İki çəki dərəcəsində sabiq UFC çempionu Konor Makqreqor (22-6) müntəzəm alkoqol qəbul etdiyini bildirib.
"Football-plus.az" xəbər verir ki, İrlandiyalı bunu həyatında ən yaxşı forma yığdığını iddia edən Maykl Çendlerə sosial şəbəkədə cavab verərkən yazıb:
“Hər gün içirəm, amma onsuz da sənin ... dağıdacam”.
Makqreqor və Çendler “The Ultimate Fighter 31” şousunda məşqçilik edirlər. Bir müddət əvvəl UFC prezidenti Dana Uayt irlandiyalının ilin sonuna qədər döyüşə çıxa bilməyəcəyini deyib, çünki dopinq-test sisteminə qayıtmalıdı.