Albaniya “Eqnatiya”dında çıxış edən Vüsal İsgəndərlinin klubdan ayrılmaq niyyətində olduğunu yazmışdıq. Bunu futbolçu özü saytımıza açıqlamasında etiraf etmiş, bir neçə klubdan təklif aldığını demişdi.
Redaksiyamıza bununla bağlı əlavə məlumat daxil olub. “Football-plus.az” xəbər verir ki, oyunçunu heyətində görnək istəyən komandalar arasında Azərbaycan təmsilçiləri də var.
Premyer-liqamızdan üç klub Vüsalın xidmətində maraqlıdı. Söhbət “Səbail”, “Araz-Naxçıvan” və “Kəpəz”dən gedir. “Dənizçilər” və “qırmızı-ağlar” avrokuboklar, “sarı-göylər” isə elitada qalmaq uğrunda mübarizədə futbolçunun yardım edə biləcəyinə inanır.
KƏNAN BAHADIR