman
  • Layihə
  • Yazarlar
  • Reportaj
  • Müsahibə
  • Maqazin
  • Foto
  • Video

2023-ün ən önəmli futbol hadisələri: Qaranın keçidindən projektorun aşmasına qədər

Ölkə futbolu / Manşet

31-12-2023, 22:0

Hər kəs üçün fərqli duyğularla yadda qalan 2023-ün son günlərini yaşayırıq.

İl başını götürüb qaçır, finiş xəttinə yaxınlaşıb. Bəs bu ilin futbol olaylarından hansını yadda saxlamağa dəyər?

Qara Qarayev “Neftçi”yə keçdi
Qara Qarayev “Qarabağ”ın yetirməsi olmaqla yanaşı, peşəkar karyerasına da məhz Ağdam təmsilçisində başlayıb. 2007-23 aralığında “köhlən atlar”da 454 (468) (“vikipediya” ilə “transfermarkt”ın statistikası fərqlidi) oyuna çıxmaqla 5 qol, 16 assistlə yadda qalıb. Odu ki, bu yay Ağdam klubundan ayrılaraq əzəli rəqibin - “Neftçi”nin düşərgəsinə keçməsi birmənalı qarşılanmadı. Qara iyulun 24-də "ağ-qaralar"la “2+1” illik müqaviləyə qol çəkdi. 

Legionerlərin sayı artdı
Azərbaycanlı futbolçuların ən böyük problemlərindən biri də ölkə xaricinə çıxa bilməməkdi. Hər halda, 2023 bu mənada seçildi. Ramil Şeydayev, Anton Krivotsyuk, Vüsal İsgəndərli, Coşqun Diniyev, Bəxtiyar Həsənalızadə, Cəlal Hüseynov legioner həyatına başladı.

1-ci liqa ilə əvəzedicilərin ayrılması, 2-ci liqanın təsis edilməsi
Son illərdə ölkə futbolunda xoş olmayan ənənələrdən biri də əvəzedicilərlə 1-ci divizion klublarının birgə çıxış etməsiydi. Bu hal 1-ci divizionun səviyyəsinin də aşağı düşməsinə gətirib çıxarırdı. Amma AFFA İcraiyyə Komitəsinin bu il iyunun 16-da keçirilən iclasında əvəzedicilərlə 1-ci liqanın ayrılması, 2023/24 mövsümündən etibarən yarıpeşəkar statuslu 2-ci divizionun təsis edilməsi ilə bağlı qərar qəbul edildi. Beləliklə, cari mövsümdən ölkə futbolunun ilk üç liqasında ümumilikdə 34 komanda mübarizə aparır.

Ağabala Ramazanov ölümdən döndü
Çoxları ilk baxışdan deyə bilər ki, fulbolçunun zədələnməsi adi haldı, bunu ilin hadisəsilərindən biri saymaq nə dərəcədə düzdü? Bəli, zədə futbolun ayrılmaz tərkib hissəsidi. Amma Ağabala Ramazanov yalnız zədələnmədi, həm də ölümdən döndü. Belə ki, noyabrın 3-də keçirilən “Səbail” – “Turan Tovuz” oyununun 45-ci dəqiqəsində “dənizçilər”in kapitanı Faiq Hacıyevlə toqquşmadan sonra huşunu itirdi. Ağabala yalnız xəstəxanada özünə gələ bildi. Hazırda onun karyerasını davam etdirmək perspektivi də sual altındadı.

“İrəvan” meydana 10 futbolçu ilə çıxdı
1-ci liqada debüt edən komandalardan biri də “İrəvan” idi. Komandanın böyük vədlərlə çempionata qoşulmasına, heyətini elita təcrübəsi olan futbolçularla gücləndirməsinə baxmayaraq, turlar ötdükcə ciddi problemlər üzə çıxdı. Maaş ala bilməyən futbolçular 5-ci turda “İmişli” ilə səfər oyununa yollanmadı. Buna görə Qərbi Azərbaycan təmsilçisinə texniki məğlubiyyət verildi.  Oktyabrın 26-da “ASK Arena”da “Şamaxı” ilə oyuna isə “İrəvan” 10 futbolçu ilə çıxıdı. Ehtiyat oyunçular skamyası da boş idi.

Canni de Byazi yığmadan getdi
2020-ci ildə yığmanın “sükanı arxasına” böyük ümidlərlə gətirilən Canni de Byazi də faydasız əcnəbi mütəxəssislərin siyahısını genişləndirdi. İtaliyalı AÇ-2024-un qrup turnirində Belçika ilə səfər oyunundakı acı məğlubiyyətin ardından komandadan getdi. Onun istefası noyabrın 22-də rəsmiləşdi.

Mutu fiasko yaşadı
Ulduz futbolçu böyük ümidlərə “Neftçi”nin baş məşqçi postuna gətirilsə də, heç cür komandaya nə oyun fəlsəfəsini aşılaya, nə də yaxşı nəticələr verə bildi. İyulun 11-də "ağ-qaralar"ın sükanı arxasına keçən rumıniyalının müqaviləsinə dekabrın 24-də xitam verildi.

“Qarabağ”ın Avropa Liqasının pley-offuna çıxdı
Artıq uzun illərdi avrokubokun qrup mərhələsində yer alan “Qarabağ” bu ay boyundan bir qədər də hündür tullanaraq Avropa Liqasının qrupunda çıxmağı bacardı. Dekabrın 14-də Tofiq Bəhramov adına Respublika stadionunda "Həkken"i 2:1 hesabıyla məğlub edən  “köhlən atlar” daha bir tarix yazdı.

Xankəndi Azərbaycan futboluna qucaq açdı
Dekabrın 21-də Xankəndidə ölkə kubokunun 1/8 final matçının “Qarabağ” – MOİK oyunu keçirildi. PFL rəhbərliyi təşkilatçılıq işlərinin ən yüksək səviyyədə olması üçün bütün gücünü qoydu. Amma dekabrın 16-da Ağdam-Xankəndi yolunda PFL-in 6 əməkdaşının - prezident Elxan Səmədov, vitse-prezident Aslan Şahgəldiyev, texniki-idman direktoru Elgir Abbasov, mətbuat katibi Sənan Abdullayevin, eləcə də Rasim Qafarlı ilə Zaur Hacı-Məhərrəmov avtomobil qəzasına düşməsi hər kəsin əhvalını korladı. Xoşbəxtlikdən adı çəkilən şəxslərin heç birinin həyatına təhlükə yoxdu, sadəcə, hər biri müxtəlif dərəcəli xəsarətlər aldı.

Gəncə stadionu söküldü
Ölkənin 2-ci böyük şəhərinin 1959-cu ildə tikilən, 1967-ci ildə yenidənqurma nəticəsində genişləndirilən, 26 min yerlik stadionu baxımsızlıqdan dolayı qəzalı vəziyyətdəydi. “Kəpəz” premyer-liqaya qayıdandan sonra stadionda məhdud sayda azarkeşin iştirakı ilə oyunların təşkilinə icazə verilsə də, ötən mövsümün 2-ci yarısında ev oyunlarının Qəbələdə keşirilməsiylə bağlı qərar verildi. 64 yaşlı stadion isə təmirə bağlandı. Bu ilin sentyabrında aydın oldu ki, stadion sökülməli və yenidən tikilməlidi. Stadionda söküntü işləri artıq tamamlanıb. Yeni stadionun 2025/26- mövsümünün startına qədər istifadəyə veriləcəyi gözlənilir.

Tovuzda projektor aşdı
Misli premyer-liqasının ilk yarısının son turunda – dekabrın 23-də keçirilən “Turan Tovuz” – “Araz-Naxçıvan” matçının 81-ci dəqiqəsində küclü külək nəticəsində işıq dirəyi aşdı. Belədə oyun dayandırıldı və ertəsi davam etdirildi. Yaxşı ki tələfat və hansısa bədbəxt hadisə olmadı.

ABDULLA İSMAYILOĞLU 

Paylaş:
Digər xəbərlər

Ölkə futbolu / Manşet

22-07-2023, 18:0

Qara Qarayev "Qarabağ"dan ayrıldı

Premyer-liqa / Manşet

25-07-2023, 21:0

"İmarət Tayfa" Qara Qarayevin “Neftçi”yə keçidinə münasibət bildirdi - AÇIQLAMA

Premyer-liqa / Manşet

8-10-2023, 18:0

"Qarabağ" diqqətli olmalıdı"

Premyer-liqa / Manşet

25-07-2023, 18:0

Qara Qarayev “Qarabağ”dan incik ayrılıb?

Ölkə futbolu

24-07-2023, 13:0

“Qarabağ” Qara Qarayevlə vidalaşıb

Aktual
FİF "Ağstafa Gəncləri"ni necə xilas edib?
Azər Bağırov əvvəllər çalışdığı futbolçuları “Şamaxı”ya apara bilər - MÜSAHİBƏ
Qeyri-müəyyənlik içində keçən 15 gün, suya düşən arzular - “Turan Tovuz”un Türkiyə toplanışı yarımçıq qaldı…
“İndiyə kimi hansısa mütəxəssisin komandadan maliyyə səbəbindən ayrıldığını eşitməmişəm” – direktor niyə gedib?
“Karvan-Yevlax”ın baş məşqçisi nə vaxt bəlli olacaq?
Xəyal nə vaxt qayıdacaq?
Son xəbərlər
  • Bu gün, 12:56
    Qüdrətli PSV və qalan iştirakçılar
  • Bu gün, 12:45
    FİF "Ağstafa Gəncləri"ni necə xilas edib?
  • Bu gün, 12:34
    Azər Bağırov əvvəllər çalışdığı futbolçuları “Şamaxı”ya apara bilər - MÜSAHİBƏ
  • Bu gün, 12:23
    Kartal “Fənərbaxça”ya qayıtdı
  • Bu gün, 12:12
    Qeyri-müəyyənlik içində keçən 15 gün, suya düşən arzular - “Turan Tovuz”un Türkiyə toplanışı yarımçıq qaldı…
  • Bu gün, 12:01
    Messi rekordu yeniləyəcəkmi?
  • Bu gün, 11:50
    ÇSKA "Qarabağ"la oynamaqdan imtina etdi
  • Bu gün, 11:24
    "Şahdağ Qusar" legioneriylə yeni müqavilə imzaladı
  • Bu gün, 10:52
    Fatmagülün suçu nə?
  • Bu gün, 10:31
    “Səbail”in yeni baş məşqçisi açıqlandı
  • Bu gün, 10:09
    Meksika pley-offda! - DÇ səhəri
  • Bu gün, 09:59
    Mourinyo yenidən “Real”da - dirçəliş, yoxsa mənasız dönüş?
  • Bu gün, 09:28
    "Qarabağ"ın rəqibi azarkeşlərinə müraciət etdi - "Bakıya getməyə hazırsız?"
  • Bu gün, 00:58
    İsveçrə Bosniya və Hersoqovinanı darmadağın etdi - DÇ gecəsi
  • Dünən, 23:31
    Eriksen yenə sağlıq durumu ilə bağlı problem yaşayır
  • Dünən, 23:00
    Türkiyə yığmasının üzvü klubunu dəyişəsi olmadı
  • Dünən, 21:58
    Yeni mövsümə çempionşipdə başlayacaq
  • Dünən, 21:52
    İtaliya klubunda yeni təyinat
  • Dünən, 21:28
    "Sabah" Çempionlar Liqasına hazırlaşır
  • Dünən, 20:57
    "Şahdağ Qusar"da yeni anlaşma
  • Dünən, 20:26
    Cüdoçularımızın rəqibləri bilindi - "Böyük Dəbilqə"
  • Dünən, 19:55
    Rotterdamda gözlənilməz qərar
  • Dünən, 19:24
    Paytaxt klubunu tərk edəcək
  • Dünən, 18:53
    “Neftçi”nin rəqibi məlum oldu
  • Dünən, 18:22
    "Sabah" futbolçusunu icarəyə verdi
  • Dünən, 17:51
    “İndiyə kimi hansısa mütəxəssisin komandadan maliyyə səbəbindən ayrıldığını eşitməmişəm” – direktor niyə gedib?
  • Dünən, 17:28
    Transfer dosyesi - kimlər gedib, kimlər gəlib?
  • Dünən, 17:27
    "Şəfa"da daha üç ayrılıq
  • Dünən, 17:13
    "Zirə"nin yay hazırlıq planı bilindi
  • Dünən, 16:52
    “Karvan-Yevlax”ın baş məşqçisi nə vaxt bəlli olacaq?
  • Dünən, 16:31
    "Qarabağ" "Zirə" ilə qarşılaşacaq
  • Dünən, 16:10
    AFFA-nın baş katibi UEFA-da komitə üzvü təyin edildi
  • Dünən, 15:59
    La Liqada yeni təyinat
  • Dünən, 15:28
    Sekidika özünə yeni klub tapdı
  • Dünən, 14:57
    Xəyal nə vaxt qayıdacaq?
Daha çox
Oxunub: 281
“...azarkeşlərin reaksiyası çox sərt ola bilər” – Gəncə Arif Əsədovu necə qarşıladı?
Oxunub: 267
"Qarabağ"dan Elvin Cəfərquliyev və milliyə çağrılan başqa futbolçular haqda açıqlama - "iyunun 19-da..."
Oxunub: 253
Transfer dosyesi - kimlər gedib, kimlər gəlib?
Oxunub: 245
Kevin Medinanın yeni klubunun adı "Futbol+"də! - o, hara gedir?
Oxunub: 245
Elvin “Qarabağ”a öz cibindən pul ödəyib, gedə bilər? – meneceri son durumu açıqladı
Oxunub: 233
Nyonda "Sabah"la "Neftçi"ni təmsil edəcək şəxslər müəyyənləşdi - "Turan Tovuz"la "Zirə" isə gözləyir!
Sosial şəbəkələrimiz:
  • Ölkə futbolu
  • Dünya futbolu
  • Avrokuboklar
  • Aktual
  • İdman
  • Layihə
  • Yazarlar
  • Reportaj
  • Müsahibə
  • Maqazin
  • Foto
  • Video
  • Baş redaktor: Mahir Rüstəmli
  • E-mail: mahir_rustemli@rambler.ru
  • Ünvan: Bakı şəhəri, akademik Ələşrəf Əlizadə küçəsi, 31
  • Whatsapp: (99450) 300 09 10
Müəllif hüquqları qorunur. Football-Plus.az-ın məlumatlarından istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdi.
  • Ana səhifə
  • Haqqımızda
  • Reklam
  • Əlaqə