PSJ-nin “Park de Prens”də keçirdiyi son oyun Mbappe qardaşları üçün əlamətdar oldu.
“Football-plus.az” xəbər verir ki, elə ki, Luis Enrike “Mets”lə oyunun uzatma dəqiqələrində Kilianın kiçik qardaşı İtanı da meydana buraxdı.
Oyundan sonra İtan klub telekanalına müsahibə verənda yanından keçən Kilian da söhbətə qoşuldu. İtandan müsahibə götürən isə parislilərin müdafiəçisi Presnel Kimpembe idi. O, debütantdan klubdakı ilk oyunla bağlı nə düşündüyünü soruşub: “Park de Prens”də azarkeşlərimiz önündə meydana çıxmaq həmişə xoşdu. Ümid edirəm ki, çoxlu birgə oyunlarımız olacaq. Bu, Kilianın doğum gününə (böyük qardaş oyun günü 25 yaşını tamamladı – red.) əla hədiyyədi, ona və özümə görə sevinirəm”.
Dekabrın 20-si həqiqətən də Kilian üçün özəl gün idi: doğum günündə dubl etdi və qardaşının debütünü izlədi. Qardaşı ilə birgə meydanda bir neçə dəqiqə keçirən ulduz xoşbəxt görünürdü: “Debüt onun xoşuna gəldiyinə görə xoşbəxtəm, ancaq mənim də xoşuma gəldi. Böyük qardaş kimi gözəl hisslər keçirdim. Düşünmürəm ki, bir daha belə xüsusi bir gün yaşayacam. Bu oyunu yaddaşıma yazdım”.
2017-dən PSJ-nin düşərgəsində olan Kilian bu müddətdə komandanın liderinə çevrilib. İtanın isə hələ cəmi 16 yaşı var.