Gələn ilin yanvarında PSJ-ni iki oyunçu tərk edəcək.
"Football-plus.az" xəbər verir ki, PSJ rəhbərliyi qış “transfer pəncərəsi” zamanı müdafiəçi Leyven Kurzava və hücumçu Uqo Ekitike ilə vidalaşmaq qərarına gəlib.
“RMC Sport”un məlumatına görə, Paris klubu bu futbolçuları PSJ-nin büdcəsi üçün əlavə yük hesab edir. Buna görə də onlar yanvarda transferə çıxarılacaq. Səbəbkarların başqa klublara icarəyə verilməsi də mümkündü.
Ekitike və Kurzava bu mövsüm Fransa çempionatında hərəyə 1 oyun keçiriblər.