• Ana səhifə
  • Haqqımızda
  • Reklam
  • Əlaqə
  • Ölkə futbolu
    • Premyer-liqa
    • I divizion
    • Yığma
    • Kubok
    • Liqalar
  • Dünya futbolu
    • AÇ
    • AÇ
  • Avrokuboklar
    • Çempionlar Liqası
    • Avropa Liqası
    • Konfrans Liqası
  • Aktual
  • İdman
  • Layihə
  • Yazarlar
  • Reportaj
  • Müsahibə
  • Maqazin
  • Foto
  • Video
  • Ölkə futbolu
    • Premyer-liqa
    • I divizion
    • Yığma
    • Kubok
    • Liqalar
  • Dünya futbolu
    • AÇ
    • AÇ
  • Avrokuboklar
    • Çempionlar Liqası
    • Avropa Liqası
    • Konfrans Liqası
  • Aktual
  • İdman
  • Layihə
  • Yazarlar
  • Reportaj
  • Müsahibə
  • Maqazin
  • Foto
  • Video

İngiltərəli milyarder “Mançester Yunayted”in obrazını dəyişəcək

Dünya futbolu

29-12-2023, 23:0

“Futbol+”in ötən sayında xəbər verdiyimiz kimi, Qleyzerlərin “Mançester Yunayted”in satışıyla bağlı dastanı xoş sonluqla bitib: britaniyalı miyard Ceyms Retkliff klubun dörddəbir hissəsini 1,25 milyard funta alıb.

"Football-plus.az" xəbər verir ki, Qətər şeyxi Cassim bin Həmədin də 5,5 milyard funtluq super təkliflə içində olduğu tarixçə gözlənilməz şəkildə bitdi – “Yunayted”in səhmlərinin 25 faizi satıldı. Bu əməliyyatla bağlı bütün həlledici detalların yer alacağı rəsmi bəyanat yaxınlarda açıqlanacaq. Klub vurğulayıb ki, bu sövdələşmə hələ bütün zəruri instansiyalarda, o cümlədən İngiltərə Premyer-Liqası (İPL) səviyyəsində də təsdiqlənməlidi (buna 6-7 həftənin sərf olunacağı gözlənilir). Futbolla bağlı məsələlərin Retkliffin rəhbərlik etdiyi “Ineos” şirkətinin nəzarətinə keçməsi artıq gerçəklikdi. Bəs səhmlərə nəzarət paketi hələ də Qleyzer ailəsinin əlində qalırsa, dediyimiz məqam nəyi dəyişir? Sövdələşmə ilə bağlı ən önəmli məqamlara birlikdə nəzər salaq.

Ümumiyyətlə, Retkliff kimdi?
Ceyms Retkliff 29,6 milyard funt sərvətə malik olmaqda Böyük Britaniyanın ən zəngin ikinci adamıdı. Sabiq kimyaçı-mühəndis “Ineos” kimya şirkətinin yaradıcısı, rəhbəri və səhmlərinə nəzarət paketinin sahibidi. Londonda yerləşən bu şirkət hər şey istehsal edir: sintetik yağlardan və plastmassdan tutmuş insulin və antibiotiklərin istehsalında istifadə olunan qarışıqlara qədər.

Retkliff 2018-ci ildə biznes və investisiyalar sahəsində xidmətlərinə hörmət əlaməti kimi cəngavər-bakalavr titulunu alıb və adının önünə “ser” də əlavə olunub. Onun buna qədər də iki futbol klubu var idi: “Nitsa” (Fransa) və “Lozanna” (İsveçrə).

Retkliff MY-yə nə vəd edir?
71 yaşlı milyarder dərhal “Yunayted”ə 300 milyon dollar yatıracaq və bu pul “Old Trafford”un inkişafına yönələcək. Retkliff belə hesab edir ki, pul futbolda uğur qazanmaq üçün başlıca amildi və anlaya bilmir ki, dünyada ən çox pul qazanan klublardan biri necə belə pis oynaya bilər... Ümumiyyətlə, onun ideyası sadədi: indi vəziyyət pisdi, onu yaxşıya doğru dəyişmək lazımdı.

Klubda kadr dəyişiklikləri daha əvvəl başlayıb: noyabrın ortalarında baş direktor Riçard Arnoldun istefafı ictimaiyyətə elan olunub. Onu klubun əsas hüquq məsləhətçisi Patrik Stüart müvəqqəti əvəzləyib. Qalan rəhbərlərin də sövdələşmə başa çatandan sonra gedəcəyi gözlənilir.

Səhmlərin 25 faizi ilə “Yunayted”in taleyini dəyişmək mümkündü?
“Reuters”in məlumatına görə, Qleyzer ailəsi “Red Football Ltd” şirkəti vasitəsi ilə futbol klubunun holdinq şirkəti olan “Manchester United Plc”nin səsvermə hüququna malik səhmlərinin 96 faizinə (hələ ki) nəzarət edir, qalan 4 faiz isə minoritar səhmdarlara məxsusdu və ya fond bazarında açıq satışdadı. Britaniyanın ictimai şirkətlərinin qeydiyyat idarəsi də təsdiq edir ki, Qleyzerlər hələ də səs verən səhmlərin 75 faizindən çoxunu saxlayır.
Səs verən səhmlər nə deməkdi? Bu, Qleyzerlərin hiyləgər tryukunun nəticəsidi. Onlar 2012-ci ildə əlavə kapital cəlb etmək üçün “Mançester Yunayted”in səhmlərinin 10 faizini Nyu-York Fond Birjasında yerləşdirdilər (163 milyon səhm buraxıldı), lakin bir nüansla: bu səhmlərin səsi B sinifli səhmlərin (bunlar Qleyzerlərə məxsus idi) 0,1 səsinə bərabər idi. Yəni qiymət eynidi, amma idarəçilik çəkisi fərqli.

Retkliff Qleyzerlərə məxsus səhmlərin 25 faizini bir səhm üçün 33 dollar ödəməklə əldə etdi, yəni bazar qiymətindən 44 faiz bahasına (bazarda səhmin biri 18,43 dollara idi). Beləliklə, biz klubun real dəyərini təxminən hesablaya bilərik - 5 milyarda yaxın (birja qiyməti - 2,5 milyard), həmçinin Qleyzerlərin qalan payı - 3,5 milyarda səhmlərin 71 faizi. Amma bu şərtidi, bazar çox hərəkətlidi - yalnız Qlayzerlər özü və potensial alıcılar payı dəyərləndirə bilər.

Retkliff səslərin dörddəüçündən çoxunu tələb edən istənilən qərarı bloklayan səhmlər paketinə malikdi - məsələn, məşqçi ilə bağlı qərarlar da daxil olmaqla, idarəçilikdə dəyişikliklər və ya səhmlər sinfində dəyişikliklər (A və B sinfini xatırlayırsızmı?) O, həmçinin klubun Direktorlar Şurasının tərkibinə daxildi. Bu məqamda əsas Ceymsin səslərin neçə faizinə yiyələnməsindən daha çox Qleyzerlərin 75 faizdən az (yəni 71) səsə sahib olmasıdı. Korporativ hüquq baxımından 75 faiz kluba praktiki cəhətdən tam nəzarət etmək üçün vacib hədddi.

Rekliff səhmlərin qalan hissəsini də ala bilərmi?
Bəli, amma önəmli məqamlar var - acgöz əhval-ruhiyyə və buna görə də Qleyzerlərin ehtiyatlı münasibəti. Onlar səhmlərin yüksəldiyini görürlər (sövdələşmə xəbəri elan olunandan sonra bir gün ərzində 10 faiz artıb), deməli, gələcəkdə daha yüksək qiymətə sata bilərlər. Düzdü, mühüm razılaşmalar bəlkə də artıq mövcuddu: məsələn, opsion müqaviləsi – gələcəkdə konkret paketin konkret qiymətə satılması və ya Qlyezerlərdə qalan payın kənar şəxslərə satılması ilə müqayisədə üstünlük imkanı. Belə detallar nadir hallarda açıqlanır, bəlkə də bir qədər sonra bundan da xəbər tutacağıq.

Maliyyə eksperti Den Plamli belə hesab edir ki, Retkliff MY-yə nəzarəti tam ələ keçirmək baxımından uzunmüddətli plana malikdi, klubun qiyməti isə 7 milyard funta qədər yüksələcək.

Niyə sövdələşmə belə uzun çəkdi?
Belə sövdələşmənin gerçəkləşməsi üçün İPL-in, İngiltərə Futbol Assosiyasiyasının və Britaniyanın Maliyyə Tənzimləməsi üzrə İdarəsinin təsdiqi vacibdi. Müddət isə alıcılardan və şəraitdən çox asılıdı. Məsələn, “Nyukasl”ın Səudiyyə Ərəbistanının İnvestisiya Fonduna satışı bir il ərzində razılaşdırıldı. İPL hətta ilk mərhələdə bu sövdələşməni bloklamışdı. Qurum yalnız bəzi şərtləri (məsələn, Qətərin “beIN Sports” teleşəbəkəsinə Səudiyyə Ərəbistanında qoyulan qadağa ilə bağlı) yerinə yetiriləndən və Səudiyyə Ərəbistanının hakimiyyət orqanlarından klubun işinə qarışmayacağı ilə bağlı təminat alandan sonra “yaşıl işıq yandırdı”.

“Çelsi”nin amerikalı Todd Boulinin rəhbərlik etdiyi konsorsiuma satışını isə bir neçə ay ərzində razılaşdırdılar. İş ondadı ki, Roman Abramoviç əleyhinə sanksiyalar üzündən Böyük Britaniya hökuməti səviyyəsində bu sövdələşməni tələsdirirdilər.

Çətin ki, Retkliff ölkəsində maliyyə nəzarəti ilə bağlı hansısa problemlə üzləşsin. Yəni bu zəmində problem və yubanma yaranması inandırıcı görünmür. Amma danışıqlar və incə detalların razılaşdırılması, çox güman, uzun vaxt alıb.

Abramoviçdən sonra yoxlama sərtləşdirilib
Sanksiyalar altında olan və ya insan hüquqlarını pozmaqda suçlanan heç bir adam klub sahibləri və direktorları üçün nəzərdə tutulan yoxlamadan keçə bilməz. Yazda həmçinin kluba yiyələnməyə iddialı adamlar üçün yolverilməz qayda pozuntularının siyahısı genişləndirilib: zorakılıq, korrupsiya, fırıldaqçılıq, vergilərin ödənilməsindən yayınmaq, nifrət zəminində zorakılıq. İndi İPL adamın günahı hələ sübuta yetirilməyibsə, istintaq altındadısa da, istənilən sövdələşməni və ya təyinatı dayandıra bilər. Klub sahibləri və direktorları üçün nəzərdə tutulan testin nəticələri əlavə orqan - yeni və müstəqil nəzarət qrupu tərəfindən də yoxlanılır.

Qaydalardakı yeni sərtləşmə premyer-liqa klublarına ABŞ-dan və Yaxın Şərq ölkələrindən nəhəng investisiya axını ilə izah olunur. Bu qadağalar məhz Qətər şeyxi Cassim bin Həmədin MY-ni almağa hazırlaşmasıyla bağlı yayılan xəbərlər fonunda işə salındı. Bəlkə də Qleyzerlər Qətər şeyxi ilə danışıqlardan məhz mürəkkəb razılaşma prosedurlarına görə imtina etdi.

MY-nin gələcəyi Qleyzerlərsiz olacaq?
Aydın məsələdi ki, MY-ni yeni dönəm gözləyir. İndiki sahiblərin merkantil maraqları çoxdan klubun fanatlarını qəzəbləndirir. Klubun ötənilki 507,3 milyon funt borcu fonunda Qleyzerlər və qalan səhmdarlar 33,6 milyon dividend götürüb. Hələ ki Retkliff yolun yalnız dörddəbirini arxada qoyub. Ancaq adı çəkilən milyarderin klubu tam “udması” çox realdı. Hər şey Qleyzerlərin nə vaxt klubdan maksimumu qopardıqlarını anlayacaqlarından asılıdı. Yuxarıda adını çəkdiyimiz Den Plamli bu sövdələşməyə belə yekun vurur: “Sadəcə, Qleyzerlər qəlbinin dərinliyində anlayır ki, hələ də MY-dən hansısa qazanc götürmək olar”.

Beləliklə, Retkliffin yol xəritəsi aydındı: futbola nəzarəti ələ keçirmək, “Old Trafford”u genişləndirmək və Qleyzerlərdən qurtulmaq! Çətindi, amma mümkündü!

Yeri gəlmişkən...
Retkliff “Aston Villa” ilə srağagünkü oyun ərəfəsində MY azarkeşlərinə müraciət etmişdi: “Azarkeşlərin “Yunayted”in gələcəyindəki həlledici rolunu nəzərə alaraq sizə məktub yazmaq istədim. Klubun qoruyucusu kimi məsuliyyətimizi dərk edirik. Heç bir şübhə doğurmayan kommersiya uğuruna əlavə kimi meydanda da idman uğuru qazana biləcəyimizə inanıram. Siz klub üçün ambisiyalısız, biz də. İdmanda təminatlar yoxdu, dəyişikliklər mütləq zaman tələb edir. Ancaq biz uzunmüddətli perspektiv üçün çalışırıq və birlikdə MY-ni öz yerinə - İngiltərə, Avropa və dünya futbolunun zirvəsinə qaytarmaq istəyirik. Bu məsuliyyətə çox ciddi yanaşıram”.

Paylaş:
Digər xəbərlər

Dünya futbolu

26-12-2023, 20:0

Retkliff MY-nin həmsahibi oldu

Dünya futbolu

15-10-2023, 20:0

“Mançester Yunayted”i almaq niyyətindən daşındı

Dünya futbolu

16-11-2023, 15:0

“Mançester Yunayted”də yeni həmsahib

Dünya futbolu / Manşet

31-01-2023, 11:0

Retkliff bu klubu almağa yaxındı

Dünya futbolu

5-09-2022, 13:0

"Mançester Yunayted" belə təklif gələcəyi halda satılacaq

Dünya futbolu

17-08-2022, 17:0

İlon Maskın "Mançester Yunayted”in səhmlərini alacağı zarafat imiş

Aktual
"Qara xəbər" Tovuzda işləri dayandırıb? – klubdan açıqlama
“Karvan-Yevlax” bütün legionerləri yola saldı – icraçı direktordan klubun taleyi ilə bağlı açıqlama
“Bu gün klubdaxili iclas olacaq” – “Baku Sportinq” yenə Samir Ələkbərova tapşırılır
UEFA Əliyar Ağayevi unutmadı… - o, yenidən zirvəyə yüksələ biləcəkmi?
AFFA-dan “Turan Tovuz”un avrokubok problemiylə bağlı açıqlama – son dəqiqə
“Orda önəmli qərarlar veriləcək” – Adil Şükürov da iclası gözləyir
Son xəbərlər
  • Bu gün, 22:21
    FİFA daha bir qadağaya əl atıb, digərini yumşaltdı
  • Bu gün, 21:50
    "Qara xəbər" Tovuzda işləri dayandırıb? – klubdan açıqlama
  • Bu gün, 21:09
    Premyer-liqada dəyərini ən çox artıran və ən çox itirən futbolçular kimlərdi?
  • Bu gün, 20:36
    Kukurelya hara üz tutacaq?
  • Bu gün, 20:15
    ''Beşiktaş''da həllini gözləyən əsas məsələ - Ərsin Destanoğlu hansı qərarı verəcək?
  • Bu gün, 19:44
    Rotterdamda gözlənilməz qərar
  • Bu gün, 19:16
    Anomal istilik, güclü yağışlar, tornado, meşə yanğınları... - təbii fəlakətlər dünya çempionatına təhlükə yaradacaqmı?
  • Bu gün, 18:40
    39 yaşında da klubuna gərək oldu
  • Bu gün, 18:05
    ''Fənərbaxça''nın ilk toplanış tarixi və rəqibləri bəlli oldu
  • Bu gün, 17:32
    “Karvan-Yevlax” bütün legionerləri yola saldı – icraçı direktordan klubun taleyi ilə bağlı açıqlama
  • Bu gün, 17:03
    DÇ-də neçə qardaş cütü var?
  • Bu gün, 16:50
    “Bu gün klubdaxili iclas olacaq” – “Baku Sportinq” yenə Samir Ələkbərova tapşırılır
  • Bu gün, 16:32
    31 yaşında yaşıl meydanı tərk etdi
  • Bu gün, 16:01
    Tanınmış forvard Toral Bayramovla komanda yoldaşı ola bilər
  • Bu gün, 15:40
    Konate ilə Dyumfrisin yolu Madriddə kəsişəcək
  • Bu gün, 15:20
    Millimizin dünya çempionatı üçün səbəti müəyyənləşdi
  • Bu gün, 15:02
    Bundestmdə böyük və qəfil itki - Karl da mundialı buraxacaq
  • Bu gün, 14:40
    Sumqayıtda cüdo üzrə region birinciliyi keçiriləcək
  • Bu gün, 14:35
    “Turan Tovuz” Millerə görə hər gün 5 min dollar qazanacaq
  • Bu gün, 14:29
    "Karvan-Yevlax" daha bir legionerlə vidalaşdı
  • Bu gün, 14:26
    Transfer dosyesi - kimlər gedib, kimlər gəlib?
  • Bu gün, 14:20
    UEFA Əliyar Ağayevi unutmadı… - o, yenidən zirvəyə yüksələ biləcəkmi?
  • Bu gün, 14:07
    “Boka Xuniors” 1/8 finala çıxa bilmədi
  • Bu gün, 13:42
    Baş məşqçi kimi debüt edəcək
  • Bu gün, 13:07
    Arsen Ağcabəyov "Şəfa"da
  • Bu gün, 12:36
    "Qəbələ" legioneri ilə yolları ayırdı
  • Bu gün, 12:15
    Rusiya avrokuboklardan yenə kənarda qaldı
  • Bu gün, 11:44
    "Qızlar həqiqətən möhtəşəm işlər görürlər" - Siyasət Əsgərov
  • Bu gün, 11:23
    AFFA-dan “Turan Tovuz”un avrokubok problemiylə bağlı açıqlama – son dəqiqə
  • Bu gün, 10:52
    A seriyasında yeni təyinat
  • Bu gün, 10:31
    “Sabah”ın yeni üzvü: Eyden Makkarti!
  • Bu gün, 10:00
    İran yenə ABŞ-dən şikayətlənir
  • Bu gün, 00:47
    "Bu qədər qol şansını qaçırmağımız bizi narahat edir" - Ayxan Abbasov
  • Bu gün, 00:04
    Saşa İliç "Partizan"ın baş məşqçisi oldu
  • Bu gün, 00:00
    Dioqo Balau "Turan Tovuz"da
Daha çox
Oxunub: 725
"Qarabağ"dan nəhəng transfer - daha heç kim "köhlən atlar"a bata bilməyəcək?
Oxunub: 363
AFFA-dan “Turan Tovuz”un avrokubok problemiylə bağlı açıqlama – son dəqiqə
Oxunub: 259
"Turan Tovuz"un avrokuboklardan kənarlaşdırılmasıyla bağlı detallar - klubdan yeni açıqlama gəldi!
Oxunub: 254
“Zirə” də Konfrans Liqasından imtina edərsə...” - Yaşar Seyidov vacib məsələyə aydınlıq gətirdi
Oxunub: 195
Zaur Ramazanov yalnız ayın 10-dan sonra danışacaq! – “Xəzər Lənkəran” üçün smeta qurur?
Oxunub: 184
“Ehtiram bəy bildirdi ki, ispaniyalı vəkil tapıb, problemin həlli yolunda çalışır” - "Turan Tovuz"un ilk prezidenti
Sosial şəbəkələrimiz:
  • Ölkə futbolu
  • Dünya futbolu
  • Avrokuboklar
  • Aktual
  • İdman
  • Layihə
  • Yazarlar
  • Reportaj
  • Müsahibə
  • Maqazin
  • Foto
  • Video
  • Baş redaktor: Mahir Rüstəmli
  • E-mail: mahir_rustemli@rambler.ru
  • Ünvan: Bakı şəhəri, akademik Ələşrəf Əlizadə küçəsi, 31
  • Whatsapp: (99450) 300 09 10
Müəllif hüquqları qorunur. Football-Plus.az-ın məlumatlarından istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdi.
  • Ana səhifə
  • Haqqımızda
  • Reklam
  • Əlaqə