UEFA “Barselona”nın maliyyə qaydalarını pozması ilə bağlı işə baxılması üçün son tarixi müəyyənləşdirib.
"Football-plus.az" xəbər verir ki, bu barədə “Marca” məlumat yayıb.
İspaniyanın populyar idman qəzeti işə 2024-cü ilin fevralında baxılacağını yazıb. Xatırladaq ki, ötən cümə günü “Die Welt” nəşri İspaniya klubunun “maliyyə feyr-pleyi” qaydalarına əməl etmədiyi üçün Çempionlar Liqasından kənarlaşdırıla biləcəyini xəbər vermişdi. Almaniya qəzeti hesabatlarda “Barselona”nın gəlirlərinin artırılması ilə bağlı qeyri-adi, şübhəli əməliyyatların olduğunu qeyd etmişdi. “Die Welt” qitə futbol qurumunun eyni səbəbdən daha 9 klubun maliyyə fəaliyyətini təhqiqat obyektinə çevirdiyini də yazıb. Həmin klubların sırasında “Mançester Siti”, “Milan” və PSJ də var.