• Ana səhifə
  • Haqqımızda
  • Reklam
  • Əlaqə
  • Ölkə futbolu
    • Premyer-liqa
    • I divizion
    • Yığma
    • Kubok
    • Liqalar
  • Dünya futbolu
    • AÇ
    • AÇ
  • Avrokuboklar
    • Çempionlar Liqası
    • Avropa Liqası
    • Konfrans Liqası
  • Aktual
  • İdman
  • Layihə
  • Yazarlar
  • Reportaj
  • Müsahibə
  • Maqazin
  • Foto
  • Video
  • Ölkə futbolu
    • Premyer-liqa
    • I divizion
    • Yığma
    • Kubok
    • Liqalar
  • Dünya futbolu
    • AÇ
    • AÇ
  • Avrokuboklar
    • Çempionlar Liqası
    • Avropa Liqası
    • Konfrans Liqası
  • Aktual
  • İdman
  • Layihə
  • Yazarlar
  • Reportaj
  • Müsahibə
  • Maqazin
  • Foto
  • Video

İslahat, yoxsa rəzalət?  - KÖŞƏ

Manşet / Yazarlar

15-12-2023, 14:0

Çar Rusiyasında ən rəzil dövr imperator I Pyotrun vaxtsız vəfatıyla başladı. Bunun nəticəsidi ki, 1725-62-ci illərdə - 37 il ərzində dənizdən-dənizə sərhədləri olan qüdrətli dövlətdə taxt uğrunda mübarizə aparanlar bir-birini devirməklə məşğul idi.

Nəticədə 5 dəfə saray çevrilişi gerçəkləşdi. Tarixçi Vasili Klyçevski bu illəri "saray çevrilişləri dövrü" adlandırır.

Bizim son 300 ildə qüdrətli dövlətimiz olmayıb ki, durub saray çevrilişlərinə də ağlayaq. Zatən faciəmiz böyükdü. Amma ölkənin flaqmanı olan "Neftçi"nin son illərdəki vəziyyəti elə Çar Rusiyasındakı saray çevrilişlərini xatırladır. Ölkənin köklü klubu haqda deməyə o qədər söz var ki, bilmirəm hardan başlayım. Böyükağa Hacıyevin gedişindən sonra komandada tənəzzül başladı. 10 ilə yaxın müddətdə 11 baş məşqçi gətirilib yola salınsa da, nə bir irəliləyiş, nə də inkişaf oldu.

Həqiqət naminə etiraf edək ki, Tərlan Əhmədov, Füzuli Məmmədov, Samir Abasov faydalı olmağa çalışdılar. Hətta sonuncu "ağ-qaralar"ı 8 illik aradan sonra çempion da edə bildi. Ardından komanda 2021/22 mövsümündə gümüş medallarla kifayətləndi. Rəhbərlik bu nəticəni qəbul etmədi və Abasovu yola saldı. Onun yerinə gətirilən Laurentsiu Regekampf avrokuboklarda bir mərhələni çətinliklə keçdi, çempionatda isə 3-cü olmaqla kifayətləndi. Samir Abasovdan da zəif nəticə göstərən əcnəbi də yola salındı.

İndi də ötənlərin ulduz futbolçusu Adrian Mutu “sükan arxasına” gətirilib. O da gah nikbin olur, gah da bəxtdən şikayətlənir. Komanda 3-cü yerə yüksəlib deyə, aysberqin görünməyən tərəfini müşahidə edə bilməyənlər Mutunu tərifləməyə başlayıb. Hələ qarşıda iki tur, sonra qış fasiləsi və premyer-liqanın 2-ci yarısı var. Necə deyərlər, cücəni payızda sayarlar. 

"Ağ-qara" rəhbərliyin hansı islahatla məşğul olduğu bəlli deyil. Bir rumıniyalı gedir, başqası gəlir, amma nəticə dəyişmir. Mətbuat katibi əvəzlənir, amma media nümayənlərinin fasilədə çay içmək üçün toplaşdığı otaq Moskva metrosundakı növbələri xatırladıq. Birdəfəlik istifadə üçün nəzərdə tutulan stəkanlar axıdır, çay, şirniyyat paylanmasıyla bağlı absurd tələblər qoyulub. 

Mən heç də başda "Neftçi" olmaqla ölkə klublarının jurnalistlərə çay süfrəsi açması və ya qəlyanaltılarla təmin etməsi məcburiyyətini təbliğ etmirəm. Hətta onu da xüsusi vurğulayım ki, bəzi jurnalist vəsiqəsi daşıyan, media nümayəndəsi deyə bilmədiyim həmkarlar stadiona “qarın otarmağa” gəlir. İstər paytaxt, istərsə də bölgə matçları olsun, 80-ci dəqiqədən sonra stadiona təşrif buyuran, çay-şirniyyat məclislərində baş girələyən həmkarlar az deyil. Bəziləri şirniyyatın üzərinə elə şığıyır ki, sanki dünyada bir daha belə imkanı olmayacaq. Yəni ay "Neftçi" rəhbərliyi, naqislər onsuz da çoxdu, durub kofe-breyk zamanı hansısa görməmişlərə görə bütün jurnalistlər üçün “növbə qatarı yaratmaq” nə ictimai əxlaqa, nə məntiqə, nə də mədəniyyətə sığır. Hələ nə qədər şirniyyat, sendviç, şokolat, çay-kofenin artıq qalmasına rəğmən, operativ şəkildə dərhal yığışdırılmasında hansı niyyət güdülür? Desəz ki, klubumuzn büdcəsi kasaddı, bu üzdən şirniyyata qənaət edirik, gülünc səslənər. Çünki Xınalıq kəndində yaşayan, futbol azarkeşi olmayan, ömür boyunca dağdan aşağı düşməyən qocalar da bilir ki, "Neftçi" adlı klubun heç vaxt pul problemi olmayıb. Yeri gələndə "ağ-qaralar"dan büdcəsi qat-qat aşağı olan "Səbail" jurnalistləri fasiləsiz çay-kofe, şirniyyat ilə təmin edir. Matç sonunda da çay, kofe, biskvit, rulet artıq qalır.

Sözüm odu ki, "dənizçilər" nə ağlayır, nə də simiccəsinə 2-ci yarının başlayan kimi yır-yığış edir. Bir az ətrafa baxıb, nümunə götürsəz, pis olmaz. Jurnalistləri su ilə təmin etmək PFL-in göstərişidi. Amma çay-kofe, şirniyyat ilə stolları zənginləşdirmək hər klubun özəl jestidi. İstər edər, istər etməz.

Klubun İdarə Heyətinin dəyişməsində, Regekampfın Mutu, Rüstəm Allahverdiyevin Emin Əfəndi ilə əvəzlənməsində hələlik tərəqqi görünmür. Üzümü Emin Əfəndiyə tuturam. Ay həmkar, savadlı, təcrübəli, dünyagörmüş adamsan - buna hörmət edirik. Amma yaxşı olar ki, hərdən media sektorunda görünəsən. Mənlə mübahisən zamanı çox sevib, hörmət bəslədiyiniz və hərtərəfli nümunəvi "şəxsiyyət" kimi qələmə verdiyiniz Mir Şahinin əziz canı üçün, sonuncu dəfə sizi "Neftçi Arena"ın media lojasında "Sumqayıt"a 1:2 hesabıyla məğlub olduğunuz matçda görmüşəm. Sadəcə, imkan olsa, hərdən media sektorunda görünün, jurnalistlərlə görüşün, kofe-breyk zamanı yaşanan rəzaləti aradan qaldırın.

Unutmayın ki, mətbuat 4-cü hakimiyyətdi, istənilən qurumun mətbuat katibi isə onun həm güzgüsü, həm təbliğatçısı, həm də informasiya dövründəki müdafiəçisidi. Qısası, klubun sözçüsü onun cəngavəri və ya Efiyaltı ola bilər.

Hörmətli "Neftçi"in rəhbərliyi, keçirdiyiniz islahatlar, dəyişikliklər ilə 86 illk klubu azarkeşlərin, jurnalistlərin, ziyallıların, ən əsası xalqın gözündən salmayın. Bu məqamda Albert Eynşteynin sitatı yada düşür: 

"Dünya bəzi insanların müsibətlər yaratmasına görə yox, bunu görən və heç nə etməyənlərə görə təhlükəlidi".

ABDULLA İSMAYILOĞLU

Paylaş:
Digər xəbərlər

Ölkə futbolu

10-04-2022, 19:0

Millinin sabiq üzvünün evi qarət edildi - AÇIQLAMA

Aktual / 1-ci liqa / Manşet

21-04-2022, 21:0

Evi qarət olunan futbolçu xəbər gözləyir - AÇIQLAMA

Ölkə futbolu / Manşet

28-07-2022, 18:0

Tərlan Əhmədov “Neftçi”nin problemlərini sadaladı

Aktual / İdman

10-10-2023, 16:0

Futzal yığmamız 5 min qazaxın önündə oynayacaq

Aktual
Masazırdakı savaşın xronikası: cəzalananlar da oldu, gözdən qaçanlar da
İmkansız ana xəstə övladının müalicəsi üçün yardım istəyir
“ÇL-in yükü bəlkə də “Qarabağ”a bir qədər ağır gəldi” - ağdamlıların artıq “Sabah”la bağlı kompleksi var
Mahiri hələ meydanda görək, 1-ci bundesliqa haqda sonra düşünərik...
“Elvinin top-5 liqaya getməsinin gec olduğunu düşünürəm” - 25 yaşlı müdafiəçi böhrandan necə çıxacaq?
“Turan Tovuz” finala çıxmaq istəmirdi?
Son xəbərlər
  • Bu gün, 20:04
    Güləşçimiz finalda!
  • Bu gün, 19:50
    İlk təklifi geri çevirdi
  • Bu gün, 19:39
    “Qurban müəllim Elvini də, Abbası da bağışlayacaq” - Maksim Medvedev nəyə arxayındı?
  • Bu gün, 19:08
    AFFA Yohan Kroyff İnstitutu ilə əməkdaşlığa başladı
  • Bu gün, 18:56
    “Koventri” 25 ildən və 9099 gündən sonra elitada! - ŞƏRH
  • Bu gün, 18:25
    “Rayo Valyekano” ilk dəfə yarımfinala çıxdı - İCMAL
  • Bu gün, 17:54
    “Beşiktaş” Sərgən Yalçının tələbi ilə bu qapıçıdan vaz keçdi
  • Bu gün, 17:23
    “Aston Villa” 9-a, Uotkins 100-ə çatdı - İCMAL
  • Bu gün, 16:52
    "Gəncə"də ayrılıq
  • Bu gün, 16:31
    Çempionluq intriqası son həddə çatdı - İCMAL
  • Bu gün, 16:10
    Masazırdakı savaşın xronikası: cəzalananlar da oldu, gözdən qaçanlar da
  • Bu gün, 15:59
    “Sabah” “Qarabağ”ı titulsuz qoydu! - REPORTAJ
  • Bu gün, 15:28
    PSJ həm uduzdu, həm də Vitinyanı itirdi - İCMAL
  • Bu gün, 14:57
    Ölkə kubokunun final oyununun nominal meydan sahibi məlum oldu
  • Bu gün, 14:27
    İmkansız ana xəstə övladının müalicəsi üçün yardım istəyir
  • Bu gün, 13:56
    AFFA rəsmisi UEFA-nın tədbirində
  • Bu gün, 13:37
    “Bavariya” son 14 ildə 13-cü, tarixinin 35-ci çempionluğunu qazandı! - İCMAL
  • Bu gün, 13:16
    “Türkiyənin DÇ-yə vəsiqə qazanması təsadüf deyil” - Montella məşqçi karyerasını bitirməyi planlaşdırırmış
  • Bu gün, 12:56
    Arda Gülərin tarixi çıxışı manşetlərdə
  • Bu gün, 12:25
    “İmarət” stadionunun tikintisinə başlanıldı
  • Bu gün, 11:54
    Yayda klubunu tərk edəcək
  • Bu gün, 11:23
    Dünya çempionatını buraxa bilər
  • Bu gün, 10:52
    “Qarabağ “Neftçi” ilə oyunu təxirə salanda çempionluğu itirmişdi” - “köhlən atlar”ın xanım azarkeşi sevimli komandasını tənqid etdi
  • Bu gün, 10:31
    Yeni mövsümdə MS-yə gərək olmayacaqlar
  • Bu gün, 10:00
    Arbeloanı əvəzləməyə kim daha çox şanslıdı?
  • Bu gün, 01:00
    “ÇL-in yükü bəlkə də “Qarabağ”a bir qədər ağır gəldi” - ağdamlıların artıq “Sabah”la bağlı kompleksi var
  • Bu gün, 00:06
    10 il əvvəlki çempion 3-cü diviziona düşdü!
  • Dünən, 23:32
    Milli komandada istefa
  • Dünən, 23:01
    Günay Qurbanova bürünc medal qazandı - AÇ
  • Dünən, 22:15
    "Kolambus Kryu" Nərimanı təbrik etdi
  • Dünən, 21:37
    Qaliblər vətənə döndü! - 2 qızıl, 3 bürünc, 133 xal
  • Dünən, 20:42
    Zaur Axundov futzalın qara gününü niyə ört-basdır edir?! – YAZI
  • Dünən, 20:11
    Mahiri hələ meydanda görək, 1-ci bundesliqa haqda sonra düşünərik...
  • Dünən, 19:40
    Cəbrayılda cüdo üzrə kəmər imtahanı keçiriləcək
  • Dünən, 19:19
    Rəhim Həsənov Rəvan Həmzəzadədə səhv tapmadı - VİDEO
Daha çox
Oxunub: 623
Elvin Cəfərquliyev “Qarabağ”dan niyə qovuldu? – şok versiyalar
Oxunub: 271
Başuaa… - ölkənin ən yaxşı futbolçusunun acı sonu
Oxunub: 243
"Renato Piriçin zərbə anını görməsinə mane olubsa, qol sayılmamalıdı" - Gülağa Cabbarov VAR-la dialoqun açıqlanmasını istədi
Oxunub: 196
Konatedən “Neftçi”yə ikinci hörmətsizlik
Oxunub: 186
Qurban Qurbanovun qovduğu Abbas "Zirə"yə keçir
Oxunub: 182
Arzuolunmaz kürəkən... – REPLİKA
Sosial şəbəkələrimiz:
  • Ölkə futbolu
  • Dünya futbolu
  • Avrokuboklar
  • Aktual
  • İdman
  • Layihə
  • Yazarlar
  • Reportaj
  • Müsahibə
  • Maqazin
  • Foto
  • Video
  • Baş redaktor: Mahir Rüstəmli
  • E-mail: mahir_rustemli@rambler.ru
  • Ünvan: Bakı şəhəri, akademik Ələşrəf Əlizadə küçəsi, 31
  • Whatsapp: (99450) 300 09 10
Müəllif hüquqları qorunur. Football-Plus.az-ın məlumatlarından istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdi.
  • Ana səhifə
  • Haqqımızda
  • Reklam
  • Əlaqə